Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4728/2020 08.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(104)-892/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Ş.Qocayev, iş № 2(043)-2782/2019) İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı etibarnamənin və daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Dövlə t Reyestrindən Çıxarışın ləğv edilməsi və mənzilin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.H.Hüseynzadə, İ.Ə.Şəfiyev və R.Z.Mamedov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi xx xxxx 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və əmlakın əvvəlki vəziyyətinə qaytarılması tələbinə aid hissədə ləğv edilərək həmin hissədə iddianın təmin edilib, N saylı evin 10 saylı mənzilinə dair Gəncə “Asan” Xidmət Mərkəzində qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqa vilə əsasında verilmiş Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və əmlakın əvvəlki vəziyyətinə qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, 22 “A” saylı evin 10 saylı mənzili paylı mülkiyyət olmaqla onun 1/10 hissəsi X3, 1/10 hissəsi Nümayəndə, 2/10 hissəsi X2, 6/10 hissəsi isə İddiaçı1 məxsus olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə İddiaçı1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq Cavabdeh1 ona məxsus olan əmlakı üzərində sərəncam hüququ verən etibarnamə vermişdir. xx xxxx 2019-cu il tarixdə Cavabdeh1 həmin etibarnamə ilə ona verilmiş səlahiyyətdən istifadə edərək mənzili öz əri Cavabdeh2 bağışlamış və sonuncunun əmlaka dair mülkiyyət hüququ dövlət qeydiyyatına al ınmışdır. 2019-cu ilin avqust ayında İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakı nəvəsi Cavabdeh2 bağışlamaq niyyətində olmamasını və müqavilənin onun iradəsinə uyğun olmamasını, cavabdehlərin onun savadsız, yazmaq və oxumaq bacarığına malik olmamasından istifadə edərək onu aldatmaqla müqavilənin bağlanmasına nail olmalarını əsas göstərməklə etibarnamənin və müqavilənin etibarsız hesab edilməsi, Reyestrdən Çıxarışın ləğv edilməsi və mənzilin əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək iddiaçı tərəfindən etibarnamənin məhz mənzilin Cavabdeh2 bağışlanmasının rəsmi ləşdirilməsi məqsədi ilə verilməsini, həmin etibarnamə verilərkən mənzilin 6/10 hissəsinə İddiaçı1 payının olması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasını, bağışlama müqaviləsinin İddiaçı1 istəyinə uyğun bağlanmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmə kollegiyası nın iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edib bağışlama müqaviləsini etibarsız hesab edərkən iddiaçı tərəfindən etibarnamənin mübahisəli əmlaka onun mülkiyyət hüququnun qe ydə alındığı xx xxxx 2018-ci il tarixdən təxminən 5 ay əvvəl verməsini və bu zaman həmin etibarnamənin məhz əmlakın bağışlanmasının rəsmiləşdirilməsi məqsədi ilə verilməməsini və bunun Cavabdeh1 tərəfindən də etiraf olunmasını, lakin sonuncunun səlahiyyətindən sui-istifadə edərək həmin etibarnamə əsasında mənzilin ərinə bağışlanmasına dair müqavilə bağlamasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə səthi yoxlanılmış və qiymətləndirilmiş sübutlar əsasında gəldiyindən qətnamə qanuni sayıla bilməz. İşin 46-49-cu səhifələrində olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, mübahisəli mənzil hazırkı iş üzrə İddiaçı1 əri X1 mülkiyyətində olmuş və onun xx xxxxxx 2016-cı il tarixdə baş vermiş ölümü ilə əlaqədar ona məxsus yaşayış sahəsinə vərəsəlik açılmışdır. İddiaçı1 miras qoyanın arvadı olmaqla həmin mənzildə yaşayıb mirası qəbul etdiyi üçün evin ½ hissəsi və eləcə də qalan ½ hissəsinin 1/5 hissəsi onun mülkiyyəti hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qanunun göstərilən normasının tələbinə uyğun olaraq İddiaçı1 əri Nəbi Məmmədovun vəfat etdiyi xx xxxxxx 2016-cı il tarixdən miras əmlakın 6/10 hissəsinin mülkiyyətçisi olmuşdur. Onun tərəfindən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakına dair etibarnamə isə Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixdə verilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi işin həmi n halını nəzərə almadan və ona müvafiq hüquqi qiymət vermədən İddiaçı1 əmlaka dair mülkiyyət hüququnun xx xxxx 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmasına əsaslanaraq hesab etmişdir ki, onun tərəfindən verilmiş etibarnamə mənzilin bağışlanması ilə əlaqədar verilməmişdir. İşdən göründüyü kimi İddiaçı1 bütün əmlakı üzərində sərəncam hüququ verən etibarnamə vermiş və etibarnamədə onun hansı məqsədlə verilməsi göstərilməmişdir. Belə olduqda, kollegiya hesab edir ki, etibarnamənin mülkiyyət hüququnun qeydə alınmasından əvvəl verilməsi apelyasiya instansiyası məhkəməsinə həmin nəticəyə gəlməsi üçün əsas verməmişdir. İddiaçı1 etibarnaməni əmlakını nəvəsinə bağışlamaq məqsədi ilə deyil, atası Cəlalın ölümündən sonra təyin edilmiş pensiyanı almaq məqsədi ilə verdiyini göstərsə də, məhkəməyə b unu təsdiq edə biləcək hər hansı bir sübut təqdim etməmişdir. Onun tərəfindən verilmiş etibarnamənin məzmunu isə həmin dəlili inkar edir. Yuxarıda qeyd olunduğu kimi etibarnamə ilə onun əmlakı üzərində sərəncam vermək hüququ Cavabdeh1 etibar olunmuşdur. Bundan başqa, etibarnamənin məhz nəvəsinin arvadı Cavabdeh1 verilməsi belə bir qənaətə gəlməyə əsas verir ki, onlar arasında etibarlı münasibət olmuşdur. Cavabdeh1 isə etibardan sui-istifadə edib iddiaçını aldatmaqla onun iradəsinə uyğun olmayan əqd bağlaması məhkəmə tərəfindən mübahisəsiz sübutlarla əsaslandırılmamışdır. İşdən görünür ki, İddiaçı1 məhkəməyə təqdim etdiyi iddia predmetinin artırılmasına dair ərizəsində eyni zamanda xx xxxxxx 2018-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsini xahiş etmiş, lakin işə baxan birinci ins tansiya məhkəməsi tərəfindən iddia həmin hissədə və eləcə də digər hissələrdə rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi isə etibarnamənin etibarsız sayılması tələbinin rədd olunmasına dair hissədə gəldiyi nəticəni nə sübutlar nə də hüquqi cəhətdən əsaslandırmasa da, qətnaməni həmin hissədə dəyişdirilmədən saxlamışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə isə İddiaçı1 tərəfindən verilmiş etibarnamənin qanunun tələbinə və onun iradəsinə uyğun verilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağl adığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Gülnar Məmmədova isə, işədən göründüyü kimi, həmin etibarnamədən istifadə etməklə əqd bağlamışdır. Belə olduqda, bağışlama müqaviləsinin iddiaçının iradəsinə uyğun olmaması barədə apelyasiya instansiyası məhkəməsinin nəticəsi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 668.1.1-ci maddəsinə görə daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Müəyyən olunduğu kimi bağışlama müqaviləsi notariatda təsdiq olunmaqla həmin müqavilənin bağlanması il ə bağlı hər hansı qanun pozuntusuna yol verilməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-347-ci maddələrində əqdin etibarsızlığının əsasları müəyyən olunmuşdır. Apelyasiya instansiyası məhkəməsi bağışlama müqaviləsini etibarsız hesab edərkən həm Mülki Məcəllənin 337-ci maddəsində göstərilən əsaslara0 həm də həmin Məcəllənin 339-cu maddəsində göstərilən əsaslara istinad etmişdir. Lakin kollegiya məhz hansı əsasa görə müqavilənin etibarsız sayılmasını qətnamədə əsaslandırmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiya sı məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4728/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4728/2020
08.10.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver