Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4738/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Qasımov Nahid Aydın oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4738/21 (Açar sözlər: avtomobilin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(103)697/2021 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə 21 sentyabr 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1 və "xxxx" ST MMC qarşı iddia qaldıraraq, onlardan “Man F-2000 yük” markalı, **-HJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli qiyabi qətnaməsi ilə (sədrlik edən, hakim E.Z.Əliyev) iddia təmin edilərək, cavabdehlərdən “Man F-2000 yük” markalı, **-HJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin alınıb iddiaçıya qaytarılması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, “Man F-2000 Yük” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətində olub və sonuncu həmin nəqliyyat vasitəsini 09 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satıb. 09 avqust 2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinə əsasən sözügedən nəqliyyat vasitəsi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Hazırda sözügedən nəqliyyat vasitəsi heç bir sənədləşdirmə aparmadan Cavabdeh1 qanunsuz sahibliyindədir və nəqliyyat vasitəsi "xxxx" ST MMC dayanacağında saxlanılır. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 238.1-ci maddəsinin tələbləri ilə əsaslandırıb. Cavabdeh1 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması ba rədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, E.Ə.Mehdiyev və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qiyabi qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152, 157.2ci ma ddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, Cavabdeh1, vəkili Vəkil və cavabdeh "xxxx" ST MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Prosessual qanunve riciliyə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır (MPM-nin 217.3-cü maddəsi). Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi mü stəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərin i pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmamasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, “Man F-2000 Yük” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətində olub və sonuncu həmin nəqliyyat vasitəsini 09 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satıb. 09 avqust 2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinə əsasən sözügedən nəqliyyat vasitəsi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Hazırda iddiaçı, sözügedən nəqliyyat vasitəsini heç bir sənədləşdirmə aparmadan müvəqqəti olaraq Cavabdeh1 istifadəsinə verdiyini, razılaşmaya görə sonuncu nəqliyyat vasitəsindən istifadə etməklə ona hər ay ödəniş etməyi öz öhdəsinə götürsə də, öhdəliklərini yerinə yetirmədiyini, ona heç bir ödəniş etmədiyini, nəqliyyat vasitəsini ona geri qaytarmaqdan imtina etdiyini, nəqliyyat vasitəsini qanunsuz olaraq "xxxx" ST MMC dayanacağında saxladığını göstərib, cavabdehlərdən həmin nəqliyyat vasitəsinin alınıb ona geri qaytarılmasını iddia edir. Cavabdeh1 isə mübahisəli nəqliyyat vasitəsinin ona məxsus olduğunu, bankdan kredit götürüb ona vermək üçün nəqliyyat vasitəsini formal olaraq iddiaçının adına keçirdiyini, sonuncunun ona üç ay müddətində 12.000 manat pul qaytarmaq şərti ilə 10.000 manat pul verdiyini göstərib, iddiaya etiraz edir. Həmçinin, Bakı Dövlət Yol Polisi İdarəsinin 07 iyun 2019-cu il tarixli məktubuna görə, qeyd olunan nəqliyyat vasitəsinin cavabdeh "xxxx" ST MMC məxsus dayanacaqda saxlanıldığı müəyyən olunub. İşin bu halı məhkəmə iclasında şahid qismində dindirilmiş Vaqif Hüseynovun ifadəsi ilə də təsdiq olunub. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç k əs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bitməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1-ci Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən edilə bilməz. Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olu nan maddi hüquq normasının dispozitiv şərtlərinə görə iddiaçı **-HJ-*** dövlət nömrə nişanlı, “Man F-2000 Yük” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisidir və həmin nəqliyyat vasitəsi Cavabdeh1 olmaqla, onun həmin nəqliyyat vasitəsi üzərində sahibliyi tam qanunsuzdur. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən nəqliyyat vasitəsinin cavabdeh İddiaçı qanunsuz sahibliyində olması mülki iş materialları ilə, həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Vaqif Hüseynovun ifadəsi ilə də təsdiq olunur. Bundan başqa, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərardadından görünür ki, məhkəmə iclasında iştirak edən "xxxx" ST MMC nümayəndəsi Məhəmməd Abdurahmanov izahatında qeyd etmişdir ki, İddiaçı "xxxx" ST MMC gələrək, **-HJ-*** dövlət nömrə nişanlı, “Man F-2000 Yük” markalı nəqliyyat vasitəsi Cəmiyyətə məxsus dayanacaqda saxlanılıb-saxlanılmamasını soruşub və araşdırma zamanı həmin nəqliyyat vasitəsinin Cavabdeh1 tərəfindən aparılması müəyyən olunub. Bundan sonra, Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru "xxxx" ST MMC gələrək məhkəmə aktının icrasını tələb edib, nəqliyyat vasitəsinin saxlanıldığı dayanacağa baxış keçirib və **-HJ-*** dövlət nömrə nişanlı, “Man F-2000 Yük” markalı nəqliyyat vasitəsinin dayanacaqda olmadığı müəyyən olunub. Daha sonra, "xxxx" ST MMC Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli qərarına əsasən, Cəm iyyətin direktoru Nəriman Verdiyev Azərbaycan Respublikası İXİ-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 2.000 manat məbləğində inzibati qaydada cərimə edilməsi məlum olub. Qeyd olunanlar bir daha təsdiq edir ki, iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsi hazırda Cavabdeh1 qanunsuz sahibliyindədir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlamaqla apellyasiya instanasiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Cavabdeh1, kassasiya şikayətində sözügedən nəqliyyat vasitəsinin ona məxsus olduğunu, bankdan kredit götürüb ona vermək üçün nəqliyyat vasitəsini formal olaraq iddiaçının adına keçirdiyini, sonuncunun ona üç ay müddətində 12.000 manat pul qay tarmaq şərti ilə 10.000 manat pul verdiyini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, əvvəla iddiaçı sözügedən nəqliyyat vasitəsini Cavabdeh1 09 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satın alıb və həmin nəqliyyat vasitəsi 09 avqust 2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinə əsasən məhz iddiaçının xüsusi mülkiyyətindədir və bu gün də həmin sənədlər qüvvədə olmaqla məhkəmə qaydasında ləğv edilməyib. Ona görə də Cavabdeh1 kassasiya şikayətinin dəlilləri tam əsassızdır. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdı rılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlillərin yenidən araşdırılmasına lüzum yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(103)-697/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4738/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4738/2021
21.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver