Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4739/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər "xxxx" MMC-yə və "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4739/2022 Açar sözlər: Hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər "xxxx" MMC-yə və "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2419/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli 2(011)147/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 qarşı iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASCnin xeyrinə 32322 ABS dolları məbləğində əsas borc, 4420,36 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə, cəmi 36842,36 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə qüvvədə olan məzənnə üzrə manatla, habelə ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün 30 manat məbləğində pulun tutulması, tutmanın İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 90000 manat olmaqla açıq hərracda satılması, yaşayış sahəsi satıldıqdan sonra cavabdehlərin və qeyrilərinin 1 ay müddətində mənzili tərk etmədikdə mənzildən çıxarılmaları qət olunmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2018-ci il tarixli, 2(102)-4261/2108 saylı qərarı ilə Bakı İddiaçı1 və qeyrilərinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən İddiaçı1 mülkiyyətində olan və digər cavabdehlərin də qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən əmlak açıq hərraca çıxarılmışdır. 5. "Hərracın yekunları barədə" 03 mart 2020-ci il tarixli 12-/02-1 saylı protokol və "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə" 03 mart 2020-ci il tarixli müqavilə tərtib olunmuşdur. Hərra cın nəticələrinə əsasən "xxxx" ASC həmin mənzili 57375 manata əldə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər "xxxx" MMC-yə və "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərracın yekunları barədə” 03 mart 2020-ci il tarixli 12/02-1 saylı Protokolun və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 03 mart 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, hərrac keçirilərkən onların iştirakı təmin olunmamış, hərracın yekun ları barədə protokolda sifarişçi olan Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsi imza etməmiş, Bankın nümayəndəsi protokola imza etsə də, bankın möhürü vurulmamışdır.
8. Cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz və iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı hərracın nəticələrinin ləğv edilməsinə əsas ola biləcək hal kimi hərracın birtərəfli qaydada keçirilməsini və iddiaçıların iştirakını lazımı qaydada təmin etmədiyini göstərmişdir. Etiraza əlavə edilmiş sənədlərdən görünür ki, hərracın təşkilatçısı Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC “İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə müvafiq olaraq, açıq hərracın keçirilməsinə dair t ərəfləri 27.01 2020 tarixli və xx.xx.2020-cı il tarixi bildirişlə hərracın Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933 məhəllə (1 mərtəbədə) keçirilməsi və qaydası barədə məlumatlandırmışdır. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən bildirişlər ünvan 2 ünvanına göndərilmiş, lakin bildirişlərin çatdırılma qəbzlərində "imtina” kimi qeydlər aparılmışdır. Bunlarla yanaşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən qeyd edilən ünvana göndərilmişdir. İddiaçı1 məhkəmə prosesləri barədə məlumatlanmış, dəfələrlə məhkəmə bildirişləri almış və bugünə qədər bildirişlərin çatmaması barədə öz iradını nə poçt nümayəndələrinə nə də məhkəməyə bildirməmişdir. İş materiallarına əlavə olunmuş MAPS arayışının surətindən göründüyü kimi, İddiaçı1 ünva n 4 ünvanı dəyişməmiş qalmışdır. Göründüyü kimi iddiaçı hərrac baş tutduğu tarixə qədər borcunu bağlayaraq ipoteka predmetinin girovdan azad edilməsinə nail olmaq kimi imkanının olmasına baxmayaraq, kredit borcunu ödəməmiş və mübahisəli əmlakı satın almağa çalışmamışdır. Bu isə iddiaçının "hüququnun pozulduğuna dair iddiasındakı məqsədinin hüququnun bərpa edilməsi deyil, əksinə icra icraatının əsassız olaraq uzanmasına nail olmaqdır.
10. Bundan başqa Bank hərracın təşkilatçısı olmadığından ona aid prosedurlara nəzarət etmək vəzifəsi yoxdur və vicdanlı satınalan şəxs olaraq, iddiaçının hansı hüququnu pozub ki, hərrac mərkəzi ilə onun arasında bağlanmış müqavilə etibarsız hesab olunsun. Belə bir əsas olmadığı üçün etibarsızlığa rəvac verə biləcək əsas da mövcud deyil. İddiaçının tələbinin rə dd edilməsinin digər əsası da odur ki, qanunvericiliyə əsasən Bank sözügedən əmlaka dair çıxarış alaraq vicdanlı əldə edən hesab olunur. Göründüyü kimi, hərracın təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi’ MMC tərəfindən, qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac keçirilmiş, heç bir qanun pozuntusuna yol verilməmiş və hərracın nəticələrinin ləğv edilməsi üçün tutarlı əsas mövcud deyil. Qanuni qüvvəsini almış, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə hərracın keçiriləcəyini iddiaçılar bilirdilər. Bundan əlavə iddiaçılar hərracın keçirilməsi barədə bildirişi 2020-ci ilin yanvar ayında aldığı üçün hazırda irəli sürülən tələb tərəflərə məlum olduğundan onların məhkəməyə müraciət etmək üçün kifayət qədər vaxtı olmuş, l akin bununla bağlı iddia tələbi uzun müddət keçdikdən sonra irəli sürülmüşdür. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 372.2, 354.2, 375.2 və 377-ci maddələri baxımından, verilmiş iddia ərizəsi rədd edilməlidir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(005)- 4332/2021 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia tələbi rədd edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı hərrac barədə məlumatlı olmadığını, habelə hərracın keçirilməsi zamanı qanunvericiliyin hansı tələblərinin pozulduğunu bildirmir, hərracın nəticələrinin etibarsız hesab edilməli olmasını əmlakın dəyərindən aşağı qiymətlə qiymətləndirilib hərraca çıxarılması ilə əlaqələndirir. İş materiallarından görünür ki, “Daşınar və Daşınmaz Əmlakların Satı şı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2020-ci tarixli, 01/285 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 17 saylı evin 30 saylı mənzilin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərracların baş tutmaması, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə «Birja yenilikləri» qəzetinin 14 fevral 2020-ci il tarixli nömrəsində elan dərc edilməsi barədə İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 və məlumat üçün "xxxx" ASC-yə və Xətai rayon İcra və Probasiya şöbəsinə məlumat verilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 57375,00 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh "xxxx" MMC tərəfindən iddiaçılara pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmişdir. İddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız həracın ondan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416.1, 416.2-ci maddələrinə, “İpoteka Haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1-ci maddələrinə, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 233.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icra at
14. Həmin qətnamədən birgə iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
15. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılmışdır.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2419/2022 nömrəli iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi öz təsdi qini tapmamışdır. Belə ki, iş materiallarında olan poçt qəbzlərinə əsasən cavabdeh "xxxx" MMC tərəfindən iddiaçılara pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş, hərrac barədə qəzetdə elanlar verilmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçılar ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi barədə hələ 2017-ci ildə müvafiq məhkəmə qətnaməsinin çıxarılmasından və həmin qətnamənin 2018-ci ildə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qüvvədə saxlanılmasından məlumatlı olsalar da, Banka olan borcun ödənilməsi və mənzilə tutma yönəldilməməsi istiqamətində heç bir addım atmamışlar. Halbuki, onlar hərracın nəticələr i ilə maraqlanmaq barədə subyektiv öhdəlik daşımışlar.
18. Hərracın yekunları barədə protokola hərracın sifarişçisi olan Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsinin imza etməməsi, Bankın nümayəndəsi protokola imza etsə də, protokola bankın möhürünün vurulmaması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu hallar texniki xarakterli olmaqla hərracın etibarsız hesab edilməsinə əsas ola bilməz. İpoteka haqqında qanunvericilikdə yalnız hərracı udmuş şəxs və hərracın təşkilatçısı tərəfindən protokolun imzalanmasından imtina edilməsi hərracın etibarsızlığına səbəb olur. Hazırkı işdə isə, nə icra qurumunun, nə də bankın nümayəndəsinin protokolu imzalamaqdan imtina etməsi barədə hər hansı məlumat yoxdur. İşdə olan sübutlardan görünür ki, mübahisələndiril ən hərrac qanuni əsaslarla keçirildiyinə görə onun ləğvi üçün əsas yoxdur.
19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 414.4, 415.2-ci maddələrinə, “İpoteka Haqqında” Qanunun 33, 42, 43, 42.6-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı1 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərracın təklifinə "xxxx" ASC-nin cavab məktubunda zəmanət verib borclunun yerinə ödəməsi, bunu aşkar formada məktubunda bəyan etməsi bankla hərracın əlbirliyini sübut edir və qanunun aşkar kobud pozulmasıdır. Baxmayaraq ki, bütün sübütlar (rəyləri, ine trnet saytlardakı nümunələr, prosesdə olan çıxışlar) məhkəmə protokollarına və proses çəkilişi kamerasına düşsə də, məhkəmə həmin sübutları nəzərə almamışdır.
22. Hərracın keçirilməsi barədə elan verilməmişdir. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiyməti ilə ala bilər. Amma bunu sübut edəcək hec bir sənədləşmə olmamış və məhkəməyə təqdim edilməmişdir.
23. Hərracın keçirilməsi barədə ipoteka qoyana bildiriş göndərilməmişdir, (imzalar ipotekaqoyana məxsus deyil) Hərrac təşkilatının öz idarələrində olan poçt xidməti ilə müəyyən sənədləşmələr edilmişdir. Belə ki, məlumatlı olsaydı ipotekqoyan/borclu hərraclarda iştirak edər və əmlakı əldə edərdi və ya borcu ba ğlayardılar. b)
24. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
25. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
26. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hər rac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
27. Maddə 416.2. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu.
28. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərba ycan Respublikasının Qanununa uyğun olaraq verir.
29. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
30. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qayd ası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı: 31. “ Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bild irişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur”. Mülki Prosessual Məcəllə
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Ma ddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir.
42. Hazırkı kassasiya şikayətində qətnamə İddiaçı1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq e dilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
45. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eynilik təşkil edir. Şikayətdə eyni dəlillər və eyni faktiki hallara istinad olunur. Hansıki, həm 1-ci instansiya məhkəməsi və həm də apelyasiya məhkəməsi həmin halları ətraflı araşdırmış və hüquqi qiymət vermişdir.
46. Beləki, apelyasiya məhkəməsi müəyyən etmişdir ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan poçt qəbzlərinə əsasən cavabdeh "xxxx" MMC tərəfindən iddiaçılara pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmet i və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş, hərrac barədə qəzetdə elanlar verilmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçılar ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi barədə hələ 2017-ci ildə müvafiq məhkəmə qətnaməsinin çıxarılmasından və həmin qətnamənin 2018-ci ildə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qüvvədə saxlanılmasından məlumatlı olsalar da, Banka olan borcun ödənilməsi və mənzilə tutma yönəldilməməsi istiqamətində heç bir addım atmamışlar. Halbuki, onlar hərracın nəticələri ilə maraqlanmaq barədə subyektiv öhdəlik daşımışlar.
47. Bundan başqa, hərracın yekunları barədə protokola hərracın sifarişçisi olan Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsinin imza etməməsi, Bankın nümayəndəsi protokola imza etsə də, protokola bankın möhürünün vurulmaması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu hallar texniki xarakterli olmaqla hərracın etibarsız hesab edilməsinə əsas ola bilməz. İpoteka haqqında qanunvericilikdə yalnız hərracı udmuş şəxs və hərracın təşkilatçısı tərəfindən protokolun imzalanmasından imtina edilməsi hərracın etibarsızlığına səbəb olur. Hazırkı işdə isə, nə icra qurumunun, nə də bankın nümayəndəsinin protokolu imzalamaqdan imtina etməsi barədə hər hansı məlumat yoxdur.
48. Kolegiya apelyasiya məhkəməsinin yuxarıda göstərilən mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, “İpoteka haqqında” Qanunun 43.7-1. maddəsində ipoteka predmetinin ipoteka saxlayan tərəfindən “əldə olunması” dedikdə, o nun ipoteka qoyandan satın alınması kimi deyil, məhkəmə qərarı əsasında borcun ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi proseduru çərçivəsində əmlakın ipoteka qoyandan borcun əvəzi olaraq alınaraq ipoteka saxlayana verilməsi üçün hərrac təşkilatı ilə ipotekasaxlayan arasında müqavilənin bağlanması kimi başa düşülməlidir. Ona görə həmin protokolarda kiminsə imzasının olmaması əmlakın verilməsinin baş tutmaması kimi qiymətləndlirilə bilməz (hansıki, həmin protokolu imzalan tərəflər onu mübahisələndirmirlər).
49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərt ərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2419/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətn aməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.