Məhkəmə qərarları › İş №2(102)-4740/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4740/2021

02.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4740/2021 02.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: avtomobilin geri qaytarılması və pul) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-819/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 sentyabr 2021-ci il tarix də Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6873/2016 saylı, 16.11.2016-cı il tarixli qətnaməsi ilə "xxxx" İKB ASC-nin xeyrinə İddiaçı 5026,86 (beş min iyirmi altı manat səksən altı qəpik) manat əsas borc, 1220,52 (min iki yüz iyirmi manat əlli iki qəpik) faiz borcu, 50 (əlli) manat cərimə borcu və iş üzrə ödənilmiş 38,20 manat dövlət rüsumu, cəmi 6335,58 (altı min üç yüz otuz beş manat əlli səkkiz qəpik) manat tutulması, tutma ipoteka predmeti olan İddiaçı məxsus “VAZ-21214” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan pul vəsaiti hesabına ümumilikdə 6335,58 manat məbləğində borcun "xxxx" İKB A SC-yə ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi İddiaçı verilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrası üçün yetərli olmadıqda qətnamənin ümumi qaydada icra edilməsi qət edilmişdir. “VAZ-21214” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 30.10.2013-cü il tarixdən gömrük bəyannaməsi hesab-arayış-566639 əsasında ünvan 1 ünvanında qeydiyyatda olan 01.01.1976-cı il təvəllüdlü İddiaçı adında qeydiyyatdadır. 23.03.2014-cü il tarixində X6 avtomobilə dair etibarnamə verilmişdir. Avtomobil hal-hazırda axtarışdadır. İddiaçı 03.11.2013-cü il tarixli, ƏN-İ 406264 saylı etibarnaməyə əsasən, daşınmaz əmlak istisna olmaqla harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və sair səlahiyyətləri Cavabdeh1 və Cavabdeh2oviçə etibar etmişdir. İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 verilmiş 03.11.2013-cü il tarixli 7E19569 reyestri ilə təsdiq edilmiş etibarnamə 11.11.2016-cı il tarixdə İddiaçı ərizəsinə əsasən ləğv edilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, **-FZ -*** dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli minik avtomaşınının alınıb iddiaçıya qaytarılması və 6335,58 (altı min üç yüz otuz beş manat əlli səkkiz qəpik) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının X7 ilə aralarında səmimi münasibət olmuşdur. Bir gün Lətif ona onun yaxın adamları olduğunu bildirmiş və iddiaçının adına Bankdan pul götürərək maşın almağı, narahat olmamağını, pulunu onun yaxın adamlarının ödəyəcəyini təklif etmişdir. O, aralarında olan münasibətə görə Lətifə inanmışdır. 28 oktyabr 2013-cü il tarixdə "xxxx" X2 21% olmaqla 36 aylıq 8600 manat kredit müqaviləsi əs asında 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı **-FZ-*** dövlət qeydiyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil alaraq etibarnamə əsasında Cavabdeh1 və Cavabdeh2 vermişdir. Bir müddət keçəndən sonra ona bəlli olmuşdur ki, onu aldadıblar və onun mülkiyyətində qalan maşının krediti ödənilmir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə şifahi razılığa əsasən 22 ay hər ay 280 manat kredit müqaviləsi üzrə ödəniş öhdəliyini öz üzərinə götürmüşdür. Mülkiyyətində olan 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı **-FZ-*** dövlət qeydiyat nişanlı avtomobili Bakı şəhəri 32 saylı xüsusi notariat kontoru tərəfindən verilmiş 04 fevral 2014-cü il tarixli etibarnamə əsasında cavabdehlərə vermişdir. 2015-ci ilin fevral ayında ona bəlli olmuşdur ki, cavabdeh öz öhdəliy ini yerinə yetirmir, banka olan borcu ödəmir. O, cavabdehlərə banka olan borcu ödəməsinin vacib olduğunu bildirsə də, lakin cavabdehlər krediti ödəməkdən və ona məxsus avtomaşını qaytarmaqdan boyun qaçırır. Həmin etibarnamə 11 noyabr 2016-cı il tarixli ərizəsi əsasında ləğv edilmişdir. "xxxx" X1 qarşı iddiası Nizami rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilərək ondan 6355,58 manat pulun "xxxx" X3 xeyrinə tutulması və tutma ipoteka predmeti olan ona məxsus 2013-cü il buraxılışlı, “VAZ21214” markalı **-FZ-*** dövlət qeydiyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması əldə olunan pul vəsaiti hesabına ümumilikdə 6335,58 (altı min üç yüz otuz beş manat əlli səkkiz qəpik) manat məbləğində borc "xxxx" X4 ödənilməsi qət edilmişdir. Buna görə də cavabdehlər avtomobildən istifadə, habelə əlaqəli hüquqlara dair etibarnamə əsasında verdiyi avtomaşın məhkəmə qərarı əsasında alınıb ona qaytarılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova, iş № 2(011)-5818/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli minik avtomobilinin alınıb iddiaçıya qaytarılması və 6335,58 (altı min üç yüz otuz beş manat əlli səkkiz qəpik) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi barədə iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olması və hal-hazırda həmin avtomobilin onun faktiki sahibliyində olmaması faktı proses iştirakçılarınının verdikləri izahatlarla təsdiq edildiyi halda, mübahisəli avtomobilin mövcud olması və ya cavabdehlərin qanunsuz sahibliyində olması faktları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və E.Şamayev, iş № 2(103)-676/2020) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5818/2019 saylı, 26 avqust 2019-cu il tarixli qətnaməsi “Cavabdeh1 2013-cü il b uraxılışlı, “VAZ-21214” markalı, **-FZ*** dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli minik avtomaşınının alınıb iddiaçıya qaytarılmasının rədd edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməsi, Cavabdeh1 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli minik avtomaşınının alınıb İddiaçı qaytarılması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, avtomobilin iddiaçının mülkiyyətində olduğu mübahisə predmeti deyildir. İddiaçı 03.11.2013-cü il tarixli, ƏN-İ 406264 saylı etibarnaməyə əsasən, daşınmaz əmlak istisna olmaqla harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və sair səlahiyyətləri Cavabdeh1 və Cavabdeh2oviçə etibar etmişdir. Hazırda avtomobilin məhz cavabdehlərin sahibliyində olması öz təsdiqini tapmasa da, iş materiallarından görünür ki, sözügedən avtomobil etibarnamə əsasında bir neçə nəfərin istifadəsinə verilmiş, lakin həmin etibarnamələrin heç biri mülkiyyətçi tərəfindən verilməmişdir. Həmçinin İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 verilmiş 03.11.2013-cü il tarixli 7E-19569 reyestri ilə təsdiq edilmiş etibarnamə 11.11.2016-cı il tarixdə İddiaçı ərizəsinə əsasən ləğv edilmişdir. Bu isə o deməkdir ki, iddiaçının həmin etibarnamələrin verilməsindən xəbəri olmamışdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 avtomobilə dair etibarnamə verildikdən sonra, Cavabdeh1 tərəfindən X5 20.11.2013-cü il tarixdə etibarnamə verilmiş və ondan sonra da daha başqa şəxsə etibarnamə verilmişdir. Həmçinin iş materiallarından avtomobilin hal-hazırda axtarışda olduğu aydın olur. Hazırda avtomobilin harada olması barədə məlumat olmadığından və Cavabdeh1 tərəfindən başqa şəxsə etibarnamə verildiyindən iddia tələbi avtomobilin qaytarılması hissəs ində Cavabdeh1 münasibətdə əsaslıdır. İddiaçı tərəfindən etibarnamə cavabdehlərə verilsə də, sonradan Cavabdeh1 digər şəxslərə etibarnamə verməsi ilə avtomobil iddiaçının qanuni sahibliyindən çıxmışdır. Avtomobilin Cavabdeh2 tərəfindən başqa şəxslərə verilməsi barədə iş materiallarında sübut olamadığından iddia tələbi ona münasibətdə təmin edilə bilməz. Kasasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 22 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova, İ.Xəlilov, iş № 2(102)-4358/2020) Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkə məsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyətə malik olmasına baxmayaraq mübahisə predmeti olan avtomobilin cavabdehlərin sahibliyində olması və bu sahibliyin qanunsuz olması ilə bağlı apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılma aparılmamışdır. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni yalnız 03.11.2013-cü il tarixli etibarnamə ilə əsaslandırmış, mübahisə predmeti olan avtomobilin hazırda faktiki olaraq kimin sahibliyində olmasını araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 03.11.2013-cü il tarixli etibarnamə ilə avtomobil mülkiyyətçi tərəfindən Cavabdeh1 sahibliyinə və istifadəsinə verildiyindən həmin avtomobil ondan geri alınmalıdır. Halbuki, işin ha lları ilə müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 avtomobilə dair etibarnamə verildikdən sonra, Cavabdeh1 tərəfindən X5 20.11.2013-cü il tarixdə etibarnamə verilmiş və ondan sonra isə 23.03.2014-cü ildə Məlikov Teymur adlı şəxsə etibarnamə verilmişdir. Hal-hazırda isə mübahisə predmeti olan avtomobil axtarışdadır. Hazırkı mübahisənin düzgün həlli üçün mübahisə predmeti olan avtomobilin hazırda cavabdehlərin sahibliyində olub-olmaması araşdırılmalı və mübahisəyə həmin araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verilməlidir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev, iş № 2(103)-819/2021) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5818/2019 saylı, 26 avqust 2019-cu il qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 avtomobilə dair etibarnamə verildikdən sonra, Cavabdeh1 tərəfindən X5 20.11.2013-cü il tarixdə etibarnamə verilmiş və ondan sonra isə 23.03.2014-cü ildə Məlikov Teymur adlı şəxsə etibarnamə verilmişdir. Hal-hazırda isə mübahisə predmeti olan avtomobil axtarışdadır. Hazırda mübahisəli avtomobilin cavabdehlərin faktiki sahibliyində olması öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək düzgün qənaətə gəlmiş, qətnamə qanu ni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-819/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edərək, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi mad di və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili iddiaçının kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Rspublikasının Mülki Məcəlləsi 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və yaçəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublika sının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübu t etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şik ayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutu n o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-819/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar