Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4749/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi X1 vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.02.2019-cu il tarixli, 2(103)2166/2019 nömrəli qətnaməsindən iddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi X1 və Cavabdeh2 kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim F.V.Abd ıyev) 08 oktyabr 2018-ci il tarixli, 2(005)-188/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2ndan 25.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə 90.333,29 (doxsan min üç yüz otuz üç manat, iyirmi doqquz qəpik) manat məbləğində əsas, 500 (beş yüz) manat məbləğində cərimə, cəmi 90.833,29 (doxsan min səkkiz yüz otuz üç manat, iyirmi doqquz qəpik) manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulması, tutma kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus olan *** qeyri-yaşayış sahəsinə (Kooperativ yaşayış binasının) və ***nə yönəldilməsi, həmin əmlakların açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kre dit borcu və dövlət rüsumu ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana - Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan ***nin ilkin satış qiyməti 220.000 (iki yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan *** qeyri-yaşayış sahəsinin (Kooperativ yaşayış binasının) ilkin satış qiyməti 780.000 (yeddi yüz səksən min) manat məbləğində müəyyən edilməs qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Ə.Sarıyev, E.Y.Şamayev və Ş.Ə.Məhərrəmova) 06.02.2019-cu il tarixli, 2(103)-2166/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı LPO “xxxx” ASC-nin ləğ vedicisi X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2(005)188/2018 saylı qətnaməsi dəbbə pulunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi dəbbə pulu ilə bağlı hissədə qismən təmin edilmiş, Cavabdeh2ndan LPO “xxxx” ASC-nin xeyrinə 9000 (doqquz min) manat məbləğində dəbbə pulu tutulmuş, qətnamə cəmi məbləğin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, cəmi məbləğ 99333,29 (doxsan doqquz min üç yüz otuz üç manat iyirmi doqquz qəpik) manat müəyyən edilmiş. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi X4 və onun vəkili ***, Cavabdeh2 və onun vəkili X7 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının 06.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2ndan ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə 100.513,78 manat məbləğində əsas, 21.621,64 manat məbləğində faiz, 66.419,69 manat məbləğində dəbbə pulu, cəmi 188.555,11 manat məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 62 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus olan *** qeyri-yaşayış binasına və *** yerləşən *** nömrəli mənzilə yönəldilməsi, əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə “xxxx” ASC arasında bağlanmış 25.06.2013-cü il tarixli, 28/30 saylı kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə, illik 18 faiz ödəmək şərti ilə 450.000 manat məbləğində kredit verilmişdir. Eyni tərəflər arasında bağlanmış 28.01.2015-ci il tarixli kredit müqaviləsinə dəyişikliklərin edilməsi barədə razılaşmaya əsasən kreditdən istifadə müddəti 11 ay uzadılmışdır. Həmin razılaşmaya əsasən kreditin faiz dərəcəsi 22 faiz olaraq müəyyən edilmişdir. Kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit mü qaviləsinin 10.2-ci bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0.1 %-i məbləğində Borc verənə dəbbə pulu ödəməlidir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə bağlanmış ipoteka müqavilələrinə əsasən Cavabdeh1 ona məxsus *** qeyri-yaşayış binasını və ***-də yerləşən 50 nömrəli mənzili “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka 100.513,78 manat əsas, 21.621.64 mana t faiz, 66.419,69 manat dəbbə pulu, cəmi 188.555,11 manat borcu yaranmışdır. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Daha sonra iddiaçı iki dəfə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və nəticədə Cavabdeh2ndan ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə 103.301,38 manat məbləğində əsas, 6.809,48 manat məbləğində faiz, 66.419,69 manat məbləğində dəbbə pulu, cəmi 176.530,56 manat məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına və ünvan 2 ünvanında yerləşən mənzilə yönəldilməsi, əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi, həmin əmlakların açıq hərracda satılması və bankın kredit tələbinin satılmış əmlaklar hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi X4 və onun vəkili ***, Cavabdeh2 və onun vəkili X7 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, iddiaçı onun ləğv, iddianın təmin edilmməsi, cavabdeh isə qətnamənin ləğv, dəbbə pulunun tutulması hissəsində iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdirlər. İddiaçının kassasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində mülki işin baxışı zamanı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə təqdim edilmiş və borc məbləği 10330 1,38 manat (bir yüz üç min üç yüz bir manat otuz səkkiz qəpik) AZN əsas, 6809,48 (altı min səkkiz yüz doqquz manat qırx səkkiz qəpik) AZN faiz, 66419,69 (altmış altı min dörd yüz on doqquz manat altmış doqquz qəpik) AZN dəbbə pulu olmaqla, cəmi 176530,56 (bir yüz yetmiş altı min beş yüz otuz manat əlli altı qəpik) AZN hesablanmışdır. Lakin məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspert rəyində əsas borc azaldılaraq 90.333,29 (doxsan min üç yüz otuz üç manat iyirmi doqquz qəpik ) AZN göstərilmişdir. Ödənişlər barədə hesabdan çıxarışda müştərinin ödənişləri əks edilmiş, ekspert rəyində isə həmin ödənişlər yalnız əsas borcdan silinmişdir. Bundan başqa, faiz borcu məbləğinin hesablanma qaydası əsaslıdırsa, demək ki, faiz borcu həcminə görə obyektivdir və müştərinin Bankın qarşısında öz vəzifələrinin icrasından məsuliyyətsizcəsinə yayınması nəticəsində əmələ gəlmişdir. Cavabdeh kassasiya şikayətində işin hallarını sadalamış və qanunvericilik normalarına istinad edərək qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi X1 vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikas ı MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 06.02.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qətnaməsini qismən ləğv edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Cavabdeh2 ilə “xxxx” ASC ara sında bağlanmış 25.06.2013-cü il tarixli, 28/30 saylı kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh2na 18 ay müddətinə, yəni 25.12.2014-cü il tarixədək illik 18% ödəmək şərti ilə 450.000 manat məbləğində kredit verməyi, Cavabdeh2 isə Bank "xxxx" ASC-dən həmin məbləğdə pulu qəbul etməyi, kredit və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, gecikdirməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 25.06.2013-cü il tarixli, 28/30 saylı kredit müqaviləsinə 28.01.2015-ci il tarixli əlavəyə əsasən Cavabdeh2 28/30 saylı kredit müqaviləsinə əsasən verilmiş 450.000 manat məbləğində kreditin qalıq qalmış 367.483,61 manat hissəsi ilə bağlı ödənişin müddəti 25.06.2013-cü il tarixli, 28/30 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla və illik 22% ödəmək şərti ilə 11 ay müddətinə, yəni 25.12.2015-ci il tarixinədək uzadılması barədə tərəflər razılığa gəlmişlər. “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 25 iyun 2013-cü il tarixli, 28/30 saylı kredit müqaviləsinə 28.01.2015-ci il tarixli əlavəyə uyğun olaraq tərtib olunan ödəniş cədvəlinə əsasən Cavabdeh2 11 ay ərzində hər ay 37.193,63 manat ödəməli idi. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin 18.05.2017-ci il tarixli maliyyə arayışına və Cavabdeh2 hesabından çıxarışa əsasən Cavabdeh2 25.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə 17 may 2017-ci il tarixə 100.513,78 manat məbləğində əsas, 21.621,64 manat məbləğində faiz, 66.419,69 manat məbləğində dəbbə, cəmi 188.555,1 1 manat məbləğində borcu yaranmışdır. Son ödəniş 25.05.2016-cı il tarixdə 5.000 manat məbləğində həyata keçirilmişdir, həmin məbləğin 3.349,72 manat hissəsi əsas, 1.650,28 manat hissəsi isə faiz borcunun silinməsinə yönəlmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin 03.08.2017-ci il tarixli maliyyə arayışına və Cavabdeh2 hesabından çıxarışa əsasən Cavabdeh2 25.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə 01 avqust 2017-ci il tarixə (faiz və dəbbə borcu 25.12.2015-ci il tarixə hesablanmaqla) 100.513,78 manat məbləğində əsas və 13.891,45 manat məbləğində dəbbə, cəmi 114.405,23 manat məbləğində borcu yaranmışdır. Son ödəniş 25.05.2016-cı il tarixdə 5.000 manat məbləğində həyata keçirilmişdir, həmin məbləğin 3.349,72 manat hissəsi əsas, 1.650,28 manat hissəsi isə faiz borcunun silinməsin ə yönəlmişdir. “xxxx” ASC ilə ipotekaqoyan Cavabdeh1 və borcalan Cavabdeh2 arasında bağlanmış 219/07 saylı, 25.06.2013-cü il tarixli daşınmaz əmlak üzrə ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən 25.06.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan *** ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın bazar dəyəri-175.000 manat, likvid dəyəri-148.000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Cavabdeh1 mülkiyyətində olan ***, yüklülüyün müddəti 18 ay olm aqla, 25 iyun 2013-cü il tarixli, 28/30 saylı kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və “xxxx” ASC-nin mənzil üzərindəki ipoteka hüququ daşınmaz əmlakın Dövlət reyestrində 132 nömrəli reyestr kitabının 12010 nömrəli vərəqində qeydiyyata alınmışdır. “xxxx” ASC ilə ipotekaqoyan Cavabdeh1 və borcalan Cavabdeh2 arasında bağlanmış 219/07 saylı, 31.07.2013-cü il tarixli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 28 yanvar 2015-ci il tarixli Razılaşmaya əsasən tərəflər 25 iyun 2013-cü il tarixli kredit müqaviləsindən və bu kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmasından irəli gələn öhdəliklərinin təminatı olaraq ipoteka müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla ipotekaqoyanın mülkiyyətində olan *** "xx xx" ASC qarşısında ipoteka ilə yüklü edilməsinə dair razılığa gəlmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Cavabdeh1 mülkiyyətində olan ***, yüklülüyün müddəti 25.12.2015-ci il tarixədək ay olmaqla, 25 iyun 2013-cü il tarixli, 28/30 saylı kredit müqaviləsi və 28.01.2015-ci il tarixli razılaşma üzrə öhdəliyin təminatı olaraq “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və “xxxx” ASC-nin mənzil üzərindəki ipoteka hüququ daşınmaz əmlakın Dövlət reyestrində 132 nömrəli reyestr kitabının 12010 nömrəli vərəqində qeydiyyata alınmışdır. “xxxx” ASC ilə ipotekaqoyan Cavabdeh1 və borcalan Cava bdeh2 arasında bağlanmış 219/07 saylı, 31.07.2013-cü il tarixli daşınmaz əmlak üzrə ipoteka müqaviləsinin notariat qaydada təsdiq edilmiş surətinə əsasən 25 iyun 2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan *** Kooperativ yaşayış binasının qeyri-yaşayış sahəsi (Kooperativ yaşayış binası) ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın bazar dəyəri - 700.000 manat, likvid dəyəri - 600.000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Cavabdeh1 mülkiyyətində olan *** Kooperativ yaş ayış binasının qeyri-yaşayış sahəsi, yüklülüyün müddəti 18 ay olmaqla, 25 iyun 2013-cü il tarixli, 28/30 saylı kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və “xxxx” ASC-nin mənzil üzərindəki ipoteka hüququ daşınmaz əmlakın Dövlət reyestrində 101 nömrəli reyestr kitabının 9442 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" ASC ilə ipotekaqoyan Cavabdeh1 və borcalan Cavabdeh2 arasında bağlanmış 219/07 saylı, 25.06.2013-cü il tarixli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 28.01.2015-ci il tarixli Razılaşmaya əsasən tərəflər 25 iyun 2013-cü il tarixli kredit müqaviləsindən və bu kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmasından irəli gələn öhdəliklərinin təminatı olaraq ipoteka müqaviləsində nəzərdə tutulmuş şərtlə r qüvvədə qalmaqla 25.06.2013-cü il tarixli ipoteka müqaviləsinin şərtləri ipotekaqoyanın mülkiyyətində olan *** Kooperativ yaşayış binasının qeyri-yaşayış sahəsi “xxxx” ASC qarşısında ipoteka ilə yüklü edilməsinə dair razılığa gəlmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Cavabdeh1 mülkiyyətində olan *** 25 iyun 2013-cü il tarixli, 28/30 saylı kredit müqaviləsi və həmin müqaviləyə əlavə olaraq bağlanmış 28.01.2015-ci il tarixli razılaşma üzrə öhdəliyin təminatı olaraq “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və "xxxx" ASCnin mənzil üzərindəki ipoteka hüququ daşınmaz əmlakın Dövlət reyestrində 101 nömrəli reyestr kitabının 9442 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ləğv prosesində olan “xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanma Fondu tərəfindən cavabdehlər Cavabdeh2na və Cavabdeh1 ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin surətlərinə əsasən 25 iyun 2013-cü il tarixli, 28/30 saylı kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməməsinə görə Cavabdeh1 mülkiyyətində olan *** Kooperativ yaşayış binasının qeyri-yaşayış sahəsinə və ***nə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanılması barədə xəbərdarlıq edilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanma Fondunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ər azi İdarəsinə ünvanladığı “Tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması barədə” ərizələrinin surətinə əsasən *** Kooperativ yaşayış binasının qeyri- yaşayış sahəsinə və ***nə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması xahiş olunmuş və ipoteka predmetlərinə dair tutmanın yönəldilməsi haqqında bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23609 nömrəli, 11 yanvar 2018-ci il tarixli rəyinin nəticə hissəsinə əsasən iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 25.06.2013-cü il tarixli, 28/30 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 iddiaçı "xxxx" ASCyə 01.08.2017-ci il tar ixinə olan borcu 103.301,38 manat əsas, 26.892,79 manat faiz borcu və 61.795,86 manat dəbbə pulu olmaqla, cəmi 191.990,03 manat məbləğində müəyyən olunur və kredit müddətinin bitdiyi, yəni 25 dekabr 2015-ci il tarixinə 128.078 manat əsas və 6.809,48 manat faiz borcu yaranmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23508 nömrəli, 19 sentyabr 2018-ci il tarixli rəyinin nəticə hissəsinə əsasən iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 25.06.2013-cü il tarixli, 28/30 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 iddiaçı “xxxx” ASC-yə 01.08.2017-ci il tarixinə olan borcu 90.333,29 manat məbləğində müəyyən olunur və kredit müddətini n bitdiyi, yəni 25 dekabr 2015-ci il tarixinə 128.087,10 manat əsas və 6.703,63 manat faiz borcu yaranmışdır. Eyni zamanda qeyd olunmuşdur ki, tərəflər arasında bağlanmış 25.06.2013-cü il tarixli, 28/30 saylı kredit müqaviləsi üzrə 25.12.2015ci il tarixdən sonra dəbbə və faizin hesablanması dayandırılmışdır. Bu səbəbdən hazırkı hesablamalar zamanı 25.12.2015-ci il tarixdən sonra faizlər hesablanmadı. Kredit müddətinin bitdiyi, yəni 25 dekabr 2015-ci il tarixindən sonra cavabdeh tərəfindən 15.01.2016-cı il tarixdə 7.000 manat, 22.01,2016-cı il tarixdə 7.196 manat, 30.03.2016-cı il tarixdə 15.000 manat, 06.04.2016-cı il tarixdə 3.261,44 manat, 29.04.2016-cı il tarixdə 5.000 manat, 25.05.2016-cı il tarixdə 5.000 manat, cəmi 42.457,44 manat məbləğində ödəniş edilmişdir. Aparılmış ekspertiza tə dqiqatının dəyəri 145 manat təşkil edir. “xxxx” MMC-nin 27.07.2018-ci il tarixli, 0612/18/TXB ekspert rəyinə əsasən ***n ilkin satış dəyəri 235.000 manat, likvid dəyəri isə 220.000 manat təşkil edir. “xxxx” MMC-nin 27.07.2018-ci il tarixli, 0613/18/TXB ekspert rəyinə əsasən *** Kooperativ yaşayış binasının qeyri-yaşayış sahəsinin ilkin satış dəyəri 830.000 manat, likvid dəyəri isə 780.000 manat təşkil edir. “xxxx” MMC-nin 27.07.2018-ci il tarixli 351 nömrəli hesab fakturaya əsasən *** Kooperativ yaşayış binasının qeyri-yaşayış sahəsinə və ***nə dair aparılmış aparılmış ekspertiza tədqiqatın dəyəri 200 manat təşkil edir. 22.06.2017-ci il tarixli ödəniş qəbzinə əsasən ləğv prosesində olan “xxxx” ASC tərəfindən Bakı şəhəri Nərimanov rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.04.2016-cı il tarixli, 2-1 (81 )-1541/2016 saylı qərardadının surətinə əsasən ’”xxxx” ASC-yə ləğvedici qismində təyin edilmiş “xxxx” MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışı nı müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əv əz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh2 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymət ləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ekspert tərəfindən aparılmış hesablama üzrə cavabdehin cəmi 90333,29 manat əsas borcu (128.087,10 manat əsas borc+ 6.703,63 manat faiz borcu=132790,13 manat cəmi borc-42457,44 müqavilə müddətindən sonrakı ödəniş=90333,29 manat) yaranmışdır. Mülki Məcəllənin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzə rə alınır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Apellyasiya instansiyası məhkəməsi dəbbə pulu məbləği ilə bağlı apellyasiya şikayətinin dəlili olmaqla yanaşı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, qeyd edir ki, dəbbə pulu həddən artıq çox azaldılmışdır. Buna görə də, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi dəbbə pulu ilə bağlı hisədə qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 9000 manat məbləğində dəbbə pulu tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmiş dir ki, dəbbə pulu məbləğinin dəyişdirilməsi qətnamə ilə tutulan cəmi məbləğə təsir göstərdiyindən, cavabdehdən tutulmalı olan 908333,29 manat cəmi məbləğ dəyişdirilib, 99333,29 manat məbləğində müəyyən olunmalıdır. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həçmdə təmin edir. Bu tələbə həmcinin faizlər, dəbbə pulu, icranın geçikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxla nılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca icra edilməmişdir. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini pozduğundan və müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməlidir. “İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüq uqunun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlaya nın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; Kollegiya hesab etmişdi ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən kredit müq aviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi nəticəsində tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakların açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumu ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan- Cavabdeh1 qaytarılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyənləşdirərkən qiymətləndirmə ekspertizası keçirmişdir. Kollegiya qeyd edir ki, ipoteka müqavilələri 2013-cü ildə bağlanmış, müqavilədə qeyd olunan qiymətlər həmin ilə uyğun götürülmüş qiymətlər olmaqda, birinci instansiya məhkəməsi tərəfindən 5 il sonra qiymətl əndirmə ilə bağlı rəylər alınmışdır. Kollegiya hesab etmişdir ki, qiymətləndirmə ilə bağlı rəylər kifayət qədər əsaslandırılmış, əmlakların mövcud bazar dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaklara baxış keçirilməklə) müəyyən olunmuşdur. Buna görə də, ipoteka predmetlərinin ilkin satış qiymətlərini şübhə altına ala biləcək mötəbər sübutlar təqdim olunmamışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır, həmin dəlillər apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassasiya şikayətinin dəlillərində əks olunmuş məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin yanaşması maddi hüquq normalarının tələbərinə uyğun olmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi X1 və Cavabdeh2 kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.02.2019-cu il tarixli, 2(103)-2166/2019 nömrəli qətnaməsi də yişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4749/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4749/2019
01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver