Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4753/2019 08.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)878/2018 nömrəli iş üzrə 23 noyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhər Xətai rayon məhkəməsinin (hakim Namidar Misirzadə) 11 sentyabr 2017-ci il tarixli qətn aməsi ilə iddia qismən təmin edilmiş, əsas kredit borcunun ödənilməsi məqsədi ilə 61432,68 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faizin ödənilməsi məqsədi ilə 6520,74 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 300 ABŞ dolları, cəmi isə 68253,42 ABŞ dolları (məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 22 manatın Cavabdeh1 tutularaq iddiaçı Banka ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 85000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilə biləcək pul vəsaiti hesab ına Cavabdeh1 Banka olan borcunun ödənilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət edilmiş, qalan hissədə iddia rədd edilmiş, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manatın Cavabdeh1 dövlət büdcəsinin xeyrinə, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 300 manatın isə “xxxx” MMC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Elmira Nağıyeva, Həmid Həmidov) 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə d əyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət edərək onunla Cavabdeh1 arasında 03.12.2013-cü il tarixdə bağlanmış, 13007-1277/411338 №-li “Kredit müqaviləsinin” ləğv edilməsi; həmin müqavilə üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 61432,68 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 6520,74 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 3146,96 ABŞ dolları, cəmi isə 71100,38 ABŞ dolları (məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), habelə sənədlərin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 22 manat və iddia ərizəsinin verilməs i üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsi; tələbin ipoteka predmetinə Cavabdeh1 məxsus olan və Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 15 №-li evin 73 №-li mənzilə (bundan sonra – mənzil) yönəldilməsi; mənzilin açıq hərracdan satılması; satışdan əldə oluna biləcək pul vəsait hesabına Cavabdeh1 Banka olan borcunun ödənilməsi; həmin vəsait borcun ödənilməsinə yetərli olmadıqda, qalan borcun Cavabdeh1 ümumi qaydada tutulması; mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində mənzilin boşaldılması, cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında 03.12.2013-cü il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən, m ənzilin alınması məqsədi ilə Bank tərəfindən Cavabdeh1 kreditdən istifadəyə görə illik 14,5 faiz dərəcəsi ilə, 120 ay müddətinə 68840 ABŞ dolları məbləğində kredit verilmişdır. “Kredit müqaviləsindən” irəli gələn öhdəliyin icrasının təminatı olaraq, Cavabdeh1, kredit borcu hesabına aldığı mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə 03.12.2013-cü il tarixdə onunla Bank və (mənzilin keçmiş mülkiyyətçisi) S.Məmmədov arasında 13007-1277/411338/ASİ №-li “Alğı-satqı və İpoteka müqaviləsi” bağlanmışdır. Cavabdeh1 arvadı, iş üzrə digər Cavabdeh2 mənzilə dair “İpoteka müqaviləsi” bağlanan zaman buna yazılı və notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi vermişdir. Daha sonra 15.04.2015-ci il tarixdə Bank və Cavabdeh1 arasında «“Kredit müqaviləsinə” 3 №-li Əlavə» bağlanmışdır. Həmin razılaşmanın şərtlərinə görə, kreditdən istifadəyə görə əvvəlki müqaviləyə əsasən müəyyən edilmiş illik 14,5% dərəcəsi – 12% dərəcəsinə dəyişdirilmişdir. Qeyd edilənlərə baxmayaraq, Cavabdeh1, Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş – Banka olan borcunu tam ödəməmişdir. Nəticədə, Cavabdeh1, Banka borcu yaranmışdır ki, əsas kredit borcu 61432 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcu 6520,74 ABŞ dolları təşkil edir. Ödənişin gecikdirilməsinə görə Bank tərəfindən Cavabdeh1 cərimə (dəbbə) tətbiq olunmuşdur ki, bu cərimənin məbləği 3146,96 ABŞ dolları təşkil edir. Bank borcun ödənilməsini Cavabdeh1 dəfələrlə tələb etsə də, Cavabdeh1 borcu ödəməkdən yayınmışdır. Bu səbəbdən, Bank hazırki iddia ilə məhkəməyə müraciət etmək və sənədlərin nota riat qaydada təsdiq edilməsi üçün 22 manat, iddianın verilməsi üçün isə 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Tərəflərin izahatları: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunu n tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasi ya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 03.12.2013-cü il tarixdə bağlanmış “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1, mənzilin alınması məqsədi ilə kreditdən istifadəyə görə illik 14,5 faiz dərəcəsi ilə, 120 ay müddətinə 68840 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh1 isə ona verilmiş krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. 15.04.2015-ci il tarixdə tərəflər arasında bağlanmış “Kredit müqaviləsinə əlavədən” görünür ki, bu razılaşmanın şərtlərinə görə kreditdən istifadəyə görə müəyyən edilmiş 14,5% dərəcəsi 12% dərəcəsinə dəyişdirilmişdir. İşin hallarına əsasən apellyasiya in stansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1, iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, Banka olan borcunu qaytarmamışdır. İşdə olan məktublardan görünür ki, Cavabdeh1 Banka olan borcunun ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş 02.11.2016-cı il tarixli “Arayışdan” görünür ki, Cavabdeh1 Banka olan əsas borcu 61432,68 ABŞ dolları, faiz borcu 6520,74 ABŞ dolları, cərimə borcu isə 3146 ABŞ dolları təşkil edir. Göstərilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdar da olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın - hazırki halda Cavabdeh1 üzərinə düşür. Lakin o, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilməmiş və ümumiyyətlə, bu halı mübahisələndirməmişdir. Cavabdeh1 göstərmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab edərkən yalnız Bankın təqdim etdiyi “Maliyyə arayışına” əsaslanmışdır. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MPM-nin tələblərinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Sadalanan mülki prosess ual hüquq normalarının tələblərindən çıxış edən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 03.12.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış borcun Cavabdeh1 ödənilməsini tələb edən Bank, tələbinin əsası kimi, həmin müqavilə ilə bağlı maliyyə sənədlərini, o cümlədən də “Maliyyə arayışını” birinci instansiya məhkəməsinə təqdim etmişdir. Həmin tələbə etiraz edən cavabdeh tərəfindən isə etirazını təsdiq edən hər hansı sübut məhkəmələrə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, “Maliyyə arayışı” birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş və digər sübutlarla yanaşı qiymətləndirilmişdir. Cavabdeh1 daha bir dəlili ondan ibarətdir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Lakin bu zaman, onun ödədiyi pul vəsaitlərinin hansı qaydada silinməsi, bu silinmənin müqavilə şərtlərinə uyğun olub-olmaması barədə suallar ekspert qarşısında qoyulmamış, ekspert də öz növbəsində yalnız məhkəmə qərardadı ilə verilmiş suallar çərçivəsində tədqiqat aparaq müvafiq rəyi birinci instansiya məhkəməsinə təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlili ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılması zamanı Cavabdeh1 ödənilməsi tələb olunan borcun düzgün olub-olmamasının müəyyən edilməsi məqsədi ilə iş üzrə 14.12.2016-cı il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Sözügedən qərardadla eksp ert qarşısında “Kredit müqaviləsi” və həmin müqaviləyə 15.04.2015-ci il tarixdə edilmiş 3 nömrəli “Əlavəyə” əsasən ayrılmış kredit vəsaiti üzrə Banka cavabdeh tərəfindən əsas və faiz borcuna görə qaytarılmış vəsaitin məbləği, ödənilməmiş qalan əsas və faiz borcunun məbləği, tələb olunan faiz borcunun hansı qaydada (cədvəl şəklində hesablama qaydası rəydə göstərilməklə) hesablanması barədə suallar qoyulmuşdur. Cavabdeh tərəfindən əsas və faiz borcuna görə qaytarılmış vəsaitin məbləğinin müəyyən edilməsi barədə sual elə ödənişlərin təyinatına uyğun əsas və faiz borcundan düzgün silinib-silinməməsi barədə sualı da özündə ehtiva edir. Həmin sual üzrə ekspert tərəfindən tədqiqat aparılması iş üzrə verilmiş 14.08.2017-ci il tarixli 980 nömrəli ekspert rəyində öz əksini tapır. Rəydən müəyyən edil ir ki, 02.11.2016-cı il tarixədək Cavabdeh1 tərəfindən Banka ümumilikdə 25.466,99 ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 7.386,16 ABŞ dolları əsas borca, 18.080,83 ABŞ dolları isə faiz borcuna silinmişdir. Sözügedən rəydən həmçinin müəyyən edilir ki, 02.11.2016-cı il tarixə Cavabdeh1 Banka olan cəmi borcu 68111,34 ABŞ dolları, o cümlədən əsas borcu 61453,84 ABŞ dolları, faiz borcu 6657 ABŞ dolları məbləğindədir. Həmin rəy məhkəmə tərəfindən iş materialları ilə birlikdə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 borcu hesablanarkən, ekspert, rəyin tədqiqat hissəsində verilmiş cədvəldə əsas borcu 61453,84 ABŞ dolları məbləğində müəyyən etsə də, rəyin nəticə hissəsində həmin borcun 6153,84 ABŞ dolları məbləğində olması qənaətinə gəlmişdir. Ekspertin hazırki i ş üzrə gəldiyi nəticədə mövcud olan bu ziddiyyətlərin aradan qaldırılması üçün məhkəmə tərəfindən iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 16.10.2018-ci il tarixli, 7535 nömrəli rəydə həmin ziddiyyət aradan qaldırılmamış, yenə də rəyin tədqiqat hissəsindəki cədvəldə əsas borcun məbləği 61453,84 ABŞ dolları, rəyin nəticə hissəsində isə həmin məbləğ 6153,84 ABŞ dolları kimi göstərilmişdir. Bununla bağlı məhkəmə iclasına dəvət olunmuş ekspert məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 03.12.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə cavabdehin 02.11.2016-cı il tarixə Banka olan əsas borcun məbləği rəyin tədqiqat hissəsindəki cədvəldə qeyd olunduğu kimi 61453,84 ABŞ dollarıdır, lakin rəyin nəticə hiss əsində bu məbləğin 6153,84 ABŞ dolları kimi qeyd olunması texniki səbəblərdən səhv qeyd olmuşdur. Məhkəmə iclasında iştirak edən iş üzrə tərəflərin nümayəndələri ekspert rəyinin nəticə hissəsində əsas borcun məbləğinin düzgün qeyd edilməməsini texniki səhv nəticəsində baş verməsi kimi qəbul edilməsinə etiraz etməmişlər. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin müzakirə olunan dəlilləri əsassızdır. Cavabdeh1 apellyasiya şikayətində ifadə olunmuş daha bir dəlili onunla əsaslandırılmışdır ki, “Kredit müqaviləsinə” 1 nömrəli Əlavəyə əsasən Cavabdeh1 borcun ödənilməsi ilə bağlı 16 ay güzəşt verilmiş, lakin buna baxmayaraq həmin müddətdə cavabdeh tərəfindən Banka 17600 ABŞ dolları (13760 manat) məbləğində kredit ödəmişdir. Cavabdeh1 hesa b edir ki, ödədiyi bu məbləğlər əsas borcdan silinməli və müqavilə ilə müəyyən edilmiş faiz dərəcəsi yerdə qalan məbləğə tətbiq olunmalı idi. Lakin Bank tərəfindən bu qaydada əməl olunub-olunmaması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Birinci instansiya məhkəməsinin əhəmiyyət vermədiyi digər hal isə ondan ibarətdir ki, ödənişlərin edilməli olmadığı 16 ay güzəşt müddətində cavabdeh tərəfindən Banka yuxarıda qeyd edildiyi kimi 13760 manat, sonrakı dövrlərdə isə 28900 manat ödənilmişdir. Həmin məbləğdən 8160 manatı faiz borcuna, 20740 manat isə əsas borca aid edilir. Bununla da hazırki iş üzrə qətnamə qəbul edilən tarixə cavabdehin Banka olan borcunun məbləği, məhkəmənin müəyyən etdiyi kimi 61432,68 ABŞ dolları deyil, 33258 manat təşkil edir. Apellyasiya instansiya məh kəməsi bununla bağlı hesab etmişdir ki, Cavabdeh1 bu dəlilləri də əsassızdır. Belə ki, “Kredit müqaviləsinin” tərkib hissəsi olan “1 nömrəli Əlavədən” görünür ki, həqiqətən də, müqavilə bağlandığı vaxtdan 16 müddətində ödənişlərin edilməsi nəzərdə tutulmamış, öhdəliklərin icrası müddətinin başlanğıcı 03.05.2015-ci il tarixdən müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki “Kredit müqaviləsi” üzrə müəyyən edilmiş faiz dərəcəsi, cavabdehin Bankın əmlakından (pulundan) istifadə etməsinə görə hesablanmış əlavə məbləğdir və həmin borcun faizlər ilə verilməsini, müqavilə tərəfləri əvvəlcədən şərtləşdirmişlər. Belə olan halda, borcalan olan cavabdehin müqavilə öhdəliklərinin icrasına təyin edilmiş müddət çatanadək başlaması onu kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməkdən azad etmir. Həmçin in ödənişlərin silinmə ardıcıllığı tərəflər arasında bağlanmış “Kredit müqaviləsinin” 3.1-ci maddəsi ilə müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə, müqavilə üzrə kreditora ödəniləcək ödənişlər ödəmə tarixində qanunun icazə verdiyi qaydada ABŞ dolları ilə Kreditora vəsaitlərin Borcalan cari hesabına mədaxil etmək yolu ilə ödənilir. Vəsaitlər borcalanın hesabına mədaxil edildikdən sonra, kreditor tərəfindən aşağıdakı qaydada silinir: 1ci növbədə - faiz məbləğinin gecikdirilməsinə görə penya (gecikmələr baş verdiyi halda); 2-ci növbədə - əsas borc məbləğinin gecikdirilməsinə görə cərimə faizi (gecikmələr baş verdiyi halda); 3-cü növbədə - faiz məbləği; 4-cü növbədə əsas borc məbləği. Bundan başqa Mülki Məcəllənin 432.4-cü maddəsinin mənasına görə, əgər borclu əsas öhdəliyin icrasından b aşqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin, sonra faizlərin və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Qeyd olunan maddi hüquq normasının tələblərinə, habelə “Kredit müqaviləsinin” şərtlərinə əsaslanan Məhkəmə hesab edir ki, cavabdehin həyata keçirdiyi ödənişlər Bank tərəfindən düzgün olaraq ilk öncə faiz borcunun ödənilməsinə yönəldilmişdir; apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, müqavilə üzrə cavabdehin həyata keçirdiyi ödənişlərdən sonra əsas və faiz borcunun məhz şikayətdə qeyd olunan məbləğlərdə olmasını təsdiq edən hər hansı sübutları cavabdeh tərəf məhkəmələrə təqdim etməmişdir. Sübuta söykənməyən dəlil isə mülki prosessual qanunvericiliyin tələbinə görə əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 iddiaçı Bank qarşısında vaxtında və lazımi qaydada icra edilməmiş öhdəlikləri mövcuddur və o, bu öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyır. Çünki Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəll ənin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə əgər, bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Cavabdeh1 Bank qarşısında icra edilməmiş öhdəliklərinin olması müəyyən edildiyindən 61432,68 ABŞ dolları məbləğində əsas borc, 6520,74 ABŞ dolları faiz borcu ondan tutularaq Banka ödənilməlidir. İddiaçı Bank tərəflər arasında bağlanmış “Kredit müqaviləsinin” şərtlərini əsas götürərək, Cavabdeh1 borcun ödənilməsini gecikdirdiyi üçün 3146,96 ABŞ dolları məbləğində cərimə də tətbiq etmişdir. Birinci instansiya məhkəməsi isə Mülki Məcəllənin 467-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətindən istifadə edib cərimə borcunu 300 ABŞ dolları məbləğində müəyyən etmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayə tində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-878/2018 nömrəli iş üzrə 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4753/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4753/2019
08.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver