Məhkəmə qərarları › İş №2(102)-476/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-476/2023

06.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-476/2023 06.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: şəhadətnamənin ləğvi, avtomobilin qaytarılması, pul tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əsassız varlanma obyekti olan avtomobilə dair cavabdehin adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməklə, avtomobilin ona qaytarılması tələbi barədə ilkin, Cavabdeh İddiaçı qarşı pul tələbi barəd ə qarşılıqlı iddiasına dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)1600/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı və qarşılıqlı idida üzə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 06 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(059)-91/2019 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı, X13, X11, X1, X2, X5 və X14 müştərək qaydada iddiaçı Cavabdeh xeyrinə ödənilməmiş qalan 28500 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə və 55000 manat borc, habelə 21 yanvar 2018-ci ildən 23 may 2018-ci ilədək olan müddət ərzində 58500 ABŞ dolları və 80000 manat məbləğin üzərindən illik 5 faiz hesablanmaqla, 991,25 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə və 1354,2 manat, 23 may 2018-ci ildən 10 dekabr 2018-ci ilədək olan müddət ərzində 23 may 2018ci ildə ümumilikdə ödənilmiş 30000 ABŞ dolları və 25000 manat, habelə ödənilmə müddəti nəzərə alınmaqla 28500 ABŞ dolları və 55000 manat məbləğin üzərindən illik 5 faiz hesablanmaqla 776,5 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə və 1502 manat pulun tutulması qət edilmişdir.

2. X20 X10 05 fevral 2021-ci il tarixli, 09/04 nömrəli protokola əsasən İddiaçı məxsus **-NG-*** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 72” markalı avtomaşın həmin gün hərrac vasitəsilə 9800 manata Cavabdeh satılmışdır. Siyəzən rayon İcra və Probasiya şöbəsi rəisinin DİN BDYP idarəsinə ünvanlanmış 19 fevral 2021-ci il tarixli məktubundan görü nür ki, borclu İddiaçı “Hyundai HD 72” markalı avtomaşın hərrac vasitisə tələbkar Cavabdeh satıldığına görə sonuncunun adına rəsmiləşdirilməsi xahiş edilmişdir. Avtomaşın 20 dekabr 2021-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilmişdir.

3. Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(059)-91/2019 saylı qətnaməni icrası üzrə verilmiş 01 dekabr 2021-ci il tarixli, 2(059)-91/2019 sayl icra vərəqəsi üzrə icra icraatına borclular tərəfindən, o cümlədən hazırkı iş üzrə İddiaçı tərəfindən nağd qaydada tələbkar Cavabdeh tələbləri tam təmin olunduğuna görə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanma obyekti olan “Hyundai HD 72” markalı avtoma şına aid Cavabdeh adına qeydə alınmış nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və 2008-ci il buraxılışlı, ağ rəngli, **-EM-*** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 72” yük markalı nəqliyyat vasitəsinin cavabdehdən alınaraq, ona qaytarılması, ödənilmiş cəmi 128 manat dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, Cavabdeh ona və qeyrilərinə qarşı “borcun qaytarılması” tələbinə dair iddiası üzrə iddiaçının iddianı təmin etmək tədbiri barədə ərizəsi təmin edilərək, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra vərəqəsinə əsasən onun adına aşkar edilmiş, Siyəzən şəhərində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi nin ¼ hissədə, Siyəzən rayonu, Zarat kəndində yerləşən 0,94 ha kənd təsərrüfatlı təyinatı torpaq sahəsinin ½ hissədə, 2008-ci il buraxılışlı, ağ rəngli, ** NG *** dövlət qeydiyyat nişanlı “Hyundai HD 72” yük markalı avtomaşının, cavabdeh X15 Siyəzən şəhərində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin, Zarat kəndində yerləşən 0,199957 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qara ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının, cavabdeh X6 adına aşkar edilmiş Siyəzən rayonu, Zarat kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin, Siyəzən şəhərində yerləşən 0,005 ha sahibkarlıq torpaq sahəsi üzərində 17 dekabr 2018-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə icarə hüququ qeydiyyata alınmış ünvan 3 ünvanında yerləşən icarəsində olan qeyri-yaşayış binasının, eləcə də 1993-cü il buraxılışlı, ağ rəngli, ** BE *** dövlət qeydiyyat nişanlı, VAZ 21065 avtomaşının və cavabdeh X16 adına aşkar olunmuş əmlakların üzərinə iddianın təmin etmə tədbiri qaydasında həbs qoyulmuşdur. Göstərilənlərə əsasən və İcra haqqında Qanununun 53-cü maddəsini rəhbər tutaraq Siyəzən rayon İcra və probasiya şöbəsi tərəfindən qeyd edilən əmlakların satışını təşkil edib satışdan əldə olunan məbləğin müvafiq depozit hesabına köçürülməsi məqsədi ilə "xxxx" MMC-də rəsmi müraciət (sifariş) olunmuş, “İcra haqqında” Qanunun müvafiq maddəsinin bəndlərinə istinad edilərək, hərrac təşkil olunmuşdur. “X20 X10 “09/04 Nömrəli Protokolu”na əsasən 05 fevral 2021-ci il tarixdə tələbkar Cavabdeh 9800 manat hərracdakı satış qiymətinə onun adına olan 2008ci il buraxılışlı, ağ rəngli, ** NG *** dövl ət qeydiyyat nişanlı “Hyundai HD 72” yük markalı avtomaşını almışdır. Lakin, bundan sonra hazırkı iş üzrə Cavabdeh 05 fevral 2021-ci il tarixdən mübahisə predmeti olan avtomobili öz adına keçirməyərək, borcunu nağd halda pul formasında tələb etmiş və Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra vərəqəsi üzrə borclular, o cümlədən, o, X21, X8, X9, X12 və X25 tərəfindən müştərək qaydada 30267,75 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə 57856,2 manat pul vəsaiti tam məbləğdə tələbkar Cavabdeh 25 noyabr 2021-ci il tarixdə ödənilmişdir. Belə ki, bu barədə tələbkar Əzizov X3 rayon icra və probasiya şöbəsinə “icra sənədinin icraatına xitam verilməsi haqqında” 25 noyabr 2021-ci il tarixdə yazılı ərizə ilə müraciət edərək, icra sənədi üzrə ümumilikdə 109311 manat borcun ona tam şəkildə borclular tərəfindən ödənildiyini və onun borclulara qarşı heç bir tələb və şikayətinin olmamasını bildirmiş, həmçinin “İcra haqqında Qanunun 20.1.5-ci maddəsinə əsasən məhkəmənin 21 yanvar 2019-cu il tarixli icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Lakin, Cavabdeh 05 fevral 2021-ci il tarixli “X20 X10” 09/04 nömrəli protokolundan sui-istifadə edərək ona olan borcun tam ödənilməsinə və digər borcluların, həmçinin özünün qarşı tərəfə borcunun qalmamasına baxmayaraq, ** NG *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 72” yük markalı avtomaşını 20 dekabr 2021-ci il tarixdə öz adına rəsmiləşdirməklə, əsassız varlanmışdır. Bundan əlavə, Cavabdeh təhvil verilərkən sözügedən avtomobilinin yanacaq sisteminin olmaması səbəbindən istismara yararsız olmasını və sırf bununla əlaqədar çəkilmiş xərcin ağlabatan məbləğinin 1250 manat təşkil etməsini qəbul edərək, avtomobilin ona qaytarılacağı təqdirdə, bu pulu qarşı tərəfə ödəməyə razıdır.

6. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17523,60 manat maddi zərər, eləcə də 142,57 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17666,17 manat pulun tutularaq ona ödənilməsi, o cümlədən bu vəsaitin ödənişinin “Hyundai HD 72” yük markalı avtomaşının cavabdehə qaytarılması ilə eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı, X13, X11, X1, X2, X5 və X14 müştərək qaydada onun xeyrinə ödənilməmiş qalan 2 8500 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə və 55000 manat borc, habelə 21 yanvar 2018-ci ildən 23 may 2018-ci ilədək olan müddət ərzində 58500 ABŞ dolları və 80000 manat məbləğin üzərindən illik 5 (beş) faiz hesablanmaqla 991,25 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə və 1354,2 manat, 23 may 2018-ci ildən 10 dekabr 2018-ci ilədək olan müddət ərzində 23 may 2018-ci ildə ümumilikdə ödənilmiş 30000 ABŞ dolları və 25000 manat, habelə ödənilmə müddəti nəzərə alınmaqla 28500 ABŞ dolları və 55000 manat məbləğin üzərindən illik 5 (beş) faiz hesablanmaqla 776,5 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə və 1502 manat pul tutulmuş, həmçinin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. O, uzun müddət həmin məbləğin alınması üçün çalışmış, bunun üçün çox əzi yyət çəkib, vəsait sərf etmişdir. Cavabdeh iddia tələbini onun əmlakının hesabına əsassız varlanması ilə əsaslandırsa da, onun istinad etdiyi bu hal tamamilə əsassız və qəbuledilməzdir. Belə ki, o, tələb edilən nəqliyyat vasitəsini tam qanuni əsaslarla əldə edərək, habelə icra hərəkətlərinin həyata keçirilməsi üçün xərclər çəkmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan, yəni cavabdehdən tutulmalı olmasına baxmayaraq, bu hal baş verməmiş, əksinə "xxxx" MMC-yə qiymətləndirmə işi üçün 3000 manat, hərracın keçirilməsi məqsədilə "xxxx"nə hərraclarda əmlakların əldə edilməsi üçün hərrac xərci olaraq 4550 manat vəsait ödəmişdir. Bundan əlavə, o, mübahisəli nəqliyyat vasitəsini 05 fevral 202 1-ci tarixdə hərrac vasitəsilə alarkən, avtomaşın dəmir parçasından fərqli olmamış, onun hərəkəti üçün zəruri ehtiyat hissələri üzərindən götürülmüş, habelə İddiaçı özü tərəfindən çıxarılmaqla, istismara tam yararsız vəziyyətə salınmışdır. Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra sənədinin icraya yönəldilməsindən xeyli müddət keçdikdən sonra 25 noyabr 2021-ci il tarixdə səhhətində yaranmış problemlərlə əlaqədar müalicədə olarkən qarşı tərəf rayon icra və probasiya şöbəsinin vasitəçiliyi ilə oğlu Nərimanı aldadıb, xərcləri ödənilmədən tələsik şəkildə borcun tam şəkildə ödənilməsi ilə bağlı akta imza etdirmişlər. 01 dekabr 2021-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verildikdən sonra o, uzun müddət icra hərəkət lərinin həyata keçirilməsi ilə bağlı çəkdiyi xərclərin ona qaytarılacağına ümid etsə də, ümidlərinin nəticəsi olmamışdır. Belə ki, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Elnur Piriyev ona kişi sözü verərək, xərcinin cavabdeh tərəfindən qarşılanacağını, onlara 10 gün vaxt verməsini, əks təqdirdə xərclərinin əvəzi kimi 2008-ci il buraxılışlı, ağ rəngli, ** NG *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 72” yük markalı avtomaşını adına rəsmiləşdirilməsini, buna kiminsə etirazının olmayacağını bildirmişdir. Bundan sonra, o, təxminən 10 gün gözləmiş, nə icra rəisi vəzifəsini icra edəndən, nə də cavabdehdən xərclərinin əvəzi ilə bağlı xəbər çıxmadığından özü Elnur Piriyevlə əlaqə saxlamış, lakin müraciətləri nəticəsiz qaldığından 20 dekabr 2021-ci il tarixdə mübahisəl i avtomaşını xərclərinin əvəzi kimi öz adına rəsmiləşdirmişdir. Həmin vaxt da öz şəxsi vəsaitini sərf edərək, “Hyundai HD 72” yük markalı avtomaşın istismara yararsız vəziyyətdə olduğundan onu 20 dekabr 2021-ci il tarixdə evakuator vasitəsilə Siyəzən şəhərində yerləşən çörək sexinin qarşısından götürüb, Bakı şəhəri, Qaradağ rayonunda “Meyvəli” deyilən bazarın yanında yerləşən DİN BDYPİ-nin Qeydiyyat-imtahan və texniki baxış şöbəsinə aparmış, avtomaşına yeni ** EM *** dövlət qeydiyyat nişanı almış, habelə eyni evakuatorla Siyəzən şəhərinə gətirmişdir. Beləliklə, mübahisəli avtomobilin adına sənədləşdirilməsi üçün 88,60 manat, evakuatorla daşınması üçün isə 340 manat xərc çəkmişdir. Daha sonra, o, 26 dekabr 2021-ci il tarixdə yenidən əvvəlki evakuator vasitəsilə “Hyundai HD 72” yük markalı a vtomaşını təmir-bərpa işlərinin görülməsi üçün Siyəzən şəhərindən götürüb, Bakı şəhəri, Xocasən dairəsində yerləşən “X28” MMC-yə aparmış, habelə avtomaşını ora təhvil vermişdir. Bu dəfə də yol xərci olaraq evakuatora 170 manat pul ödəmiş, bundan əlavə, mübahisəli avtomobil istismara yararsız olduğu üçün 9375 manat təmir-bərpa xərcləri çəkmişdir. Bununla belə, o, hazırda da əvvəldə olduğu kimi heç kimin avtomobilini istəmir. Lakin, icra hərəkətləri ilə bağlı sərf etdiyi vəsaitin əvəzi ödənilmədiyindən cavabdehin ona qarşı nəqliyyat vasitəsinin qaytarılması barədə iddia qaldırması anlaşılan deyildir. Çünki, xərcləri qarşılanmamaqla, yanaşı yararsız avtomobili təmir etdirməyi də ona izafi xərclər, zərər hesabına başa gəlmişdir. Əgər belə bir halın baş verəcəyini bilsə idi, heç avtomobilin təm ir işləri ilə məşğul olmazdı. Avtomobil qaytarılacağı təqdirdə, xərclərinin kimin tərəfindən hansı formada qarşılanacağı sual altındadır. O, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Elnur Piriyevin sözünə inanıb, bu addımı atmışdır. Eyni zamanda, hərrac vasitəsilə əldə edilmiş əmlaklar (mübahisəli avtomobil istisna olmaqla) onların əvvəlki sahiblərinə qaytarılmışdır. Bununla da, avtomobil əvvəlki sahibinə qaytarılacağı təqdirdə, çəkdiyi bütün xərclərin, o cümlədən 17523,60 manat vəsaitin də özünə qaytarılmasını, bunun isə avtomobilin qaytarıldığı vaxt eyni anda icra edilməsini istəyir.

8. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X22 izahatında göstərmişdir ki, sözügedən icra sənədinin icrası ilə bağlı qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən "xxxx" MMC-yə qiymətləndirmə işi üçün 3000 manat, hərracın keçirilməsi məqsədilə Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə hərraclarda əmlakların əldə edilməsi üçün hərrac xərci olaraq 4550 manat vəsaitin ödənilməsi işin mübahisəsiz halıdır. Qeyd edilən icra sənədi üzrə icra xərclərinin tərəflər arasında bölgüsü ilə bağlı onlara vaxt verərək aralarında razılaşma əldə etmələrini təklif etsə də, razılıq əldə olunmamışdır. Göstərilən xərclərin tərəflər arasında bölgüsü ilə bağlı icra sənədi mövcud olmadığı üçün o, bu məbləği qarşı tərəfdən – İddiaçı və qeyrilərindən tələb edə bilməmişdir. Bundan başqa, 2008-ci il buraxılışlı, ağ rəngli, **-NG-*** dövlət qeydiyyat nişanlı “Hyundai HD 72” yük markalı avtomaşını 08 iyul 2021-ci il tarixdə öz dəyərini itirməməsi üçün İddiaçı akt əsasında təhvil götürərək, Cavabdeh çörək sexinə evakuator vasitəsilə yerləşdirmişdir. Bu zaman avtomobilin yanacaq nasosu, forsunkası, şüşə siləni, akkumulyatoru, habelə refrijeratoru olmamışdır. Digər hissələrin istismara yararlı olub-olmamasını isə bu sahə üzrə mütəxəssis olmadığına görə bilmir. Eyni zamanda, hərrac vasitəsilə əldə edilmiş əmlaklar (mübahisəli avtomobil istisna olmaqla) onların əvvəlki sahiblərinə qaytarılmışdır. Odur ki, hər iki mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır.

9. Siyəzən rayon icra və probasiya şöbəsinin 21 oktyabr 2020-ci il tarixli məktubunun surətindən görünür ki, şöbə "xxxx"nə ünvanlanmış bu məktubunda borclulara məxsus əmlakların, o cümlədən mübahisəli avtomaşının "xxxx" MMC-nin qiymətləndirm ə rəylərinə əsasən qiymətləndirildiyini göstərmiş, habelə əmlakların satışını təşkil edib, satışdan əldə olunan məbləğin Siyəzən rayon icra və probasiya şöbəsinin depozit hesabına köçürülməsini xahiş etmişdir. 10. "xxxx" MMC tərəfindən 18 iyun 2020-ci il tarixdə verilmiş GİF/4 seriyalı, 847504 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, qiymətləndirmə işinə görə Cavabdeh tərəfindən MMC-nin hesabına 3000 manat ödəniş edilmişdir.

11. Azərbaycan Respublikası Respublika Xammal və X26 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 03 mart 2022-ci il tarixli məktubundan görünür ki, Siyəzən rayon icra və probasiya şöbəsinin 20 avqust 2021-ci il tarixli, 1749/21- 64-3 saylı və 21 oktyabr 2020-ci il tarixli, 3090/20 saylı sifariş məktublarına əsasən keçirilmiş hərraclarda əmlakların əldə edilməsi üçün hərrac xərci olaraq 4550 manat məbləğində pul vəsaitinin hərrac mərkəzinə tərəfindən ödənilməsi ilə bağlı Cavabdeh cavab verilmişdir.

12. Siyəzən rayon icra və probasiya şöbəsinin 01 dekabr 2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın, eləcə də qarşılıqlı iddiaçının nümayəndəsi X7 25 noyabr 2021-ci il tarixli ərizəsinin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(059)-91/2019 saylı icra sənədi üzrə borc tam şəkildə ödənildiyindən qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi Nəriman Əzizovun ərizəsi əsasında bu icra sənədinin icraatına xitam verilmişdir.

13. Siyəzən Rаyоn Məhkəməsinin 4 may 2022-ci il tarixli, 2(059)-170/2022 saylı qətnaməsi ilə (hakim Bəylər Ələkbərov) İddiaçı Cavabdeh qarşı əsassız varla nma obyekti olan avtomobilə dair cavabdehin adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməklə, avtomobilin ona qaytarılması tələbinə dair ilk iddia rədd edilmiş, ilk iddia üzrə ödənilmiş 118 (bir yüz on səkkiz) manat dövlət rüsumunun ilk İddiaçı aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 7550 manat maddi zərər, eləcə də 142,57 manat dövlət rüsumunun 43 faizi, yəni 61,30 manat olmaqla, cəmi 7611,30 (yeddi min altı yüz on bir manat 30 qəpik) manat pulun tutularaq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi və qarşılıqlı iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Siy əzən rayon İcra və probasiya şöbəsinin sifarişi, "xxxx" MMC-nin təşkilatçılığı ilə 05 fevral 2021-ci il tarixdə keçirilmiş hərracın nəticələrinə əsasən qalib gəlmiş Əzizov X4 Vaqif Ənvər oğluna məxsus **-NG-*** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 72” markalı avtomaşını 9800 manata almış, habelə həmin gün X10 protokol imzalanmış, məhz bu sənəd əsasında sözügedən avtomaşın 20 dekabr 2021-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilmişdir. Hazırda ilk İddiaçı, qarşılıqlı iddiaçı Cavabdeh adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnaməni mübahisələndirməklə, bununla da avtomobilin ona qaytarılmasını tələb etmişdir. Eyni zamanda, qarşılıqlı iddiaçı Cavabdeh “Hyundai HD 72” markalı avtomaşının satışını ehtiva edən X20 X10 05 fevral 2021-ci il tarixli, 09/04 nömrəli protokol İddiaçı tərəfindən mübahisələndirilməmiş, hazırda da hərracın nəticələri barədə həmin protokol qüvvədədir. Belə olan halda ilk iddia əsaslı sayıla bilməz. Çünki, həmin avtomobil X10 protokol əsasında qarşılıqlı iddiaçıya satılmış, habelə adına sənədləşdirilmişdir.

15. Qarşılıqlı iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra sənədənin icrasının təmin edilməsi məqsədilə borclulara məxsus əmlakların qiymətləndirilməsi həyata keçirilmiş, habelə hərracla bağlı Cavabdeh tərəfindən müvafiq xərclər çəkilmişdir ki, bu da işin mübahisələndirilməyən hallarındandır. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borclular tərəfdən ödənilməli olsa da, qarşılıqlı iddiaçı Cavabdeh əmlakların qiymətlənd irilməsi işi üçün 3000 manat, hərraclarda əmlakların əldə edilməsi üçün hərrac xərci olaraq 4550 manat məbləğində vəsait xərcləmiş, lakin hərrac vasitəsilə əldə edilmiş əmlaklar (mübahisəli nəqliyüyat vasitəsi istisna olmaqla) onların əvvəlki sahiblərinə qaytarılmışdır. Sözügedən bu hal da məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmışdır. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh pozulmuş hüququnu bərpa etmək üçün xərclər çəkmiş, habelə bu zaman əmlakından məhrum olmaqla ziyan çəkmişdir. Bu səbəbdən də o, öz seçimi ilə həmin xərclərin ilk İddiaçı tutulması üçün məhkəməyə müraciət etməkdə haqlı olmuşdur (Mülki Məcəllənin 501-ci maddəsi).

16. Məhkəmə həmçinin hesab etmişdir ki, ilk iddianın rədd olunması ilə nəqliyyat vasitəsi cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh qaldığı na görə sonuncu tərəfindən avtomobilin təmirinə çəkilmiş xərclərin, yəni 9375 manatın İddiaçı tələb olunması hissədə qarşılıqlı iddia əsassızdır, ona görə də təmin olunmamalıdır.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 414, 415.5, 443.1, 443.2 və 501-ci, maddələrinə, “İcra haqqında” Qanunun 79.1, 79.2.1 və 81.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119 və 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, b irinci instansiya məhkəməsi belə yalnış qənaətə gəlmişdir ki, hərrac təşkialatının açıq X10 05 fevral 2021ci il tarixli, 09/04 nömrəli protokol ilk iddia üzrə iddiaçı tərəfindən mübahisləndirilmədiyindən, eləcə də hərracın nəticələri ləğv edilməməklə hazırda qüvvədə olduğundan, ilk iddiaçı hazırki tələb ilə bağlı hüquqi səlahiyyətə malik olmamış və öz hərəkətlərini əsaslandıran sübutlara malik deyildir. Hərracın nəticələrinə dair protokol deyil, onun nəticəsi olaraq əldə edilmiş nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamənin mübahisləndirilməsi mübahisəli avtomobilin ilk iddiaçıya qaytarılmasının əhəmiyyətsizliyinə gətirib çıxarmışdır. Məhkəmə bu nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının tələbləri pozmuşdur. Hərrac borcun əmlaka yönəldilməsi, o,cümlədən satılması y olu ilə borcun təminatı məqsədi ilə keçirilmişdir. İlk iddia üzrə cavabdehə avtomaşın X10 protokola əsasında satılsa da, o, avtomaşını hərracın nəticələrinin mahiyyəti aradan qalxdıqdan, yəni borc tam ödənildikdən sonra nəqliyyat vasitəsini əldə etmişdir. Başqa sözlə mübahisəli avtomaşını ilk iddia üzrə Cavabdeh, ona borcu tam ödədikdən, habelə bu barədə icra işinə xitam verildikdən və bunula da hərracın nəticələrinin hüquqi əhəmiyyəti qüvvədən düşdükdən sonra heç bir hüquqi əsas olmadan əldə edərək əsassız varlanmışdır. Cavabdeh avtomobili icra prosessində çəkdiyi xərclərin əvəzi olaraq öz adına keçirməsi kimi əsaslandırır və burada o, bu qanuna zidd özbaşına hərəkət etmişdir. İlk iddiaçı tərəfindən 09/04 nömrəli protokolu mübahisləndirmək əvəzinə nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamənin ləğvini tələb etməsi kimi yalnış nəticəyə gəlməsinin əsasları aşağıdakılardan ibarətdir. Əvvəla borcun təminatı məqsədi ilə keçirilmiş hərracın nəticələri, borc tam ödənildiyindən qüvvədən düşmüş hesab olunur, habelə hərracın nəticələrindən məqsədlərinə aid olmayan tələblərin ödənilməsinə görə istifadəsi qanunsuz olmaqla əsassız varlanma obyekti sayılır. Bundan başqa bilirik ki, 05 fevral 2021-ci iltarixli, 09/04 nömrəli protokolun etibarsız sayılması Azərbaycan Respublikası MM-nin 416-cı maddəsinin əsasları mövcud olduğu halda yaranır, yəni “Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb o lur”. Cavabdeh xx.xx.2021-ci il tarixdə yazılı ərizə ilə müraciət edərək, icra sənədi üzrə ümumilikdə 109311 manat borc pul vəsaiti ona tam şəkildə borclular tərəfindən ödənildiyini və onun “borclulara qarşı heç bir tələb və şikayətinin olmamasının bildirməsi” mənasında ifadəsi özündə ilk iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehya hərrac xərci adlı 7550 manat məbləğində borcun olmamasını ehtiva edir. Bununla da məhkəmə ilk iddianı rədd, qarşılıqlı iddinanı qismən təmin edərək, hər iki iddia tələbi üzrə qaytarılması tələb olunan “Hundai HD 72” markalı avtomaşına münasibətdə yalnış nəticəyə gələrək, əsassız varlanma obyektini sahibinə qaytarmamışdır.

20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 14 sentyabr 2022-ci il tarixli, 2(105)-1600/2022 nömrəli qətnaməsi ilə (hakimlər – T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və L.M.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu tətbiq etmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 414.1-414.3, 415.5, 443.1 və 443.2-ci, “İcra haqqında” Qanunun 79.1, 79.2.1 və 81.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmış, əlavə olaraq qeyd edilmşidir ki, apellyasiya məhkəməsi yanlış nəticəyə gələrək, işin hallarına tam və hərtərəfli qiymət vermədən qətnamə qəbul etmiş, sübutları qiymətləndirərkən işdə olan rəsmi sənədlərə heç bir əsas olmadan və əsaslandırma aparmadan ilk iddia üzrə cavabdehin xeyrinə istinad etmiş, habelə a raşdırılmasına ehtiyac olan əsassız varlanma faktlarına aydınlıq gətirməmişdir. Bununla da iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu göstərməmiş, ilk iddianın rədd olunması barədə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

29. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

30. Maddə 1092.1. Varlanmış şəxs əl də etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 23.1.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Maddə 23.4. İcra sənədi bu Qanunun 23.1.1-ci maddəsində göstərilən əsasa görə qaytarıldıqda, bu Qanunun 80-ci maddəsində nəzərdə tutulmuş avans ödəməsi tələbkara qaytarılır. Maddə 79.1. İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Maddə 80.1. İc ra hərəkətlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə tələbkar icra qurumunun depozit hesabına avans köçürə bilər. Maddə 80.3. İcra hərəkətləri başa çatdıqda, avans bütövlükdə tələbkara qaytarılır. Bu Qanunun 23.1.2‒23.1.5-ci maddələrinə uyğun olaraq icra sənədi qaytarıldıqda, avansın icra hərəkətlərinin həyata keçirilməsinə sərf olunan xərclərdən artıq hissəsi tələbkara qaytarılır. Maddə 81.1. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi hallar ı sübut etməlidir.

33. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İ ddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ilk iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

40. Məhkəmə kollegiyası ilk iddianın rədd olunması ilə əlaqədar apellyasiya məhkəməsinin mövqeyi ilə bağlı qeyd edir ki, bu məsələnin həlli zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini, habelə tərəflərin təqdim etdikləri sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, bu da maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamənin qəbul olunması ilə nəticələnmişdir.

41. Belə ki, məhkəmə hesab etmişdir ki, Cavabdeh tərəfindən “Hyundai HD 72” markalı nəqliyyat vasitəsinin əldə olunması üçün əsas olmuş 05 fevral 2021-ci il tarixli hərracın nəticələrinə dair protokol mübahisələndirilmədən cavabdehin adına olan nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamənin ləğv edilməsi və avtomobilin iddiaçıya qaytarılması mümkün deyildir.

42. Lakin iş materiallarından görünür ki, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(059)-91/2019 saylı qətnaməsinin icrası ilə əlaqədar 10 mart 2020-ci il tarixdə verilmiş icra vərəqəsi üzrə İddiaçı və digər borcluların əmlakı üzərində həbs qoyulmuş, həmin əmlaklar, həmçinin İddiaçı məxsu “Hyundai HD 72” markalı avtomaşın hərrac vasitəsilə tələbkar Cavabdeh 9800 manat borcun müqabilində verilmiş, açıq hərracın nəticələrinə dair 05 fevral 2021-ci il tarixli, 09/04 nömrəli protokol tərtib olunmuşdur. İcra məmurunun 19 fevral 2021-ci il tarixli məktubuna əsasən nəqliyyat vasitəsi 20 dekabr 2021-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilmişdir.

43. Hərrac keçirilməsinə baxmayaraq Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(059)-91/2019 saylı qətnaməsinini icrası ilə əlaqədar borclular, o cümlədən İddiaçı tərəfindən tələbkar Cavabdeh tələbləri nağd pul ödənilməklə tam təmin olunmuş, ona görə də 01 dekabr 2021-ci il tarixli, 2(059)-91/2019 sayl icr a vərəqəsi üzrə icra icraatına xitam verilmişdir.

44. Nəqliyyat vasitəsi isə icra icraatına xitam verildikdən sonra tələbkar Cavabdeh adına rəsmiləşdirilsə də, qətnamənin icrası üzrə icra məmurunun hərəkətlərində və hərracın keçirilməsində qanun pozuntusuna yol verilməmiş, tələbkar Cavabdeh nəqliyyat vasitəsini öz adına rəsmiləşdirilməklə əsassız zənginləşməmiş, bunun üçün hüquqi əsas olmuşdur. (hərracın nəticələrinə dair protokol).

45. Məhkəmə kollegiyası hesab edir ki, tələbkar Cavabdeh borc müqabilində nəqliyyat vasitəsini hərracdan alandan sonra borclu Vaqif Əliyevdən təkrar nağd pul alması üçün əsas olmamış, məhz bu halda o, aldığı pul məbləği həcmində əsassız vaplanmışdır.

46. Lakin işə baxan aşağı insansiya məhkəmələri ilk iddianı rədd edərkən işin müəyyən edilmiş hallarına və təq dim olunmuş sübutlara fərqli yanaşmış, bu da maddi və prosessual hüquq düzgün tətbiq olunmaması və düzgün olmayan qətnamənin çıxarılması nəticələnmişdir. Ona görə də ilk iddianın rədd olunmasıbarədə apellyasiya məhkəməsinin qənaəti qanuni və əsaslı hesab oluna bilməz. 47.Qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 7550 manat maddi zərərin qarşılıqlı iddiaçının xeyrinə tutulması hissədə apellyasiya məhkəməsinin mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu məsələnin həllində də məhkəmə düzgün nəticəyə gəlməmişdir.

48. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra sənədənin icrasının təmin edilməsi məqsədilə borclulara məxsus əmlakların qiymətləndirilməsi həyata keçirilməsi və habelə hərracın keçirilməsi üçün tələ bkar Cavabdeh xərc çəkilmiş, əmlakların qiymətləndirilməsi işi üçün 3000 manat, hərraclarda əmlakların əldə edilməsi üçün hərrac xərci olaraq 4550 manat ödənişlər etmişdir. Həmin vəsait icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərdir və tələbkarın vəsaiti hesabına ödənilmişdir, tələbkar Cavabdeh öz seçimi ilə həmin xərcləri borclu İddiaçı tutulmasını tələb etməkdə haqlıdır.

49. İşdə olan kassa mədaxil orderindən və Hərrac Mərkəzindən verilmiş məktubdan (i.v.44-45) görünür ki, Qiymətləndirmə Xidməti Mərkəzinə 3000 manatı Cavabdeh ödəmiş, 4550 manatın Hərrac Mərkəzinə kimin tərəfindən ödənilməsi müəyyən deyildir. İcra məmuru da bu barədə konkret məlumat verməmişdir. 4550 manat məbləğin icra qurumunun depozit hesabından, yaxud bilavasitə tələbkar Cavabdeh tərəfindən ödənilməsi müə yyən deyildir. Həmçinin 4550 manatın Cavabdeh tərəfindən icra qurumunun depozit hesabına avans kimi köçürülüb-köçürülməməsi də aydınlaşdırılmamışdır. Halbuki tələbkar Cavabdeh tərəfindən ödənilmiş həmin məbləğlərin icra məmurlarının xüsusi fondundan, tələbkarın vəsaiti hesabına, yaxud tələbkarın icra qurumunun depozit hesabına köçürdüyü avans hesabına olmasının müəyyən edilməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən hallardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli dir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddiaçı və qarşılıqlı idida üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1600/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar