Məhkəmə qərarları › İş №2(102)-4776/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4776/2022

25.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4776/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal rayon İcra Hakimiyyəti və Bakıxanova Əminə Əliəkbər qızı cəlb olunmaqla) iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma və mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində (Yasamal rayon İcra Hakimiyyəti və Bakıxanova Əminə Əliəkbər qızı cəlb olunmaqla) Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilə köçür ülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2527/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 19,7 m2 və mətbəxi 12,7 m2 olan ev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-577/2005 saylı, 27 yanvar 2005-ci il tarixli qətnaməsinə əsasən mənzil fondunun balansına keçirilmiş, İddiaçı (bundan sonra iddiaçı) adına order verilməsi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə tapşırılmış və icra başçısının 347 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən isə iddiaçı ilə mənzilin kirayə müqaviləsi bağlanmışdır. İş ü zrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 19,7 m2 və mətbəxi 12,7 m2 olan mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçının imkanı olmadığı üçün həmin yeri təmir edə bilməmişdir. Jekin fəhlələri həmin yerdə uzun müddət qalmış, keçən ildən etibarən isə cavabdeh qapını çıxarmış, qapının yerini daşla hörərək bağlamışdır. Onlar Daşınmaz Əmlakın Reyster Xidmətinə özəlləşdirmə ilə bağlı müraciət etmişdir. Bundan sonra həmin qurumdan həmin ünvana gəlmiş və qapı bağlı olduğu ü çün içəriyə girə bilməmişlər. Bu səbəbdən özəlləşmə üçün müvafiq ölçüləri götürə bilməmişlər. Cavabdeh Mənzil Yaşayış Fonduna aid mənzilin illər sonra özbaşına qapısını bağlamışdır. Bütün sənədlərdə həmin yer mənzil kimi sayılır. Əmlak komitəsində həmin yer qeyri-yaşayış sahəsi sayıla bilməz. Sadəcə onlar vaxtında özəlləşdirmədiyinə görə həmin mənzil daşınmaz əmlakın reysterində qeydiyyatda yoxdur. Çünki həmin yer mənzil yaşayış fondundadır. Mənzil yaşayış fondu isə Yasamal Rayon İcra Hakimiyyətinin balansındadır. Cavabdeh tərəfin çıxarış sahəsində mübahisələndirilən yer göstərilməmişdir. Cavabdeh tərəfin çıxarışında yalnız öz mənzilinin sahəsi özəlləşmişdir. İddia ərizəsində göstərilən sahə isə iddiaçıya aiddir və həmin yeri nə vaxt təmir etdirib-etdirməməsi iddiaçının öz işidir. Hazırda isə həmin yerdə heç bir əşya yoxdur və boşdur.

4. Yasamal Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

5. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanına texniki baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, ümumi sahəsi 46,2 m2 olan qeyri-yaşayış sahəsi dövlət əmlakıdır. Obyekt birmərtəbəli binanın yarızirzəmi sahəsinin bir hissəsində yerləşir.

6. Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1681/2021 nömrəli iş üzrə 27 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Günay Axundova) iddia təmin edilmiş, cavabdehin ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 19,7 m2 və mətbəxi 12,7 m2 olan mənzildən çıxarılması və iddiaçı nın həmin mənzilə köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizaların xərci olaraq cavabdehdən 100 manat məbləğində pul tutulması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia əsaslıdır, çünki, qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-577/2005 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 19,7 m2 və mətbəxi 12,7 m2 olan evin mənzil yaşayış fondunun balansına götürməklə iddiaçı ilə mənzil icarə müqaviləsinin bağlanması barədə müvafiq sərəncam verilməsi və iddiaçının adına order verilməsi Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra başçısının xx.xx.2005-ci il tarixli, 347 nöm rəli sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 19,7 m2 və mətbəxi 12,7 m2 olan bir otaqdan ibarət sahə mənzil yaşayış fondunun balansına götürülməklə mənzilin kirayə müqaviləsi iddiaçı ilə bağlanmışdır. Cavabdehin isə mübahisə predmeti olan sahəyə hər hansı hüquqverici sənədi yoxdur.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakıxanova Əminə Əliəkbər qızı apellyasiya şikayəti verərək, birinci instansiya qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyas iya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2527/2022 nömrəli mülki iş üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Qürbət Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad İmanov və Fuad Talışinskindən ibarət tərkibdə) apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43 və 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 152.1, 152.5, 157.2, 157.4, 157.8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14. 2, 77.1, 217.4, 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsassız sayılaraq ləğv edilməsini xahiş etmişdir.

14. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının təmir etdirdiyini və bir müddət yaşadığını iddia etdiyi mənzil əslində mövcud deyil, mübahisə predmeti olan əmlak binan mənzillərinə, mənzil mülkiyyətçilərinə xidmət edən texniki sahə, yəni zirzəmidir ki, bu fakt da ekspertiza rəyi ilə təsdiq edilir.

15. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1, 227.1, 372.1, 372.2, 386, 387.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayət inə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

17. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

18. Maddə 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.

19. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

20. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normala rına uyğun çıxarılmalıdır.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 31. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edili r ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

32. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2527/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar