Məhkəmə qərarları › İş №2(102)-4782/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4782/2019

09.07.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4782/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh2 vəkili Kərimov Siracəddin Allahverdi oğlunun iştirakı ilə, Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-787/2019 nömrəli iş üzrə 12 fevral 2019cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Suraxanı Rаyоn Məhkəməsinin (Z.Ə.Sadiqov) 09 oktyabr 2018-ci il tarixli, 2(010)-5575/2018 nömrəli qət nаməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsinə istifadə hüququnun bərpa olunması və evə köçürülmə tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı istifadə hüququnun bərpa edilməklə övladları – 22 yanvar 2009-cu il təvəllüdlü X3 və 18 may 2014cü il təvəllüdlü X2 ilə birlikdə qeydiyyatda olduğu xxxxx qəsəbəsinin “AB” yaşayış sahəsində yerləşən 64 saylı evin 4 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.Ə.Hüseyn) 2(103)-787/2019 nömrəli, 12 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5575/2018 saylı mülki iş üzrə qəbul etdiy i 09 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsinə bərpa olunma və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən evdən onun və iki azyaşlı uşağının istifadə hüquqlarının bərpa olunub, həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-787/2019 nömrəli iş üzrə 12 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili Kərimov Siracəddin Allahverdi oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-787/2019 nömrəli iş üzrə 12 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh1 Sadiq oğlu ilə 2007-ci ildə faktiki nikaha daxil olmuş, həmin tarixdən mübahis əli xxxxxx qəsəbəsi, “AB” yaşayış sahəsi, 64 saylı evin, 4 saylı mənzilə gəlin köçmüş və yaşayış yeri üzrə həmin ünvanda rəsmi qeydiyyata alınmışdır. Onların nikahları 04 noyabr 2008-ci ildə rəsmiləşdirmiş və birgə nikahdan 22 yanvar 2009-cu il təvəllüdlü X3 və 18 may 2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 64 saylı evin, 4 saylı mənzil dövlət mülkiyyətində olmuş, 17.05.2012-ci il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli 2(010)-1983/2018 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh1 arasında bağlanmış nikah pozulmuş, 22 yanvar 2009-cu il təvəllüdlü X3 və 18 may 2014-cü il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılmışdır. İdd iaçı bildirmişdir ki, 2018-ci ilin iyun ayında cavabdehlər onu evdən qovmuşlar və o, məcbur olub uşaqları ilə birlikdə həmin mənzildən çıxmışdır. Cavabdehlər onu həmin mənzilə qeydiyyata salmaqla ailə üzvü kimi qəbul etmişlər və azyaşlı uşaqları ilə birgə həmin mənzildə yaşayış sahəsindən istifadə hüquqlarını tanımışlar. İddiaçının mübahisəli mənzilə köçdüyü tarixi və həmin vaxt mənzilin xüsusi mülkiyyətdə olmadığını və dövlət mənzil fonduna aid olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsaslanaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmadığı məsələsi 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. Həmin maddənin t ələblərinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsində isə göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan halları və Mülki Məcəllənin 158.1, 158.1.2, 158.4, 164.1, 165.1-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya instnasiyası məhkəməsi düzgün olaraq qetd etmişdir ki, iddiaçı və onun azyaşlı uşaqlarının mübahisəli mənzilə köçürülmə tələbləri əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi h allara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli ola n, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-787/2019 nömrəli iş üzrə 12 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-787/2019 nömrəli iş üzrə 12 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Aslan Kalbalıyev Hakimlər: Vəfaddin İbayev Ələsgər Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar