Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4782/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əlixxxxbas oğlu, xxxxbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçı ASC-nin vəkili V1 qızının və cavxxxxdeh Cavxxxxdeh vəkili Lələyev Saleh Cxxxxbar oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2020-ci il tarixli, 2(103)-*****/2020 nömrəli qətnaməsindən cavxxxxdeh Cavxxxxdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəta i Rayon Məhkəməsinin (hakim Ş.Əliyev) 13.11.2019-cu il tarixli, 2(011)305/2019 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavxxxxdeh Cavxxxxdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilərək,Cavxxxxdeh 80000 manat əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 16.07.2015-ci il tarixə 4891manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesxxxxlanmış 11778 manat faiz borcu olmaqla, ümumilikdə manat borcun, həmçinin dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 manatın alınaraq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan V saylı mənzilinə yönəldilməsi, həmin mənzilin boşaldılması, V saylı mənzili açıq hərracda satılaraq satışdan əldə olunan vəsaitdən Cavxxxxdeh İddiaçı ASC-yə olan 96669 manat məbləğində borcun silinməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manatın cavxxxxdeh Cavxxxxdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Səmədov, İ.Şirinov, E.Kazımov) 20.02.2020-ci il tarixli, 2(103)-*****/2020 nömrəli qətnaməsi ilə cavxxxxdeh Cavxxxxdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.11.2019-cu il tarixli, 2(011)-305/2019 nömrəli qətnaməsinin tutmanın ipoteka predmeti olan V saylı mənzilinə yönəldilməsi hissəsində ləğv edilməsi, ipoteka predmeti olan V saylı mənzilinin ilkin satış qiymətinin 140000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavxxxxdeh Cavxxxxdeh iş üzrə Bakı Apellyasi ya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı ASC-nin cavxxxxdeh Cavxxxxdeh qarşı “borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavxxxxdeh Cavxxxxdeh 80000 manat əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 16.07.2015-ci il tarixə 4891manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesxxxxlanmış 11778 manat faiz borcu olmaqla, ümumilikdə manat borcun, həmçinin dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 manatın alınaraq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan V saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin boşaldılması, satışdan əldə olunan və saitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavxxxxdeh Cavxxxxdeh və vəkili Lələyev Saleh Cxxxxbar oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, cavxxxxdeh banka ödənişlər etmiş, bu barədə sənədləri məhkəməyə təqdim etmiş, lakin həmin ödənişlər nəzərə alınmamışdır. Cavxxxxdehhesxxxx edir ki, banka az borcu qalmışdır. Lakin maddi imkanı çətinləşdiyi üçün ödənişləri davam etdirə bilməmişdir. Banka olan real borc məbləğini imkanı yarandıqca hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini istəyir. Lakin bankın məhkəməyə verdiyi iddia tələbi ilə razı deyildir. Bankın iddia ərizəsində göstərdiyi əsas borc və faizlər həqiqəti əks etdirmir, əsas borc və faiz borcu məbləği artıq hesxxxxlanaraq şişirdilmişdir. Odur ki, iddiaçı tərəfindən tələb edilən məbləğ çoxdur, həqiqətə uyğun deyildir. İddiaçının göstərdiyi rəqəmlər əsassızdır, həqiqəti əks etdirmir, həddindən artıq şişirdilmiş rəqəmlərdir.İş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və rəy alınmışdır. Ekspertin təqdim etdiyi rəy kifayət qədər aydın və ya tam olmadığı üçün iş üzrə əlavə ekspertiza təyin edilməlidir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2020-ci il tarixli, 2(103)-*****/2020 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavxxxxdeh Ca vxxxxdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesxxxx edir. Məhkəmə iclasında iştirak edən cavxxxxdeh Cavxxxxdeh və vəkili Lələyev Saleh Cxxxxbar oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin vəkili V1 qızı kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2020-ci il tarixli, 2(103)-*****/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Resp ubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ASC ilə Cavxxxxdeh arasında 16.01.2015-ci il tarixdə İPK 03 saylı kredit müqaviləsi bağlanmışdır, iddiaçı tərəfindən 06 ay müddətinə illik 24 dərəcəsi ilə 80000 manat məbləğində kredit vəsaiti ayrılmışdır, cavxxxxdeh müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüş, həmçinin kredit müqaviləsinin təminatı olaraq Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 111 saylı evin 57 saylı mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir, həmin mənzilin hazırkı bazar qiymətin ə uyğun olaraq satış məbləği 17.12.2018-ci il tarixi üçün 140000 manat təşkil edir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavxxxxdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq, müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmişdir, hazırda cavxxxxdehin banka ödənilməmiş 80000 manat əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 16.07.2015-ci il tarixinə 4891 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesxxxxlanmış 11778 manat faiz borcu olmaqla, cəmi 96669 manat borc təşkil edir. Apelyasiya kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesxxxx etmişdir ki, cavxxxxdeh Cavxxxxdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məs uliyyət daşıyır. Apelyasiya kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan “İpoteka haqqında” Qanunun tələblərinə zidd olaraq qətnamədə ipoteka predmetlərinin ilkin satış qiymətlərini göstərməmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 17.12.2018-ci il tarixli 340/ATRB/18 saylı mənzilin dəyərinin qiymətləndirilməsinə dair hesxxxxatdan görünür ki, ünvan 1 ünvanında 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 2 otaqlı 57 saylı mənzilin bazar qiyməti 17.12.2018-ci il üçün 140000 manat təşkil edir. Belə olan halda apelyasiya kollegiyası hesxxxx etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyxxxxr 2019-cu il tarixli qətnaməsi qətnamə tutmanın ipoteka predmeti olan V saylı mənzilinə yönəldilməsi hissəsində qismən ləğv edilərək, ip oteka predmeti olan V saylı mənzilin ilkin satış qiymətinin 140000 manat müəyyən edilməklə, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Əvvəla ona görə ki, cavxxxxdeh kasasiya şikayətində borcunun düzgün hesxxxxlanmadığını, banka olan real borc məbləğini imkanı yarandıqca hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini istədiyini qeyd etmiş, lakin məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Digər tərəfdən cavxxxxdeh borc məbləğinin düzgün hesxxxxlanmadığını, ekspert rəyinin kifayət qədər aydın və ya tam olmadığını bildirsə də, bu barədə hər hansı sü buta istinad edə bilməmişdir. Ümumilikdə kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesxxxx edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edil ən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nə ticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavxxxxdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmi n Məcəllənin 472.1 və 472.2-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birg ə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (36.1). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şə xslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (36.5). İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər (36.6). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyas ı məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavxxxxdeh Cavxxxxdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2020-ci il tarixli, 2(103)*****/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4782/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4782/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver