Məhkəmə qərarları › İş №2(102)-4789/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4789/2019

09.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4789/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2097/2019 nömrəli iş üzrə 05 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Nərimanov Rаyоn Məhkəməsinin (F.V.Abdıyev) 2(005)-319/2018 nömrəli, 17 o ktyabr 2018-ci il tarixli qətnаməsi ilə Cavabdeh1 12.12.2014-cü il tarixli, 1586/014 saylı kredit müqaviləsi üzrə 30000 manat məbləğində əsas, 7200 manat məbləğində faiz, 300 manat məbləğində cərimə, cəmi 37500 manat məbləğində borcun, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin, 42 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun və dövlət rüsumunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin q alan hissəsinin ipoteka qoyana - Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 140000 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat məbləğində pul vəsaitinin 5 manat hissəsi iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-dən, 140 manat hissəsi isə Cavabdeh1 tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.K.Xəlilov) 2(103)-2097/2019 nömrəli, 05 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli 2(005)-319/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 müna sibətdə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh1 aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə 30000 manat məbləğində əsas, 10536,67 manat məbləğində faiz borcu, 24996,17 manat məbləğində dəbbə pulu, cəmi 65502,84 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, bildirişin qeydiyyatı üçün ödənilmiş dövlət rüsumunun, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 32 manat mə bləğində vəsaitin tutulması, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 13 nömrəli binada yerləşən 42 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2097/2019 nömrəli iş üzrə 05 fevral 2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsas landırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kolleg iyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-2097/2019 nömrəli iş üzrə 05 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşin mübahisəsiz hallarına görə, tərəflər arasında bağlanmış 12.12.2014-cü il tarixli, 1586/014 saylı kredit müqaviləsinə əsasən bank "xxxx" ASC borclu Cavabdeh1 24 ay müddətinə illik 22% ödəmək şərti ilə 30000 manat məbləğində kredit vermiş, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 12.12.2014-cü il tari xli, 1586/014 saylı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin, 42 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın bazar dəyəri 140000 manat müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi 01.11.2017-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 12.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 01 noyabr 2017-ci il tarixə 30000 manat məbləğində əsas, 7200 manat məbləğində faiz, 16295,16 manat məbləğində dəbbə, cəmi 53495,16 manat məbləğində borcu yaranmışdır. Son ödəniş 03.04.2017-ci il tarixdə 1000 manat məbləğində edilmiş və həmin məbləğ mövcud olan faiz borcundan silinmişdir. İş materiallarında olan məhkəmə-mühasiba tlıq ekspertizasının 18 sentyabr 2018-ci il tarixli 15462 nömrəli rəyinə əsasən Cavabdeh1 iddiaçı banka 30000 manat məbləğində əsas və 9200 manat məbləğində faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, m əhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin i ş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2097/2019 nömrəli iş üzrə 05 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2097/2019 nömrəli iş üzrə 05 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar