Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4794/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə,AC oğlunun katibliyi, cavabdehin vəkili EQnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 iyul 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov, iş № 2(003)-1200/2018 saylı mülki iş) iddia tələbi qism ən təmin edilmiş, ünvan 1 ünvanda yerləşən 1 və 4 saylı mənzillərin ½ hissələrinə tərəflərin mülkiyyət hüququ tanınmaqla, mənzillərin həmin paylara müvafiq olaraq tərəflər arasında bölünməsi, mübahisəli mənzilin 11,7% hissəsinə iddiaçının, 88,3% hissəsinə cavabdehin paylı mülkiyyət hüququ tanınmaqla, mənzillərin həmin paylara müvafiq olaraq tərəflər arasında bölünməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən, məruzəçi), A.İmanov və V.Sadıqov, 2(103)-908/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsi Bakı şəhəri, ÜNVANin tərəflər arasında bölünməsi hissəsində dəyişdirilərək, Bakı şəhəri, ÜNVANin ½ hi ssəsinə İddiaçının, ½ hissəsinə Cavabdeh mülkiyyət hüququ tanınmaqla, mənzilin həmn paylara müvafiq olaraq tərəflər arasında bölünməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları İddiaçı cavabdeşh Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri, əsaslı təmin etdikləri və cavabdehin mülkiyyətində qeydə alınan Bakı şəhəri, ÜNVAN, mənzil 4 və Bakı şəhəri, ÜNVAN1in tərəflər arasında bölünməsi və uşağın mənafeyi nəzərə alınmaqla həmin əmlaklara özünun ¾ hissədə hüququ tanınmaqla payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ndən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili EQ kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddianı qismən təmin edərək ünvan 1 ünvanında yerləşən 1 və 4 saylı mənzillərin ½ hissəsində İddiaçı nın, ½ hissəsinə isə Cavabdeh mülkiyyət hüququ tanınmaqla, mənzillər həmin paylara müvafiq olaraq tərəflər arasında bölünməsi,eyni zamanda,Bakı şəhəri ÜNVANin 11,7% hissəsinə İddiaçı Anatoliyevnanın, 88,3% hissəsinə Cavabdehnun payı mülkiyyət hüququnu tanımaqla, mənzillərin həmin paylara müvafiq olaraq tərəflər arasında bölünməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini Bakı şəhəri ÜNVAN-un tərəflər arasında bölüşdürülməsi hissəsində dəyişdirərək, Bakı şəhəri ÜNVAN-un ½ hissəsinə İddiaçı nın, 1/2 hissəsinə Cavabdeh mülkiyyət hüququ tanınmaqla, mənzilin həmin paylara müvafiq olaraq tərəflər arasında bölünmə si qətnamənin qalan hissəsində paylara müvafiq olaraq tərəflər arasında bölünməsi, qətnamənin qalan hissədə dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdeh “İnkişaf“ MİK-nın üzvlüyünə 22 mart 2003-cü il tarixdə qəbul olunmuş, cavabdeh mübahisəli mənzilin 76,6%-ni iddiaçı ilə birgə nikaha daxil olandan əvvəl ödəməsini təsdiq edən sənədlərin əsilləri və digər sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzil birgə nikah dövründə tərəflərin birgə vəsaiti hesabına əldə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla qətnamə maddi hüquq normaları pozulmaqla qəbul e dilmişdir. İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-510/2018 saylı 08 fevral 2018-ci tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 25 yanvar 2002-ci il tarixli,90 saylı nikah qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 08 dekabr 2002-ci il təvəllüdlü X2 qızının İddiaçı nın yanında qalması,Cavabdeh 08 dekabr 2002-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 25.01.2018-ci il tarixdən başlayaraq,hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ya verilməsi qət edilmişdir. İş materiallarında olan “İnkişaf “Mənzil-tikinti kooperativi iştirakçılarının ümumi yığıncağının 21 noyabr 2001-ci il tarixli 4 nömrəli protokolunda göstərilmişdir ki, Cavabdeh kooperativin üzvlüyünə qəbul olunmuşdur. İş materiallarında olan “İnkişaf “ MTK ilə payşı Cavabdeh arasında bağlanmış 23 oktyabr 2001-ci il tarixli 4 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən payçıCavabdeh Bakı şəhəri ÜNVANlə təmin edilmişdir. Mənzilin dəyəri onun ümumi sahəsinin 1 kv.m. üçün 300 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmin müqaviləyə edilmiş 1 saylı əlavədən görünür ki, Cavabdeh ümumi sahəsi 260,0 kv.m. olan mənzilin alınması hüququnu əldə etmişdir. Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə olunmuş “İnkişaf “ MTK tərəfindən verilmiş, həmçinin Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 29 mart 2018-ci il tarixli məktubuna əlavə olunmuş 26 avqust 2005-ci il tarixli arayışdan görünür ki, “İnkişaf “MTK-nın üzvü Cavabdeh payına düşən Bakı şəhəri ÜNVANi almaq üçün kooperativin hesabına 43 8.701.374 (denominasiya olunmamış) manat pul ödəmişdir və kooperativə borcu yoxdur. Məhkəmə sorğu ilə alınaraq iş materiallarına əlavə olunmuş “İnkişaf “ MTK-nın 17 aprel 2018ci il tarixli məktubundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, “İnkişaf “MTK-nın üzvü Cavabdeh 23 oktyabr 2001-ci il tarixli 04 saylı müqavilə əsasında koolerativin inşa etdirdiyi Bakı şəhəri İnşaatçılar prospekti 14 ünvanında yerləşən 13 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 260 kv.m (yaşaış sahəsi 152 kv.m)olan 9 saylı mənzili əldə etmişdir. Cavabdeh aldığı mənzil üçün pay haqqını 23 oktyabr 2001-ci il tarixdən 04 may 2005-ci il tarixədək 438.701.374 (denominasiya olunmuş 87 740) manat yaxud həmin zaman mövcud olan məzənnə ilə 89.960 ABŞ dolları olmaqla ödəmişdir. Əlavə olaraq binanın fasad işlərinin aparılması üçün 03 noyabr 2004-cü il tarixdə 4.902.000 manat (denominasiya olunmuş 980,4 manat),yaxud həmin zaman mövcud olmuş məzənnə ilə 1000 ABŞ dolları ödəmişdir. Ümumilikdə ödənilən 438.701.374 manat (denominasiya olunduqdan sonra 87 740 manat) məbləğin 340.859.200 manat (denominasiya olunduqdan sonra 68171,84 manat) hissəsi cavabdeh tərəfindən cavabdehlə nikaha daxil olmamışdan əvvəl, qalan 97.842.174 manat (denominasiya olunduqdan sonra 19568 manat) və 4.902.000 (denominasiya olunduqdan sonra 980,4 manat) hissəsi isə tərəflərin birgə nikahında olduqları dövrdə (25 yanvar 2002-ci ildən sonra) ödənilmişdir. İş materiallarında olan əlavə edilmiş “Tikinti başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının “Aktının surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 13 mərtəbəli və mansarlı, bir girişli inzibati və yaşayış binası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 30 dekabr 2004-cü il tarixli, 320 saylı sərəncamı ilə istismara qəbul edilmək üçün təqdim edilmişdir. İş materiallarında olan əlavə edilmiş Texniki İnventarlaşdırma və Mülkiyyə Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfində verilmiş 240264 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri ÜNVANin 152,0 kv.m yaşayış saəhsindən ibarət 5 otaqlı 9 saylı mənzili Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 158 saylı reystr kitabında 01 dekabr 2005-ci il tarixli 30/24115 saylı qeydiyyat aparılmışdır. İnşaatçılar prospekti 14 ünvanında yerləşən 9 saylı mənzilin ½ hissəsinə iddiaçının, 1/2 hissəsinə isə cavabdehin mülkiyyət hü ququnu tanıyan apellyasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən həqiqi hallarını nəzərə almamış, yalnız cavabdehin “İnşaat” kooperativinin üzvlüyünə 2005-ci il tarixdə qəbul olunmasına, mübahisəli mənzilin 01.12.2005-ci il tarixdə tərəflərin birgə nikahda olduqları dövrdə qeydə alınmasına istinad etmişdir. Cavabdehin kooperativinin üzvlüyünə 2005-ci il tarxdə qəbul edilməsi, habelə mübahisəli mənzilin 2005-ci ildə dövlət reystrində qeydə alınması özü-özlüyündə cavabdehin 25 yanvar 2002-ci il tarixə qədər olan dövrdə kooperativin hesabına ödəniş etməsini inkar edən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsin ə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin payı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşin yeni apellyasiya baxışı zamanı mübahisəli mənzilin ödənişlərinin kimin tərəfindən, hansı müddət ərzində edilməsi obyektiv yoxlanılıb qiymətləndirilməli, əldə edilmiş nəticədən asılı olaraq tə rəflərin mübahisəli mənzildə olan payları müəyyən edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4794/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4794/2019
03.07.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver