Məhkəmə qərarları › İş №2(102)-4794/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4794/2021

09.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4794/2021 09.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil hüquqlarının müəyyən edilməsi və mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-869/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq mə hkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 06.08.2019-cu il tarixli 05/70-2610/69 saylı arayışdan görünür ki, Cavabdeh ilə X5 26 avqust 2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və bu nikah 978 saylı akt qeydilə rəsmiləşdirilmiş, arvada İlyasova soyadı verilmişdir. Sumqayıt şəhər X4 tərəfindən iddiaçının vəkilinə ünvanlanmış 07.08.2019-cu il tarixli 144 saylı məktubda qeyd edilmişdir ki, Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsi ərazisində yerləşən sənədsiz tikilmiş fərdi yaşayış evində Cavabdeh həyat yoldaşı ilə birlikdə qeydiyyatsız yaşayır və sənədsiz istifadəsində olan 200 m2 torpaq sahəsi (bostançılıq) üzərində heç bir hüquq müəyyənedici sənədə malik deyil. Hal-hazırda Cavabdeh qanunsuz istifadəsində olan 200 m2 torpaq sahəsi X1 2010-cu ildə sənəds iz torpaq vergi ödəyicisi kimi qeydiyyata götürülmüşdür. "xxxx" ASC tərəfindən İddiaçı1 verilmiş 03.07.2020-ci il tarixli arayışda qeyd edilmişdir ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə İddiaçı1 arasında bağlanmış 14.02.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 2100 manat məbləğində kredit götürülmüşdür. Götürülmüş kredit öhdəliyi 16.02.2015-ci il tarixdə tam olaraq bağlanmışdır. Hal-hazırda İddiaçı1 banka kredit borcu yoxdur. "xxxx" ASC tərəfindən verilmiş Abunə haqqında məlumatdan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 257 nömrəli fərdi yaşayış evində elektrik enerjisindən istifadə edən istehlakçı kimi Cavabdeh qeydə alınmışdır. "xxxx" MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağı tərəfindən verilmiş 07.08.2020-ci il tarixli MXS-6/1419 saylı məktubd a qeyd edilmişdir ki, ********** nömrəli telefon İddiaçı1 adınadır. Qeyd olunan telefon 18.03.2016-cı ildə çəkilmişdir. Bu günə qədər 158,20 aylıq abunə və 520 manat internet xidmət haqqı ödənişi edilmişdir. Sumqayıt şəhər X4 tərəfindən iddiaçının vəkilinə ünvanlanmış 08.09.2020-ci il tarixli 139 saylı məktubda qeyd edilmişdir ki, Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsində (V məhəllə) ərazisində yerləşən 257 saylı evin yerləşdiyi torpaq sahəsi sənədsizdir, sahəsi təqribən 200 m2-dən artıqdır. X2 mülkiyyətinə aiddir. Həmin torpaq sahəsini Cavabdeh öz əmisi X3 almışdır. Cavabdeh 2011-ci ildən X1 sənədsiz torpaq vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. 2011-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. 2013-cü ildə Cavabdeh həyat yoldaşı İddiaçı1 ilə birgə həmin yaşayış evi ndə yaşamışlar. Məhkəmənin sorğusu əsasında AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin məhkəməyə daxil olmuş 28.09.2020-ci il tarixli **********06 saylı məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən 257 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh Müstəcab oğlu ilə birgə nikah dövründə əldə etdiyi (tikdirdiyi) Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi üzərində, həmin yaşayış evinin birgə nikah dövründə əldə edilmiş olması nəzərə alınaraq onun və cavabdehin bərabər istifadə imka nlarının müəyyən edilməsi və onun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mübahisə predmeti olan yaşayış evinin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 2 mərtəbəli, 257 nömrəli fərdi yaşayış evi kimi nəzərə alınmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh ilə 2003-cü ildə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. 26.08.2005-ci ildə isə aralarındakı faktiki nikah münasibətini rəsmiləşdirmişlər. Birgə nikahdan uşaqları olmamışdır. Onlar ailə qurduqdan sonra qayınanasına məxsus Sumqayı t şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 4, mənzil 4-ə gəlin köçmüş və özünə məxsus cehiz əmlakını da həmin ünvanda yerləşdirmişdir. İddiaçının cavabdehlə son dövrlərə kimi ailə münasibətləri çox yaxşı olmuşdur. Onlar birgə nikahda olduğu dövrdə, yəni 2010-cu ildə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən torpaq sahəsi əldə etmişdir. Həmin torpaq sahəsi üzərində təxminən 2011-ci ildə iki mərtəbəli fərdi yaşayış evi tikdirmiş və həmin evdə yaşamağa başlamışdır. Eyni zamanda iddiaçı özünə məxsus olan cehiz əmlakı da qeyd olunan fərdi yaşayış evində yerləşdirmişdir. Lakin 2019-cu ilin iyul ayında cavabdeh iddiaçı birgə nikahda olduğu dövrdə ümumi vəsaiti hesabına tikdirdiyi evdən qanunsuz olaraq qovmuşdur. Bu günə kimi də cavabdeh iddiaçının həmin evdə yaşama ğına imkan vermir. İddiaçının cavabdehlə mübahisəli evə olan hüquqları eyni dərəcədə olduğundan cavabdehin iddiaçını yaşadığı evdən çıxartmağa haqqı yoxdur. Bundan başqa tərəflərin birgə nikah dövründə əldə etdiyi (tikdirdiyi) Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Sumqayıt Şəhər Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva, iş № 2(060)-887/2020) iddianın qismən təmin edilməsi, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 257 saylı evdən İddiaçı1 ilə Cavabdeh bərabər istifadə imkanlarının müəyyən edilməsi və İddiaçı1 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 257 nömrəli fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evi cavabdeh ilə yanaşı iddiaçı tərəfindən də yaşayış sahəsi kimi istifadə olunmuşdur. Cavabdeh tərəfindən mübahisəli fərdi yaşayış evi hazırda da yaşayış sahəsi kimi istifadə olunur. Mübahisəli evin hüquqi statusu müəyyən edilmədiyinə görə iddiaçı və cavabdeh həmin evdən mənzil kimi istifadə etməkdə bərabər hüquqi əsaslara malikdirlər. Bu səbəbdən iddiaçı və cavabdehin evdən bərabər istifadə imkanları müəyyən edilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev, G.Tağızadə, iş № 2(105)-869/2021) Cavabdeh tərəfindən verilmiş apelly asiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-887/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qətnaməsinin qismən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 257 saylı evdən İddiaçı1 ilə Cavabdeh bərabər istifadə imkanları müəyyən edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mübahisəli fərdi yaşayış evinə iddiaçı ilə cavabdehin bərabər istifadə hüquqlarının müəyyən edilməsi barədə gəldiyi nəticədə haqlı olmamışdır. Mübahisəli ev hüquqi statusu etibarilə özbaşına tikili olduğuna görə həmin evə dair istifadə hüququnun (imkanları) tanınması qanunve ricilikdə nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəli fərdi yaşayış evinə tərəflərin bərabər istifadə hüququnu tanınması qənaətinə gəlməkdə qanunvericilik normalarını düzgün tətbiq etməmişdir. Bununla da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş maddi və prosessual hüquq normalarının şərh olunan bu pozuntularını qətnamənin qeyd edilən hissəsinin ləğvi üçün əsas hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil İddiaçı2 Hüseyn oğlu) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-869/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsini ləğv edilərək, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinə münasibətdə tam yoxla nması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasə n məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci madəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq ol unmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Apellyasiya instansiyası məhkməsi kassasiya şikayətində göstərilən dəlillərlə bağlı qeyd etmişdir ki, «… mübahisəli ev mülkiyyət hüququ üzrə qeydiyyatdan keçməsə də həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipin ə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır və tərəflərin aralarındakı nikahın pozulması iddiaçının evə köçürülməməsi üçün əsas ola bilməz.» Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-869/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - cavabdehin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar