Məhkəmə qərarları › İş №2(102)-4799/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4799/2023

26.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4799/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması, hüquqdan suiistifadə, vicdanlılıq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evin və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4086/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2023- cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 349 saylı sərəncamına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən 600 m² torpaq sahəsi ayrılmışdır.

2. İddiaçı ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 219,10 m² olan fərdi yaşayış evinə dair mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 252 nömrəli reyestr kitabının 23428 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. İddiaçı ünvan 1 ünvanında mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0,03 ha torpaq sahəsini xx.xx.2021-ci il ta rixli müqaviləyə əsasən X9 bağışlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı evin və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və onun üzərində fərdi yaşayış evi mövcuddur. Cavabdehin anasının yaşadığı digər Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, 98 saylı evin 72 saylı mənzili 9 mərtəbəli binada olduğuna görə mənzilə qalxıb-d üşmə çətin olduğu üçün iddiaçı müvəqqəti olaraq əvvəllər yaşamalarına icazə vermişdir. Həmin torpaq sahəsindən iddiaçı oğluna 0,03 ha torpaq sahəsi bağışlamışdır. Buna baxmayaraq, cavabdeh qeyriqanuni olaraq əngəllər törədərək daşınmaz əmlak nümayəndəsinin torpağın faktiki ölçülərinin aparılmasına şərait yaratmamışdır. Bir neçə aydır ki, iddiaçı Cavabdeh və onunla birgə yaşayan digər şəxslərə mülkiyyətindən çıxması və ona təhvil verilməsi barədə dəfələrlə bildirsə də heç bir nəticəsi olmamış, nəticədə iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Sözügedən torpaq sahəsi iddiaçıya X1na görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduğu üçün Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 349 №-li sərəncamı ilə ayrılmışdır. Ona görə də ünvan 1 ünvanın da yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin boşaldılmasına, həmin torpaq sahəsindən və onun üzərində yerləşən tikililərdən (fərdi yaşayış evi, qaraj və s.) cavabdehin və digər şəxslərin çıxarılmasına, həmin torpaq sahəsinin və onun üzərində olan tikililərin boş vəziyyətdə iddiaçıya təhvil verilməsinə, dövlət rüsumu olaraq ödənilmiş 100 manatın və vəkil xərcinə görə 200 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. 6. 21.04.2022-ci il tarixdə məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, o, 5 nəfər ailə üzvü ilə sahəsi 29,5 m² olan 2 otaqlı mənzildə yaşayır, həmin mənzil onun ailəsinin normal yaşaması üçün darısqallıq edir. Mənzil növbəsinin ləğv olunduğu, X1 üçün mənzil şəraitinin yaxşılaşdırılmasına görə xx.xx.2000ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətində ərizə ilə müraciətinə baxılaraq Binəqədi RİHnin xx.xx.2000-ci il tarixli 349 saylı sərəncamı ilə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində ona fərdi yaşayış evinin tikintisi üçün 6 sot torpaq sahəsi ayrılmışdır. Yaşayış evinin tikintisi üçün həmin vaxt maddi imkanı olmadığından qohumu Saleh həyat yoldaşı Fəridənin ürək çatışmazlığından əziyyət çəkdiyini və yaşadıqları Yasamaldakı mənzilin binanın 9-cu mərtəbəsində olduğunu əsas gətirib torpaq sahəsinin bir tərəfində hələlik ev tikərək yaşamaq istədiklərinə icazə verməsini ondan xahiş etmiş, o da razılaşmış, Salehə ev tikməkdə yardımçı olmuşdur. Kommunal xidmətlərdən istifadə etmək üçün (qaz, işıq, su, telefon) ona notarial qaydada etibarnamə vermiş və sair k öməklik etmişdir. Salehlə tikdikləri evin ümumi sahəsi 195 m² təşkil edir. Təxminən 400 m² həyətyanı sahə qalır. O, torpaq sahəsinin digər tərəfində özü və ailəsi üçün ev tikmək qərarına gəlmiş, bu vaxt Araz ona hər vasitə ilə mane olmağa başlamış, səbəbini guya torpağı alarkən kiməsə pul verməsi ilə izah etmişdir. Araz ona hədə qorxu gəlməyə başladığından o, məhkəməyə müraciət etmişdir. Araz 20 ildir təmənnasız olaraq ona məxsus torpaqda yaşayır, indi isə əmlakına yiyələnmək istəyir. O, 2002-2003-cü illərdə evin bünövrəsini qoymuş, karkasını qurmuş, beton tökmüş, evin qalan hissələrini Arazın atası tikmiş, həmin vaxt mehriban olduqlarından o, qohumlarına etibar etmişdir. Torpaqda 2 mərtəbəli, 1 zaldan ibarət 2-3 otaqlı, kommunal xidmətləri həyətdə olan ev tikilmişdir. O, Araza torpağın 3 sotunun ona verilməsini, qalan 3 sotun və evin Salehə verilməsini təklif etmiş, lakin onun təklifi ilə razılaşmamışlar. Ona görə də ünvan 2 ünvanında yerləşən və xüsusi mülkiyyətində 0.06 ha ölçüdə olan torpaq sahəsinin boşaldılmasına, həmin torpaq sahəsindən və onun üzərində yerləşən tikililərdən (fərdi yaşayış evi, qaraj və s.) cavabdehin və digər şəxslərin çıxarılmasına, həmin torpaq sahəsinin və onun üzərindəki tikililərin boş vəziyyətdə ona təhvil verilməsinə, dövlət rüsumu olaraq ödənilmiş 100 manatın və vəkil xərci olan 200 manatın cavabdehdən tutularaq ona ödənilmsinə dair qətnamə qəbul edilməsini xahiş edir.

7. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, atası X3 1999-cu ildə ünvan 2 ünvanında 25.000 ABŞ dollarına 0.06 ha torpaq sahəsi almı şdır. Həmin vaxt o, keçmiş həyat yoldaşından yenicə ayrıldığından torpağın onun adına sənədləşdiriləcəyi halda gələcəkdə hər hansı problemlər yarana biləcəyini fikirləşib həmin torpaq sahəsinin xalasının həyat yoldaşı olan İddiaçı adına sənədləşdirmək barədə qərar qəbul etmişlər. Onlar torpağın alınmasına 25.000 ABŞ dolları, qaz xəttinin həyətdən çıxarılmasına 5.000 manat, əlavə olaraq yenidən torpağı aldıqları adamlara 7.000 manat, torpağın və evin çıxarışının alınması üçün 55.000 manat pul xərcləmişlər. Bundan əlavə ünvanın alınması üçün 5.000 manat pul xərcləmişlər. Həmin torpaq sahəsində 1999-cu ildən 2001-ci ilə qədər tikinti-təmir işləri aparılmışdır. 2001-ci ilin sentyabr ayından isə onlar tikdikləri evə köçmüşlər. Evin təmirində və tikintisində iştirak edən ustalar evin onlar tərəf indən tikilməsini təsdiq edə bilərlər. Son bir ilə kimi İddiaçı ilə aralarında heç bir narazılıq olmamışdır. Hətta Zəfər bir neçə qohumlardan evi onun adından çıxarıb onların adlarına keçirilməsini xahiş etmişdir. Bununla bağlı Zəfər ona xx.xx.2013-cü il tarixli etibarnamə də vermişdir. Həmin etibarnamə əsasında o, evin sənədləşdirmə işlərini aparmış və 2014-cü ildə həmin evə dair çıxarış da almışdır. Lakin sonradan səhhətində problemlər olduğu üçün həmin evi öz ailəsinin adına sənədləşdirmǝyǝ vaxtı olmamışdır.

8. Məhkəmə iclasında şahid X20 ifadəsində göstərmişdir ki, Cavabdeh onun xalası nəvəsidir. Zəfəri o, Arazın qohumu kimi tanıyır. O, inşaatçı olduğundan 2000-ci ildə Arazın atası Saleh 6 sot torpaq sahəsi almasını, ev tikmək istəməsini ona demişdir. O, Salehin tikdirdiyi evin layihəs ini çəkmiş, evin tikintisi 2000-ci ildə başlamış, 2001-ci ildə başa çatmışdır. Saleh torpaqda 2 mərtəbəli, yuxarıda 4 otaq, aşağıda zal, mətbəx, qaraj, sanuzel olan ev tikmişdir. Həyətdə əvvəllər köhnə qaraj və hasar olmuş, Zəfər tikintiyə qohum kimi gəlib-getmişdir. Zəfər tikinti işlərini aparmamış, usta işlətməmiş, ev tikməmişdir. Ustaları Saleh çağırmış, pulunu vermiş, tikinti materiallarını almışdır. O, Salehlə birlikdə ustaların pulunu hesablayıb vermiş, materialları hesablayıb almışdır. Sonradan torpağın Qarabağ Müharibəsinin iştirakçısı kimi Zəfərin adına sənədləşdirilməsi ona məlum olmuşdur.

9. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, Zəfər onun bacısının yoldaşıdır. Saleh isə digər bacısının yoldaşıdır. Hər iki bacısı vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən evi Saleh tikmiş, Saleh daim bu ünvanda ailəsi ilə yaşamış və yaşayır. Ev iki mərtəbədən ibarətdir, birinci mərtəbədə zal, hamam, ikinci mərtəbədə 3 otaq vardır. Həyətdə meyvə ağacları əkilmişdir. Bütün bu işləri Saleh öz ailəsi ilə birlikdə etmişdir. Zəfər həmin ünvanda heç nə tikməmiş, tikinti işlərində iştirak etməmiş, bildiyinə görə Zəfər Salehdən 3 sot torpaq istədiyi üçün bu mübahisə yaranmışdır.

10. Məhkəmə iclasında şahid X21 ifadəsində göstərmişdir ki, o, 102 saylı MKİS-nin rəisi vəzifəsində işləyir, Zəfərin və Salehin qohumudur. ünvan 1 ünvanında yerləşən torpağı Saleh almış, evi də Saleh tikdirmişdir. O, da həmin sahədə torpaq sahəsi almışdır. Zəfər ona veteran kimi özünə ev almaq istəməsini, Araza torpağı və evi öz adlarına keçirmələrini deməsini, lakin Arazın onu incitməsini, sənə dləşməni aparmamasını demişdir. O, bu barədə Araza demiş, Araz notariat kontorunda depozitə pul qoymalı olmasını, pulu olmadığı üçün sənədləşmə işlərini apara bilməməsini demişdir. Daha sonra Zəfər evi və torpağı adlarına keçirmək üçün 3 sot torpaq tələb etmiş, bundan sonra Salehlə Zəfərin münasibəti pozulmuşdur.

11. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, Araz onun qardaşı, Zəfər isə xalasının əridir. ünvan 3 ünvanında olan torpağı onun atası Saleh alaraq 2 mərtəbəli həyət evi tikmiş, Zəfər onlara ev tikməmişdir. Heç vaxt Zəfər bu evdə yaşamamış, onların evində heç bir iş görməmişdir. Atası yalnız torpağı Zəfərin adına sənədləşdirmişdir. Onlar 1999-cu ildən tikdikləri evə köçərək həmin evdə yaşayırlar. Atası hər birinin otağını onlarla məsləhətləşib təmir etdirmişdir

12. M əhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, Zəfər onun bacanağıdır. O, ünvan 1 ünvanında yerləşən torpağı almış, ev inşa etmiş, Zəfər heç bir tikinti işləri aparmamışdır. Zəfər həmin vaxt beton zavodda işlədiyindən o, pulunu verib həmin zavoddan beton almışdır. Evin tikintisi 2000-ci ildə başa çatmış, Zəfər onun evinə heç bir vəsait sərf etməmişdir. Torpağı alarkən onlar Binəqədi rayonunda yaşamadıqlarından, torpaq Binəqədi rayonunda yaşayan şəxsin adına sənədləşdirilməli olduğundan, Zəfərlə yaxşı, mehriban münasibətləri olduğundan, Zəfər Binəqədi rayon sakini olduğundan torpağı onun adına sənədləşdirmişdir. İndi Zəfər ondan torpaq tələb edir.

13. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, qonşusu Araz yaşadıqları küçəyə 1999-2000-ci illərdə köçmüş, o, isə 1998-ci il dən həmin küçədə yerləşən evində yaşayır. Ona görə də bilir ki, torpağı Saleh almış, evi Saleh tikdirmiş, Saleh daim öz ailəsi ilə bu evdə yaşayıb və yaşayır.

14. Məhkəmə iclasında şahid X15 ifadəsində göstərmişdir ki, o, Arazın qohumudur, 1999-2000-ci illərdə ünvan 3 ünvanında Saleh torpaq alaraq 2 mərtəbəli həyət evi tikmişdir. Saleh tikdiyi evi sənədləşdirmək üçün ondan 10000 ABŞ dolları borc istəmiş, o da həmin məbləği Salehə vermişdir. Sonra Saleh onun pulunu qaytarmışdır.

15. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, Araz onun qonşusudur, o, 2002-ci ildən həmin küçədə yaşayır. O, həmin küçəyə gələndə Saleh, Araz öz evlərinin tikintisini artıq 3-4 ay idi başlamışdırlar. Ev iki mərtəbəlidir, 1-ci mərtəbədə zal, dəhliz, mətbəx, 2-ci mərtəbədə yataq otaqları, eyvan vardır. Zəfəri isə o, tanımır.

16. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, Arazın və Salehin qonşusudur, 2002-ci ildə həmin ərazidə torpaq alıb ev tikmiş, 2006-cı ildə evinə köçmüş, ona görə də bilir ki, evi Saleh tikmişdir. 16 il ərzində o, Zəfəri görməmişdir.

17. Məhkəmə iclasında şahid X13 ifadəsində göstərmişdir ki, Zəfər onun iş yoldaşıdır. Onlar "xxxx" MMC-də 1990-cı ildən 2004-cü ilədək bir yerdə işləmiş, o, sahə rəisi, Zəfər isə mexanik işləmişdir. O, Zəfərin işdən tez-tez icazə almasının səbəbini soruşanda bilmişdir ki, Zəfər torpaq almaq istəyir və sənədləşmə işləri ilə məşğuldur. Sonra o, Zəfərə ev tikmək üçün 2000-ci ildə beton vermiş, həmin betonun pulunu ona Zəfər vermişdir. O, Zəfərin tikdiyi evdə olmamış, tikinti işlərinin aparılmasını görməmiş, Zəfər ona pulu o lmadığı üçün Salehin onun torpağında ev tikməsini demişdir.

18. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, qardaşı Zəfər 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla Müharibə veteranıdır. Zəfər 2 otaqlı mənzilində 5 nəfər ailə üzvü ilə yaşayır. Zəfər müharibə veteranı kimi 2000-ci ildə torpaq sahəsi almış, lakin ev tikməyə imkanı olmadığından torpağı bacanağı Salehə ev tikib yaşaması üçün müvəqqəti olaraq vermişdir. Razılığa əsasən torpaq bölünməli idi. Zəfər mübahisəni sülh yolu ilə həll etmək istəsə də Saleh razılaşmamışdır.

19. Məhkəmə iclasında şahid X16 ifadəsində göstərmişdir ki, atası Zəfər torpaq sahəsini müharibə veteranı olduğu üçün almış, xalasının ürəyi xəstə olduğundan atası torpaq sahəsində Salehə ev tikməyə icazə vermiş, Saleh evi tikəndən sonra ailəsi ilə bu e vdə yaşayır. Atası özünə məxsus torpağın 3 sotunu ona bağışlamış, lakin Saleh icazə vermədiyindən torpağın ölçülərini götürüb ona çıxarış verilməsi mümkün olmamışdır. Bundan sonra münasibətlər korlanmışdır.

20. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)127/2023 nömrəli qətnaməsi ilə (hakim S.R.Səlimova) iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən, həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evindən və tikililərdən çıxarılması, Cavabdeh məhkəmə xərclərinə görə 300 manatın İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

21. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 349 s aylı sərəncamına əsasən, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən 600 m² torpaq sahəsi ayrılmış, daha sonra ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə və torpaq sahəsinin üzərində inşa olunan ümumi sahəsi 219,10 m² olan fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır. Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır.

22. Məhkəmə hesab etmişdir ki, mülkiyyətçi mülkiyyətində olan əmlaka qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb etmək, bu cür hərəkətlər davam etdirildikdə isə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb etmək hüququna malik olduğundan iddiaçının cavabdehə qarşı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən, həmin to rpaq sahəsində yerləşən fərdi yaşayış evindən və tikililərdən çıxarılmasına dair iddia tələbləri əsaslıdır, ona görə də iddia ərizəsi bu hissədə təmin edilməlidir

23. Məhkəmə iddiaçının digər şəxslərə qarşı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, öz iddia tələbləri üzrə cavabdehi müəyyən etmək vəzifəsi iddiaçıya aid olduğundan, iddiaçı qohumluq münasibətlərində olsa da həmin şəxsləri müəyyən edib onlara qarşı tələb irəli sürmədiyindən, məhkəmənin isə qeyri-müəyyən şəxslərə qarşı məhkəmə aktı qəbul etmək səlahiyyəti olmadığından iddia ərizəsi qalan hissədə təmin edilə bilməz.

24. Məhkəmə cavabdehin iddia tələblərinə qarşı etirazına münasibət bildirərək qeyd etmişdir ki, ünvan 1 ünvanında inşa edilmiş tikililərə sərf olunmuş vəsaiti həmin xərci çəkən şəxsin mülkiyyətçidən tələb etmək hüququ vardır.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1-ci maddələrinə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli, “Elsholz Almaniyaya qarşı” iş üzrə 2000-ci il 13 iyul tarixli, “Blucher Çex Respublikasına qarşı” iş üzrə 2005-ci il 11 yanvar tarixli, “Van de Hurk Hollandiya qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsi, iddia tələbinin təmin edilməyən his sədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnamə ilə müəyyən etdiyi hallar və gəldiyi nəticə işin faktiki halları və işdə olan sübutlarla tamamilə ziddiyyət təşkil edir və qəbul edilməsi mümkün deyil. Belə ki, məhkəmə iddiaçıya məxsus torpaq sahəsindən, həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evindən və tikililərdən cavabdeh şəxs X4 çıxarılması barədə qətnamə qəbul etsə də, amma orada yaşayan digər şəxslərə qarşı münasibətdə iddia tələbini təmin etməməsi nəticəsində gələcəkdə iddiaçının mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına zəmin yaratmışdır. Bir növ məhkəmə iddiaçının mülkiyyət üzərində olan dövlət tərəfindən tanınan və qorunan hüququnu məhdudlaşdırmışdır. Gələcəkdə cavabdehi n ailə üzvlərində hər hansı dəyişim (artım) olarsa, o zaman məhkəmə bu halda da öz qətnaməsini icrasının çətinləşməsinə və eləcə də mülkiyyətçinin hüququnu pozulmasına şərait yaratmışdır. İddiaçının mülkiyyətçi olaraq əmlaka sahib olmaq, onun barəsində sərəncam vermək hüquqlarına malik olsa da ancaq məhkəmənin gəldiyi nəticədə iddiaçının mülkiyyət üzərində sərbəst şəkildə istifadə etmək hüququ məhdudlaşdırılmışdır.

28. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Apellyasiya şilkayəti onunla əsaslandırılmışdır ki, işin hallarından və qanunvericiliyin mənasından da görünür ki, məhkəmələr birmənalı olaraq tərəflərin təqdim etdiyi sübutlara qətnamələrinin əsaslandırıcı his səsində hüquqi qiymət verməli, şərh etməli və həmin sübutların qəbul edilib-edilməməsi ilə bağlı izah verməlidir. Onların tərəfindən mübahisəli torpaq sahəsində 1999-cu ildən 2001-ci ilə qədər tikinti və təmir işləri aparılmışdır. 2001-ci ilin sentyabr ayından isə onlar bu evə köçüblər. Son bir ilə kimi cavabdehlərlə İddiaçı arasında heç bir narazılıq olmamalıdır. Hətta o, evi onun adından çıxardıb cavabdehlərin adına keçirilməsi ilə bağlı cavabdehə xx.xx.2013-cü il tarixli etibarnamə də vermişdir. Həmin etibarnamə əsasında cavabdeh evin sənədləşdirmə işlərini aparmış və 2014-cü ildə həmin evə dair çıxarış da almışdır. Lakin sonradan səhhətində problemlər olduğu üçün həmin evi öz ailəsinin adına sənədləşdirməyə imkan olmamışdır. Mübahisələndirilən evin cavabdeh tərəfindən tikilməsini şahid lər də təsdiq edir.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4086/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi) Akif İsgəndərov və Vahid Sadıqov) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-127/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, cavabdehin yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Hazırda İddiaçı Cavabdeh həmin tikililər (fərdi yaşayış evi, qaraj və s.) və onların yerləşdiyi torpaq sahəsindən çıxarılmasını tələb edir və tələbini belə əsaslandırır ki,cavabdeh həmin ünvanda yaşamaqla onun öz mülkiyyətlərindən maneəsiz istifadə etməsinə mane olur, onu həmin sahəyə buraxmır və bununla da iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır.

32. Apellyasiya instansiyası məhkəməsi mövqeyinə dair qeyd etmişdir ki, cavabdeh heç bir qanuni əsas olmadan iddiaçıya məxsus mübahisəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsində hazırda onun razılığı olmadan yaşayaraq istifadə edir və bu hal iddiaçının qanunla müəyyən ed ilmiş mülkiyyətçi hüquqlarının pozulması ilə nəticələnir. İşdə olan sənədlərdən və tərəflərin izahatlarından həmçinin görünür ki, mübahisə olduğundan iddiaçı özünə məxsus torpaq sahəsinin 0,03 ha hissəsini oğluna bağışladıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən torpaq sahəsinin bölgüsü ilə bağlı sxemin tərtib edilməsi mümkün olmamışdır. Bu səbəbdən, iddiaçı hazırkı iddianı qaldıraraq cavabdehin həmin əmlakı boşaltmasını tələb etməkdə haqlı olmuşdur. İddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydə alındıqdan sonra onunla cavabdeh arasında həmin evdən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın mövcudluğu barədə sübutlar da cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəmənin iclasında tərəflər öz izahatlarında və şahid qismində dindirilmiş şəxslər öz ifadələrində qeyd olunan fərdi yaşayış evinin tikintisinə X3 tərəfindən vəsait xərcləndiyini bildirmişlər. Yəni cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin tikintisində də iştirak etməmişdir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində digər şəxslərin də ünvan 1 ünvanında yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən və onun üzərində yerləşən tikililərdən (fərdi yaşayış evi, qaraj və s.) çıxarılmasını xahiş etsə də həmin tələb qeyrimüəyyən şəxslər dairəsinə ünvanlanmış, iddiaçı həmin şəxsləri müəyyən edib cavabdeh kimi işə cəlb etməmişdir. Halbuki, MPM-in 149.2-ci maddəsinə əsasən iddia ərizəsində tələbin yönəldiyi şəxslərin - cavabdehlərin soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, o cümlədən, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.

34. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə, Mülki Məcəllənin 140, 152.1, 157.2, 157.4, 228.1, 228.2-ci, MPM-in 14.2, 77.1, 88, 149.2, 217.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən ev cavabdehin atası tərəfindən inşa edilmiş və bu dövrədək yəni, 23 il ərzində cavabdeh öz ailəsi ilə birlikdə həmin evdə yaşayır. Belə ki, cavabdehin atası X3 1999-cu il də ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsi almışdır. Bu torpağa görə o, 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. Həmin vaxtlar cavabdeh keçmiş həyat yoldaşından yenicə ayrılmışdır. Hesab etmişdir ki, bununla bağlı gələcəkdə hər hansı problemlər yarana bilər. Hüquqi savadları olmadığı üçün ailəlikcə qərara gəliblər ki, həmin torpaq sahəsini xalasının həyat yoldaşı İddiaçı adına sənədləşdirsinlər. Cavabdehlər torpağa 25.000 d ollar, qaz xəttinin həyətdən çıxarılmasına 5.000 manat, əlavə olaraq yenidən torpağı aldıqları adamlara 7.000 manat, torpağın və evin çıxarışının alınması üçün 55.000 manat pul xərcləyiblər. Bundan əlavə, ünvanın alınması üçün 5.000 manat pul xərcləyiblər. Onlar tərəfindən həmin torpaq sahəsində 1999-cu ildən 2001-ci ilə qədər tikinti və təmir işləri aparılmışdır. 2001-ci ilin sentyabr ayından isə onlar bu evə köçüblər. Bu evin təmirində və tikintisində iştirak edən “prorab” və digər ustalar da şahid kimi bunu sübut edə bilərlər. Son 1 ilə kimi cavabdehlərlə İddiaçı arasında heç bir narazılıq olmamışdır. Hətta o, bir neçə qohumlara evi onun adından çıxardıb cavabdehin adına keçirilməsini xahiş etmişdir. Bununla bağlı o, cavabdehə 20 aprel 2013-cü il tarixli etibarnamə də vermişdir. Həmin e tibarnamə əsasında cavabdeh evin sənədləşdirmə işlərini aparmış və 2014-cü ildə həmin evə dair çıxarış da almışdır. Laki sonradan səhhətində problemlər olduğu üçün həmin evi öz ailəsinin adına sənədləşdirməyə imkan olmamışdır. Mübahisələndirilən evin cavabdeh tərəfindən tikilməsini şahidlər də təsdiq edir.

37. İşin hallarından və qanunvericiliyin mənasından görünür ki, məhkəmələr bir mənalı olaraq tərəflərin təqdim etdiyi sübutlara qətnamələrinin əsaslandırıcı hissəsində hüquqi qiymət verməli, şərh etməli və həmin sübutların qəbul edilib-edilməməsi ilə bağlı izah verməlidir. Həmçinin məhkəmələr iddia tələbinin təmin olunmayan hissələrinə belə müvafiq olaraq əsaslandırıcı izahlar verməlidir. Halbuki, apellyasiya məhkəməsi öz qətnaməsində iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olaraq təq dim edilmiş sübutlara hüquqi qiymət verməmişdir.

38. Kassasiya şikayəti əsaslandırılarkən Mülki Məcəllənin 243.1-243.3, 646.1-ci, MPM-in 14.2, 77.1, 88, 106.1, 217.1-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyul 2009-cu il tarixli qərarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasın ın Konstitusiyası

40. Maddə 13, İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

41. Maddə 29, İ. Hər kəsin mülkiyyət hüququ vardır.

42. Maddə 29, İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə

43. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

44. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

45. Maddə

140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası q üvvədədir.

46. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

47. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

48. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

49. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

50. Maddə 560.2. Hüquqdan su i-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

51. Maddə 560.3.4.Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Mülki Prosessual Məcəllə

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

56. Mad də 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu h esab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin 61. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmal ıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbu l edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

65. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 349 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən 600 m² torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi və üzərində ümumi sahəsi 219,10 m² olan fərdi yaşayış evinə dair mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə iddiaçının adına qeydə alınmışdır.

66. İşin müəyyən edilmiş digər halları ilə müəyyən olunur ki, torpaq sahəsi əldə edilən vaxtdan etibarən cavabdehin istifadəsində olmuş, məhz cavabdeh və ailə üzvləri tərəfindən orada iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmış fərdi yaşayış evi tikilmişdir. Belə olan halda mübahisəsiz qaydada təsdiq olunur ki, torpaq sahəsi 24 ildən artıq müddət ərzində cavabdeh tərəfin istifadəsində olmuşdur. Hətta bu fakt iddiaçının məhkəmə iclasına vermiş olduğu izahatı ilə təsdiq olunur. Torpaq sahəsi və onun üzərində aparılmış tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı iddiaçının verdiyi etibarnamə əsasında cavabdeh tərəfindən həyata keçirilmişdir.

67. O da nəzərə alınmalıdır ki, iddiaçı məhz cavabdehin torpaq sahəsindən çıxarılması və onun istifadəsində olan fərdi yaşayış evinin sökülməsi ilə bağlı tələb irəli sürmüşdür. Belə olan halda iddiaçı tələbə cavab verməli olan şəxs olaraq məhz tələb yönəltdiyi ş əxs olaraq cavabdehi seçməsi aşkardır. Məhkəmələr də faktiki olaraq A.Məhhərəmova qarşı yönəlmiş tələbi təmin edərək məhz onun istifadəsində olan tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılmasına dair tələbi təmin etmişlər.

68. Göstərilənlərin nəticəsində adi bir məntiq təsdiq olunur ki, fərdi yaşayış evinin iddiaçının adına qeydə alınmasına baxmayaraq onun sökülməsini tələb edirsə, demək fərdi yaşayış evinin həmin şəxsə hər hansı aidiyyəti yoxdur, onun tikilməsi üçün vəsait sərf etməmişdir. İddiaçının isə cavabdehin anasının xəstə olmasına görə evi müvəqqəti yaşamaq üçün verməsinə dair dəlili əhəmiyyətsiz dəlil olmuş olur. Bu halda cavabdeh tərəfin etirazında göstərilənlər təsdiq olunmuş olur. Lakin mövcud reallıq ondan ibarətdir ki, iddiaçının mülkiyyət hüququ həmin torpaq və fərdi yaşayış evi üzərində artıq tanınmışdır. Cavabdeh tərəfin qeydiyyatın düzgün aparılmaması ilə bağlı tələbi mövcud deyil.

69. Cavabdeh tərəf etirazının digər dəlilində göstərir ki, torpaq sahəsinin bir hissəsi, yəni 0,03 ha hissəsini iddiaçı öz oğluna bağışlamış və bundan sonra torpaq sahəsinin naturada ayrılıb verilməsinə dair aralarında mübahisə yaranmış və bu mübahisənin nəticəsi olaraq hazırkı iddia tələbi irəli sürülmüşdür.

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkə n subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları).

71. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial əd alətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

72. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.

73. Cavabdeh mübahisəli torpaq sahəsində öz vəsaiti ilə fərdi yaşayış evi tikərək 24 ildən artıq olan müddətə orada yaşayaraq torpaq sahəsindən və tikililərdən hər hansı etiraz olmadan istifadə etdiyini bildirmişdir. İddiaçı isə belə tikilinin aparılmasına etiraz etməmiş və özü də qəbul edir ki, fərdi yaşayış evi məhz c avabdeh tərəfindən tikilmişdir.

74. Belə olduğu halda, apellyasiya məhkəməsi fərdi yaşayış evinin məhz cavabdeh tərəfindən tikilməsi və uzun müddət iddiaçının razılığı ilə orada yaşaması və iddiaçının isə uzun müddət formalaşmış qaydaya etiraz etməməsini nəzərə almaqla, iddiaya Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımdan hüquqi qiymət verməli, tikilinin sökülməsinin nəticəsi olaraq cavabdeh tərəfin kompensasiya almaq hüququnun olubolmamasını aydınlaşdırmalı idi. Lakin bununla bağlı qətnamədə qiymətləndirmə aparılmamışdır.

75. Apellyasiya məhkəməsi yalnız qeyd edir ki, tikilini aparmış şəxs etirazında göstərilənləri (zərərin əvəzinin ödənilməsi) ayrıca iddia qaydasında iddia tələbi irəli sürə bilər. Əgər məhkəmə həqiqətən tikilinin cavabdeh tərəfin deyil, başqa şəxs tərəfindən apa rılması qənaətinə gəlmişsə, məhz həmin şəxsin işə cəlb olunmasını təmin etməli, yuxarda göstərilən dəlillərin yoxlanmasını həmin şəxsə münasibətdə aparmalı idi. Lakin məhkəmə belə cəlb etməni təmin etmədən fərdi yaşayış evinin sökülməli olması qənaətinə gəlmişdir.

76. Məmmədova Azərbaycana qarşı 06 iyun 2023-cü il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi sözügedən binada 1996-cı ildən ailəsi ilə birlikdə yaşayırdı və bu fakt hökumət tərəfindən mübahisələndirilməmişdir. Buna görə də, Konvensiyanın 8-ci maddəsinin müddəalarına əsasən, bina ərizəçinin mənzili idi. Ərizəçinin şikayətinə Konvensiyanın 8-ci maddəsi tətbiq edilə bilər.

77. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə apellyasiya şikayətində istinad olunan dəlilləri üzrə ümumiyyətlə araşdırma aparılmamışdır. Ha lbuki, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bu məqsədlə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməli, zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif etməlidir.

78. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, yuxarda istinad olunan məsələlər araşdırılmaqla, verilən iddia ilə iddiaçının hüquqdan sui-istifadəyə yol verməsinin mümkünlüyünə hüquqi qiymət verilməli idi ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu istiqamətdə ümumiyyətlə qiymətləndirmə aparılmamışdır.

79. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

80. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

81. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.

82. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxa rkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

83. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

84. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli dir.

85. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2023-cü il tarixli, 2(103)- 4086/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar