Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4808/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) 11.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1072/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında, 5-ci mərtəbə yerləşən 15 saylı mənzili İddiaçı məxsus olmuşdur.
2. Həmin evdə iddiaçı əri Nağı, boşanmış qızı Yeganə və onun azyaşlı övladı ilə birlikdə yaşamışdır.
3. İddiaçının qızı Yeganə boşandıqdan sonra qonşuluqda yaşayan Cavabdeh ilə faktiki ailə həyatı qurmuşdur.
4. Cavabdeh iddiaçıya məxsus qeyd edilən mənzili satıb satışdan əldə olunmuş pulu mənimsəmiş və bu əmələ görə Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(060)-102/2018 nömrəli, 19 iyul 2018-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssiəsində çəkməklə 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
5. Həmin hökmdə qeyd edilmişdir ki, Cavabdeh özgə ə mlakını ələ keçirmə məqsədi ilə arvadı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qaynanası İddiaçı xx.xx.2006-cı il tarixli, ********* nömrəli çıxarışla məxsus olan, ünvan 1 ünvanında, 5-ci mərtəbə yerləşən 15 saylı mənzilini satıb satışdan əldə olunacaq pulu öz şəxsi ehtiyacları üçün istifadə etmək qərarına gələrək qaynanası Naftalan şəhərində yerləşən müalicə müəssisəsində müalicə olunarkən Sumqayıt şəhərində binaların birindən birinci mərtəbədə yerləşən mənzil alacaqları barədə yalan məlumat verməklə sonuncunu inandırıb mənzilinin satışına razılığını aldıqdan sonra 19 avqust 2016-cı il tarixdə həmin mənzili X1 depozit hesaba keçirilmiş 47556 (qırx yeddi min beş yüz əlli altı) manat məbləğdə pulu Muğan bankın Sumqayıt şəhər, 4 saylı notariat kontorunda yerləşən filialından götür ərək həmin pulu ehtiyacları üçün istifadə etmiş, ünvan 2 ünvanında yerləşən X5 məxsus, kirayə tutduqları 51 saylı mənzili müalicədən qayıdan qaynanasına ona məxsus olan mənzilin satışından əldə olunmuş pulun üstünə əlavə pul qoyub aldıqları kimi təqdim edərək, etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş İddiaçı xeyli miqdarda, 47.556 (qırx yeddi min beş yüş əlli altı) manat dəyərində ziyan vurmaqla dələduzluq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus xüsusi mülkiyyətində olan ünvan 1, 15 nömrəli mənzilin satışından əldə edilmiş 52.000 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1, mənzil 15 onun xüsusi mülkiyyəti olmuş, DƏDRX-də onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Orada o, həyat yoldaşı Nağı və boşanmış qızı Yeganə, onun azyaşlı övladı ilə birlikdə yaşamışlar. Ev 3 otaqlı olmuş, 1 qonaq otağı, 2 yataq otağından ibarətdir. O, xəstəliyilə əlaqədar 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən evini qalxıb düşə bilmədiyindən həmin evi satıb, ucuz və aşağı mərtəbəli olan ev almaq qərarına gəlmişdir. Qızı Yeganə boşandıqdan sonra qonşuluqda yaşayan Cavabdeh ilə faktiki ailə həyatı qurmuşdur. 2016cı ilin avqust ayının əvəllərində müalicə olunmaq üçün Naftalan şəhərinə getmişdir. Naftalan şəhərində olarkən qızı Yeganə onunla əlaqə saxlayıb bildirmişdir ki, makler evə baxmaq istəyir, evi almaq üçün müştəri çıxmışdı r. Rasif ilə Yeganə Naftalana gəlmiş, o, Rasifdən evin neçəyə satılacağını soruşarkən ona 52000 manata danışdığını bildirmişdir. O, qızına etibarnamə vermişdir. Rasif ona söz vermişdir ki, evi satıb, pulunu verəcəkdir. Bir neçə gündən sonra Sumqayıta gələrkən evin hələ satılmadığını görüb, nə üçün satılmadığını soruşduqda Rasif ona bildirmişdir ki, sənədləşmə işi çox vaxt aparır, həyat yoldaşı Nağı da evin satılmasına razılıq verməlidir. Bir neçə gündən sonra Rusiya Federasiyasında olan həyat yoldaşı gələrək evin satılmasına razılıq vermişdir. xx.xx.2016cı il tarixində qızı Yeganə ilə Rasif evi satmışlar. O, evi 55.000 manata satışa qoysa da, Rasif evi 52.000 manata satmışdır. Evi satan kimi pulunu ona verməyi tapşırmışdır. Ev satılan kimi Rasifdən pulu tələb edərkən Rasif ona narahat olma mağı, pulu təhlükəsizlik üçün atasının evində seyfə qoyduğunu və ev tapan kimi pulu verib ev alacağını bildirmişdir. Evini alan şəxslə razılığa gəlmişlər ki, evin pulunu verən gündən sonra 10 gün müddətində də evdə qalacaqlar. Xəstəliyi ilə əlaqədar TTYX-da müalicə olunmağa məcbur olmuşdur. Ona görə də həmin ərəfədə yeni ev haqqında maraqlana bilməmişdir. Xəstəxanadan çıxdıqdan sonra Rasif onu ünvan 3 ünvanında yerləşən 51 saylı mənzilə aparıb onun evini satdığı pula bu evi aldığını bildirmişdir. Ev 3 otaqlı, təmirli, boş ev idi. O, Rasifdən evi neçəyə aldığını soruşarkən, o, ona 63000 manata aldığını bildirmişdir. O, 13000 manatı haradan tapdığını soruşarkən Rasif ona həmin pulu özü qoyduğunu demişdir. Rasiflə razılaşmayaraq bildirmişdir ki, şərikli ev almaq istəmir. O, bir müddət Rasifin göstərdiyi evdə qalmış, həmin mənzili öz mənzili hesab etmişdir. 2017-ci ilin mart ayında həyat yoldaşı Nağı Rusiya Federasiyasından gəlmiş, Rasifdən evin sənədlərini istəyərkən Rasifin yalanlarının üstü açılmışdır. Rasif evin sahibinin Almaniyada olduğunu, evi almaq üçün 1000 manat beh verdiyini, pulun qalanını isə atasının seyfində olduğunu bildirmişdir. Həmin ərəfədə qorxusundan və onların könüllərini almaq üçün Rasif qızı Yeganə ilə rəsmi nikaha girmişdir ki, bəlkə qızına görə ondan pul istəməsinlər. Buna baxmayaraq ondan pulunu tələb etmişdir. Rasif pulun atasında olduğunu, atası fermadan qayıdan kimi pulunu qaytaraqcağını bildirmişdir. 10 gün keçdikdən sonra həyat yoldaşı Nağı Rasifdən pulu tələb etdikdə sonuncu qızlarını boşayacağı ilə onları hədələmişdir. Onlar Yeganənin yetkin in san olduğunu, boşayıb-boşamamasından asılı olmayaraq pullarını geri istəmişlər. 2017-ci ilin may ayında 1 nəfər şəxs yaşadıqları evə gələrək ev pulu istəmişdir. 28 may 2017-ci il tarixində Zöhrab adlı şəxs onun xüsusi evi hesab etdiyi mənzilə gəlib, həmin evin ona məxsus olduğunu və 2 aylıq kirayə borclarının olduğunu bildirərək, pulu istəmişdir və bildirmişdir ki, Rasif onun evini kirayə götürmüşdür, aralarında olan razılaşmaya əsasən evin kirayə götürülməsi barədə ailə üzvləri bilməməli, pulu Rasif qabaqcadan evdən kənarda ödəyəcəkdir. Rasifin onun xəstəliyindən istifadə edərək, evinin satılmasından əldə olunan pulu mənimsədiyini həmin şəxsə bildirmişdir. Bunu şahidlər də təsdiq edə bilərlər. Həmin əməli törətdiyinə görə Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddəl əri ilə cinayət məsuliyyətinə cəlb olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli N1(060)-102/2018-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4 maddələri ilə 3 il azadlıqdan məhrum etmə cəzası verilmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək tutulması nəzərə alınmış, təyin olunacaq cəza müddətinə hesablanmış və onun üzərində qəti olaraq 2 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Qızı Yeganə cavabdeh ilə birgə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Lakin cavabdeh onu da belə aldadıb evin pulunu götürdüyündan və evin satışından əldə olunmuş pul cavabdehdə olduğuna görə qızı Yeganəni bu mülki iş üzrə cavabdeh qismində cəlb etməmişdir. Əgər qızı evin pulundan heç olmasa bir hissəsini xərcləmiş olsaydı o, ümumiyyətlə bu işi məhkəməyə verməzdi. Cavabdeh onu da evsiz qoymuşdur. Hal-hazırda cavabdeh həbsxanadan çıxmışdır. Onun pulunu bu günədək geri qaytarmır və geri qaytarmaq fikri də yoxdur. Cavabdehin həbs edilməsi o demək deyil ki, onu aldadıb, evinin satışından əldə edilmiş pulu mənimsəsin. Cəza alsa da belə həmin pulu geri qaytarmalıdır. Hesab edir ki, cavabdeh ona məxsus evinin satışından əldə edilmiş və onun tərəfindən mənimsənilmiş 52000 manat pulu ona geri qaytarmalıdır.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia ərizəsində ondan 52000 manat məbləğində pulun tutulması tələb edilir. Halbuki, mənzilin 51 800 manata satıldığı, bu məbləğdən 1344 manat rüsumun ödənildiyi, 2500 manat komunal xidmətlərə və 400 manatın is ə maklerə ödənildiyi iddiaçıya məlumdur. İddiaçı bunu bilə-bilə 47556 manat deyil, məhz 52000 manat pul tələb edir və bu hal onun səmimi olmadığını təsdiq edir. İddiaçı Sumqayıt şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş hökmə əsaslanır. Hökm ilə yalnız o, cəza almamış, iddiaçının qızı da onunla bərabər cəza almışdır. Pulun yalnız ondan tələb edilməsi tam qanunsuzdur. İddianın yalnız ona qarşı qaldırılması iddiaçının qeyri-səmimi davrandığını, niyyətinin onu cəzalandırmaq, əvəz çıxmaq olduğunu təsdiq edir. Nəzərə alınmalıdır ki, evin satışı, satışa görə ödənilmiş məbləğin bank hesabından çıxarılması hüququ yalnız iddiaçının qızı olan Yeganə xanıma məxsus idi. Məbləğin ödənilməsinin qızından yox ondan tələb edilməsi isə tam qanunsuzdur. Yalnız bu hal iddianın təmin edilməməsi üçün əsasdır. Be lə ki, iddiaçının qızı ona iddiaçının şəxsən özü tərəfindən notarial qaydada verilmiş etibarnamə əsasında evi satmışdır. Məhz iddiaçının qızı ona verilmiş etibarnamə əsasında bank hesabından pulu nağdlaşdırmışdır. O pulun sonradan onun tərəfindən ona verilməsi və ya başqa şəxsə verilməsi, öz istəyi ilə xərcləməsi ona və ya başqa şəxsə qarşı iddia qaldırmaq hüququ vermir. Ümumiyyətlə barəsində verilmiş şikayət, indi qaldırılmış iddia əsasızdır. Belə ki, iddiaçı öz qızı ilə əl bir olmuş, onun cəzalandırılmasını, incidilməsini, psixoloji olaraq stress keçirtməsini istəyirlər. Hökm ilə cəza alsa da onun evin satışından əldə edilmiş məbləğə heç bir aidiyyatı olmamışdır. Cinayət işinin başlandığı dövürdə aldadılaraq bu işə cəlb olunmuşdur. Belə ki, iddiaçı və qızı güya aralarında mübahisə olduğu nu, biri-biri ilə danışmadığını, aralarında münasibətin kəskinləşdiyini göstərmişdilər. O, da həmin zaman faktiki münasibətlərdə olduğu qadının tutulma təhlükəsi altında olduğuna inandırılmış və bu səbəbdən müəyyən hissədə günahının olduğunu demişdir. Sonradan isə bilmişdir ki, bu iddiaçı ilə qızı arasında hazırlanmış, planlaşdırılmış bir oyundur. İddiaçının indi qızına qarşı deyil, məhz ona qarşı dəymiş ziyandan da daha çox məbləğə dair iddia qaldırması bu halları sübut edir. İddiaçı iddia müddətini ötürmək ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilən hallardan da bəlli olur ki, iddia olunan pozuntu 2017-ci ildə baş vermişdir. Bu tip işlər üzrə iddia müddəti 3 il müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmünə əsa slanır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı həmin dövrdə məhkəmə istintaqı başlanana kimi mülki iddia qaldırmaq hüququna malik idi. Amma bunu etməmişdir. İddiaçı nə cinayət işi üzrə ibtidai istintaq dövründə, nə məhkəmə istintaqı dövründə, nə də ki, ayrıca formada mülki iddia icraatı qaydasında iddia irəli sürməmişdir. Bu halları əsas tutaraq hesab edir ki, iddiaçı iddia müddətini ötürmək ilə məhkəməyə müraciət etmişdir.
9. Cavabdeh məhkəmə iclasında ona verilən sual-cavablarda əlavə olaraq bildirmişdir ki, iddiaçının qızı Yeganə ilə münasibətləri olmuş, o vaxt evi satmaq istəmişlər, Yeganə ilə danışdıqda demişdir ki, maklerlər evə baxmağa gəlir. Maklerlər kişi olduğuna görə danışmağa o, getmişdir. 12 aprel 2016-cı ildən həmin evdə olmuş, evdə Yeganədən başqa qalan olmamışdır. Makl er gəlmiş, qiyməti 51800 manat danışmışlar, 200 manat beh vermişlər. Yanında olduğuna görə behi o, götürmüşdür. Evin pulundan 400 manat maklerə ödənilib, 1344 manat dövlət rüsumu ödənilmişdir. 2500 manatını da Yeganənin anası həmin vaxt Naftalanda olmuşdur. Anası ilə danışıb yanına getmiş, alqı-satqı üçün etibarnamə götürmuşdur. Evi satıb pulu özü xərcləmiş, iddiaçının qızı ilə xərcləmişdir. Yeganənin atasına evin pulu atasının seyfində olduğunu demişdir. Yeganə evdən çıxanda özü ona demişdir ki, atası soruşsa deyərsən pul seyfdədir. Polisdə də işi onun üstünə yükləmişlər. Onun tək niyyəti iddiaçının qızını qorumaq olmuşdur. Qız həmin pulu öz pulu kimi təqdim edib birlikdə xərcləmişlər. Alqı-satqıda qızı iştirak etmiş, puluda qızı götürmüşdür. Atasının şəhərdə evi var özləri bağda qaldıqla rına görə o şəhərdə tək qalırdı. Evi avqust ayında satmışlar. Cinayət işi tək ona yox, xanımın qızınada qarşı açılmışdır. Onun öz evi var idi. Yeganə ondan onunla yaşamasını xahiş etmişdir. Həmin vaxt o Yeganə ilə evli olmayıb. Ona demişdir ki, ora sənin atanın evidir gəl mənimlə qal. Sevdiyi insanın xətrinə anasına xəstə olanda baxmış, dərman lazım olurdu almışdır. Atası dekabr ayında gəldi sənədi göstərmək lazım idi. O, öz pulunuda xərcləmişdir. Tək atasına vurduğu zərər 117000 manat olmuşdur. Kirayə evi də özü tapmışdır. Pulu Yeganə ilə ikisi xərcləmişlər.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, anasının adına olan evdə uşağı ilə birlikdə yaşamışdır. Sonra cavabdehlə ailə həyatı qurmuşdur. Başqa yerdən ev almaq üçün evi satmışlar. Yoldaşına e tibar etdiyi üçün evini pulunu götürüb ona vermişdir, düşünmüşdür ki, cavabdeh pislik etməz.
11. X2 məhkəmə iclasında ona verilən sual-cavablarda əlavə olaraq bildirmişdir ki, ev anasının olmuşdur. Ev yuxarı mərtəbə olduğu üçün anası çıxıb düşə bilmədiyindən birlikdə satmağı qərarlaşdırmışlar və anasına ev almaq istəmişlər. Evi 52.000 manata satmaq istəmişlər. Anası həmin vaxtı Naftalanda olmuşdur. Anası ona etibarnamə vermişdir. Evi satmışlar, pulu isə alıcı yoldaşına vermişdir. Pulu başqa bir şeyə xərcləməmişlər. Cavabdehdən pulu soruşanda deyirdi ki, pul etibarlı yerdə atasının seyfindədir. Anası gəlmiş, lakin pulu cavabdehdən ala bilməmişdir. Yoldaşı kirayə ev tutmuş, bu evi satıb alacaqlarını demişdir. Sənədləri tələb etdikdə demişdir ki, ev sahibi xaricdədir. Sonra öyrənmişlər ki, ki rayə ödəyir. Alıcı evi alanda pulu cavabdehə vermişdir. Ev satılan vaxtı onlar rəsmi nikahda olmamışlar, lakin birgə yaşamışlar, bir azyaşlı uşağı omuşdur və özü də hamilə olmuşdur. Ona görə də evin alqı-satqısının bütün sənədləşdirməsini Rasif aparmışdır. Proses rəsmi olmuşdur. Pul banka qoyulmuşdur. Pul ordan götürülüb Rasifə verilmişdir. Banka birgə getmişlər, o sənədləri imzalamışdır, pulu Rasif götürmüşdür. Cinayət işində də pulları Rasifə verdiyini demişdir. Atası isə xaricdə olmuşdur. Sənədləşdirmə onun adına olduğuna görə o, da həmin cinayət işinə cəlb olunmuşdur. Evi aldığını demiş, lakin sənədləşmə olmamışdır. Demişdir ki, evin yiyəsi yoxdur, xaricdədir. Sənədləşmə gələndə olacaqdır. Pul Rafisdə olmuşdur. Onlar nikahın bağlanması ilə bağlı ərizə verəndə cavabdehin evin satılacağı ndan xəbəri olmuşdur. Dəqiq tarixlər isə sənədlərdə göstərilmişdir. Evin puluna heçnə almamışlar. Əksinə cavabdeh onun əşyalarını da satmışdır. Rayona birlikdə getmiş, oteldə qalmışlar. Maksimum orada 2000 manat pul xərcləmiş olarlar. Qalan pullar və evin əşyaları satıldığı pullar Rasifdə olmuşdur. Hazırda Sumqayıtda anası və uşaqları ilə birlikdə kirayədə yaşayırlar. Cavabdeh onları aldadıb evsiz qoymuşdur.
12. Zəngilan Rayon Məhkəməsinin 2(034)-638/2021 nömrəli iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 47556 (qırx yeddi min, beş yüz əlli altı) manat məbləğin pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan evin satışından əldə etdiyi pulu mənimsəyərək ziyan vurması Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(060)-102/2018 saylı hökmü ilə tam sübuta yetirilmişdir.
14. Bundan başqa məhkəmə qeyd etmişdir ki, tərəflər arasında heç bir müqavilə bağlanmadığından və hazırki mülki iş cinayət əməli nəticəsində iddiaçıya dəymiş zərərin ödənilməsi ilə bağlı olduğundan bu mülki iş üzrə üç illik iddia müddəti şamil olunmur.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 425.1, 373.1, 373.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qətn amə qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmə əsasən hal-hazırkı iş üzrə iddiaçının doğma qızı olan X3 da təqsirli bilinmişdir. İddia ərizəsində ondan 52 000 manat məbləğində pulun tutulması tələb edilir. Halbuki, mənzilin 51800 manata satıldığı, bu məbləğdən 1344 manat rüsumun ödənildiyi, 2500 manat komunal xidmətlərə və 400 manatın isə dəllala ödənildiyi iddiaçıya məlumdur, iddiaçı bunu bilə bilə 47556 manat deyil məhz 52 000 manat pul tələb edir və bu hal onun səmimi olmadığını təsdiq edir. Zəngilan Rayon Məhkəməsi bu halı nəzərə alsa da, digər halları nəzərə almamışdır. İddiaçı Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş hökmə əsaslanır. Hökm ilə yalnız o cəza almamış, iddiaçının qızı da onunla bərabər cəza almışdır. Pulun yalnız ondan tələb edilməsi tam qanunsuzdur, iddianın yalnız ona qarşı qaldırılması iddiaçının qeyri-səmimi davrandığını, niyyətinin onu cəzalandırmaq, əvəz çıxmaq olduğunu təsdiq edir. Məhkəmə bu hala hüquqi qimət verməmişdir. Bu səbəbdən qətnamə ləğv edilməlidir. Nəzərə alınmalıdır ki, evin satışı, satışa görə ödənilmiş məbləğin bank hesabından çıxarılması hüququ yalnız iddiaçının qızı olan Yeganə xanıma məxsus idi. Məbləğin ödənilməsinin qızından yox ondan tələb edilməsi isə tam qanunsuzdur. Yalnız bu hal iddianın təmin edilməməsi üçün əsasdır. Belə ki, iddiaçının qızı ona iddiaçının şəxsən özü tərəfindən notarial qaydada verilmiş etibarnamə əsasında evi satmışdır. Məhz iddiaçının qızı ona verilmiş etibarnamə əsasında bank hesabından pulu nağdlaşdırmışdır. O pulun sonradan qızı tə rəfindən ona verilməsi və ya başqa şəxsə verilməsi, öz istəyi ilə xərcləməsi ona və ya başqa şəxsə qarşı iddia qaldırmaq hüququ vermir. Məhkəmə bu hala hüquqi münasibət bildirməmişdir. Ümumiyyətlə barəsində verilmiş şikayət, indi qaldırılmış iddia əsasızdır. Belə ki, iddiaçı öz qızı ilə əlbir olmuş, onun cəzalandırılmağını, incidilməyini, psixoloji olaraq stress keçirməyini istəyirlər. Hökm ilə cəza alsa da, onun evin satışından əldə edilmiş məbləğə heç bir aidiyyəti olmamışdır. Cinayət işinin başlandığı dövrdə aldadılaraq bu işə cəlb olunmuşdur. Belə ki, iddiaçı və qızı güya aralarında mübahisə olduğunu, bir-biri ilə danışmadığını, aralarında münasibətin kəskinləşdiyini göstərmişdilər. O, da həmin zaman faktiki münasibətlərdə olduğu qadının tutulma təhlükəsi altında olduğuna inandırılmış və bu səbəbdən müəyyən hissədə günahının olduğunu demişdir. Sonradan isə bilmişdir ki, bu iddiaçı ilə qızı arasında hazırlanmış, planlaşdırılmış bir oyundur, iddiaçının indi qızına qarşı deyil, məhz ona qarşı dəymiş ziyandan da daha çox məbləğə dair iddia qaldırması bu halları sübut edir. Məhkəmə şahid kimi ifadə vermiş, onunla birgə təqsirləndirilən şəxs olan, işin onun da maraqlarına toxunan şəxsin ifadəsinə əsaslanmışdır. Bu isə tam qanunsuzdur. Şahid kimi ifadə verən şəxs bildirmişdir ki, ev satılan dövürdə atası ölkədə olmamışdır. Bu səbəbdən alğı-satqı onun tərəfindən aparılmışdır və pullar ona təqdim edilmişdir. Bu tam yalan ifadədir. Belə ki, şahidin atası, iddiaçının həyat yoldaşı həmin dövrdə elə Sumqayıt şəhərində idi. Məhkəmədə bu hissənin aydınlaşdırılması üçün sorğunun verilm əsinə dair vəsatət qaldırılsa da vəsatət təmin edilməmişdir. Halbuki, müəyyən edilsə idi ki, şahid yalan ifadə verir, bu işin nəticəsinə ciddi təsir göstərəcəkdir. Ev mülkiyyətçinin iradəsi əsasında satılıb. O, heç nəyi saxtalaşdırmamışdır. Evin satılması ilə bağlı heç nəyə məcbur etməmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1072/22 nömrəli iş üzrə 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev və Gülnarə Tağızadə) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-638/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə iddiası təmi n edilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə qarşı iddia müddəti ərzində, yəni 3 il müddətində iddia qaldırmamış, iddia müddətini ötürmüş, iddia müddətinin axımının dayandırılması və kəsilməsi halı da baş verməmişdir. Həmçinin cavabdehə qarşı cinayət mühakimə icraatı qaydasında işə baxılan zaman da iddiaçı mülki iddia qaydasında cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Belə olan halda da mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin iddia müddəti və onun tətbiqini müəyyən edən normalar baxımından iddia tələbi təmin edilə bilməzdi.
20. Belə ki, tərəflər arasında pul münasibətlərinə dair hər hansı yazılı müqavilə olmasa da, cavabdehin iddiaçıya məxsus mənz ili xx.xx.2016-cı ildə satması, daha sonra iddiaçının yaşaması üçün kirayə mənzil tutaraq həmin evi iddiaçıya almasını bildirməsi, sonra isə xx.xx.2017-ci ildə həmin evin kirayə tutulmasının iddiaçı tərəfindən müəyyən edilməsi, bundan sonra satılmış mənzilin dəyərinin iddiaçı tərəfindən cavabdehdən tələb edilməsi təsdiq edir ki, tərəflər arasında pula dair mübahisələr 2017-ci ilin may ayından başlamışdır. Daha sonra iddiaçının şikayəti əsasında cavabdehə, iddiaçının qızına qarşı ittiham irəli sürülmüş, xx.xx.2017-ci il tarixdə ittiham aktı təsdiq edilmiş, işə Sumqayıt Şəhər Məhkəməsində baxılmış və xx.xx.2018-ci ildə hökm qəbul edilmişdir.
21. Məhkəmə həmçinin qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılan zaman cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə veril mişdir. Lakin məhkəmə hazırki işdə tərəflər arasında müqavilə münasibətlərinin olmaması əsası ilə hazırki işə 3 illik iddia müddətinin tətbiq edilməli olmaması qənaətinə gəlmişdir
22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 373.3, 375.1, 375.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 385.1.1 və 385.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (vəkili Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə onlar ın münasibətləri pul münasibətləri (borc,öhdəlik və sairə) deyil, cavabdehin dələduzluqla ona vurmuş olduğu maddi ziyandır. Belə ki, cavabdeh dələduzluq yolu ilə onun mənzilini sataraq pulunu mənimsəmişdir. Bu halda isə onların münasibətləri məhkəmənin də səhv gəldiyi nəticəyə görə pul və alğı-satqı münasibətləri olmamış, cinayət nəticəsində vurulmuş maddi ziyandan irəli gələn münasibətlərdir. Bu halda məhkəmənin bu maddi normalara istinad edərək iddia müddətini tətbiq etməsi səhv olmuş və bu maddi normalar bu işdə səhv olaraq tətbiq edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında olan hüququ münasibətləri ilə əlaqədar düzgün nəticəyə gəlməmiş və bu zaman müəyyən edilmiş hallar üzrə maddi hüququ normalarını və iddia müddətini düzgün tətbiq etməmişdir. Yəni, onlar arası nda yaranmış bu münasibət nə müqavilələlərdən irəli gələn münasibətdir, nə daşınmaz əmlaka dair iddiadır, nə də vaxtaşırı icra edilməli olan öhdəlikdir. Onlar arasında yaranmış ziyan cavabdehin dələduzluq cinayəti ilə ona vurmuş olduğu ziyandır və bu ziyan münasibətlərinə məhkəmənin tətbiq etdiyi maddi normaların heç birinin aidiyyatı olmamışdır.
26. Mülki Məcəllənin 135.1. maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Belə olan təqdirdə məhkəmənin onun cavabdehin cinayət yolu ilə mənzilini satıb əldə etdiyi pulu tələb etmə iddiasına iddia müddəti tətbiq etməsi qanunsuz və əsassız olmuşdur ki, bu halda məhkəmə qətnaməsi ləğv edilməlidir. b)
27. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
31. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət i ddia müddəti sayılır.
32. Maddə 373.1 Ümumi iddia müddəti on il təşkil edir.
33. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
34. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Prosessual Məcəllə
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərə fli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 417.1.4 Kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qəra r qəbul edilməklə Cavabdeh 47556 (qırx yeddi min, beş yüz əlli altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin olunmamalıdır.
47. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
48. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə qarşı iddia müddəti ərzində, yəni 3 il müddətində iddia qaldırmamış, iddia müddətini ötürmüş, iddia müddətinin axımının dayandırılması və kəsilməsi halı da baş verməmişdir. Həmçinin cavabdehə qarşı cinayət mühakimə icraatı qaydasında işə baxılan zaman da iddiaçı mülki iddia qaydasında cavabdehə qarşı iddia tələbi ilə məh kəməyə müraciət etməmişdir. Belə olan halda da mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin iddia müddəti və onun tətbiqini müəyyən edən normalar baxımından iddia tələbi təmin edilə bilməzdi.
49. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 373.3, 375.1, 375.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
50. Göründüyü kimi apellyasiya instansiyası hazırkı iş üzrə tərəflər arasındakı mübahisəni müqavilə münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirmiş və iddianı rədd edərkən öz mövqeyini yalnız 3 illik iddia müddətinin ötürülməsi ilə əsaslandırmışdır.
51. Bununla bağlı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni yuxarıda göstərilən qanunvericilik normalarına istinadla əsaslandırsa da nəzərə almamışdır ki, hazırkı iş üzrə tərəflər arasında yaranmış mübahisə müqavilə münasibətlərindən irəli gəlməmişdir.
52. Belə ki, iddiaçı iddia tələbini əsaslandırarkən cavabdehin ona qarşı dələduzluq edərək evini satmaqla əldə edilmiş vəsaiti mənimsədiyini göstərmiş və bunun nəticəsində vurulmuş ziyanı tələb etmişdir.
53. Qeyd edilən hal Sumqayıt Şəhər Məhkəməsininin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli 1(060)-102/2018 saylı hökmü ilə də öz təsdiqini tapmışdır. Həmin hökmdə qeyd edilmişdir ki, Cavabdeh özgə əmlakını ələ keçirmə məqsədi ilə arvadı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qaynanası İddiaçı xx.xx.2006-cı il tarixli, ********* nömrəli çıxarışla məxsus olan, ünvan 1 ünvanında, 5-ci mərtəbə yerləşən 15 saylı mənzilini satıb satışdan əldə olunacaq pulu öz şəxsi ehtiyacları üçün istifadə etmək qərarına gələrək qaynanası Naftalan şəhərində yerləşən müalicə müəssisəsində müalicə olunarkən Sumqayıt şəhərində binaların birindən birinci mərtəbədə yerləşən mənzil alacaqları barədə yalan məlumat verməklə sonuncunu inandırıb mənzilinin satışına razılığını aldıqdan sonra 19 avqust 2016-cı il tarixdə həmin mənzili X1 depozit hesaba keçirilmiş 47556 (qırx yeddi min beş yüz əlli altı) manat məbləğdə pulu Muğan bankın Sumqayıt şəhər, 4 saylı notariat kontorunda yerləşən filialından götürərək həmin pulu ehtiyacları üçün istifadə etmiş, ünvan 2 ünvanında yerləşən X5 məxsus, kirayə tutduqları 51 saylı mənzili müalicədən qayıdan qaynanasına ona məxsus olan mənzilin satışından əldə olunmuş pulun üstünə əlavə pul qoyub aldıqları kimi təqdim edərək, etibardan suiistifadə və alda tma yolu ilə zərərçəkmiş İddiaçı xeyli miqdarda, 47.556 (qırx yeddi min beş yüş əlli altı) manat dəyərində ziyan vurmaqla dələduzluq etmişdir.
54. Hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
55. Qeyd edilənlərdən göründüyü kimi hazırkı iş üzrə tərəflər arasında yaranmış mübahisə müqavilə münasibətlərindən deyil, cavabdeh tərəfindən törədilmiş dələduzluq cinayəti nəticəsində iddiaçıya vurulmuş ziyandan irəli gəlmişdir.
56. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə ümumi iddia müddəti tətbiq edilməlidir ki, Mülkli Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti 10 ildir.
57. İş materiallarınd an görünür ki, cavabdeh iddiaçıya məxsus mənzili xx.xx.2016-cı ildə satmış, daha sonra iddiaçının yaşaması üçün kirayə mənzil tutaraq həmin evi iddiaçıya aldığını bildirərək aldatmış, iddiaçı isə aldadıldığını xx.xx.2017-ci ildə mənzilin sahibi kirayə haqqını istəmək üçün evə gəldikdə bilmişdir. Daha sonra iddiaçının şikayəti əsasında cavabdehə, iddiaçının qızına qarşı ittiham irəli sürülmüş, xx.xx.2017-ci il tarixdə ittiham aktı təsdiq edilmiş, işə Sumqayıt Şəhər Məhkəməsində baxılmış və xx.xx.2018-ci ildə hökm qəbul edilmişdir. Hazırkı iddia isə iddiaçı tərəfindən xx.xx.2021-ci ildə verilmişdir.
58. Göründüyü kimi iddiaçı tərəfindən 10 illik iddia müddəti ötürülməmişdir.
59. Bundan başqa işin araşdırılan halları və iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsininin qanuni qüvvəyə minm iş xx.xx.2018-ci il tarixli 1(060)-102/2018 saylı hökmü ilə müəyyən edilir ki, cavabdeh iddiaçıya tam mülkiyyət hüququ ilə məxsus olan evin satışından əldə etdiyi 47556 (qırx yeddi min beş yüz əlli altı) manat məbləğində pulu mənimsəyərək iddiaçıya ziyan vurmuşdur.
60. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 47556 (qırx yeddi min, beş yüz əlli altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
61. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır.
62. Mülki Prossesual Məcəllənin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərarda dını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər
63. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı İddiaçı kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2022-ci il tarixli 2(105)-1072/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. Cavabdeh 47556 (qırx yeddi min, beş yüz əlli altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.