Məhkəmə qərarları › İş №2(102)-4814/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4814/2019

26.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4814/2019 26.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdehin iştirakı ilə, İddiaçı X Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 fevral 2019-cu il tarixli qətnaməsindən iddiaçı X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14 dekabr 2018- ci il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə) iddiaçı X Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ödəniş gününə qüvvədə olan məzənnə ilə 3631,72 (üç min altı yüz otuz bir dollar 72 sent) ABŞ dolları məbləğində əsas borc, 511,08 (beş yüz on bir dollar 08 sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 4142,80 (dörd min yüz qırx iki dollar 80 sent) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tələb Cavabdeh məxsus “Azsamand” minik markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, Həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə.olan məzənnə ilə 414 2,8 (dörd min yüz qırx iki dollar 80 sent) ABŞ dolları məbləğindən Azərbaycan Respublikası manatı və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Ləğv'prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbinin qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.İmanov, hakimlər A.Hüseynov və V.Sadıqov) Xətai rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Az ərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsinin, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X Cavabdeh qarşı - 26.01.2012-ci il tarixli, 1004 saylı kredit müqaviləsi üzrə yaranmış 3631,72 ABŞ dolları məbləğində əsas borc, 2116,92 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, əldən çıxmış faydaya görə 3235,88 ABŞ dolları olmaqla, cəmi 8984,52 ABŞ dolları məbləğində kredit borcunun və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan “AZSAMAND” minik markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına banka olan borcun ödənilməsi, avtomobilin satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən cavabdehdən LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası mə hkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı ASC-nin “Nərimanov” filialı arasında 26.01.2012-ci il tarixli, 1004 saylı kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə avtomobil almaq üçün illik 27 faiz ödəmək şərti ilə, 26.01.2014-cü il tarixədək 4600 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin “Nərimanov” filalı ilə Cavabdeh arasında bağlanmış 26.01.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan “AZSAMAND” minik markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 23.11.2018-ci il tarixli rəyinə əsasən Cavabdeh 26.01.2014-Çy il tarixə banka olan əsas borcu 3631,75 ABŞ dolları və faiz borcu isə 511,08 ABŞ dolları məbləğində təşkil edir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedi kdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları v ə müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. İşin mübahisələndirilməyən hallarına görə, bankla Cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilədən irəli gələn öhdəliklərin təminatı kimi “AZSAMAND” minik markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobili bankın xeyrin ə ipoteka ilə yüklü etmiş, bank tərəfindən öhdəliklər yerinə yetirilmiş, borcalan isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kif ayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 36.2.4-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası barədə m əlumatlar əks olunmalıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Bununla yanaşı məhkəmə kollegiyası iddianın “3235,88 ABŞ dolları məbləğində əldən çıxmış faydaya görə hesablanmış faizin ödənilməsi” barəsində hissəsində də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edir. Belə ki, iddia ərizəsinin məzmunundan v ə işə əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında bağlanmış 26.01.2012-ci il tarixli kredit müqaviləsinin müddəti 26.01.2014-cü il tarixinə kimi müəyyənləşdirilmişdir. Göründüyü kimi, borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam etsə də, müqavilənin qüvvədə olma müddəti 26.01.2014-cü il tarixdə bitmişdir. Lakin, iddia ərizəsindən və işin materiallarından iddiaçının qeyd edilən məbləği hansı faizlə tələb etməsini müəyyən etmək mümkün olmadığından, iddia tələbi qeyd edilən hissədə təmin edilə bilməzdi. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarın da göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdiribmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıl malıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar