Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4815/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər:alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi 11.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2022-ci il tarixli, 2(103)2837/2022 saylı qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə işə 11 oktyabr 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahə si, 0,03 ha torpaq sahəsində yerləşən, 3544 saylı bağ sahəsi X məxsus olub və sonuncunun adından X həmin bağ torpaq sahəsini 4.000 manata İddiaçı satıb. 19 dekabr 2014-cü il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,03 ha torpaq sahəsində yerləşən, 3544 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. 27 iyun 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,03 ha torpaq sahəsində yerləşən, 3544 saylı bağ sahəsi üzərində sərəncam vermək və sair hərəkətləri etməyə dair 27 iyun 2023-cü il tarixədək qüvvədə olmaqla Cavabdeh1 adına etibarnamə verib. 05 mart 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı- satqı müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı adından Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,03 ha torpaq sahəsində yerləşən, 3544 saylı bağ sahəsini 4.500 manata alıcı Cavabdeh2 satıb. 10 may 2019-cu il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,03 ha torpaq sahəsində yerləşən, 3544 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər X və Cavabdeh2 qarşı “alqı-satqı müqavilənin etibarsız hesab edilməsi və torpaq sahəsinin geri qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,03 ha torpaq sahəsində yerləşən, 3544 saylı bağ sahəsinə dair onu nla Cavabdeh2 arasında notarial qaydada bağlanmış 05 mart 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin bağ torpaq sahəsinin onun mülkiyyətinə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı tələblərini onunla əsaslandırıb ki, özünə məxsus bağ torpaq sahəsini satmaq niyyətində olduğundan, həmin bağ torpaq sahəsinin satılması zamanı müvafiq sənədləşdirmə işlərinin aparılması üçün Cavabdeh1 adına etibarnamə verib. Sənədləşdirmə işləri bağ torpaq sahəsinin satış qiyməti əvvəlcədən ödənilməklə aparılmalı idi. Lakin, bağ torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh1 ilə əri Cavabdeh2 arasında olan razılaşmadan xəbəri olmayıb. Bağ torpaq sahəsinə dair onlar arasında alqı-satqı müqaviləsi bağlanmış və niyyətləri iddiaçı ilə sonradan “halallaşm aq” olub. Alqı-satqı müqabiləsi üzrə ona pul ödənilməyib. Sonradan cavabdehlərin ailə münasibətləri pozulub və nikahın pozulması barədə məhkəmədə iddia qaldırıldıqdan sonra, yəni 2021-ci ilin yay aylarında onun razılığı olmadan bağ torpaq sahəsinə dair sənədləşdirmə işlərinin aparılmasından xəbər tutub. Həmin vaxtadək onun 05 mart 2019-cu il tarixli alqı-satqı müqaviləsinin mövcudluğundan xəbəri olmayıb. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.S.Məmmədova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi, iddiaçının 05 mart 2019-cu il tarixli alqı-satqı müqaviləsi barədə 2021-ci ilin yay aylarında, yəni aralarında bağlanmış nikahın pozulması barədə Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət etməsindən sonra xəbər tutması, onun həmin va xtadək qeyd olunan alqı-satqı müqaviləsinin mövcudluğundan xəbərdar olmaması barədə dəlillərini əsaslı hesab etməmiş və qeyd etmişdir ki, iddaçının məhkəməyə bildirdiklərindən bu nəticəyə gəlmək olar ki, o, özünə məxsus daşınmaz əmlakın satılması məqsədilə 27 iyun 2018-ci il tarixdə verdiyi etibarnamə üzrə hüquqi hərəkətlərin nəticəsindən, yəni baş tutmuş alqı-satqı müqaviləsindən iki ildən artıq müddət keçdikdən sonra, yalnız təsadüf nəticəsində cavabdehlər arasında yaranmış məhkəmə mübahisəsi ilə əlaqədar xəbər tutub, cavabdehlər ailə münasibətlərini davam etdirəcəkləri təqdirdə, başqa sözlə, aralarında məhkəmə mübahisəsi yaranmayacağı təqdirdə, iddiaçı hələ də ona məxsus olan bağ torpaq sahəsinin özgəninkiləşdirilməsindən xəbərdar olmayacaqdı. Ona görə də, iddiaçının daşınmaz əmlaka dai r müvafiq etibarnamə verdikdən sonra həmin daşınmaz əmlakla bağlı sonrakı proseslər barədə maraqlanmaması və ya həmin daşınmaz əmlakın başqasına satılması barədə xəbərdar olmaması inandırıcı görünmür. Cavabdeh1 sözügedən bağ torpaq sahəsini Cavabdeh2 adına keçirdiyini onunla əmlak mübahisəsi yarandıqdan sonra iddiaçıya bildirməsi barədə bildirdiklərinə məhkəmə hüquqi qiymət verərək qeyd etmişdir ki, Cavabdeh2lə X arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə mübahisə yarandığından və qeyd olunan torpaq sahəsi onların birgə nikah dövründə əldə olunmuş əmlak kimi nəzərə alınaraq aralarında bölünməli olduğundan, həmin torpaq sahəsinin bölünməməsi məqsədilə cavabdeh X məhkəməyə bu formada izahat verməsi real qəbul edilməlidir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, hazırkı iddianın cavabdehlər arasında məhkəmə mübahisəsi getdiyi dövrdə qaldırılması və iddiaçı ilə cavabdeh X arasında uzun illərdir davam edən yaxın ailəvi münasibətlərin mövcudluğu nəzərə alınarsa, hazırkı iddianın əmlak bölgüsü zamanı qeyd olunan daşınmaz əmlakdan ona pay çatmaması məqsədilə qaldırılması barədə Cavabdeh2 dəlili əsaslı hesab olunur. Bundan başqa, mübahisələndirilən 05 mart 2019-cu il tarixli alqı-satqı müqaviləsi 27 iyun 2018-ci il tarixli etibarnamə əsasında həyata keçirilmişdir ki, həmin etibarnamənin ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə məhkəməyə sübut təqdim edilməyib. Həmçinin, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti ötürüldüyündən və Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, iddia rədd edilm əlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 354.2, 375.1, 375.2, 377.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini iddia müddətini tətbiq etməklə rədd edib. Halbuki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Hazırki iş üzrə iddia müddətinin axımı Cavabdeh1 ilə əri C avabdeh2 arasında əmlak mübahisəsi yarandığı vaxt Cavabdeh1 ona bildirdiyi vaxtdan başlandığı aşkardır. 2021-ci ilin iyun ayında o, məhkəməyə müraciət edib və qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməyib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, Z.B.Babayev və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilib, iddia təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,03 ha torpaq sahəsində yerləşən, 3544 saylı bağ sahəsinə dair İddiaçı adında etibarnaməyə əsasən Cavabdeh1 ilə əri Cavabdeh2 arasında notarial qaydada bağlanmış 05 mart 2019-cu il tarixli alqı-satqı müqaviləsin in etibarsız hesab edilməsi və həmin bağ torpaq sahəsinin İddiaçı geri qaytarılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,03 ha torpaq sahəsində yerləşən, 3544 saylı bağ sahəsini onun verdiyi etibarnaməyə əsasən Cavabdeh1 əri Cavabdeh2 satılması təmsilçinin- yəni Cavabdeh1 təmsil edilən, yəni iddiaçı adından şəxsən özü barəsində bağladığı əqd olduğundan, Mülki Məcəllənin 359.3-cü maddəsinin təsiri altına düşür və əhəmiyyətsiz əqddir. Bu səbəbdən də, sözügedən bağ torpaq sahəsinə dair 05 mart 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi etibasız hesab edilməlidir. Hazırkı işin qeyd olunan halı, yəni həmin əqdin qanun pozulmaqla bağlanması mübahizəsizd ir, Cavabdeh1 da bunu mübahisələndirməyib. Cavabdeh2 də birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia müddətinin tətbiqi barədə 03 noyabr 2021-ci il tarixli ərizəsində ancaq iddiaçı tərəfindən müddətin ötürülməsinə istinad olunub və müddətin tətbiq olunaraq iddianın rədd edilməsini xahiş edib. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən, iddia müddətinin ötürülməsi mövqeyi ilə razılaşmayıb və bununla bağlı qeyd edib ki, hər hansı müddətin tətbiqi zamanı ilkin şərt müddətin axımının başlandığı günün müəyyən edilməsindən ibarətdir. Belə ki, həmin gün müəyyən olunmadan müddətin bitməsinin müəyyən edilməsi qeyri-mümkündür. Birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının tələbinə müddət tətbiq etsə də, müddətin axımının başlanması gününü düzgün müəyyən etməyib və bunun la da maddi hüquq normasının tətbiqində səhvə yol verib və mübahisə üzrə səhv nəticəyə gəlib. Belə ki, iddiaçı bildirir ki, sözügedən alqı-satqı müqaviləsinin mövcudluğu barədə 2021-ci ilin may ayında Cavabdeh1 ona deməsi nəticəsində bilib, bu məlumatı yoxladıqdan dərhal sonra 2021-ci ilin iyun ayında məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət edib. Bu halı cavabdeh X da təsdiq edib. İddiaya etiraz edən digər Cavabdeh2 də müddətin ötürülməsinə istinad edib. Müddətin ötürülməsinə istinad edən Cavabdeh2 bu halı sübut etməlidir. Cavabdeh2 bununla bağlı məhkəməyə yalnız iddiaçının hüquqşünas olmasına və iki il müddətində xəbərdar olmamasının şübhə doğurmasına istinad edib. Cavabdeh2 bildirdiyi xüsusatlar yalnız ehtimal olmaqla sübut kimi qiymətləndirilə bilməz və o, bununla bağlı məhkəməyə h ər hansı sübut təqdim etməyib. Belə olan halda məlum olur ki, hazırkı halda iddia müddətinin axımı 2021-ci il may ayından, yəni iddiaçının belə bir əqdin bağlandığını bildiyi vaxtdan hesablanmalıdır. İddia ərizəsi isə birinci instansiya məhkəməsinin dəftərxanasına 26 iyul 2021-ci il tarixdə daxil olub. Beləliklə də müəyyən olunur ki, birinci instansiya məhkəməsinin istinad etdiyi və Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş 1 illik müddət ötürülməyib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337, 354, 354.2, 359.1, 359.3, 372.1, 373.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, işdə iştirak edən şəxslərin izahatları Kass asiya şikayətinin dəlilləri Cavabdeh2 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş edib. Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəyə Mülki Məcəllənin 359.3-cü maddəsini tətbiq etməklə səhv nəticəyə gəlib. Belə ki, mübahisələndirilən alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunub və qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilib. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericili yin tələblərinə uyğun olması vacibdir. İddiaçı sözügedən bağ torpaq sahəsi üzərində sərəncam verməyə dair Cavabdeh1 adına baş etibarnamə verməklə, bağ torpaq sahəsi ilə bağlı bütün səlahiyyətlərini ona verib. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin iddiaçının alqı-satqı müqaviləsindən ancaq cavabdehlər arasında məhkəmə mübahisəsi yarandığı vaxt, yəni 2021-ci ilin may ayında bildiyini əsas gətirərək, müddətin axımını həmin vaxtdan hesablanması nonsesdir. İddiaçı irəli sürdüyü tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməyib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikas ı MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsa yılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər; 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilç inin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; 359.3-cü maddəsində göstərilir ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz; 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız t ərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməs i işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual qanunverciliyə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh2 kassasiya şi kayətində iş üzrə apellyasiya insiansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,03 ha torpaq sahəsində yerləşən, 3544 saylı bağ sahəsi X məxsus olub və sonuncunun adından X həmin bağ torpaq sahəsini 4.000 manata İddiaçı satıb. 19 dekabr 2014-cü il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,03 ha torpaq sahəsində yerləşən, 3544 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. 27 iyun 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,03 ha torpaq sahəsində yerləşən, 3544 saylı bağ sahəsi üzərində sərəncam vermək və sair hərəkətləri etməyə dair 27 iyun 2023-cü il tarixədək qüvvədə olmaqla Cavabdeh1 adına etibarnamə verib. 05 mart 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı adından Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,03 ha torpaq sahəsində yerləşən, 3544 saylı bağ sahəsini 4.500 manata alıcı Cavabdeh2 satıb. 10 may 2019-cu il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,03 ha torpaq sahəsində yerləşən, 3544 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb. Apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sübutları, o cümlədən Cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələblərini rədd etməklə səhv nəticəyə gəlib. Belə ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,03 ha torpaq sahəsində yerləşən, 3544 saylı bağ sahəsini onun verdiyi etibarnaməyə əsasən Cavabdeh1 öz əri Cavabdeh2 satmaqla, təmsilçi- yəni Cavabdeh1 təmsil edilən, yəni iddiaçının adından şəxsən özü barəsində əqd bağlayıb. Cavabdeh1 ilə əri Cavabdeh2 arasında əmələ gəlmiş bu münasibətlər isə Mülki Məcəllənin 359.3-cü maddəsinin təsiri altına düşür və əhəmiyyətsiz əqddir. Bu səbəbdən də, sözügedən bağ torpaq sahəsinə dair 05 mart 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi etibasız hesab edilməlidir. Apellyasiya instansiyası məhkə məsi həmçinin qeyd etmişdir ki, hazırkı işin qeyd olunan halı, yəni sözügedən əqdin qanunu pozmaqla bağlanması mübahizəsizdir, Cavabdeh1 da bunu mübahisələndirməyib. Cavabdeh2 isə birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia müddətinin tətbiqi barədə 03 noyabr 2021-ci il tarixli ərizəsində ancaq iddiaçı tərəfindən müddətin ötürülməsinə istinad edilib və müddətin tətbiq olunaraq iddianın rədd edilməsi xahiş olunub. Daha sonra, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən, iddia müddətinin ötürülməsi mövqeyi ilə razılaşmayıb və bununla bağlı qeyd etmişdir ki, hər hansı müddətin tətbiqi zamanı ilkin şərt müddətin axımının başlandığı günün müəyyən edilməsindən ibarətdir. Belə ki, həmin gün müəyyən olunmadan müddətin bitməsi nin müəyyən edilməsi qeyri-mümkündür. Birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının tələbinə müddət tətbiq etsə də, müddətin axımının başlanması gününü düzgün müəyyən etməyib və bununla da maddi hüquq normasının tətbiqində səhvə yol verib və mübahisə üzrə səhv nəticəyə gəlib. Hazırda iddiaçı iddia edir ki, sözügedən alqı-satqı müqaviləsinin mövcudluğu barədə 2021-ci ilin may ayında Cavabdeh1 ona deməsi nəticəsində bilib və bu məlumatı yoxladıqdan dərhal sonra 2021-ci ilin iyun ayında hazırki iddia tələbləri ilə məhkəməyə müraciət edib. Bu halı cavabdeh X da təsdiq edib. İddiaya etiraz edən digər Cavabdeh2 də müddətin ötürülməsinə istinad edib. Belə olan halda müddətin ötürülməsinə istinad edən Cavabdeh2 bu halı sübut etməlidir. Cavabdeh2 bununla bağlı məhkəməyə yalnız iddiaçının hüquqşünas olmasına və iki il müddətində xəbərdar olmamasının şübhə doğurmasına istinad edib. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı i lə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər; 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlah iyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; 359.3-cü maddəsində göstərilir ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz; 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, Cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunlu olan irəli sürdüyü arqumentlərlə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh2 bildirdiyi xüsusatlar yalnız ehtimal olmaqla sübut kimi qiymətləndirilə bilməz və o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməyib. Belə olan halda məlum olur ki, hazırkı halda iddia müddətinin axımı 2021-ci il may ayından, yəni iddiaçının belə bir əqdin bağlandığını bildiyi vaxtdan hesablanmalıdır. İddia ərizəsi isə birinci instansiya məhkəməsinin dəftərxanasına 26 iyul 2021-ci il tarixdə daxil olub. Beləliklə də müəyyən olunur ki, birinci instansiya məhkəməsinin istinad etdiyi və Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş 1 illik müddət ötürülməyib. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhk əməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət vermədiyini, 1 illik kəsici müddətin axımını düzgün müəyyən etmədiyini və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlid ir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi həmçinin yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri t əkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2022-ci il tarixli, 2(103)-2837/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4815/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-4815/2022
11.10.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver