Məhkəmə qərarları › İş №2(102)-4822/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4822/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4822/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin vəkili Vəkil1 və Cavabdeh1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)****/2020 nömrəli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin (hakim S.Ədilova) xx.xx.2019-cu i l tarixli, 2(005)-****/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, H1na, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və cavabdehlərin mənzildən çıxarılması” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 “xxxx” ASC-nin xeyrinə 6739,66 manat əsas borc, 919,96 manat faiz borcu, illik 5 faiz dərəcəsi ilə əldən çıxmış fayda qismində 1355,35 manat olmaqla, ümumilikdə 9014,97 manat məbləğində borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, **************** saylı mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, Bakı şəhəri, **************** saylı mənzilinin ilkin satı ş qiymətinin 40000 manat müəyyən edilməsi, mənzilin satılması və ondan əldə ediləcək vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin Cavabdeh2 və Cavabdeh3 qaytarılması, mənzil hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh1, Cavabdeh2, H1, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, **************** saylı mənzilini tərk etmələri, mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145 manat məbləğində pulun Cavabdeh1 Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, M.Tağızadə, Ü.Mayılov) xx.xx.2020-ci il tarixli, 2(103)-****/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı ş əhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-****/2019 nömrəli qətnaməsinin mübahisələndirilən-iddianın təmin edildiyi hissədə ləğv edilməsi, iddianın həmin hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı “xxxx” ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, H1, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ümumilikdə 10206.04 manat (əsas borcu 6956.66 manat, faiz borcu 1637.66 manat, illik 5% dərəcəsi ilə banka dəymiş zərər və əldən çıxmış fayda qismində 1611.72 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq «xxxx» ASC-yə verilməsi, tələbin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, **************** saylı mənzilinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən gec bir ay ərzində boşaldılması, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, H1 mənzildən çıxarılmaları, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" ASC-yə 10206.04 manat məbləğin və 30 manat dövlət rüsumunun ödənilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatlar ı: İddiaçı “xxxx” ASC-nin vəkili Vəkil1 kasasiya şikayətini onunla əsaslandırmışlar ki,Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin əsasını **** saylı kredit müqaviləsi üzrə iddia müddətinin keçməsi təşkil etmişdir. İş materiallarında və xx.xx.2019-cu il tarixli 17620 nömrəli Ekspert rəyində göründüyü kimi, ****** saylı Kredit müqviləsi üzrə sonuncu borc ödənişləri xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixlərində ödənilmiş və qeyd olunan sonuncu ödənişlər borclu şəxsin borcu etiraf etməsi kimi qəbul edilməlidir. Lakin Bakı Apelyasiya Məhkəməsi cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödənişi xx.xx.2014-cü il tarixində ödənilməsi və iddiaçının qanunla müəyyən olunmuş 3 illik iddia müddətinin ötürməsi qənaətinə gəlmişdir. Bakı Apelyasiya Məhkəməsi cavabde h tərəfindən kredit müqaviləsi üzrə ödənilmiş xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2019cu il tarixli sonuncu ödənişləri nəzərə almayaraq, sübut əhəmiyyətinə malik olan iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırmadan məhkəmə qətnaməsini qət etmişdir. Hesab edirlər ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən məhkəmə qətnaməsi prosessual və maddi hüquq normalarının pozulması ilə qət edilmişdir. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-****/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh2, H1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın rədd edilməsi barədə qənaətini apelyasiya kollegiyası onunla əsaslandırmışdır ki, iş üzrə müəyyən olunur ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Mülki Məcəllənin 739-cu maddəsini rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). İş materiallarından göründüyü kimi, tərəflər arasında **** saylı xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin icra müddəti xx.xx.2012-ci il tarixli əlavəyə əsasən xx.xx.2014-cü il tarixdə başa çatmış, iddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə xx xxx 2019-cu tarixdə iddia müddətini ötürməklə müraciət etmişdir. İşə apelyasiya qaydasında baxılarkən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən bağlanmış kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2014-cü il tarixdə (i.v. 87) edilmiş, buna görə iddiaçının qanunla müəyyən edilmiş 3 illik müddət ərzində, yəni xx.xx.2017-ci il tarixədək məhkəməyə müraciət etmək hüququ olmuşdur ki, bu hüququndan vaxtında istifadə etməmiş, buna görə cavabdeh işə birinci instansiya qaydasında baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə vermiş, lakin həmin ərizə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qeyd olunmalıdır ki, iş materiall arında ötən müddət ərzində cavabdehin borcu etiraf edən hərəkətlərə yol verdiyi müəyyən edilmir. İddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarış sənədlərindən (i.v. 87) müəyyən olunur ki, cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2014-cü il tarixdə ödəniş edildikdən sonra 3 il ərzində iddiaçı iddia ilə məhkəməyə müraciət etməmiş, xx.xx.2017-ci il tarixdə isə cavabdeh tərəfindən ödəniş edildiyi iddia edilən hərəkət 3 illik iddia müddəti keçdikdən (xx.xx.2017-ci il tarixdən) sonra edilmişdir ki, bu da iddia müddətinin axımını kəsən hərəkət kimi qəbul edilə bilməz. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sa yılır (372.1, 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş büt ün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bu baxımdan apelyasiya kollegiyası cavabdeh tərəfindən son ödənişin xx.xx.2014-cü il tarixdə aparıldığını, iddia ilə isə qanunla müəyyən olunmuş 3 illik müddət keçdikdən sonra müraciət edildiyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehin ərizəsinə əsasən iddia tələbinə üç illik iddia müddəti tətbiq edilməli və qətnamə iddianın təmin edildiyi hissədə ləğv edilərək, həmin hissədə iddia rədd edilməlidir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı kasasiya şikayətini iddia müddətinin ötməməsinə istinadən əsaslandırmağa çalışmışdır. Kasasiya yoxlaması zamanı da müəyyən edilmişdir ki, cavabdeh tərəfindən bağlanmış kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2014-cü il tarixdə edilmiş, ötən müddət ərzində cavabdeh borcunu etiraf edən hərəkətlərə yol verməmişdir. Cavabdehin sonuncu dəfə xx.xx.2014-cü il tarixdə ödəniş etməsi iddiaçının özünün məhkəməyə təqdim etdiyi sübutlarla müəyyən olunur. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-****/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar