Məhkəmə qərarları › İş №2(102)-483/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-483/2020

27.01.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-483/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MKnın 22 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(001)347/2019 saylı qətnaməsi ilə, İddiaçı Cavabd eh qarşı “mənzilin təhvil verilməsi və mənzilə köçürülmə barədə” iddia ərizəsi, yəni «İcraçı» Cavabdeh tərəfindən tikilmiş Ünvan girişli yaşayış evinin 1-ci giriş 14-cü mərtəbəsində ümumi sahəi 130 kv/metr olan 3 otaqdan ibarət mənzilin iddiaçıya təhvil verilməsi və iddiaçının həmin mənzilə köçürülməsi barədə iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X1 qarşı «əqdin etibarsız hesab edilməsi barədə» qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Ünvan girişli yaşayış evinin 1-ci giriş 14-cü mərtəbəsində ümumi sahəsi 130 kv/metr olan 3 otaqdan ibarət mənzilin tikilməsi barədə bağlanmış 26 dekabr 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasını n 22 avqust 2019-cu il tarixli, 2(103)-9329/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), V.Həsənov və X.Sarıyev) ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(001)-347/2019 saylı qətnaməsinin ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “mənzilin təhvil verilməsi və mənzilə köçürülmə barədə” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «əq din etibarsız hesab edilməsi barədə» qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi bir sıra maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, iş üzrə mühüm əhəmiyyəti olan faktiki halları araşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 avqust 2019-cu il tarixli 2(103)-9329/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X4 və iddiaçının vəkili Vəkil Bakı Apellyas iya Məhkəməsinin MK-nın 22 avqust 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, cavabdeh tərəf üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası M PM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlan ılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 178.8, 339.2, 339.3, 340.2-ci maddələrinə istinadən gəldiyi nəticələrə əsasən X təqdim etdiyi 26 dekabr 2011-ci il tarixli mənzil tikintisi barədə müqavilə üzrə cavabdehlə bağlanmamış, həmin mənzilə dair cavabdehə hər hansı vəsait ödənilməmişdir, pulun cavabdehə ödənilmədiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 noyabr 2018-ci il tarixli, 24906 saylı ekspert r əyi ilə də təsdiq olunmuşdur. Rəylə təsdiq edilmişdir ki, həmin müqaviləyə düzəliş edilmiş, mənzilin dəyəri ödənilmədiyi halda «dəyəri tam ödənildi» ifadəsi əlavə edilməklə guya ödənildiyi barədə təsəvvür yaratmağa çalışmışlar. Lakin sonradan, iş üzrə iddiaçının nümayəndəsi X4 həmin pulu X5 tələb etməyə başlamış, həm də 26 dekabr 2011-ci il tarixli mənzil tikintisi barədə müqaviləyə əsaslanaraq cavabdehdən ev tələb etməyə başlamışdır. Belə ki, hal-hazırda Notariat Kontoru tərəfindən verilmiş icra qeydi əsasında Nərimanov rayon icra və Probasiya şöbəsində icra işi açılmışdır. Beləliklə də, apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, məhkəmə tərəfindən keçirilmiş ekspertiza rəyinə əsasən mənzilin pay haqqı ödənilmədiyi təsdiqini tapdığına görə iddiaçının mübahisəli mənzilə m ülkiyyət hüququ yaranmamışdır. Bu faktı həm də o, təsdiq edir ki, iddiaçıya mənzilin dəyərinin ödənilməsi barədə hər hansı maliyyə arayışı və ya kassa mədaxil qəbzi verilməmiş və həmin sənəd məhkəməyə təqdim olunmamışdır. Buna görə də, ilkin iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin tam araşdırılmış həqiqi hallarına, eləcə də mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, həmçinin tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, 26 dekabr 2011-ci il tarixli müqaviləyə əsasən İddiaçı ilə Cavabdeh arasında Ünvan girişli yaşayış evinin 1-ci giriş 14-cü mərtəbə sində ümumi sahəsi 130 kv/metr olan 3 otaqdan ibarət mənzilin tikintisinə dair müqavilə bağlanmışdır. İlkin iddia tələblərinə əsasən Cavabdeh nə mənzili onlara təhvil verir, nə də onun mənzilə köçməsinə imkan verir. Cavabdeh isə tərəflər arasında bağlanmış əqd formal əqd olmasına dair qarşılıqlı iddiası ondan ibarət olmuşdur ki, əslində iddiaçının etibarnamə üzrə nümayəndəsi (qohumu) X4 onların tərəfindən tikilən binada payçı olan X8 adlı şəxsə 55 000 manat məbləğində kredit (borc) vermişdir. X8 isə həmin pulu qaytara bilmədiyinə görə onlara müraciət etmiş və həmin borcun əvəzinə Ünvan girişli yaşayış evinin 1-ci İ giriş 14-cü mərtəbəsində ümumi sahəsi 130 kv/metr olan 3 otaqdan ibarət mənzilin Tarquliyev Familin qohumu İddiaçı adına keçirilməsini xahiş etmişdir. Buna görə də, tərəfindən X 6 adına olan mənzil X adına keçirilmiş, lakin həmin mənzilə dair onlara hər hansı vəsait ödənməmişdir, Lakin sonradan, iş üzrə iddiaçı X4 razılaşmanı pozaraq həm pulu X5 tələb etməyə başlamış, həm də formal olaraq bağlanmış müqaviləyə əsasən onlardan ev tələb etməyə başlamışdır. Belə ki, hal-hazırda Notariat Kontoru tərəfindən verilmiş icra qeydi əsasında Nərimanov rayon icra və probasiya şöbəsində icra işi açılmışdır. Beləliklə, iddiaçı tərəf həm pulu, həm də həmin pulun əvəzinə ona verilməsi razılaşdırılmış evi tələb etməyə başlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilk olaraq qarşılıqlı iddianın verilməsi ilə bağlı prosesual qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı iş materiallarında olan nöqsanlara qiymət verməmişdir. Belə ki, işin ma teriallarından görünür ki, işə mahiyyəti üzrə baxılması 09.04.2018ci il başlanılmış, 18.05.2018-ci il tarixdə keçirilən məhkəmə iclasında tərəflərin izahatları alınmış, şahid ifadəsi dinlənilmiş, 22.06.2018-ci il tarixli məhkəmə iclasında iş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilmişdir. Sonradan isə 26.11.2018, 14.12.2018, 28.12.2018, 15.01.2019, 06.02.2019, 25.02.2019cu il tarixlərdə keçirilən məhkəmə iclasları müəyyən səbəblərdən təxirə salınmışdır. Lakin 15.03.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında isə tarixi qeyd edilməyən qarşılıqlı iddianın Azərbaycan Respublikasının MPM-nin 155, 156-cı maddələrinin tələblərinə uyğun verildiyi üçün icraata qəbul edilmiş, 18.03.2019-cu il tarixli məhkəmə iclasında isə qarşıqlı iddiaçının iştirakı tə min edilmədən işə mahiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Qeyd olunan Məcəllənin 155.2 maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin 18.05.2018-ci il tarixdə məhkəmə iclasında iddianı qəbul etməməsinə dair iddia üzrə izahat verməsindən sonra heç bir məhkəmə iclasında iştirak etməməsinə, qarşılıqlı iddianın işin baxılmasına kimi deyil, ondan sonra verilməsinə və bununla bağlı iddia ərizəsində imza olmasa da, ödənilmiş dövlət rüsumu barədə qəbzdə isə 18.03.2019cu il tarixinin göstərilməsinə, qarşılıqlı iddianın MPM-nin 155.2-ci maddəsinin tələbləri baxımından onun verilməsi üçün əsasların məhkəmə baxışında əmələ gəlməsinin əsaslandırılmamasına, qarşılıqlı iddianın qarşı tərəfə rəsmi qaydada təqdim edilməməsinə və nəhayət qarşılıqlı iddia icraata götürülərkən və ondan sonrakı məhkəmə iclaslarında qarşılıqlı iddiaçının iştirak etməməsi ilə onun bu iddia ilə bağlı mövqeyinin öyrənilməməsinə apellyasiya instansiyası məhkəməsi heç bir hüquqi qiymət verməmişdir. Halbuki, qarşılıqlı iddianın icraata götürülməsinin qanunsuzluğu apellyasiya şikayətinin dəlillərindən biri olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia ekspertiza rəyindən sonra verilməsinə və orada da ekspert rəyində «dəyə ri tam ödənildi» yazısı Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması göstərildikdən sonra qarşılıqlı iddianın MPM-nin 155.2-ci maddəsinə əsasən verilməli olması göstərilməsinə də apellyasiya instansiyası məhkəməsi cavabdehin 18.03.2018-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatının və ekspert rəyinin nəticə hissəsinin İ hissəsində gəldiyi nəticə baxımından hüquqi qiymət verməmişdir. Belə ki, cavabdehin 18.03.2018-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatında o, «dəyəri tam ödənildi» yazısı yazmamasını və müqavilədəki imzanın da ona məxsus olmamasını göstərmişdir. Halbuki, sözügedən ekspert rəyinin İ hissəsinə əsasən «icraçı» qrafasındakı imzanın X tərəfindən icra edilməsi göstərilmişdir. Məhkəmə kollegiyası həmçinin də qeyd etməyi zəruri sayır ki, qarşılıqlı iddi anın icraata götürülməsi məsələsi 15.03.2019-cu il tarixli məhkəmə iclasında müzakirə edilsə də, ödənilmiş dövlət rüsumu barədə qəbzdə isə 18.03.2019-cu il tarixinin göstərilməsi həmin iddianın 15.03.2019-cu il tarixdə verilməməsinə dəlalət edir. Kollegiya daha sonra qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddiaçının heç bir məhkəmə iclasında iştirak etmədiyi halda tarixi göstərilməyən qarşılıqlı iddiasının birinci instansiya məhkəməsinə hansı formada təqdim edilməsinə də diqqət yetirməmişdir. Belə ki, qarşılıqlı iddianın poçt vasitəsilə göndərilməsi və ya məhkəmənin dəftərxanası vasitəsilə verilməsinə dair iş materiallarında heç bir məlumat yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu və digər dəlillərinə m üfəssəl hüquqi qiymət verməməklə iddiaçı tərəfin ədalətli məhkəmə araşdırma hüququnu pozmuşdur. Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiə haqqında» Avropa Konvesiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hər kəsin ədalətli məhkəmə araşdırılması hüququna malikdir. Bu ifadə lazımi qaydada həyata keçirilən məhkəmə araşdırmasının bir çox aspektlərini, məsələn, məhkəməyə müraciət hüququnun, məhkəmə qərarının əsaslandırılması və sair məsələləri əhatə edir. Ədalətli məhkəmə araşdırması hüququ tərəflərin bərabərliyi və işə çəkişmə prinsipi əsasında baxılması hüququnu da özündə ehtiva edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mənzilin pay haqqı ödənilmədiyi təsdiqini tapdığına görə iddiaçının həmin mənzilə mülkiyyət hüququ yaranmamasına dair nəticəsi yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 noyabr 2018-ci il tarixli, 24906 saylı ekspert rəyinin nəticə hissəsinin 2-ci hissəsinə əsaslanması, həmçinin də, iddiaçıya mə nzilin dəyərinin ödənilməsi barədə hər hansı maliyyə arayışı və ya kassa mədaxil qəbzi verilməməsi kimi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mənzilin pay haqqı ödənilmədiyi təsdiqini tapdığına görə iddiaçının həmin mənzilə mülkiyyət hüququ yaranmaması ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinə istinad edərək əlavə olaraq iddiaçıya mən zilin dəyərinin ödənilməsi barədə hər hansı maliyyə arayışı və ya kassa mədaxil qəbzi verilməməsini qeyd etsə də tərəflər arasında mənzil alqı-satqısı ilə bağlı münasibətlərin yaranması əsaslarına, iddiaçının təqdim etdiyi Ünvan girişli yaşayış evinin 1-ci giriş 14-cü mərtəbəsində ümumi sahəsi 130 kv/metr olan 3 otaqdan ibarət mənzilin tikilməsi barədə bağlanmış 26 dekabr 2011-ci il tarixli müqaviləsində «dəyəri tam ödənildi» yazısı Cavabdeh tərəfindən icra olunmaması göstərilsə də, «icraçı» qrafasındakı imzanın onun tərəfindən icra edilməsinin göstərilməsinə ümumiyyətlə hüquqi qiymət verməmiş, onun müqaviləni imzalaması və adına fiziki şəxs kimi olan möhürün müqaviləyə vurulmasının səbəblərini araşdırmamış, həmçinin apellyasyia şikayətin etirazının əsası kimi müqavilənin onun tərəfindən b ağlanmaması, müqavilənin onun maşınından Vüsal adlı şəxsin götürərək Xdən aldığı pulun müqabilində ona yazıb verməsinə dair göstərdiyi hallara dair iş materiallarında heç bir sübutun olmamasına, bu izahatının ekspert rəyinin nəticəsinin İ hissəsi ilə ziddiyyət təşkil etməsinə diqqət yetirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən əqdin əhəmiyyətsiz əqd olması ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340-cı maddəsinə istinad etsə bu nəticəni lazımi sübutlarla əsaslandırmamaqla yanaşı həmin Məcəllənin mübahisə edilən əqdlərin etibarsızlığı ilə bağlı 339.2 və 339.3-cü maddələrinin hazırki mübahisəyə tətbiqini əsaslandırmamışdır. Belə ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağla nan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Etibarsız əqdlər mübahisə edilən və əhəmiyyətsiz deyə iki qrupa bölünür. Mülki Məcəllənin 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, aldatma, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və s. üsullarla bağlanmış əqdlər mübahisə edilən əqdlərdir. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən uydurma və yalan əqdlər əhəmiyyətsiz əqdlərdir. Onlar məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə bağlandığı andan etibarsızdır. Mübahisə edilən əqdlər səlahiyyətli şəxslər tərəfindən mübahisələndirildikdə bağlandığı andan etibarsız sayılırlar. Mülki Məcəllənin 337.2-ci maddənin tələbinə görə müqaviləni mübahisələndirmək qərarına gəlmiş tərəf bu barədə öz iradəsini digər tərəfə bildirməlidir. Əhəmiyyətsiz əqddən fərqli olaraq mübahisə edilən əqdləri əgər müvafiq tərəf mübahisəndirmirsə, onda nəzərdə tutulmuş bütün hüquq və vəzifələr yaranır və onlar real xarakter aldığından həyata keçirilməlidir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi 3-cü şəxs X6 izahatını qətnaməsində əks etdirsə də, onun izahatında göstərilənlərin hazırki mübahisə ilə hər hansı hüquqi əlaqəsinin olub-olmamasına hüquqi qiymət verməmişdir. Halbuki, Cavabdeh apellyasiya şikayətinə etirazında Xlə onun tikintisində prorab olan Vüsalla arasında iddiaçının mənzil məsələsi ilə bağlı mübahisə olmasını qeyd etmiş, hətta Vüsalı maşınından istifadə edərkən, maşınında olan boş halda imzalamış müqaviləni bir n öv «oğurlamasını» göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi 3-cü şəxs X6 izahatında qeyd etdiyi kimi 2016-cı ildə imzalanmış kredit müqaviləsinə əsasən 50.000 manat borc tələbinə dair notariusun icra qeydi əsasında Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icraatında olan icra işinin hazırki mübahisə ilə birbaşa və digər formada ələqaəsinin olub-olmaması araşdırılmamış, müəyyən edilmiş hallara işin faktiki müəyyən edilmiş halları baxımından hüquqi qiymət verməmişdir. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində m əhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qeyd edilən qərarın 6.2-ci bəndində göstərilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsus i diqqət yetirilməlidir. Qətnamənin həmin hissəsində məhkəmələr tərəfindən müəyyən olunmuş hallar, məhkəmənin nəticələrinin əsaslandırıdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Qərarın 6.3-cü bəndində isə məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutların əlaqəli şəkildə şərh edilməsi, bu və ya digər sübutların qəbul edilib-edilməməsi səbəbləri orada aydın izah edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtl ərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmal arı” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güv ənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm pri nsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həl linə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə obyektiv nəticəyə gəlmək üçün prosessual qanunun göstərilən tələblərinə əməl olunmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə yğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar ək s etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhk əmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Kollegiya hesab edir ki, hazırki iş üzrə qəbul edilmiş qətnamə qeyd edilən tələblərə cavab verməməklə yanaşı, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-n in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməli olsa da, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sü butlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməli, sənədlərin saxtalaşdırılması və dələduzluq cinayətlərinin tərkib əlamətləri müəyyən edildiyi halda Azərbaycan Respublikasının M PM-nin 265-ci maddəsinin tələblərinə uyğun xüsusi qərardad qəbul edilməsinin zəruriliyi müzakirə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar