Məhkəmə qərarları › İş №2(102)-4832/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4832/2022

11.10.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4832/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Tanırverdi qızının Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2022-ci il tarixli, 2(103)2801/2022 saylı qətnaməsindən İddiaçı Tanırverdi qızının kassasiya şikayəti üzrə işə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh1 06 fevral 1998-ci il tarixdə rəsmi nikah əsasında İddiaçı X ilə ailə qurub. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulub. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X və digərlərinə qarşı iddia qaldıraraq, onunla Cavabdeh1 arasında birgə nikah dövründə birgə vəsaitləri hesabına əldə olunmuş və bu səbəbdən də birgə əmlak hesab edilən “X4” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1lə Cavabdeh2 arasında bağlanmış 10 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilə dair Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 27 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsı z hesab edilməsi, avtomobilə dair Cavabdeh3la X arasında bağlanmış 13 iyul 2019-cu il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, alqı-satqı müqavilələri əsasında verilmiş Şəhadətnamələrin ləğv edilməsi, avtomobilin üzərində bərabər hissələrdə 1/2 hissədə onun, 1/2 hissədə Cavabdeh1 paylarının müəyyən edilməsi və həmin hissələrdə tərəflərin mülkiyyət hüququnun tanınması, avtomobilin hazırkı real bazar dəyərini təşkil edən 35.000 manat pulun 1/2 hissəsi, yəni 17.500 manat pulun Cavabdeh1 tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddia onunla əsaslandırılıb ki, 05 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1lə birgə nikahları dövründə, yəni 05 mart 2018-ci il tarixdə X1 rayonu, X kəndində yerləşən 0,522 ha torpaq sahəsini (alqı-satq ı müqaviləsində 0,57 ha kimi göstərilir) 20.000 manata alıblar. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü” barədə ilk iddiası qismən təmin edilərək, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi 2433-cü məhəllədə yerləşən, 1 saylı evin 4 otaqlı 72 saylı mənzilinin, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, 24 saylı evin 136 saylı mənzilinin, Abşeron rayonu, X kəndində 0,03 ha xüsusi mülkiyyət hüququ əsasında torpaq sahəsi üzərində 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh1 paylarının müəyyən edilməsi; “X5” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 15 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinin və Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi 2433-cü məhəllədə yerləşən 1 saylı evin 4 otaqlı 72 saylı mənzilinə dair 18 mart 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi; həmin əmlakların 1/2 hissəsinə Cavabdeh1, 1/2 hissəsinə İddiaçı paylarının müəyyən edilməsi, digər hissədə ilk iddianın rədd edilməsi; habelə İddiaçı Cavabdeh1 qarşı “əmlak tələbinə dair” qarşılıqlı iddiası qismən təmin edilərək, Cavabdeh1 adına rəsmiləşdirilən, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və “Mercedes 190” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində, həmçinin ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 49 kv.metr olan 1 otaqdan ibarət 38 saylı mənzilin 1/2 hissəsinə Cavabdeh1, 1/2 hissəsinə İddiaçı paylarının müəyyən edilməsi və qalan hissədə qarşılıqlı iddianın rədd olunması qət edilib. Baş Dövlət Yol Polisi İdarəsinin 26 noyabr 2019-cu il tarixli arayışına görə, “X4” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil 27 avqust 2014-cü ildə Cavabdeh1 adına qeydə alınıb. X2 məhkəməyə ünvanladığı teleqrammadan görünür ki, işi ilə əlaqədar olaraq məhkəmədə iştirak edə bilmir və ifadəsinin nəzərə alınmasını xahiş edir. O, öz teleqrammasında göstərib ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 0,522 ha torpaq sahəsini Cavabdeh1 62.000 manata satıb və həmin pulun 27.000 manatını nağd şəkildə, qalan 35.000 manatın əvəzinə isə Cavabdeh1 məxsus olan “X4” markılı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobili qəbul edib. Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Ə.Ta ğıyev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, İddiaçı ilə Cavabdeh1 birgə nikahları dövründə əldə etdikləri mübahisə predmeti olan avtomobil satılaraq nağd şəkildə pul vəsaiti əldə olunmayıb, əksinə birgə nikah dövründə əldə edilmiş pul vəsaitlərini daha sərfəli və ailənin mənafeyinə uyğun yatırım hesab edilən daşınmaz əmlak olan torpaq sahəsini əldə etməyə yönəlib və bununla da, nəticə etibarı ilə tərəflər birgə faydalanıblar, bəhrələniblər. Həmçinin, tərəflər arasında olan nikaha xitam verilməsi və əmlak bölgüsü tələbi ilə bağlı Cavabdeh1 tərəfindən 08 oktyabr 2018-ci il tarixdə məhkəməyə müraciət edilsə də, sonradan məhkəmə tərəfindən iddia ərizəsi 2019cu ilin fevral ayında baxılmamış saxlanılıb. 2019-cu ilin aprel ayında tərəflərin müna sibətləri yenidən pozulub və təkrarən eyni iddia ilə məhkəməyə müraciət olunub. Başqa sözlə, tərəflər 2019-cu ilin aprel ayına kimi ailə münasibətlərini davam etdirməklə, aralarında yaranmış mübahisələrlə bağlı qəbul edilmiş məhkəmə qətnamələrinin qəbul edilməsinə kimi İddiaçı mübahisə predmeti olan avtomobilin əldə olunan torpaq sahəsinin dəyərinin bir hissəsinin ödənilməsi üçün 13 mart 2018-ci il tarixdə əvəzləşdirilməsindən xəbəri olub. İddiaçı istər həmin dövrdə, istərsə də, 2(006)6028/2019 saylı mülki işə baxılan zaman məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərkən, bu əvəzləşdirmədən xəbəri olmasa idi, həmin avtomobilin birgə nikah dövrundə əldə edilməsini bildiyi halda rəsmi sənəd təqdim etmədən belə, onun ən azından bölünməsini (mülkiyyət payının müəyyən edilməsini) mübahisələnd irmək imkanı var idi. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini öz mövqeyini Mülki Məcəllənin 225.1-ci, Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.1, 36.3, 37.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci insiansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev sədrlik edən, məruzəçi, X.Ə.Sarıyev və N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya bax ışı zamanı müəyyən olunub ki, mübahisə predmeti olan “X4” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sənədlərdən, sorğuya cavab məktublarından və kompüter baza məlumatlarından çıxarışa əsasən, Cavabdeh1 Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,522 ha torpaq sahəsinə dair 05 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlayandan 1 həftə sonra həmin avtomobilə dair 13 mart 2018-ci il tarixdə X adına etibarnamə verib, daha sonra isə sonuncunun qardaşı X adına etibarnamə verib. Beləliklə, İddiaçı da birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,522 ha torpaq sahəsinin 1/2 hissəsi üzərində payı və mülkiyyət hüququ tanınmaqla, nəticə etibarı ilə avtomobilin 1/2 hissəsinin dəyərini qəbul edib və avtomobilin dəyərinin bir hissəsinə görə öd ənilmiş torpaq sahəsinin özünə düşən 1/2 hissəsindən faydalanıb. İşin qeyd olunan halları sözügedən torpaq sahəsinin birgə nikah dövründə əldə edilmiş əmlak kimi tərəflər arasında payları bərabər olmaqla, bölünməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edilir. Göründüyü kimi, Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş mübahisə predmeti olan avtomobili sataraq nağd pul vəsaiti əldə etməyib, əksinə birgə nikah dövründə əldə edilmiş pul vəsaitlərini daha sərfəli və ailənin mənafeyinə uyğun yatırım hesab edilən daşınmaz əmlak olan torpaq sahəsinin əldə edilməsinə yönəlib və bununla da, nəticə etibarı ilə həm özü, həm də İddiaçı faydalanıb, bəhrələnib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 225.2-ci və Ailə Məcəlləsinin 32.2.2, 33.1, 36.3, 37.1 -ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassator kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, sözügedən müqavilədə mübahisəli avtomobilin torpaq sahəsinin dəyərinin bir hissəsi kimi X mülkiyyətinə verilməsi barədə də hər hansı qeyd yoxdur. Mübahisəli avtomobilin X mülkiyyətinə verilməsi barə də başqa bir müqavilədə mövcud deyil. Digər tərəfdən qeyd olunmalıdır ki, mübahisə predmeti olan avtomobil yol polisində daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalı olan daşınar əmlakdır. Bu səbəbdən avtomobilin X mülkiyyətinə verilməsi barədə alqı-satqı və ya qanunvericiliyin təlbələrinə uyğun digər müqavilə bağlanmalı və bu müqavilə notariat qaydasında təsdiqlənməli idi. Lakin, Cavabdeh1lə Xv arasında avtomobilin sonuncunun mülkiyyətinə verilməsi barədə alqısatqı və ya digər müqavilə bağlanmayıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdən iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflə r izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Kassasiya baxışının hədləri Mülki prosessual qanunverciliyə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəl illəri hüdudlarında tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir; 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsası nda həyata keçirilir; 33.2-ci maddəsinə görə, ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir; 33.3-cü maddəsinə əsasən, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına rayzılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər; 36.3-cü maddəsinə görə, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlar a obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-ci maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq no rmalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, mübahisə predmeti olan “X4” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sənədlərdən, sorğuya cavab məktublarından və kompüter baza məlumatlarından çıxarışa əsasən, Cavabdeh1 Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,522 ha torpaq sahəsinə dair 05 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlayandan 1 həftə sonra həmin avtomobilə dair 13 mart 2018-ci il tarixdə X adına etibarnamə verib, daha sonra isə sonuncunun qardaşı X adına etibarnamə verib. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb haqlı olaraq qeyd edib ki, İddiaçı da birgə nikah dövründə əldə e dilmiş Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,522 ha torpaq sahəsinin 1/2 hissəsi üzərində payı və mülkiyyət hüququ tanınmaqla, nəticə etibarı ilə avtomobilin 1/2 hissəsinin dəyərini qəbul edib və avtomobilin dəyərinin bir hissəsinə görə ödənilmiş torpaq sahəsinin özünə düşən 1/2 hissəsindən faydalanıb. İşin qeyd olunan halları sözügedən torpaq sahəsinin birgə nikah dövründə əldə edilmiş əmlak kimi tərəflər arasında payları bərabər olmaqla, bölünməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunur. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir; 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir; 33.2-ci maddəsinə görə, ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir; 33.3-cü maddəsinə əsasən, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağl amışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına rayzılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər; 36.3-cü maddəsinə görə, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb, işə əlavə edilmiş sübutları, habelə İddiaçı kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş mübahisə predmeti olan avtomobili sataraq nağd pul vəsaiti əldə etməyib, əksinə birgə nikah d övründə əldə edilmiş pul vəsaitlərini daha sərfəli və ailənin mənafeyinə uyğun yatırım hesab edilən daşınmaz əmlak olan torpaq sahəsinin əldə edilməsinə yönəldib və bununla da, nəticə etibarı ilə həm özü, həm də İddiaçı faydalanıb, bəhrələnib. Ona görə də iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət vermədiyini və sair gös tərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi həmçinin yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, İddiaçı kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Az ərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı Tanırverdi qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2022-ci il tarixli, 2(103)-2801/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar