Məhkəmə qərarları › İş №2(102)-4834/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4834/2022

13.09.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4834/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4834/2022 (Açar sözlər: xərclərin ödənilməsi) Bakı şəhəri 13 sentyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-444/2022 nömrəli, 4 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfin dən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mingəçevir şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 6 noyabr 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.0459 ha olan torpaq sahəsini 4000 manat məbləğinə Cavabdeh1 satmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.0459 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 7 noyabr 2014-cü il tari xdə qeydiyyata alınmışdır.

3. Cavabdeh1 ilə X5 arasında 11 noyabr 2014-cü il tarixdə nikah bağlanmış, ərə Səlimov, arvada – Səlimova soyadı verilmişdir.

4. Səlimova X3 şəhəri, 10-cu bağ massivi küçəsi, 77-ci ünvanda yerləşən həyat yoldaşı Cavabdeh1 məxsus olan torpaq sahəsinin satılmasına razılıq vermişdir.

5. Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 27 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.0459 ha olan torpaq sahəsini 4500 manat məbləğinə Cavabdeh2 satmışdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın D övlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.0459 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 1 avqust 2018-ci il tarixdə qeydiyyata alınmışdır.

7. Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 25 avqust 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 459 kv.m olan torpaq sahəsini 10000 manat məbləğinə Cavabdeh3 satmışdır.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Mingəçevir şəhəri, 10-cu Bağ küçəsində yerləşən ümumi sahəsi 108.9 kv.m olan 77 nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına 31 avqust 2018-ci il tarixdə qeydiyyata alınmışdır.

9. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikah 28 noyabr 2019-cu il tarixdə pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə və daha sonra iddia tələbinin həcminin azadılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 50000 manat pulun dörddə üç hissəsi olan 34000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ailə qurduqdan sonra Mingəçevir şəhəri 10-c u bağ massivi 77-ci ünvanda torpaq sahəsi almışlar. Həmin torpaq sahəsi üzərində valideynlərinin və bacısının maddi köməyi ilə sahəsi 108,9 kv.m olan 3 otaqlı ev tikmişlər. 2019-cu ilin yanvar ayının ortalarına qədər həmin ünvanda yaşamış, ev uzaqda yerləşdiyi və Tural evə gec gəldiyi üçün Turalın təklifi ilə şəhərə köçüb kirayə yaşamağa məcbur olmuşlar. Kirayə ev tutandan sonra ailə münasibətləri pisləşmiş və 2019-cu ildə Turalla nikahları pozulmuşdur. Nikahları pozulmazdan əvvəl Tural pul borcu olduğunu bildirərək torpağın bir hissəsinin satılmasına razılıq verməsini xahiş etmiş, o da inanıb torpağın bir hissəsinin satılmasına razılıq vermiş, bu məqsədlə Mingəçevir regional “Asan xidmət” Mərkəzində notarial kontorunda olmuşdur. Kirayədə yaşadıqları vaxt bəzi əşyaları götürmək üçün evə gedəndə, evdə başqa adamları görmüş, onlardan kim olduqlarını, evə necə girdiklərini soruşduqda, bildirmişlər ki, həmin evi sahibindən almışlar. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 onun xəbəri olmadan birgə nikah müddətində tikdirdikləri Mingəçevir şəhəri, 10-cu bağ massivi, 77-ci ünvanda yerləşən evi 27 iyul 2018-ci il tarixdə digər Cavabdeh2 satmışdır. Bundan sonra isə həmin ev Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmışdır.

12. Cavabdeh1 iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçı onun keçmiş həyat yoldaşıdır, onunla aralarında olan nikah 2019-cu ildə pozulmuşdur. Nikahları pozulmazdan əvvəl torpaq sahəsi almışlar və ünvan 2 ünvanda yerləşən həmin torpaq sahəsində ev tikmişlər. O, pul borclu olduğu üçün, həm də bağ sahəsi uzaqda yerləşdiyinə görə həmin bağ sahəsini satıb b orcu ödəmək, əgər pul qalarsa başqa bir ev almaq qərarına gəlmişlər. Bu məqsədlə onlar evi 2018-ci ildə Cavabdeh2 satmışlar.

13. Cavabdeh2 iddianı qəbul etməmiş və bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən evi Cavabdeh1 notariat qaydasında bağlamış alqı-satqı müqaviləsinə əsasən almışdır və iddiaçı müqavilə bağlanarkən müqavilənin bağlanmasında iştirak etmiş, yazılı razılığını vermişdir. Evi aldıqdan az bir müddət sonra X1.

14. İş üzrə şahid kimi dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, iddiaçının bacısı Xədicə xanımın evində çox işləmişdir. Bununla əlaqədar iddiaçı ilə də tanış olmuşdur. İddiaçının evinin üstünü o, örtmüşdür, 1800 manat usta haqqını isə iddiaçının yeznəsi, yəni Xədicənin həyat yoldaşı Vüqar vermişdir.

15. İş üzrə şahid kimi dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, iddiaçının yeznəsidir və evin içərisini o, təmir etmişdir.

16. İş üzrə şahid kimi dindirilmiş X9 şahid kimi ifadə verərək bildirmişdir ki, o, usta işləmiş, Vüqarla bacanaqdır, iddiaçının yeznəsidir, evin içərisinin təmiri işlərində iştirak etmiş, santexnik işlərini o görmüş, zəhmət haqqını Vüqardan almışdır.

17. İddiaçının vəsatəti əsasında Mingəçevir Şəhər Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş 29 mart 2021-ci il tarixli 10/2352 nömrəli ekspert rəyinə əsasən ünvan 2 ünvanda inşa edilmiş yaşayış evində aparılmış tikinti-təmir işlərinin bazar qiymətinə uyğun olaraq ümumi dəyəri təqribən 49177,3 manat məbləğində müəyyən olunmuşdur.

18. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(051)-27/2021 nömrəli iş üzrə 2 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Məhburə Kərimova) iddia qismən təmin edilərək, Cavabdeh1 24558 manat tutulub iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

19. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi iddiaçı ilə Cavabdeh1 birgə nikahları müddətində əldə edilmiş, eyni zamanda birgə nikah müddətində qarşılıqlı razılıqlar əsasında satılmışdır. Torpaq sahəsi iddiaçı və Cavabdeh1 tərəfindən qanunla müəyyən edilmiş qaydada satıldığına görə həmin torpaq sahəsinin alıcıları vicdanlı alıcılardır və onların hüquqları məhdudlaşdırıla bilməz.

20. Məhkəmə hesab etmişdir ki, ünvan 2 ünvandakı torpaq sahəsi üzərindəki evin tikilməsinə çəkilən xərclər ümumi əmlakdan çəkilən xərclər hesab edilməli və tərəflər arasında bərabər bölünməlidir.

21. Məhkəmə eyni zamanda onu da qeyd etmişdir ki, iddiaçı ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin satılmasına razılıq versə də, həmin torpaq sahəsi üzərində birgə nikah zamanı əldə edilmiş vəsaitin hesabına inşa edilmiş rəsmi qeydiyyata alınmamış evin özgəninkiləşdirilməsinə razılıq verməmişdir. Qiyməti ekspert rəyi ilə 49117,3 manat müəyyən edilən həmin ev Cavabdeh1 tərəfindən satılmış, lakin əldə edilmiş vəsaitdən iddiaçıya hər hansı məbləğdə pul verilməmişdir.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 32.1, 33.1, 33.3, 37.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-444/2022 nömrəli mülki iş üzrə 4 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Mahir Əsədli) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətində iddiaçının iddia tələbinin həcminin artırılması barədə heç bir ərizə təqdim etmədiyi halda, məhkəmənin ekspe rtiza rəyində qeyd olunan məbləğin yəni, 49117,3 manat pulun ikidə bir hissəsi, yəni 24558 manat pulun ondan alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul etməsi, qanunvericiliyin tələbi pozularaq iddia tələbindən kənara çıxılması barədə göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı 2 iyun 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin həcmini dəyişdirmiş və evin tikintisinə xərclənən 50000 manat pulun 2/3 hissəsi olaraq 34000 manat pulun cavabdehlərdən alınaraq ona verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə qismən təmin edərək, iddia tələbində tələb edilən 34000 manatdan daha az məbləğin - 49117,3 manat pulun ikidə bir hissəsi olan 24558 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsini qət etmişdir. Görün düyü kimi, məhkəmə iddia tələbindən kənara çıxmamışdır.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 34000 manat pulun 1/3 hissəsinin cavabdehdən alınıb iddiaçıya verilməli olması barədə göstərilənlərə gəldikdə isə, cavabdeh məhkəməyə iddianın nəyə əsasən bu məbləğdə təmin olunmalı olmasını əsaslandıracaq heç bir sübut və ya dəlil təqdim etməmişdir.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 32.1, 33.1, 33.3, 37.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya in stansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Şikayət onunla əsaslandırılmışdır ki, torpaq sahəsi iddiaçı bildirdiyi kimi birgə nikah dövründə alınmamışdır. Həmin ev nikahdan qabaq cavabdeh tərəfindən tikilmişdir. Sadəcə nikah bağlandıqdan sonra ev təmir olunmuşdur ki, şahidlər də eyni məzmunlu ifadə vermişdir. O, hər iki məhkəmədə təkrar ekspertiza tələb etməsinə baxmayaraq məhkəmələr onun vəsatətini təmin etməmişdir. Ev 26000 (iyirmi altı min) manata satıldığı təqdirdə ekspertizanın rəyinə görə təmir-tikinti işlərinə 49117,3 manat xərclənməsi absurd və iki dəfə artırılmış məbləğ olmuşdur. Həmin ev 2011-ci illərdə tikilmişdir, təbii ki, tikinti materialları da o vaxtdan bəri bəlkə 10 dəfə bahalaşmışdır.

30. Kassator qeyd etmişdir ki, əmlak birgə nik ahdan əvvəl alındığından, əgər torpaq sahəsi satılmalı olsa idi iddiaçının razılığına ehtiyac olmazdı. Burda razılıq torpaq sahəsinin və evin satılması üçün tələb olunurdu ki, iddiaçı da könüllü notariat idarəsində razılığını vermişdir.

31. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33, 34-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 102-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıb sa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

34. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

35. Maddə 32.1. Nikah müddətində əldə etdikləri əmlak onların birgə ümumi birgə mülkiyyəti hesab olunur.

36. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

37. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.

38. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onları n ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

43. Maddə 407.2. Kassas iya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli g ələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlillərinə uyğun qismən yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən p rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara ardıcıl və əlaqəli şəkildə hüquqi qiymət verərək hesab etmişdir ki, torpaq sahəsində mövcud olan tikili onların birgə nikahı dövründə birgə vəsait əsasında inşa edilmişdir. Onların həmin tikilinin satılması nəticəsində əldə olunuş pul vəsaiti üzərində payları mövcuddur.

49. Cavabdeh apellyasiya şikayətində tikilinin birgə vəsait əsasında tikilməsini v ə satıldıqdan sonra hər hansı hissəsinin iddiaçıya verilmədiyini gəbul edərək müəyyən ediləcək payın həddinin 1/3 hissədə olmasını istəmiş, apellyasiya məhkəməsi isə haqlı olaraq belə qaydada bölgünün aparılması üçün əsasların mövcud olmadığını qeyd etmişdir.

50. Apellyasiya şikayətində istinad olunan dəlillərdən fərqli olaraq cavabdeh kassasiya şikayətində yeni dəlillər ( torpaq sahəsinin birgə mülkiyyət olması, tikiliyə çəkilmiş xərcin iddiaçıya aid olmaması, təkrar ekspertiza ilə bağlı vəsatətlərinə qiymət verilməməsi və.s) irəli sürmüşdür. Bunlarla bağlı isə qeyd edilməlidir ki, cavabdeh hazırda irəli sürdüqü dəlilləri apellyasiya şikayətində irəli sürməmişdir. Belə olan halda, apellyasiya şikayətində irəli sürmədiyi dəlillərin apellyasiya instansiyası tərəfindən nəzərə alınmaması barə də kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Ümumiyyətlə, prosessual hüquq normalarının pozulması istisna olmaqla, işin faktiki halına dair irəli sürülməyən, başqa sözlə, mübahisələndirilməyən hər hansı halın araşdırılması ədalət mühakiməsinin hamının qanun və məhkəmə qarşısında bərabərliyi, dispozitivlik, məhkəmələrdə işlərə tərəflərin çəkişməsi, eləcə də hakimlərin tərəfsizliyi kimi təməl prinsiplərə ziddir.

51. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

52. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir.

53. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddə sinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

55. Qeyd o lunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 may 2022-ci il tarixli, 2(107)-444/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar