Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4834/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması, maddi ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması, maddi zərərin əvəzinin ödənilməsi tələbi nə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1311/2023 nömrəli iş üzrə 30 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh 17 iyul 2021-ci il tarixli əmri ilə şirkətin nəqliyyat sahəsinin müdir müavini işləmiş İddiaçı heç bir üzrlü səbəb olmadan xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işə gəlməyərək əmək vəzifələrinin funksiyasını kobud şəkildə pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabd ehnə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması, maddi zərərin əvəzinin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsindəki əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qanunsuz və əsassız hesab edilərək işə bərpa edilməsi, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi, 2020-ci il oktyabr ayından başlayaraq əmək haqqından qalan 17.020 manatın, əmək haqqının verilməsinin gecikdirilmiş müddəti ərzində iddianın məhkəməyə daxil olduğu günədək hesablanaraq günə iki faiz ödənişin (2 faiz = 30 manat) olmaqla, hər həftənin şənbə və bazar günlərini çıxmaq şərtilə 338 günə görə 10.140 manatın, mediasiyaya ödənilmiş 50 manat rüsumun, cəmi 27.210 manat vəsaitin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Məhkəmə baxışı zamanı iddiaçı iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehin iddiaçı barədə olan xx.xx.2021-ci il tarixli 36 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin qanunsuz və əsassız hesab edilərək onun işə bərpa edilməsi, məcburi iş buraxmaya görə 2020-ci il oktyabr ayından qətnamə qəbul edilən günə qədər məcburi iş buraxma müddəti nəzərə alınmaqla, aylıq əmək haqqı 1.500 manat olmaqla, gecikdirilmiş günə görə 2% ödəncin tutulub ödənilməsi, istifadə olunmamış 210 gün məzuniyyət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı ilə Cavabdeh arasında 02 iyun 2014-cü il tar ixdə müddətsiz əmək müqaviləsi bağlanmış və İddiaçı nəqliyyat şöbə müdirinin müavini vəzifəsinə təyin olunmuş, aylıq əmək haqqı 1.500 manat olmaqla razılaşdırılmışdır. İddiaçı şirkətdə işlədiyi illər ərzində işinə məsuliyyətli yanaşmış, üzərinə götürdüyü vəzifə öhdəliyini layiqincə icra etmişdir. Cari ilin avqust ayında şirkətdə işlərin azlığı, kadr və struktur dəyişikliyi ilə əlaqədar olaraq işçilər ofisə dəvət olunaraq onların əmək müqavilələrinə xitam verilməklə işdən çıxmaları tələb olunmuşdur. İddiaçının əmək müqaviləsi müddətsiz olduğu üçün ona öz xahişi ilə işdən çıxmağı barədə ərizə yazmaq təklif olunmuşdur. İddiaçı isə qanunsuz təkliflə razı olmamış, buna qəti şəkildə etiraz etmiş, həmçinin dövlət başçısının pandemiya dövründə işçilərin çıxarılmasının qanunsuz olduğunu onlara bi ldirmişdir. Həmçinin iddiaçı son aylara görə ödənilməmiş əmək haqqının verilməsini şirkətdən tələb etmişdir. Həmin dövrdə onlar iddiaçıya işlərin az olması əsası ilə şirkətə hələlik gəlməməyi, iş gördükləri sifarişçilərdən böyük məbləğlərdə vəsaitləri aldıqdan sonra özlərinin onunla əlaqə saxlayıb ödənilməyən dövrlərə görə əmək haqqını artıqlaması ilə ödəyəcəklərini deməklə onu aldatmışlar. Dəfələrlə şirkətə getməsinə və zənglərinə baxmayaraq, iddiaçıya cavab verilməmiş və heç bir ödəniş edilməmişdir. İddiaçı X4 əmək hüquqlarının pozulması barədə (əmək haqqlarının ödənilməməsi barədə) şikayət etmiş, lakin müsbət nəticə əldə edə bilməmiş, heç bir ödəniş edilməmişdir. Yenidən şirkətə getmiş, orada mühafizəçi ofisdə heç kimin olmadığını və bütün işçilərin işdən çıxarıldığını bildirmişdir. Bun dan sonra iddiaçı mediasiya prosesinin tətbiqi barədə şirkətə təklif göndərmiş, heç bir müsbət cavab ala bilməmişdir. 15 oktyabr 2021-ci il tarixli, MŞİH 04338 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışla bu fakt öz təsdiqini tapır. 23 noyabr 2021-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciət olunaraq İddiaçı işdən azad olunması barədə əmrin, müvafiq sənədlərin və son haqq-hesabın aparılması barədə müraciət olunmuş, lakin şirkət tərəfindən cavab verilməmişdir. İddiaçı Əmək Müfəttişliyinə etdiyi şikayət ərizəsinin cavabını 24 noyabr 2021-ci il tarixdə aldıqdan sonra məlum olmuşdur ki, şirkət nəinki iddiaçını işdən çıxarmış, onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. X3 heç bir sənəd təqdim etmədiyi üçün 17 sentyabr 2021-ci il tarixli protokol və onun əsasında qəbul olunmuş qərarla İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi əsasında məsuliyyətə cəlb olunmuşdur. İddiaçının Elektron Hökümət Portalından əldə etdiyi xxxxxxx000105 saylı çıxarışdan görünür ki, onun əmək haqqı 822 manat olaraq sistemə daxil edilmiş, halbuki aylıq əmək haqqı 1.500 manat olmuşdur. Bunu təsdiq edən müxtəlif tarixlərdə olan əmək haqqı ödəniş cədvəllərinin bəziləri işə əlavə edilmişdir. Cədvələ baxmaqla məlum olur ki, iddiaçının aylıq əmək haqqı 1.500 manat olmuşdur. İddiaçı 2020-ci ilin oktyabr ayından hal-hazıradək şirkətdən cəmi 2.480 manat əmək haqqı almış, qalan məbləği isə ala bilməmişdir. Göründüyü kimi şirkət qanunsuzluq edərək əmək haqqı məbləğini elektron sistemə düzgün daxil etməyərək vergi və sosial sığorta haqlar ını ödəməkdən yayınmışdır. Artıq 13 aydır ki, iddiaçı əmək haqqını ala bilmir. Şirkətin qanunsuz tələblərini yerinə yetirmədiyi üçün aralarında olan 02 iyun 2014-cü il tarixli müddətsiz əmək müqaviləsinə qanunsuz və əsassız formada xitam verilmiş, bu barədə iddiaçıya məlumat verilməmiş, işdən azad olunma əmri təqdim olunmamış, əmək kitabçası və son haqq-hesab aparılaraq ödənişlər edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddi hüquq normalarının tələblərini pozmaqla əmək müqaviləsinə xitam vermişdir. Bu günə kimi, iddiaçıya işdən azad olunmağının hansı əsasla edilməsini təsdiq edən heç bir sübut təqdim olunmamışdır. İşəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanun ilə göstərilən əsaslar əsasında deyil, yalnız öz istəyinə əsasən xitam vermişdir. Bu barədə iddi açıya məlumat verməyi isə özünə rəva bilməmişdir. İşəgötürən əmək müqaviləsinə xitam verilməsini elektron portalda əsaslandırmamış, işçiyə heç bir sənəd təqdim etməmiş, qeyd olunan hallarla bağlı rəsmi xəbərdarlıq etməmiş və qanunsuz hərəkətlərini davam etdirmişdir. Əmək qanunvericiliyinin tələbinə görə əgər işəgötürən əmək müqaviləsinə xitam vermək istəyirsə bunu əsaslandırmaqla işçini rəsmi xəbərdar etməlidir. Lakin Cavabdeh heç bir əsaslandırma olmadan, müvafiq əmr, digər sənədlər təqdim edilmədən, son haqq-hesab və ödənişlər edilmədən müqaviləyə xitam vermiş, bu azmış kimi iddiaçıya məlumat belə verməmişdir. İddiaçının vəzifəsinə görə aldığı aylıq əmək haqqı 1.500 manat olmuşdur. 2020-ci ilin oktyabr ayı daxil olmaqla iddiaçı hal-hazıradək 13 aya görə 19.500 manat əmək haqqı almalı idi. Lakin həmin məbləğdən cəmi 2.480 manat pul almış, həmin məbləğin 1.500 manatını 2021-ci ilin fevral ayında, qalan məbləği isə cari ilin may ayında kartına köçürülməklə almışdır. Şirkət 17.020 manat əmək haqqını iddiaçıya ödəməkdən yayınır. Mediasiya prosesinin tətbiqi üçün iddiaçı 15 oktyabr 2021-ci il tarixli qəbzə əsasən 50 manat rüsum ödəmişdir. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı barəsindəki əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qanunsuz və əsassız hesab edilərək işə bərpa edilməsi, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi, 2020-ci il oktyabr ayından başlayaraq əmək haqqından qalan 17.020 manatın, əmək haqqının verilməsinin gecikdirilmiş müddəti ərzində iddianın məhkəməyə daxil olduğu günədək hesablanaraq günə iki faiz ödəncin (2 faiz=30 manat) olmaqla, hər həftənin şənbə və bazar günlərini çıxmaq şərtilə 338 günə görə 10.140 manatın, mediasiyaya ödənilmiş 50 manat rüsumun, cəmi 27.210 manat vəsaitin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
5. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyək izahatında bildirdi ki, İddiaçı atası ölən günə kimi təxminən 20-25 il hazırki mülki iş üzrə təmsil etdiyi Cavabdeh direktoru olmuşdur. Təqdim etdikləri əmək müqavilələri də iddiaçı ilə atası arasında bağlanılmışdır. İddiaçının 1.500 manat əmək haqqı alması ilə bağlı təqdim etdiyi sənədlər isə kserosurətdir. Kserosurətlərin nə vaxtdan rəsmi sənəd olması barədə isə onun məlumatı yoxdur. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən sübut etmə yükü tərəflərin üzərinə düşür. Bu səbəbdən də iddiaçı əmək haqqı ilə bağlı qeyd olunan halı sübut etməlidir. Hazırda təmsil etdiyi şirkət fəaliyyət göstərmir və böyük məbləğdə borc öhdəliyi vardır. İddiaçı 16 avqust 2021-ci il tarixdə X1ynar xəttinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və bununla əlaqədar ona kömək edilməsinə dair elektron müraciət etmişdir. Lakin iddiaçının iddia ərizəsi 4 aya yaxın müddətdən sonra, yəni 14 dekabr 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Göründüyü kimi məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülmüşdür. Bu səbəbdən də hazırkı mübahisəyə iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmalıdır. Verilmiş suallara cavabında qeyd edir ki, o, iddiaçının işdə n azad edildiyi 17 iyul 2021-ci il tarixdə Cavabdehndə işləməmişdir. Onda olan məlumata görə işdən azad olunma barədə bildiriş iddiaçıya çatdırılmışdır. İddiaçı işdən azad olunma barədə bildirişi almışdır ki, 16 avqust 2021-ci il tarixdə X1ynar xəttinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və bununla əlaqədar ona kömək edilməsinə dair elektron müraciət etmişdir. İddiaçının X1ynar xəttinə şikayət etməsi onun əmək müqaviləsinə xitam verilməsi barədə bildirişi almasını təsdiq edir. Cavabdeh Respublikada “Akkord” şirkətindən sonra ikinci böyük şirkət olmuş, iddiaçı həmin şirkətin 40.000.000 manat məbləğində dəyəri olan qarajına rəhbərlik etmiş və şirkət tərəfindən işlədiyi dövrdə ona 2 bahalı texnika hədiyyə olaraq verilmişdir. Onda o lan məlumata görə iddiaçı həmin texnikaları hazırda icarəyə vermiş, həmin texnikalar müxtəlif ərazilərdə işləyir. 2016-cı il tarixdə yenidən nə üçün əmək müqaviləsinin bağlanılmasından xəbəri yoxdur. Eləcə də iddiaçı ilə cavabdeh şirkət arasında bağlanılmış əmək müqavilələri hazırki mübahisənin predmeti deyildir. Şirkətdə işləmiş bir neçə şəxsin şikayəti əsasında X5 tərəfindən Cavabdehndə yoxlamalar aparılmış, şirkətin sadəcə əmək haqlarını gecikdirməsi faktı aşkar edilmişdir. Lakin şirkətin ikili mühasibatlıq aparması faktı aşkar olunmamış və təsdiqini tapmamışdır. İşçi işə gəlmədiyi dövrdə ona əmək haqqı ilə bağlı ödəmələr olmuşdur. Həmin ödəmələr ödənilməyən əmək haqqı borcları ilə bağlı olmuşdur. Lakin buna dair sübutları yoxdur. İddiaçı ilə mütəmadi telefon vasitəsi ilə əlaqə saxlanıl mış, qarşı tərəf işə gələcəyini demişdir. İddiaçının işə gəlməməsi ilə bağlı aktlar tərtib edilmişdir ki, gələcəkdə problem çıxsa bu aktlara hüquqi qiymət verilsin. Şirkət öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, işçinin işə gəlməməsi ilə bağlı aktlar tərtib etmiş, iddiaçıya işdən azad olunması ilə bağlı bildiriş göndərmiş və bildirişin alınmasını təsdiq edən sənədi elektron sistemə yükləməklə, alınmanı təsdiq edən sənədi məhkəməyə təqdim etmişdir. Hesab edir ki, iddiaçının atası təxminən 20-25 il Cavabdeh direktoru olduğuna görə iddiaçıya güzəşt olunmuşdur ki, öz səhvini başa düşsün və işə gəlsin. Bu səbəbdən də iddiaçını işə gəlmədiyi gündən dərhal sonra işdən azad etməmişlər. Göstərilənlərə əsasən həm iddia əsassız olduğuna, həm də iddia müddəti tətbiq edilərək iddianın təmin edilməmə si barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirəm.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 9/1266 nömrəli ekspert rəyindən müəyyən edilir ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi ekspert qarşısında qoyulmuş sual üzrə Cavabdehndə nəqliyyat sahəsinin müdir müavini vəzifəsində işləmiş və aylıq əmək haqqı 822 manat olan İddiaçı 2020-ci ilin oktyabr ayı daxil olmaqla iddia ərizəsinin məhkəməyə daxil olduğu 14 dekabr 2021-ci il tarixinədək (2021-ci ilin fevral ayında 1.500 manat və 2021-ci ilin may ayında 980 manat karta köçürülmüş məbləğ çıxılmaqla) hər gecikdirilmiş gün üçün əmək haqqına 1 faiz ödəncin məbləği 3205,80 manat məbləğində (822,0 manat (əmək haqqı) x 1% x 30 gün x 13 ay = 3205,80 manat) müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
7. Abşeron Rayon Məhkəməsinin 2(012)-896/2022 nömrəli iş üzrə 26 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddianın qismən təmin edilməsi, cavabdehdən iddiaçının xeyrinə 2020-ci ilin oktyabr ayı daxil olmaqla işdən azad olunduğu 17 iyul 2021-ci il tarixinədək (2021-ci ilin fevral ayında 1.500 manat və 2021-ci ilin may ayında 980 manat karta köçürülmüş məbləğ çıxılmaqla) ödənilməmiş əmək haqqı, hər gecikdirilmiş gün üçün əmək haqqına 1 faiz ödəncin məbləği olaraq 3.205,80 manat məbləğdə pul və istifadə olunmamış əmək məzuniyyətinə görə 210 təqvim günü üçün pul əvəzinin tutularaq verilməsi, ilkin mediasiyaya görə ödənilmiş məbləğin 25 manat hissəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddianın digər hissədə təmin edi lməməsi, iddiaçıdan 50 manat və cavabdehdən 50 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdehndə nəqliyyat sahəsinin müdir müavini işləmiş İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir üzürlü səbəb olmadan işə çıxmamışdır. Bununla əlaqədar olaraq xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli işçinin üzrsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı aktlar tərtib olunmuş, daha sonra isə İddiaçı 16 iyul 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilmiş, bundan sonra Cavabdeh 17 iyul 2021ci il tarixli əmri ilə şirkətin nəqliyyat sahəsinin müdir müavini işləmiş İddi açı heç bir üzrlü səbəb olmadan xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işə gəlməyərək əmək vəzifələrinin funksiyasını kobud şəkildə pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı onun əmək funksiyalarına aid olan tapşırığı yerinə yetirməkdən imtina etmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməyərək əmək vəzifələrinin kobud şəkildə pozulmasına yol vermişdir. İddiaçı işə gəlməməyinin səbəbini şirkətin iddiaçıya işlərin az olması əsası ilə şirkətə hələlik gəlməməsi ilə əlaqələndirsə də, bununla əlaqədar sübutları məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı heç bir üzrlü səbəb olmadan 10 aya yaxın müddəti bütün iş günü işə gəlməmişdir, ona görə də Cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmaqla ləğv edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və həmin əmək haqqına gecikdirilmiş günə görə 2% ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmr xx.xx.2021-ci il tarixdə çıxarılmışdır. Əmrin çıxarıldığı dövrə qədər isə İddiaçı 16 iyul 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilmiş, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2021-ci il tarixdə elektron qaydada müraciət edərək Cavabdeh direktorunun onu haqsız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etdiyini bildirərək bu haqsızlığa biganə qalmamağı xahiş etmişdir. İddiaçı tərəfindən isə hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət olunmuşdur.
12. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia t ələbinin “əmrin qanunsuz və əsassız hesab edilərək işə bərpa edilməsi” hissəsi ilə əlaqədar hazırki mübahisəyə iddia müddəti tətbiq edilməlidir.
13. Birinci instansiya məhkəməsi iddia tələbinin 2020-ci il oktyabr ayından başlayaraq əmək haqqından qalan 17.020 manatın, əmək haqqının verilməsinin gecikdirilmiş müddəti ərzində iddianın məhkəməyə daxil olduğu günədək hesablanaraq günə iki faiz ödəncin (2 faiz=30 manat) olmaqla, hər həftənin şənbə və bazar günlərini çıxmaq şərtilə 338 günə görə 10.140 manatın, 210 gün məzuniyyət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, İddiaçı xx.xx.2014-cü ildən xx.xx.2021-ci ilədək Cavabdehndə çalışmışdır. İddiaçıya 2020-ci ilin oktyabr ayı daxil olmaqla işdən azad olunduğu 17 iyul 2021-ci il tarixinədək (20 21-ci ilin fevral ayında 1.500 manat və 2021-ci ilin may ayında 980 manat karta köçürülmüş məbləğ çıxılmaqla) əmək haqqı ödənilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 9/1266 nömrəli ekspert rəyi ilə Cavabdehndə nəqliyyat sahəsinin müdir müavini vəzifəsində işləmiş və aylıq əmək haqqı 822 manat olan İddiaçı 2020-ci ilin oktyabr ayı daxil olmaqla iddia ərizəsinin məhkəməyə daxil olduğu 14 dekabr 2021-ci il tarixinədək (2021-ci ilin fevral ayında 1.500 manat və 2021-ci ilin may ayında 980 manat karta köçürülmüş məbləğ çıxılmaqla) hər gecikdirilmiş gün üçün əmək haqqına 1 faiz ödəncin məbləği 3205,80 manat məbləğində (822,0 manat (əmək haqqı) x 1% x 30 gün x 13 ay = 3205,80 manat) müəyyən edilmişdir. Həmçinin iş materialla rından və tərəflərin mübahisəsiz izahatlarından görünür ki, işdən çıxdıqdan sonra 210 gün məzuniyyət haqqı da cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir.
14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.1, 68.2, 70 “ç” 72 “a”, 76, 83, 84, 172.1, 172.4, 172.5, 186.2 “ç”, 296.2-ci madələrinə, Mülki Məcəllənin 372.1, 372.2, 375.1, 375.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Abşeron Rayon Məhkəməsinin (hakim E.Kazımov) e-2(012)-896/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir.
16. İddiaçının apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədə bild irmişdir ki, ölkə ərazisində və bütün dünyada pandemiya şəraitini nəzərə alaraq şirkət tərəfindən işçilərə işə çıxmamagı, evdə oturmagı, əmək haqqlarını alacagını demişlər, daha sonra pandemiya şərtləri yavaş-yavaş yumşaldıqdan sonra ona heç bir məlumat verilmədən, Şirkətə dəvət olunmadan onunla olan əmək müqaviləsinə qanunsuz şəkildə xitam verilmiş və cavabdeh tərəf 17 iyul 2021-ci il tarixli işdən azad olunma əmrini rəsmi ərizə yazaraq tələb etməyinə baxmayaraq məhkəməyə təqdim etmiş və əsaslandırıcı hissəsində güya aktlara istinad edərək qəbul edildiyini bildirilmişdir. Məhkəməyə dörd akt təqdim olunmuşdur, həmin aktı imzalayanlar həmin dövrdə şirkətdə işləməsi yoxlanılmamışdır. Məhkəmə bütün təqdim olunan və sadalanan faktları nəinki tam, hərtərəfli araşdırmamış, hətta qətnamədə iddiaç ının bildirdiklərinə münasibət belə bildirməmişdir. Məhkəmə tərəfindən iş üzrə iddia müddəti tətbiq edilmişdir. Abşeron Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli e-2(012)-896/2022 saylı qətnaməsini tamamilə ləğv edərək, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
17. Cavabdehin apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,İddiaçı atası ölən günə kimi təxminən 20-25 il hazırki mülki iş üzrə təmsil etdiyi Cavabdeh direktoru olmuşdur. Təqdim etdikləri əmək müqavilələri də iddiaçı ilə atası arasında bağlanılmışdır. İddiaçının 1.500 manat əmək haqqı alması ilə bağlı təqdim etdiyi sənədlər isə kserosurətdir. Kserosurətlərin nə vaxtdan rəsmi sənəd olması barədə isə onun məlumatı yoxdur. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən sübut etmə yükü tərəflərin üzərinə düşür. Bu səbəbdən də iddiaçı əmək haqqı ilə bağlı qeyd olunan halı sübut etməlidir. Hazırda təmsil etdiyi şirkət fəaliyyət göstərmir və böyük məbləğdə borc öhdəliyi vardır. İddiaçı 16 avqust 2021-ci il tarixdə X1ynar xəttinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və bununla əlaqədar ona kömək edilməsinə dair elektron müraciət etmişdir. Lakin iddiaçının iddia ərizəsi 4 aya yaxın müddətdən sonra, yəni 14 dekabr 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Göründüyü kimi məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülmüşdür. Bu səbəbdən də hazırki mübahisəyə iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmalıdır. İşdən azad olunma barədə b ildiriş iddiaçıya çatdırılmışdır. İddiaçı işdən azad olunma barədə bildirişi almışdır ki, 16 avqust 2021-ci il tarixdə X1ynar xəttinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və bununla əlaqədar ona kömək edilməsinə dair elektron müraciət etmişdir. İddiaçının X1ynar xəttinə şikayət etməsi onun əmək müqaviləsinə xitam verilməsi barədə bildirişi almasını təsdiq edir. Cavabdeh Respublikada “Akkord” şirkətindən sonra ikinci böyük şirkət olmuş, iddiaçı həmin şirkətin 40.000.000 manat məbləğində dəyəri olan qarajına rəhbərlik etmiş və şirkət tərəfindən işlədiyi dövrdə ona 2 bahalı texnika hədiyyə olaraq verilmişdir, həmin texnikaları hazırda icarəyə vermiş, həmin texnikalar müxtəlif ərazilərdə işləyir. 2016-cı il tarixdə yenidən nə üçün əmək müqaviləsinin bağlanılmasından xəbəri yoxdur. Eləcə də iddiaçı ilə cavabdeh şirkət arasında bağlanılmış əmək müqavilələri hazırki mübahisənin predmeti deyildir. Şirkətdə işləmiş bir neçə şəxsin şikayəti əsasında X5 tərəfindən Cavabdehndə yoxlamalar aparılmış, şirkətin sadəcə əmək haqlarını gecikdirməsi faktı aşkar edilmişdir. Lakin şirkətin ikili mühasibatlıq aparması faktı aşkar olunmamış və təsdiqini tapmamışdır. İşçi işə gəlmədiyi dövrdə ona əmək haqqı ilə bağlı ödəmələr olmuşdur. Həmin ödəmələr ödənilməyən əmək haqqı borcları ilə bağlı olmuşdur. İddiaçı ilə mütəmadi telefon vasitəsi ilə əlaqə saxlanılmış, qarşı tərəf işə gələcəyini demişdir. İddiaçının işə gəlməməsi ilə bağlı aktlar tərtib edilmişdir. Məhkəmə işə bərpa edilməsi hissəsində iddia müddətinin tətbiq edərək, o hissədə iddianı rədd etmişdir. Əgər məhkəmə iş üzrə iddia müddətini tətbiq edirsə, bu zaman tələbin bir hissəsini deyil, ümumilikdə tələbə iddia müddətini tətbiq etməklə iddianı rədd etməlidir. Məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş sual düzgün verilməmişdir. Həmçinin, qətnamənin qət etdi hissəsində qeyrimüəyyənliyə yol verilmiş, istifadə olunmamış əmək məzuniyyətinə görə 210 təqvim günü üçün pul əvəzinin tutularaq verilməsini qət etmişdir. Məhkəmə işin obyektiv həlli baxımından iş üzrə tam araşdırma aparmamış. Yalnız iddiaçının iddiasında qeyd etdikləri əsasında iddianın əsaslı olması qənaətinə gəlmişdir. Abşeron Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən İddiaçı xeyrinə 2020-ci ilin oktyabr ayı daxil olmaqla işdən azad olunduğu 17 iyul 2021-ci il tarixinədək (2021-ci ilin fevral ayında 1.500 manat və 2021-ci ilin may ayında 980 manat karta köçürülmüş məbləğ çıxılmaqla) ödənilməmiş əmək haqqı, hər gecikdirilmiş gün üçün əmək haqqına 1 faiz ödəncin məbləği olaraq 3.205 (üç min iki yüz beş) manat 80 (səksən) qəpik məbləğində pul və istifadə olunmamış əmək məzuniyyətinə görə 210 (iki yüz on) təqvim günü üçün pul əvəzi tutularaq verilməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də rədd olunması barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1908/2022 nömrəli iş üzrə 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) apellyasiya şikayəti təmin edilmə miş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, göründüyü kimi, iddiaçı onun əmək funksiyalarına aid olan tapşırığı yerinə yetirməkdən imtina etmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməyərək əmək vəzifələrinin kobud şəkildə pozulmasına yol vermişdir. İddiaçı işə gəlməməyinin səbəbini şirkətin iddiaçıya işlərin az olması əsası ilə şirkətə hələlik gəlməməsi ilə əlaqələndirsə də, bununla əlaqədar sübutları məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı heç bir üzrlü səbəb olmadan 10 aya yaxın müddəti bütün iş günü işə gəlməmişdir, ona görə də Cavabdeh tərəfindən İdd iaçı əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmaqla ləğv edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və həmin əmək haqqına gecikdirilmiş günə görə 2% ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində birinci instansiya məhkəməsi tərəfindən əsassız hesab edilməsi və təmin edilməməsi barədə gəldiyi nəticəni düzgündür. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1908/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə razılaşmayan cavabdeh kassasiya şikayəti verərək, qətnamənin apellyasiya şikayəti rədd edilən hissədə ləğv edili b, işin həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, iddiaçı məhkəmənin baxış iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Məhkəmə isə həmin ərizəni icraata qəbul etmişdir. Hesab edir ki, məhkəmə həmin ərizəni icraata qəbul etməklə prosessual pozuntuya yol vermişdir. Belə ki, məhkəmə ərizəni iddianın dəqiqləşdirilməsi ərizəsi kimi qəbul etmiş, lakin ərizəyə nəzər yetirdikdə, ərizə iddianın həcminin artırılması ilə bağlı olmuşdur. Həmin ərizə ilə iddiaçı iddia həcmini artırmış və əlavə məzuniyyət günləri üçün pul tələbi irəli sürmüşdür. Qanunverciliyin tələbinə görə, iddiaçı sözügedə n ərizəni işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər verməli idi. Məhkəmə baxışında artıq həmin ərizənin qəbulundan imtina olunmalı idi. Lakin məhkəmə qanunvericiliyin tələblərinə zidd olaraq ərizəni icraata qəbul etmiş və bununla da qanun pozuntusuna yol vermişdir. Apellyasiya məhkəməsi də bu hala fikir verməmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiya məhkəməsi) 2(102)-1441/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), Z.Əliyev və A.Abbasov) kassasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
24. Kassasiya kollegiyası kassasi ya şikayətinin dəlili ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı ilk dəfə birinci instansiya məhkəməsinə müraciət edərkən onun iddiası: 1) cavabdehin əmrinin qanunsuz və əsassız hesab edilərək işə bərpa edilməsi; 2) məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi; 3) 2020-ci il oktyabr ayından başlayaraq əmək haqqından qalan 17.020 manatın; 4) əmək haqqının verilməsinin gecikdirilmiş müddəti ərzində iddianın məhkəməyə daxil olduğu günədək hesablanaraq günə iki faiz ödəncin (2 faiz = 30 manat) olmaqla, hər həftənin şənbə və bazar günlərini çıxmaq şərtilə 338 günə görə 10.140 manatın onun xeyrinə tutulması tələblərindən ibarət olsa da, onun “İddianın dəqiqləşdirilməsi” adı ilə təqdim etdiyi ərizədə tələbləri: 1) cavabdehin əmrinin qanunsuz və əsassız hesab edilərək onun işə bərpa e dilməsi; 2) məcburi iş buraxmaya görə 2020-ci il oktyabr ayından qətnamə qəbul edilən günə qədər məcburi iş buraxma müddəti nəzərə alınmaqla, aylıq əmək haqqı 1.500 manat olmaqla, gecikdirilmiş günə görə 2% ödəncin tutulub ödənilməsi, istifadə olunmamış 210 gün məzuniyyət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi kimi ifadə olunmuşdur.
25. Göründüyü kimi, iddia ərizəsi ilə iddianın dəqiqləşdirilməsi ərizələri yalnız 1-ci tələblər hissədə eynidir. Odur ki, ikinci ərizə iddianın dəqiqləşdirilməsi deyil, dəyişdirilməsidir. İddianın dəyişdirilməsi ərizəsinin qanunvericiliklə nəzərdə tutulan müddətdə verilib-verilməməsi məsələsinə gəldikdə, işdən məlum olur ki, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşmış, işə baxılması xx.xx.2022-i il tarixə təyin edilmiş, məhkəmə baxışı 2 dəfə təxirə salınmış, iddianın dəyişdirilməsi ərizəsi xx.xx.2022-ci tarixdə təqdim olunmuş və həmin məhkəmə iclasında da qətnamə qəbul edilmiş, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlamalı olan apellyasiya instansiyası məhkəməsi bu vəzifəsini lazımi qaydada yerinə yetirməmiş, prosessual hüquq normalarının tələblərini pozaraq, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş pozuntulara hüquqi qiymət verməmiş və onları aradan qaldırmamışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
26. Apellyasiya instansiya məhkəməsinin 2(105)-1311/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qətnam əsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), A.Süleymanova və A.Mahmudov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması və maddi ziyanın ödənilməsi barədə iddia tələbi rədd edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdən görünür ki, Cavabdehndə nəqliyyat sahəsinin müdir müavini işləmiş İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir üzürlü səbəb olmadan işə çıxmamış, bununla əlaqədar olaraq xx.xx.2020- ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli işçinin üzrsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı aktlar tərtib olunmuş, daha sonra isə İddiaçı 16 iyul 2021ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilmiş, bundan sonra Cavabdeh 17 iyul 2021-ci il tarixli əmri ilə şirkətin nəqliyyat sahəsinin müdir müavini işləmiş İddiaçı heç bir üzrlü səbəb olmadan xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işə gəlməyərək əmək vəzifələrinin funksiyasını kobud şəkildə pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.
28. Göründüyü kimi, iddiaçı onun əmək funksiyalarına aid olan tapşırığı yerinə ye tirməkdən imtina etmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməyərək əmək vəzifələrinin kobud şəkildə pozulmasına yol vermişdir. İddiaçı işə gəlməməyinin səbəbini şirkətin iddiaçıya işlərin az olması əsası ilə şirkətə hələlik gəlməməsi ilə əlaqələndirsə də, hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddianı rədd etməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
29. Hazırkı mübahisəyə iddia müddətinin tətbiqi barədə məsləyə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd e tməyi zəruri hesab edir. Belə ki, işin birinci cildinin 101-ci vərəqində olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 16 iyul 2021-ci il tarixli 58 №li bildirişdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və işdən azad olunması barədə məlumat verilmiş, "xxxx" MMC-nin kuryer xidmətləri üçün mədaxil qəbzinin talonuna əsasən həmin bildiriş 16 iyul 2021-ci il tarixdə İddiaçı tərəfindən şəxsən qəbul edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətində Cavabdeh direktorunun onu haqsız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edildiyini bildirilmişdir.
30. Göründüyü kimi iddiaçının mövcud əmrin verilməsindən xəbərdar olması yuxarıda qeyd olunan halları ilə öz təsdiqini tapı r. Lakin buna baxmayaraq iddiaçı məhkəməyə 4 aydan artıq müddət keçdikdən sonra müraciət etmiş və bununla da əmək qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti buraxmışdır.
31. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şika yəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətin in məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
32. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, əmrin qanunsuz hesab edilməklə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair iddia tələbi müddətin ötürülməsi əsaslı ilə təmin edilə bilməz. İddia tələbinin 2020-ci il oktyabr ayından başlayaraq əmək haqqından qalan 17.020 manatın, əmək haqqının verilməsinin gecikdirilmiş müddəti ərzində iddianın məhkəməyə daxil olduğu günədək hesablanaraq günə iki faiz ödəncin (2 faiz=30 manat) olmaqla, hər həftənin şənbə və bazar günlərini çıxmaq şərtilə 338 günə görə 10.140 manatın tutulması hissəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanun mənasından göründüyü kimi əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş işçinin gördüyü işə (göstərdiyi xidmətə) görə işəgötürənin qabaqcadan müəyyən olunmuş normalar və qiymətlər üzrə minimum əmək haqqı məbləğindən aşağı olmamaqla pul və ya natura formasında müntəzəm surətdə ödəməyə borclu olduğu haqdır. Əmək haqqı işçiyə görülən işin müqabilində işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğdir. Nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyası nın tam və ya qismən icra olunduğu hallarda ödəmələr əmək haqqına aid ödəmələrə aid edilir.
33. Əmək Məcəlləsinin 43-cü maddəsinin c və e bəndlərinə əsasən işçinin iş yeri dedikdə, işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi başa düşülür. İşçinin əmək funksiyası dedikdə isə əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu başa düşülür. Qanunvericiliyin tələbləri baxımdan əmək haqqı işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə ödənilməlidir, lakin hazırkı işə iddiaçı tələbdə göstərilən müddət ərzində əmək funksiyasını yerinə yetirmədiyindən, ona əmək haqqı ödənilə bilməz və iddia tələbi bu hissədə də təmin edilməməlidir. Kass asiya şikayətinin və ona etirazın dəlilləri c)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik h allarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, onun pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməli, işçiyə iddiası üzrə dəymiş zərərin məbləği işəgötürən tərəfindən ödənilməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Lakin aşağı instansiya məhkəmələri işin faktiki hallarını tam olaraq araşdırmamış və guya işçinin şikayətvermə müddətini buraxdığını hesab etmişdir. İşçi əmri əldə edə bilmədikdən sonra necə məhkəməyə müraciət etsin?! Lakin məhkəmə bu fakta hüquqi qiymət verməyərək və bununla bağlı vəsatətlərini araşdırmamışdır. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi əmək münasibətlərində 1 aylıq tələb müddətinin tətbiq edilməsi ilə yanaşı, 296-cı maddənin 3-cü bəndi bu 1 aylıq müddətin başlanmasının, axımının vaxtını da müəyyən etmişdir. Bu baxımdan qanunvericilik hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi günü müəyyən etmişdir. B elə ki, hüquqi müəyyənlik prinsipinə də uyğun olaraq, əmək müqaviləsinə xitam verilməsinə dair əmr iddiaçı tərəfdə mövcud olmadığı halda iddianın əsaslandırılması, həmçinin əmək münasibətlərində heç bir yazılı sənədləşmələrə birbaşa əlçatımlığı olmayan və əmək münasibətlərində zəif bənd olan işçinin məhkəmədə hüququnun müdafiəsinin keyfiyyətli təmin olunması üçün yazılı sənədlərə, xüsusi ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmrin əldə olunduqdan sonra məhkəməyə müraciət edilməsi qanunun zərurətidir. Belə ümumliləşdirilsə, qanunvericiliyin mənasına görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Yekunda qeyd etməlidir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin iddiaçıya verilməsi gününün müəyyən edilməsi ilə bağlı hərtərəfli, tam və obyektiv araşdırma aparmadan, apellyasiya instansiyası məhkəməsinin iddia müddətinin ötürülməsi əsası ilə iddianın təmin edilməməsi barədə qətnaməsi qanunsuz və əsassız olmaqla hüquqi müəyyənlik prinsipinə ziddir. Birinci instansiya məhkəməsi və apellyasiya işə baxarkən iddia tələbinin əsaslandırılıdığı və məhkəmə araşdırmasına təqdim edilmiş sübutları sübut kimi qəbul etməməklə və onları sübut kimi qiymətlənd irməməklə, obyektiv araşdırma aparmamış, işə qərəzli yanaşmış, bununla da iddiaçıların qərəzsiz məhkəmə müdafiəsinə təminat verilməsi kimi konstitusion hüququnu pozmuşdur. Xüsusilə bildirmək istəyir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə iddiaçıya heç bir məlumat verilməmiş, pandemiya dövründə işçi dəfələrlə şirkətə getmiş, ona işlərin az olması ilə əlaqədar gedin evdə oturun işlər aktivləşən kimi sizi işə çağıracayıq və evdə boş qaldıqları zaman ərzində olan əmək haqqlarını alacaqlarını bildirmişlər. Lakin daha sonra iddiaçı ona xəbər verilmədən qanunsuz şəkildə işdən çıxarılmış və ona nə əmək kitabçası, nə də əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir. (Əmək kitabçası da 1-ci instansiya məhkəməsi zamanı məhkəməyə təqdim edilmişdi) Cavabdeh tərəf 1-ci instan siya məhkəməsində işin baxış mərhələsinə keçirilən zaman məhkəməyə təqdim etdiyi PREMİUM EXPRESS MMC-nin xx.xx.2021-ci il tarixli 211346 saylı qəbzi ilə əsaslandırmışdır ki, guya işdən azad olma barədə əmr ona təqdim edilmişdir. İddiaçı da öz növbəsində qəbzi onun imzalamadığını bildirmiş və əmrin ona aid olmadığının təyin olunması üçün xəttşunaslıq ekspertizasının keçirilməsi barədə məhkəməyə vəsatətlə müraciət etmişdir, lakin nə 1-ci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi verilən vəsatətə münasibət bildirməmiş və qəbzin guya iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən alındığını qəbul etmişdir. Burdan sual meydana gələ bilər ki, xəttşunaslıq ekspertizasının keçirilməsi barədə məhkəməyə vəsatət nəyə lazımdır?! Çünki verilən vəsatət təmin olunsa idi. iddiaçı nın həmin qəbzi imzalamadığı müəyyən olunacaqdı və cavabdeh tərəfindən müddətin keçməsi ilə bağlı etirazı ola bilməyəcəkdi və yekunda məhkəmələr iddia müddətinin axımına istinad edib iddianı rədd etməyəcəkdi, yəni məhkəmə iddiaçı tərəfin qanuni və əsaslı vəsatətini rədd etməklə bütövlükdə işin ədalətli məhkəmə araşdırılmasına təsir etmiş oldu. b) Yuxarıda qeyd olunanlardan başqa cavabdeh iddiaçını qanunsuz olaraq işdən çıxarılması ilə bağlı özünün 4 (dörd) ədəd aktını məhkəməyə təqdim etmişdir. İddiaçı həmin aktlardan məhkəmə zamanı xəbər tutmuş elə 1-ci instansiya məhkəməsi zamanı həmin aktlarda qeyd olunan şəxslərin şirkətdə işləyib işləməməsi ilə bağlı məlumatların əldə olunması üçün məhkəməyə vəsatətlə müraciət etmişdir. Lakin bir daha məhkəmə həmin vəsatəti rədd etmişdir. Bundan başqa, cavabdehin tərtib etdiyi aktların mötəbərliyi təsdiqini tapmamış, həmin aktlar iddiaçıya təqdim olunmamışdır. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72- ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Hamıya bəlli olan faktdır ki, qlobal pandemiyanın tuğyan etdiyi dünyada və ölkə ərazisində vəziyyət nəzərə alınaraq cavabdeh şirkət tərəfindən işçilərə bir müddət işə gəlməməyi, evə oturmağı və əmək haqqlarını alacaqları vədini vermişlər. Daha sonra işçidən izahat alınmadan onun əmək müqaviləsinə Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” ilə xitam verilmişdir. İşçi işəgötürəndən əmək kitabçasını və əmri tələb etsə də işəgötürən buna məhəl qo ymamışdır.(Məhkəmə prosesində hakimə təqdim etmişdir) Sonradan məhkəmə instansiyası zamanı məlum olmuşdur ki, işəgötürən əmrin əsaslandırıcı hissəsində xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli 4(dörd) ədəd akta istinad etmişdir. Bildirməlidir ki, iddiaçı əmək haqqının ala bilməməsi barədə şikayətlərini X4 göndərmiş və inzibati icraat prosesi zamanı da hətta cavabdeh nə əmri, nə də qeyd olunan aktları iddiaçıya və X4 təqdim etməmiş və araşdırma zamanı X5 pozunutu aşkar etdiyinə görə cavabdeh barəsində protokol və qərar qəbul edərək 1200 (min iki yüz) AZN cərimələmişdir. Bundan sonra məhkəməyə müraciət edəndən sonra əmr və aktlar tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Tərəfindən aktın doğruluğu ilə bağlı məhkəməyə etiraz ını bildirib aktda adları qeyd olunan şəxslərin şirkətdə işləməməsini bildirsələr və bunu araşdırılmasını xahiş etsələr də məhkəmə bu faktlara əhəmiyyət verməyərək qanunsuz və əsassız qətnamə çıxarmışdır.
36. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq: Əmək Məcəlləsi 37.Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 38.Maddə 71.Hissə
2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra inztizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 39.Maddə
71. Hissə
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 40.Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin şəkildə pozulması hesab edilir: a)özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhər li maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfin dən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verməsi. 41.Maddə
80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 42.Maddə
186. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 43.Maddə
186. Hissə
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 44.Maddə
186. Hissə
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarak terini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 45.Maddə
187. Hissə
1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 46.Maddə
300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəs ini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gəl ərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hal ları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə ətraflı araşdırma aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilməklə yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
60. Kassasiya şikayətinin dəlilləri ilə bağlı bir daha da qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin olunmuş, iddiaçının işə bərpa tələbi təmin olunmamış, əmək haqqına münasibətdə iddia tələbi qismən təmin olunmuşdur. Həmin qənamədən hər iki tərəf apellyasiya şikayəti vermiş və apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamə dəyişdirilmədən saxla nmışdır. Yalnız cavabdeh apellyasiya instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissədə mübahisələndirmişdir. İddiaçı işə bərpa tələbinə dair iddianın təmin olunmamasına baxmayaraq məhkəmələrin həmin mövqeyi ilə razılaşmış və kassasiya şikayəti verməmişdir. Kassasiya məhkəməsi həmin şikayət əsasında kassasiya icraatına başlamış prossesual əsaslarla apellyasiya instansiya məhkəməsinin qətnaməsini tam ləğv edərək baxılması üçün qaytarmışdır. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi işə bərpa tələbinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və bu zaman işdə olan sübutların düzgün araşdırılması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
61. Əmək haqqının ödənilməsi ilə bağlı iddia tələbinin rədd olunması hissəsinə mü nasibətdə isə qeyd edilməlidir ki, istinad olunan on ay ərzində üzürlü səbəb olmadan işə çıxmaması əsası ilə iddiaçı bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu vəziyyətdə aşkar olaraq müəyyən edilən hal ondan ibarətdir ki, həmin müddət ərzində iddiaçı işdə olmamış, əmək funksiyalarını və vəzifələrin yerinə yetirməmişdir. Bu halda isə həmin müddət üçün ona əmək haqqının ödənilməsi mümkün hesab edilə biləmz.
62. İddiaçı pandemiya dövrü olduğu, buna görə cavabdehin ona işə çıxmamağı bildirməsini və bu üzürlü səbəbdən işə gəlmədiyini göstərsə də, işin faktiki halların araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrə bunnula bağlı sübutları təqdim etməmiş və məhkəmlər isə düzgün olaraq belə sübutların mövcud olmaması nəticəsinə gəlmişlər.
63. Kassasiya şikayətinin digər dəlilləri işin hal larının düzgün müəyyən edilməməsi və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki ha llarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1311/23 nömrəli, 30 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.