Məhkəmə qərarları › İş №2(102)-4835/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4835/2020

04.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq p
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4835/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi və zərərin əvəzinin ödənilməsi) 04.11.2020 Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər x ində qo nşudurlar. Sahibliklərində olan torpaq sahələri və tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bununla belə, Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən iddiaçının torpaq sahəsinə və tikilisinə dair özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair 2005-ci ilin iyul ayında verilmiş hesabat mövcuddur.

2. İddiaçı bildirir ki, cavabdeh onun həyətinin aşağı tərəfindəki, daşdan tikdiyi divarların daşlarını sökərək kərpicdən onun evinin divarında hamam tikmişdir. Hamamın yanına onun evinin divarına bitişik iri bir su çəni qoymuşdur. Hamamın və çənin suyu il boyu onun evinə axıdılmış, evdəki əşyaları tamamilə yararsız vəziyyətə düşmüşdür. Cavabdeh ona məxsus evin divarında qanunsuz hamam tikmiş və onun öz div arından istifadəsinə ciddi maneələr yaratmışdır.

3. Cavabdeh isə bildirir ki, həmin yerdə iddiaçıdan əvvəl özü yaşamışdır. Tikdiyi hamam iddiaçının ərazisində deyil, əksinə iddiaçı onun torpağına girmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin divarının üstündə inşa edilmiş qanunsuz tikilinin (hamamın) sökülməsi, maddi ziyana görə cavabdehdən 1000 (bir min) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Hətəmzadə) xx xxxxxx 2019-cu il tarixli, 2(001)-316/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, məhkəmə xərcləri iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının ümumi dəyəri olan 150 (bir yüz əlli) manatın İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, ünvan 1 kimi göstərilən tikili və tikilinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyətdə deyil.Tikilinin və tikintialtı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınması barədə sənədlər təqdim edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Hesabatı isə həmin tikiliyə və tikilinin yerləşdiyi torpaq sahəsinə hüquqverən sənəd kimi qəbul edilə bilməz. İddiaçı həmin tikili üzərində hüquqları nın müdafiə olunması barədə tələb irəli sürmüşdür. Məhkəmə nəzərə almışdır ki, bu tələbin əsaslı hesab edilməsi üçün İddiaçı əmlak hüquqlarının mövcud olması tələb olunur. İddiaçının isə göründüyü kimi belə hüququ yoxdur, istifadə etdiyi tikili isə özbaşına tikili, tikilinin yerləşdiyi torpaq sahəsi isə zəbtdir. ünvan 1 ünvanda yerləşən tikiliyə və tikintialtı torpaq sahəsinə dair İddiaçı qanuni əsaslarla yaranmış hər hansı hüququ mövcud olmadığı və bu mənada o müvafiq subyektiv hüquqa malik olmadığı üçün başqa şəxslərdən, konkret halda isə Cavabdeh mövcud olmayan hüquqlarına yaradılan təsirlərə son qoyulmasını, özbaşına tikililərin sökülməsini və torpaq sahəsindən çıxarılmasını tələb edə bilməz. Başqa sözlə, hazırki mübahisənin mahiyyət etibarilə özbaşına tikintidən istifadəyə yaradılan məhdudiyyətlərin aradan qaldırılması hissəsi öz mahiyyətinə görə hüquq haqqında mübahisə kimi qiymətləndirilə bilinmədiyindən iddia tələbi əsassız olduğu üçün təmin edilə bilməz. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) xx xxxxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlillə ri

9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə çıxarmış olduğu qətnaməsində göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspert Mərkəzinin 19166 saylı, xx xxxxxx 2018-ci il tarixli ekspert rəyindən görünür ki, mülki işin materiallarında və mövcud elektron bazada ölçülmüş torpaq sahəsinə kiməsə mülkiyyət hüququna dair texniki və hüquqi sənədin verilməsi barədə məlumat olmadığından ekspert qarşısında qoyulmuş sualları cavablandırmaq mümkün olmamışdır. İddiaçı bununla bağlı qeyd etmişdir ki, ekspert göstərilən ünvana gəlməmiş və onun gəlməsini iddiaçı görməmişdir. Ola bilsin ki, həmin ekspert heç düzgün ərazini də seçməmişdir. Onun bu rəyi tam əsassızdır. Apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, işin faktiki hallarını tam araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili, kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

15. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

16. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

17. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

18. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

19. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

22. Maddə 1098.1-1098.2. Gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Azərbaycan Respublikasının M ülki Prosessual Məcəlləsi:

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

27. Maddə 217.3. Qətn amə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Kassasiya baxışının hədləri

28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya inst ansiyası məhkəməsinin mövqeyi

30. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi iddiaçı, qonşusu olan cavabdehin sahiblik və istifadəsində olan evinin divarına bitişik hamam tikdiyini, su çəni qoyduğunu, bunun nəticəsində evinə su axdığını, əmlakına zərər dəydiyini bildirir, bununla əlaqədar qanunsuz tikilinin sökülməsini və zərərin əvəzinin ödənilməsini tələb edir.

31. Birinci instansiya məhkəməsi iş üzrə təyin etdiyi tikinti texniki ekspertizası qarşısında iddiaçının torpaq sahəsinin sərhədləri, cavabdeh tərəfindən oraya hansı hissədə və həcmdə müdaxilənin olması, cavabdehin inşa etdiyi hamamın iddiaçının torpaq sahəsindən istifadəsinə maneçilik yaratması ilə bağlı suallar qoyulmuşdur.

32. Ədliyyə Nazirliyi Məhkəmə Ekspert Mərkəzinin 24082 saylı, xx xxxxxxx 2019-cu il tarixli eksp ert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2019- cu il tarixli **********17 saylı mütəxəssis rəyinə əsasən mülki işin materiallarında və elektron bazada İddiaçı və Cavabdeh Zülfiqar oğlunun torpaq sahəsinə aid hüquqi sənədlər aşkar edilmədiyindən həmin torpaq sahəsinə qonşu torpaq sahəsinin sahibi olan Cavabdeh tərəfindən müdaxilə olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. O cümlədən iş materiallarında və elektron bazada İddiaçı və Cavabdeh inşa etdiyi sanitar qovşağının İddiaçı özünə məxsus torpaq sahəsindən istifadəsinə maneə yaradıb-yaratmamasını müəyyən etmək mümkün olmamışdır.

33. Göründüyü kimi, iddiaçı ərizəsində cavabdeh in onun evinin divarına bitişik inşa etdiyi hamamdan və qoyduğu su çənindən ona məxsus evə su axması nəticəsində zərər dəydiyini, öz əmlakından istifadəsinə maneçilik törədildiyini bildirmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddianın əsasında duran əhəmiyyətli halları faktiki vəziyyətdə mübahisəli tikili və çənin iddiaçının evindən istifadəsinə texniki cəhətdən maneçilik yaradıb-yaratmamasını, iddiaçının əmlakına zərər dəyibdəyməməsini ekspertiza yolu ilə yoxlamamışdır. Halbuki, hazırkı mübahisənin düzgün həlli üçün həmin xüsusatların xüsusi biliyə malik ekspert qarşısında sual qoyulmaqla aydınlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

34. Məhkəmələr tərəflərin sahibliklərində olan torpaq sahəsi və tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyini, onları n özbaşına tikili və zəbt sayıldığını əsas gətirərək iddianı rədd etmişlər. Bununla belə nəzərə alınmamışdır ki, mülki qanunvericilik sahibliyin, o cümlədən mülkiyyətçi olmayan, lakin əşyaya digər əmlak hüquqları ilə sahiblik edən şəxslərin müdafiəsinə təminat verdiyi kimi, qonşunun əmlakına hədsiz və qanunsuz təsirləri, o cümlədən təqsirli şəkildə törədilən və zərər yetirən qeyri-hüquqi əməlləri (mülki hüquq pozuntusunu) da qadağan edir

35. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, sadalanan maddi hüquq normalarını tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasın a dair prosessual hüquq normalarına əməl etməmişdir (§ 23, 26-27). Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.

36. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

37. Göstərilənlərə əsasən və MPM-nin 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qü

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar