Məhkəmə qərarları › İş №2(102)-4836/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4836/2022

06.09.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4836/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Neftçala rayon Aşağı Surra bələdiyyəsinə, Neftçala rayon Notariat ofisinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 13 saylı Ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4836/2022 Açar sözlər: mübahisənin mülki, yaxud inzibati məhkəməsinə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Neftçala rayon Aşağı Surra bələdiyyəsinə, Neftçala rayon Notariat ofisinə və Əmlak Məsələlər i Dövlət Komitəsi yanında DƏDRX-nin 13 saylı Ərazi idarəsinə qarşı “alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)- 1289/2022 nömrəli iş üzrə 22 iyun 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 06 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Neftçala rayon Aşağı Surra bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 04 saylı iclas qərarının, Neftçala rayon Notariat ofisinin xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və onu n hüquqi nəticələrinin - Cavabdeh3 adına həmin torpaq sahəsinə dair DƏDRX-nin 13 saylı Şirvan Ərazi idarəsindən verilmiş Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Neftçala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(053)-06/2022 saylı, 22 fevral 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Tağıyev) iddianın rədd edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

4. Apellyasiya məhkəməsinin iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı tərəfindən Neftçala rayon Aşağı Surra bələdiyyəsinin xx.xx.2017ci il tarixli, 04 saylı iclas qərarının mübahisələndirilməsinə inzibati məhkəmə icra atı qaydasında baxılmalı idi.

5. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1289/2022 nömrəli iş ürzə 22 iyun 2022-ci il tarixli qərardadı ilə (hakimlər – S.Mayılov (sədrlik edən və məruzəçi), N.Mirzəyev və O.İsmayılov) apellyasiya şikayəti Neftçala rayon Aşağı Surra bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 04 saylı iclas qərarının etibarsız hesab edilməsinə dair həssədə qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “iddia tələbinin Neftçala rayon Aşağı Surra bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 04 saylı iclas qərarının etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi” hissəsində ləğv edilib, həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

6. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nətic ə ilə bağlı qeyd etmişdir ki, iddiaçının tələbinin bir hissəsi bələdiyyənin qərarının mübahisələndirilməsi ilə bağlıdır.

7. Belə ki, iddia Neftçala rayon Aşağı Surra bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 04 saylı iclas qərarının etibarsız hesab edilməsi hissəsində inzibati xarakterlidir və birinci instansiya məhkəməsi iddianı həmin hissədə icraata qəbul edərkən məhkəmə aidiyyəti məsələsini düzgün müəyyən etməmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli Qərarının 6.1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 261.0.1, 384.0.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı et irazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı (Vəkil) apellyasiya instansiyası məhkəməsinin həmin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə inzibati orqanın qanunsuz fəaliyyətinin həyata keçirilməsi ilə deyil, Cavabdeh3 tərəfindən qanunsuz əldə edilmiş, iddiaçının sahiblik və istifadəsində olan torpaq sahəsi ilə bağlıdır. Tərəflər fiziki şəxslərdir. Aralarındaki münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aiddir.

11. Kassator şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli Qərarının 2, 3.1, 5.2-ci bəndlərinə, MPM-nin 24.2, 32.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli Qərarının 6.1 bəndi.

13. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında on ların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

15. Maddə 403-1.8.1. Kassasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

16. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

17. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

18. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlar a və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, iddiaçı Hüseynov X1 rayon Aşağı Surra bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 04 saylı iclas qərarının, Neftçala rayon Notariat ofisinin xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin - Cavabdeh3 adına həmin torpaq sahəsinə dair DƏDRX-nin 13 saylı Şirvan Ərazi idarəsindən verilmiş Çıxarışın etibarsız hesab edilməsini tələb etmişdir.

22. İddiaçının mübahisələndirdiyi Neftçala rayon Aşağı Surra bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 04 saylı iclas qərarı bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh3 satılması (mülkiyyətinə verilməsi) ilə bağlı qərardır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015ci il tarixli Qərarının 6.1 bəndində deyilir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

24. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1289/2022 nömrəli iş üzrə 22 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə mini

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar