Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4840/2023 01.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ (Kassasiya şikayətinin icraata qəbul edilməməsinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1139/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləvğedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləvğedicisi Əmanətlərin Sığortalanma sı Fondu (vəkili Vəkil2) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1139/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətini təsdiq edən sənəd əlavə edilməlidir. Mülki Məcəllənin 362.5-ci maddəsinə görə hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Mülki Prosessual Məcəllənin 74.2-c i maddəsinə görə məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Hazırki kassasiya şikayətini ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləvğedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi kimi Nümayəndə1 və Vəkil2 imzalamışdır. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləvğedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş etibarnamədən görünür ki, Nümayəndə1 “LPO İddiaçı ASC-nin adından Azərbaycan Respublikasının bütün məhkəmə və icra orqanlarında onu iddia ərizələrini, apellyasiya və kassasiya şikayətlərini imza səlahiyyəti olmadan təmsil etmək, həmçinin məhkəmə aktlarından şikayət vermək səlahiyyəti verilmişdir. Etibarnamədə sadalanan bu səlahiyyət lər özü-özlüyündə ziddiyyət təşkil edir. Təmsil edilən bir tərəfdən təmsilçini kassasiya şikayətini imzalamaq səlahiyyətindən məhrum etmiş, digər tərəfdən ona məhkəmə aktlarından şikayət vermək hüququ verməklə etibarnamədə bir-birinə zidd olan səlahiyyətləri göstərmişdir. Buna görə də kassasiya şikayətini imzalamış nümayəndənin buna səlahiyyətinin olub-olmaması etibarnamədən açıq şəkildə görünmür. Başqa sözlə, kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş qaydaya riayət edilməmişdir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ o lmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan kassasiya instansiyasına göndərməklə həmin Məcəllənin 409-cu maddəsinin tələblərinə əməl etməmişdir. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləvğedicisi Əmanətlərin Sığortalanması Fondunun Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1139/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-4840/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-4840/2023
01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver