Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4841/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4841/20 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun hesablanması problemləri ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) X1 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)14716/2019 n ömrəli, xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə börcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli, 022 İK saylı kredit müqaviləsi üzrə 20549,08 ABŞ dolları əsas borc, 8152,98 ABŞ dolları faiz borcu, 178,45 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 28880,51 ABŞ dolları məbləğində bo rcun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumun tutulması, tutmanın Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67.31 kv.m, 38.71 kv.m yaşayış və 28.6 kv.m yardımçı sahədən ibarət 71 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin mənzildən çıxarılmaları, mənz ilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 ilə "İddiaçı” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 022 İK saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3180/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim S.Mehrəliyev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada xx.xx.2015-ci il tarixli, 022 İK saylı kredit müqaviləsi üzrə 20549,08 ABŞ dolları əsas borc, 1957,87 ABŞ dolları faiz, 8,45 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 22515,40 ABŞ dolları məbləğində borc və 46,80 məhkəmə xərcləri ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulma sı, tutmanın ipoteka qoyulmuş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67.31 kv.m, 38.71 kv.m yaşayış və 28.6 kv.m yardımçı sahədən ibarət 71 nömrəli mənzilinə yönəldilərək ilkin satış qiymətinin 85000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş vəsait pul tələbinin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh5 tutulması, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67.31 kv.m, 38.71 kv.m yaşayış və 28.6 kv.m yardımçı sahədən ibarət 71 nömrəli mənzilinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh2, Cava bdeh3, Cavabdeh4 və Cavabdeh6 mənzildən çıxarılsın və mənzilin boşaldılması, "xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 022 İK saylı kredit müqaviləsi ləğv edilməsi, iddia tələbinin "tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin banka təhvil verilməsi” hissələrində təmin edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 113,10 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh5 31,90 manat hissəsi iddiaçı ləğv prosesində olan "xxxx" ASC-dən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 319.1, 319.6, 385.1, 386.1, 421.2, 425.1, 427.3, 442, 445.1-445.2.1, 448.1, 470.1, 472.2, “İ poteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.-34.1.4, 59.3.1, 59.3.2, 59.4-cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-X.Mərdanova (sərlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14716/19 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3180/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçı ləğv prosesində olan “xxxx”ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı Ləğv prosesində olan “xx xx” ASC kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit vaxtında ödənilməyəndə müqaviləyə əsasən ikiqat faiz tutulmalı idi. Ekspert faizi ikiqat hesablamamaqda səhvə yol verib. Eyni zamanda ipoteka predmetinin dəyərini müəyyən edərkən də ekspert əsassış şişirdilmiş qiymət müəyyən etmişdir. Ekspert rəyi yekun qərar qəbul etmək üçün yeganə sübut olmamalı, digər sübutlarla birgə yoxlanmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatl andırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı ASC borcun məbləğini və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətini mübahisələndirir. Borcun məbləği ilə bağlı: Borcun məbləğinin müəyyən edilməsi üçün m əhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və 22187 saylı, xx.xx.2019-cu il tarixli rəyinə əsasən, Cavabdeh1 LPO İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixə (maliyyə arayışı verilən tarixə) olan borcu, faiz borc üzrə 1957,87 ABŞ dolları müəyyən edilmişdir. Həmin rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hərhansı dəlil məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, mübahisəli məsələ ilə bağlı xüsusi biliyə malik olan ekspert rəyinin qüvvədən salınması üçün həmin rəyin obyektivliyini şübhə altına alan sübutlar olmalıdır. Nə qədər ki, bank belə sübutları təqdim etməyib, ekspert rəyinin obyektivliyi prezumpsiyası var. Bundan başqa, məhkəmə kollegiyası öhdəliyi icra etmədikdə faiz borcunun ikiqat hesablanması dəlili ilə bağlı qeyd edir ki, hazırkı vaxtda və şəraitdə belə tələb in təmin olunması hüquqdan sui-istifadə kimi dəyərləndirilə bilər. Əvvəla, kredit müqaviləsi ABŞ dolları ilə bağlanmışdır. Bəlli bir haldır ki, son illər Azərbaycan manatı ABŞ dollarına nisbətdə devalvasiyaya uğraması nəticəsində xarici valyuta ilə borcalanların vəziyyəti pisləşmişdir. İkincisi, kredit müqaviləsi illik 20 % ödəmək şərti ilə verildiyindən qalıq borcuna 40% faiz hesablanması ədalətli deyil. Eyni zamanda nəzərə almaq lazımdır ki, öhdləyin vaxtında icra edilməməsi ilə bağlı həm ikiqat faiz və həm də dəbbə pulu tələb olunması onsuzda ağır vəziyyətdə olan borclunun vəziyyətini daha ağırlaşdırmaqla öhdəliyin icrasını çətinləşdirir. Əmlakın ilkin satış qiyməti ilə bağlı: “xxxx” MMC-nin Ç-566 saylı xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, X saylı mənzi lin bazar dəyəri 85.000 manat müəyyən olunur. İş materiallarından görünür ki, ipoteka qoyan ilə ipoteka saxlayan arasında ipoteka müqaviləsi bağlanarkən sözügedən əmlak 70000 manat məbləğində qiymətləndirilmiş, işə birinci instansiya məhkəməsində baxılarkən onun qiyməti ilə bağlı ekspert rəyi alınmış, həmin rəy əsasında mənzilin ilkin satış qiyməti müəyyən olunmuşdur. Yuxarıda qeyd olunduğu kimi (ekspert rəyi ilə bağlı) iddiaçı bank əmlakın dəyərinin, heç olmasa likvid dəyərinin həmin məbləğdən aşağı olmasına dair heç bir sübut təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rə hbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14716/2019 nömrəli iş üzrə xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.