Məhkəmə qərarları › İş №2(102)-4846/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4846/2019

26.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4846/2019 26.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X7, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının nümayəndəsi X3, vəkili X5, cavabdehin vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 fevral 2019- cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev) İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, Cavabdeh ona məxsus olan bütün əşyaları ilə birlikdə ünvan 1 ünvanda yerləşən mənzildən və təsərrüfat anbarından çıxarılmış, Cavabdeh İddiaçı xeyrinə dəymiş maddi zərərə görə 9909 (doqquz min doqquz yüz doqquz ) manat puun tutulması qət edilmiş, ilk iddia tələbi qalan hissədə təmin edilməmiş, Cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərər tələbinə dair qarşılıqlı iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK -nın 06 fevral 2019-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Cəmilova, hakimlər İ.Xəlilov və İ.Kərimli) Nizami rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 fevral 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya i nstansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərər tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 01 dekabr 2016-cı il tarixdə icar ə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan 40 kv.m.olan qeyri-yaşayış sahəsi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə Cavabdeh istifadəsinə vermişdir. Sonuncu isə hər ay 700 manat aylıq icarə haqqını ödəyəcəyini öhdəsinə götürmüşdür. Bundan başqa, İddiaçı həmin qeyri-yaşayış sahəsinin tərkib hissəsi olan 8 kv.m. sahəni X1 istifadəsinə aylıq icarə haqqı 300 manat müəyyən olunmaqla icarəyə vermişdir. Lakin Cavabdeh ilə İddiaçı arasında mübahisə ilə əlaqədar O.Allahverdiyeva həmin sahədən istifadə edə bilməmişdir. Belə ki, Cavabdeh sonuncunu həmin sahəyə buraxmamış və həmin sahənin qıfılını mülkiyyətçinin razılığı olmadan dəyişmişdir. Beləliklə mülkiyyətçi özünə məxsus olan qeyd olunan qeyri-yaşayış sahənin istifadəsinə görə aylıq 300 manat qazancd an məhrum olmuşdur. Cavabdeh üzərinə düşən müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra edə bilmədiyi üçün müqaviləyə xitam verilməsi barədə İddiaçı tərəfindən ona rəsmi bildiriş göndərilmiş və icarə haqqının ödənilməsi tələb olunmuşdur. Lakin dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq Cavabdeh icarə haqqını ödəməmiş, X2 onun istifadəsinə verilmiş qeyri yaşayış sahəsindən istifadə etməyə imkan verməmişdir. Nəticədə Cavabdeh həm özünün, həm də X1 istifadəsinə verilmiş qeyri-yaşayış sahələrini boşaltmamış hər iki icarə müqaviləsinə görə onun təqsiri üzündən mülkiyyətçiyə ziyan dəymişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 22 saylı evin 32 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. 01 dekabr 2016-cı il tarixli icarə müqaviləsinə əsasən İddia çı onun xüsusi mülkiyyətində ümumi sahəsi 40 kv.m.olan və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasını Cavabdeh öz sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə icarəyə vermişdir. (bərbər fəaliyyəti). Sahənin aylıq icarə haqqı 700 manat təşkil edir. İcarənin müddəti müqavilə imzaladığı tarixdən etibarən 06 ay təşkil edir. Eyni zamanda iş materiallarından görünür ki, Bakı Şəhər Nizami Bələdiyyəsinin 14 noyabr 2017- ci il tarixli qərarına əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 22 saylı binanın arxasında, eskizdə göstərilən mövcüd təsərrüfat anbarı İddiaçı adına qeydiyyata alınaraq anbardan istifadəyə görə bələdiyyə ödənişinə cəlb edilməsi qərara alınmışdır. 19 noyabr 2017-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı ünvan 2 ünvanında 8 kv.m.olan yerləşən qeyri-y aşayış sahəsini X2 öz sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə icarəyə vermişdir. (dərzi fəaliyyəti). Sahənin aylıq icarə haqqı 300 manat təşkil edir. İcarənin müddəti müqavilə imzaladığı tarixdən etibarən 01 il təşkil edir. İş materiallarından görünür ki, Cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün ona icarə obyektinin boşaldılması və icarə haqqı borcunun ödənilməsi barədə dəfələrlə xəbərdar edilmişdir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 2017-ci ilin oktyabr ayından icarə haqqı ödəməmişdir və onun hüquqazidd əməllərinə görə X4 2018-ci ilin yanvar ayından icarə fəaliyyətini həyata keçirə bilmir. Ona görə də ilk iddia üzrə iddiaçıya dəymiş ziyanın məbləği aşağıdakı qaydada hesablanmalıdır. Ca vabdeh ilə bağlanmış icarə müqaviləsi üzrə 7000 manat (2017-ci ilin oktyabr ayından 2018-ci ilin avqust ayına qədər olan 10 ayın icarə haqqına görə hər ay 700 manat olmaqla) X4 ilə bağlanmış icarə müqaviləsi üzrə 3000 manat (2017-ci ilin noyabr ayından 2018-ci ilin avqust ayna qədər olan 10 ayın icarə haqqı hər ay 300 manat olmaqla) Cəmi:10000 manat. İlk iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdehdən 9909 manat tələb etdiyi üçün dəymiş zərərlə bağlı hissədə iddia - 9909 manat məbləğdə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: Həmin Məcəllənin 685.2.1. –ci maddəsinə görə kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə. Həmin Məcəllənin 685.2.2-ci maddəsinə əsasən ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Qeyd olunanlara və istinad edilən maddi-hüquq normalarına əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ilk iddia cavabdehin ona məxsus olan bütün əşyaları ilə birlikdə ünvan 1 ünvanda yerləşən mənzildən və təsərrüfat anbarından çıxarılması hissəsində əsaslı olduğundan təmin olunmalı, dəymiş maddi zərərin ödənilməsi hissəsində isə qismən - 9909 manat məbləğində təmin olunmalıdır. Qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 680.1-ci maddəsinə əsasən Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: Həmin Məcəllənin 680.1.1-ci maddəsinə görə binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında istismar, qulluq və təmizləmə xərcləri əvəzi ödənilən xərclərə aid deyildir. Həmin Məcəllənin 1090.2-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Göründüyü kimi, sahibkarın (kirayədarın) razılığı olmadan icarəçinin (kirayəçinin) gördüyü yaxşılaşdırma xərclərini tələb etmək hüququ qanunla nəzərdə tutulmamışdır. Bundan başqa, cavabdeh icarə müqaviləsi üzrə istifadə etdiyi sahədə 7.500 manat məbləğində təmir işləri görməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası 7.500 manat məbləğində təmir xərclərinin tələb olunması hissəs ində qarşılıqlı iddianı əsassız hesab edir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar