Məhkəmə qərarları › İş №2(102)-4848/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4848/2022

13.09.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4848/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-51/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfin dən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 24 avqust 2004-cü il tarixdə Cavabdeh2 ilə nikah münasibətlərinə daxil olmuş, həmin nikahdan xx.xx.2007-ci il təvəllüdlü Mvə xx.xx.2010-cu il təvəllüdlü Radlı uşaqları doğulmuşdur.

2. Cavabdeh2 ilə "xxxx" MMC arasında 21 iyun 2012-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, "xxxx" MMC yaşayış massivinin 1 saylı küçəsində inşa edilmiş 2 saylı, 4 mərtəbəli yaşayış binasından 13 saylı mənzilin alğı-satqısı barədə müqavilə bağlanmış, xx.xx.2014-cü il tarixdə mənzilin pay dəyəri 26862 manat pul tam ödənilmişdir.

3. İddiaçı xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhəri 6 saylı Dövlət notariat kontorund a təsdiqlənmiş, reyestrdə 7E-4617 № ilə qeyd edilmiş ərizə verərək, Cavabdeh2 adına olan, "xxxx" MMC tərəfindən ünvan yerləşən 13 №-li mənzilin istənilən şəxsə satılmasına və istənilən şəxsin adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin Cavabdeh2 xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-nin direktoruna ərizə ilə müraciət edərək, qeyd olunan mənzilin qarşılıqlı razılıq əsasında Cavabdeh3 adına rəsmiləşdirilməsini xahiş etmişdir.

4. Bundan sonra, yəni xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış M-2591 №-li mənzilin alğı-satqı müqaviləsi əsasında "xxxx" MMC ünvan yerləşən 13 №-li mənzili 26862 manat qiymətinə alıcı Cavabdeh3 satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməy ə müraciət edərək, Cavabdeh3 ilə "xxxx" MMCnin arasında bağlanmış M-2591 nömrəli, xx.xx.2017-ci il tarixli mənzilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun həmin mənzilə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, hazırda öz ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binə qəsəbəsində yerləşən özbaşına tikilidə kirayədə yaşayırlar. Həyat yoldaşı hərbi xidmət dövrü başa çatdıqdan sonra Mərdəkan qəsəbəsində hərbi liseydə işə daxil olmuş, bununla əlaqədar olaraq onlar fərdi yaşayış evində kirayədə qalmağa məcbur olmuşlar. Eyni zamanda Xırdalanda olan evi kirayəyə vermişlər ki, yaşadıqları evin aylıq kirayə haqqını ödəyə bilsinlər. 05 may 2019-cu il tarixdə o, təkidlə tələb etmişdir ki, gedib bir ye rdə Xırdalanda olan evə baş çəksinlər. Həyat yoldaşı məcburiyyət qarşısında qalıb evi satdığını ona etiraf etmişdir. Bununla əlaqədar Cavabdeh2 məxsus ünvanyaşayış binasında 13 saylı mənzilin satılmasına dair sənədlərin surətləri tələb olunmuş, sənədlər təqdim oİunanda birgə nikah dövründə əldə edilmiş mənzilin "xxxx" MMC-nin M-2591 nömrəli xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi ilə Cavabdeh3 1 kv. metri 555 manata satılması, bunun üçün Sumqayıt səhəri 6 saylı notariat kontoru tərəfindən tərtib edilmiş, 7E-4617 nömrə ilə qeydə alınmış, xx.xx.2017-ci il tarixli ərizədə «imza qrafasında» olan imzanın ona məxsus olmadığı, onun imzasının saxtalaşdırılaraq icra olunduğu aşkar edilmişdir. Hesab edir ki, imzası saxtalaşdırılmaqla tərtib edilmiş razılıq ərizəsi əsasında Cavabdeh3 ilə "xxxx " MMC-nin arasında bağlanmış M-2591 nömrəli xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və bu fakt araşdırılaraq hüquqi qiymət verilməsi məqsədi ilə aidiyyəti prokurora xəbər verilməlidir. Hətta evin satılmasına dair razılıq ərizəsində onun əlaqə nömrəsi olaraq göstərilən nömrə də ona məxsus deyildir. O, həyat yoldaşı Cavabdeh2 və uşaqları ilə kirayədə qamışdır, kirayə pulunu isə hazırda mübahisə predmeti olan evdən aldıqları kirayə pulu ilə ödəmişdir. RRkirayədən aldığı pulu evə gətirməyəndə nə olduğunu israrla soruşmağa başlamış, RRisə ona evi Cavabdeh3 adlı şəxsə 41000 manata satdığını demişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh3 mənzili neçəyə aldığını soruşanda da Dursun ona mənzili 41000 manata aldığını bildirmişdir. Evin satıl masına görə aralarında narazılıq yaranmış və 2019-cu ilin may ayında RRevi tərk etmişdir. Həmin vaxtdan bəri RRilə heç bir əlaqəsi yoxdur və RRin harada olduğunu bilmir. Cavabdeh2 harada olması ilə bağlı RRin valideynlərinə müraciət etdikdə ona RRin harada olduğunu bilmədiklərini demişlər.

7. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh2 şirkətə ərizə ilə müraciət edərək, "xxxx" MMC ilə onun arasında bağlanmış mənzilin alqı-satqı müqaviləsinin itməsini bildirmişdir. Bundan əlavə olaraq, Cavabdeh2 Lerik Rayon Polis İdarəsinin müqavilənin itməsinə dair ərizəsini də təqdim edərək ona müqavilənin yenidən təqdim edilməsini xahiş etmişdir. Daha sonradan Cavabdeh2 özünün və həyat yoldaşı İddiaçı adından notariusda təsdiq edilmiş mənzildən i mtina edilməsinə dair ərizə təqdim etmişdir. Notariusda təsdiq edilmiş ərizənin həqiqi olması şirkət rəhbərliyində hər hansı bir şübhə doğurmamaqla bərabər, onlar notariusun təsdiq etdiyi ərizələri yenidən yoxlamaq səlahiyyətinə malik deyil. Cavabdeh2 imtina etdiyi mənzilə alıcını da özü tapmış və onlara yalnız mənzilin yeni alıcı Cavabdeh3 adına rəsmiləşdirilməsi üçün müraciət etmişdir. Mənzilin yenidən satılması zamanı "xxxx" MMC-nin xəzinədarlığına hər hansı bir vəsait daxil olmamışdır. Onlar yalnız satılan mənzili Cavabdeh3 adına rəsmiləşdirməklə bağlı etdikləri xidmət üçün tərəflərdən komisyon haqqı tutmuşlar. İddiaçı mənzildən imtina etməsinə dair ərizəsinin əsli onlarda mövcud olmuşdur. İddiaçının vəkili onlara İddiaçı mənzildən imtina etməsinə dair ərizənin təqdim edilməsinə dair v əkil sorğusu verəndə o, ərizənin əslindən surət çıxararaq öz qovluğuna əlavə etmişdi. Lakin şirkətin binası başqa bir yerə köçürüldüyünə görə dəftərxanada saxlanılan bir çox sənəd itmişdir. O, iddianın təmin olunub olunmamasını məhkəmənin mülahizəsinə buraxır.

8. Cavabdeh3 nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, anası Cavabdeh3 mübahisəli mənzili Ceyhun adlı makler vasitəsilə almışdır. Belə ki, anası mənzil almaq istədiyi üçün maklerə müraciət etmiş və onlar həmin makler vasitəsilə RRlə görüşmüşlər. Onlar mənzili alanadək RRi tanımamışlar. Mənzil üçün anası Cavabdeh3 tərəfindən ümumilikdə, 41000 manat pul ödənilmiş və həmin pul Cavabdeh2 verilmişdir. Belə ki, əvvəla 26000 manat ödənilmişdir. Eyni zamanda onlara satılan mənzil tam təmirli olduğu üçün müqavilədən kənar mənzilin təmiri üçün Cavabdeh2 əlavə olaraq, 15000 manat da ödəmişlər. Cavabdeh2 mənzili satmazdan əvvəl kirayə vermişdir. Kirayəçi isə mənzili pis vəziyyətə salmışdır. Təmir işləri üçün mənzilə 2700 manat xərc də çəkmişlər. Mübahisəli mənzili alanda iddiaçının adından mənzilin satılmasına dair ərizənin saxtalaşdırılmasından məlumatları olmamışdır. Ərizənin həqiqiliyini "xxxx" MMC yoxlamalı idi. Anası mənzilin dəyərini ödəməklə mənzili tam qanuni şəkildə almışdır. Anasının mənzilin iddiaçının məlumatı olmadan satılmasında heç bir qəbahəti yoxdur. Eyni zamanda Cavabdeh2lə İddiaçı arasındakı nikah hələ də pozulmamışdır. Ola bilsin ki, İddiaçı ilə Cavabdeh2 bu işdə əlbirdirlər. Mənzilin alqı-satqısı üçün cavabdehə pul ödəliklərinə dair qəbz yoxdur. Mənzili 2017-ci ilin dekabr ayının 2- də almışlar və həmin tarixdən anası ilə sözügedən mənzildə yaşayırlar.

9. Sumqayıt şəhəri 4 saylı notariat ofisi məhkəmənin sorğusuna xx.xx.2019-cu il tarixli, 3099 saylı cavab məktubunda bildirmişdir ki, Sumqayıt şəhəri 6 saylı Dövlət notariat kontorunun 7E jurnalında xx.xx.2017-ci il tarixdə vətəndaş İddiaçı ilə bağlı notariat hərəkəti aparılmamış, 7E-4617 №-li, xx.xx.2017-ci il tarixli notariat hərəkəti vətəndaş X2 tərəfindən aparılmışdır.

10. Abşeron Rayon Məhkəməsinin 2(012)-268/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia qismən təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, M-2591 №-li mənzilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 41000 manat pulun alınaraq Cavabdeh3 verilməsi, iddia təl əbinin İddiaçı mübahisə predmeti olan evə mülkiyyət hüququnun tanınması hissəsində rədd olunması qət edilmişdir.

11. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh2 mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada pay haqqı ödəyərək "xxxx" MMC üzvü olmuş və müqaviləyə əsasən "xxxx" MMC ünvan yerləşən 13 №-li mənzili əldə etmiş, mübahisəli mənzilin pay haqqı İddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə tam ödənilmiş, Cavabdeh2 həyat yoldaşı İddiaçı xəbəri olmadan pay hüququndan imtina edərək mübahisəli mənzili İddiaçı adından saxta razılıq ərizəsi əsasında Cavabdeh3 41000 manata satılmasına nail olmuş, Sumqayıt şəhəri 4 saylı notariat ofisinin sorğuya cavab məktubuna əsasən Sumqayıt şəhəri 6 saylı Dövlət notariat kontorunun 7E jurnalında xx.xx.2017-ci il tarixdə vətəndaş İddiaçı ilə bağlı notariat hə rəkəti aparılmamış, 7E-4617 №-li, xx.xx.2017-ci il tarixli notariat hərəkəti vətəndaş X2 tərəfindən aparılmış, sözügedən mənzil Cavabdeh3 satılan zaman mənzil üçün Cavabdeh3 tərəfindən 41000 manat pulun Cavabdeh2 ödənilməsi işdə iştirak edən şəxslərin izahat və ifadələri ilə öz təsdiqini tapmışdır.

12. Məhkəmə qeyd edilən hallara istinad edərək hesab etmişdir ki, "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, M-2591 №-li mənzilin alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və tərəflər ilkin vəziyyətə qaytarılmalı, Cavabdeh3 alınmış pul məbləği sonuncunun özünə qaytarılmalıdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 337.1, 337.2, 337.3, 337.4, 337.5, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir,

16. Məhkəmə kollegiyası, İddiaçı adından yazılmış, xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhəri 6 saylı Dövlət notariat kontorunda təsdiqlənmiş, reyestrdə 7E-4617 № ilə qeyd edilmiş ərizədəki imzanın İddiaçı tərəfindən icra edilib-edilməməsini müəyyən etmək üçün məhkəmə xətşünaslıq ekspertizası təyin etmişdir. Ekspertizanın xx.xx.2021-ci il tarixli, 4/151 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqd im edilmiş İddiaçı adından mənzilin satılmasına və istənilən şəxsin adına rəsmiləşdirilməsinə etiraz etməməsi barədə 01 dekabr 2017-ci il tarixli ərizədə «İddiaçı» yazılarının qarşısındakı imza və «Əliyeva G» soyadı və həmin qrafadan aşağıda «Ərizənin sözləri mənə izah olundu.» yazıları İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-51/22 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev, G.Tağızadə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi təmin edilməmişdir.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə cavabdehə münasibətdə iddia tələbini təmin etməkdə haqlı olmamışdır.

19. Belə ki, 02 dekabr 2017-ci il tarixdə mübahisəli mənzilin Cavabdeh3 satılmasına dair müqavilə bağlanmışdır. İddiaçı isə hazırkı iddia ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni iddiaçı müqaviləni bir il on aydan sonra mübahisələndirilmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iddiaçı mübahisəli mənzilin Cavabdeh3 satılmasına dair müqavilənin mövcudluğundan yalnız 2019-cu ildə məlumatı olduğunu bildirsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.

21. Belə ki, iş materiallarından, eləcə də iddiaçının izahatından müəyyən olunmuşdur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən onunla cavabdeh X5 arasında bağlanmış nikah pozulmamışdı və onlar bir ailədə yaşamışlar. Ona görə də məhkəmə kollegiyası onun mənzilin satılmasından xəbərdar olmamasına dair dəlilini inandırıcı saymır.

22. Bundan başqa, işə apellyasiya qaydasında baxılarkən iddiaçı əri, yəni hazırkı iş üzrə cavabdeh X4 öldüyünü gizlətmiş, yalnız cavabdehin ölməsi barədə məlumat məhkəməyə daxil olduqdan sonra onun öldüyünü bildirmişdir.

23. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının mübahisələndirdiyi alğı-satqı müqaviləsi artıq mövcud deyildir. Belə ki, məhkəmə kollegiyasına təqdim olunmuş olan 19 aprel 2021-ci il tarixli, M-8409 saylı "xxxx" MMC ilə Nümayəndə1 arasında bağlanmış alğısatqı müqaviləsindən göründüyü kimi, "xxxx" MMC ünvan yerləşən 13 №-li mənzil alıcı Nümayəndə1 satılmışdır.

24. Məhkəmə Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etd iyi qərarlarında istinad edərək hesab etmişdir ki, vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, prosessual hüquq normalarına əməl etməyərək etibarnamənin etibarsız hesab edilməsini qətnamədə əsaslandırmamış, əqdin etibarsızlığı üçün hazırki iş üzrə heç bir əsas olmadan Mülki Məcəllənin 337.1, 337.2, 337.5, 339.1, 339.2, 339.3-cü maddələrini tətbiq etməklə maddi hüquq normalarını pozmuşdur. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin hazırki iş üzrə tətbiq edilməli olmayan 337.1, 337.2, 337.5, 339.1, 339.2, 339.3-cü maddələrini tətbiq etməklə maddi və prosessual hüquq normalarını pozulması ilə qətnamə qəbul etmişdir. Bu da qətnamənin ləğvi üçün əsasdır.

26. Məhkəmə gəldiyi nəticəni “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında, “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası A li Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarı, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyanın və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il qərarına, Mülki Məcəllənin 354.1, 354.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılmaq üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi tərəfin dən məhkəmə işinin gedişində təqdim edilmiş iddiaçının tələbini təsdiq edən, Məhkəmə Ekspertiza Mərkəzinin 4/151 nömrəli xx.xx.2021-ci il tarixli sözügedən ərizədə yazıların və imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmasına dair tədqiqatın nəticəsinə dair rəyə hüquqi qiymət verməmişdir.

29. Sumqayıt şəhəri 4 saylı notariat ofisinin cavab məktubu ilə Sumqayıt şəhəri 6 saylı Dövlət Notariat Kontorunun 7E jurnalında xx.xx.2017-ci il tarixdə vətəndaş İddiaçı ilə bağlı notariat hərəkəti aparılmadığı, 7E-4617 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli notariat hərəkəti vətəndaş X2 tərəfindən icra olunduğunun təsdiq edilməsinə hüquqi qiymət verilməmişdir.

30. Həmçinin, mənzilin satılmamışdan qabaq kirayədə olması faktı izahatlarla təsdiq edilmişdir. Belə ki, ər-arvadın nik ahda olmalarına baxmayaraq, faktiki olaraq ayrı təsərrüfat idarə etmişlər və himayəsində olan azyaşlı uşaqların saxlanılması üçün həmin mənzilin kirayə haqqından əldə olunmuş puldan xərclərin qarşılanması təmin edilirdi.

31. Kassator şikayətini Ailə Məcəlləsinin 32.1, 33.3, Mülki Məcəllənin 337.1, 337.2, 337.5, 339.1, 339.3, 339.5, MPM-nin 80, 101.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Cavabdeh3 hüquqi varisi Nümayəndə1 kassasiya şikayətinə etiraz təqdim edərək, iddiaçının verdiyi kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmi ş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər

34. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

35. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yal nız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qəra rdadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməm əsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının etibarsız sayılmasını tələb etdiyi müqavilə artıq mövcud deyildir. 19 aprel 2021-ci il tarixli, M-8409 saylı "xxxx" MMC ilə Nümayəndə1 arasında bağlanmış alğı-satqı müqaviləsi əsasında ünvan yerləşən 13 №-li mənzil alıcı Nümayəndə1 satılmışdır.

49. Məhkəmə kollegiyası işin bu halına i stinad etməklə haqlı olaraq, alıcı Nümayəndə1 vicdanlı əldə edən olmasını bildirmiş və iddianın rədd olunması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-51/2022 nömrəli, 11 may 2022-ci il tarixli tarixli qətnaməs i dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar