Məhkəmə qərarları › İş №2(102)-4853/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4853/2019

04.07.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4853/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, Cavabdeh2 və vəkili X14 iştirakları ilə, Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim: A.S.Məmmədov 2(004)-1923/2018) İddiaçı cavabdehlər " Cavabdeh1"MTK və Cavabdeh2 qarşı- cavabdehlər "Cavabdeh1" MTK ilə Cavabdeh2 arasında xxxx bağlanmış 21 sentyabr 2016-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzildə yaşayan Cavabdeh2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, ************** küçəsində yerləşən 1 otaqlı, 81 saylı mənzildən çıxarılmaları barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi) E.Y.Şamayev və X.Ə.Sarıyev; 2(103)-51/2019) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1923/2018 saylı iş üzrə qəbul etdiyi 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmişdir. Cavabde hlər "Cavabdeh1"MTK ilə Cavabdeh2 arasında xxxx bağlanmış 21 sentyabr 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, 21 sentyabr 2016-cı il tarixli müqavilə əsasında ödənilmiş 30000 manat məbləğində pul vəsaitinin "Cavabdeh1" MTK-dan tutularaq Cavabdeh2 ödənilməsi, Cavabdeh2 Bakı şəhəri ************** küçəsində yerləşən 1 otaqlı sahəsi 52.5 kvm olan 81 saylı mənzildən çıxarılması, iddia ərizəsi və apellyasiya şikayəti üçün ödənilmiş cəmi 30 manat dövlət rüsumunun cavabdehlər "Cavabdeh1" MTK və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İşin halları İddiaçı cavabdehlər "Cavabdeh1" MTK və Cavabdeh2 qarşı-cavabdehlər "Cavabdeh1"MTK ilə Cavabdeh2 arasında xxxx bağlanmış 21 sentyabr 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzildə yaşayan Cavabdeh2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, **************** küçəsində yerləşən 1 otaqlı, 81 saylı mənzildən çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, onunla cavabdeh "Cavabdeh1" MTK arasında bağlanmış 09 sentyabr 2013-cü il tarixli xxxx müqaviləyə əsasən cavabdehə məxsus və Bakı şəhəri **************** küçəsində yerləşən 1 otaqlı sahəsi 52.5 kvm olan 81 saylı məznili onun dəyərini-27825 manat ödəməklə almış və bu barədə o MTK-nın rəhbəri işləmiş C6 müqavilə bağlamış, onun adına pulun ödənilməsinə dair maliyyə arayışı verilmişdir. Göstərilən mənzilin dəyərini ödəməklə mənzilin giriş-çıxış qapısının açarını da almış və bu mənzil onun sərəncamında olmuşdur. Hətta həm in mənzilə özünəməxsus bir neçə adda əşyaları- qızdırıcı, peç, stol, stullar, yığmış və həmin mənzilin qapı-pəncərələri də qoyulmuşdur. Lakin həmin binada lift və kommunal xidmətlər( qaz,işıq,su) olmadığı və binanın tikintisi tam başa çatmadığı üçün daimi olaraq həmin mənzilə köçməmiş, lakin 2017-ci ilin dekabr ayının 5-də göstərilən mənzilə gedərkən mənzildə bir neçə şəxsin yaşadığını görmüşdür. Həmin vaxtadək isə binaya nəzarət edən nəzarətçilər bina hazır deyil deyərək onu yuxarı mərtəbəyə qalxmağa qoymurdular, onun aldığı mənzil binanın 12 -ci mərtəbəsində yerləşir. O, həmin mənzildə qanunsuz yaşayan və mənzilin giriş-cıxış qapısının açarını qıraraq oraya daxil olmuş həmin şəxslə bağlı Bakı şəhəri, Yasamal rayonu Pİ 19-cu Polis Bölməsinə şikayət etmiş, və araşdırma zamanı aydın olmuş dur ki mənzilə daxil olan şəxs sənəd təqdim etmiş və həmin sənəddə guya 21 sentyabr 2016-cı il tarixdə bu mənzilə görə 30000 manat məbləğində pul ödədiyi qeyd olunmuşdur. Halbuki, o bu mənzili ondan 3 il qabaq yəni 2013-cü ildə almış və həmin vaxtda da mənzilin dəyərini ödəmişdir. Cavabdeh2 bildirmişdir ki, onu aldatmışlar ona satılan mənzili qanunsuz olaraq ona satmışlar və xahiş etmişdir ki, mənzili boşaltsın. Lakin Cavabdeh2 onun bu sözlərinə əhəmiyyət verməyərək bildirmişdir ki, bu mənzil onundur pul verib alıb və mənzil boşaltmaq fikri yoxdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasın da yaşayış binasında mənzil tikinti haqqında bağlanmış 21 sentyabr 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzildə yaşayan Cavabdeh2ailə üzvləri ilə birlikdə Bakı şəhəri,******** küçəsinə yerləşən 1 otaqlı, 81 saylı mənzildən çıxarılması barədə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 157.8, 158.4, 178.8, 337.1, 337.3, 351.3, 357-ci maddələrinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin tələblərinin pozulmuş, iddia tələbinin əsassız olması iş üzrə tam təsdiq olunmasına əhəmiyyət edilməmiş, nəticədə əsassız və qanu nsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və vəkili X21 kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahişetdi. İddiaçı Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosess ual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir g östərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından görünür ki, 09 sentyabr 2013-cü il tarixdə Cavabdeh1 MTK ilə İddiaçı arasında Bakı şəhəri **************** küçəsində yerləşən 1 otaqlı 81 saylı mənzilinə dair xxxx müqavilə bağlanmışdır. Göstərilən müqavilə ilə mənzilin dəyəri 27825 manat müəyyən olunmuşdur, həmin müqavilə MTK-nın sədri C.Alışov tərəfindən imzalanmışdır. 09 sentyabr 2013-cü il tarixdə Cavabdeh1 MTK- ya məxsus Bakı şəhəri ****************** küçəsində yerləşən 1 otaqlı 81 saylı mənzilin pay dəyərindən 27825 manat alıcı İddiaçı tərəfindən ödənilməsinə dair maliyyə arayışı verilmişdir. Göstərilən maliyyə arayışı MTK-nın sədri C.Aİışov tərəfindən imzalanmışdır. 21 sentyabr 2016-c ı il tarixdə Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 1 otaqlı 81 saylı mənzilinə dair xxxx müqavilə bağlanmışdır. Göstərilən müqavilə ilə mənzilin dəyəri 30000 manat müəyyən olunmuşdur. Həmin müqavilə MTK-nın sədri C6 tərəfindən nizalanmışdır. Müqavilənin arxa tərəfində «təmirə buraxılsın imza və 05.01.2017 il» qeyd edilmişdir. 21 sentyabr 2016-cı il tarixdə Cavabdeh1 MTK- ya məxsus Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 1 otaqlı 81 saylı mənzilin pay dəyərindən 27825 manat alıcı Cavabdeh2 tərəfindən ödənilməsinə dair maliyyə arayışı verilmişdir. Göstərilən maliyyə arayışı İVİTK-nın sədri C.Alışov tərəfindən imzalanmışdır. Maliyyə arayışının arxa tərəfində «təmirə buraxılsın» qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmiş, qəbul etdiyi qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Cavabdeh2 və Cavabdeh1 MTK-nın adlarından olan 21 sentyabr 2016-cı il tarixli Bakı şəhəri************ küçəsində yerləşən Cavabdeh1 MTK-ya aid bi nada İ giriş, 12-ci mərtəbədə yerləşən sahəsi 54 kv.m olan 81 saylı mənzilə dair «xxxx» müqavilənin arxa tərəfindəki «təmirə buraxılsın 05.01.2017» yazıları və imza, həm müqaviləyə dair 21 sentyabr 2016-cı il tarixli maliyyə arayışının arxa tərəfindəki «təmirə buraxılsın» yazıları - X13 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş İddiaçı və «Cavabdeh1 MTK-nır adlarından olan 09 sentyabr 2013-cü il tarixli Bakı şəhəri, *************** küçəsində yerləşən Cavabdeh1 MTK-ya aid binada İ giriş, 12-ci mərtəbədə yerləşən sahəsi 54 kvm olan 81 saylı mənzilə dair «xxxx» müqavilədə və hərnin müqaviləyə dair 09 sentyabr 2013-cü il tarixli maliyyə arayışında «Cavabdeh1 MTK-nın Sədri» qrafalarındakı imzalar; Ekspertizaya təqdim edilmiş Cavabdeh2 və Cavabdeh1 MTK-nın adlarından olan 21 sentya br 2016-cı il tarixli Bakı şəhəri, ********************* yerləşən Cavabdeh1 MTK-ya aid binada İ giriş, 12-ci mərtəbədə yerləşən sahəsi 54 kvm olan 81 saylı mənzilə dair «xxxx» müqavilədə və həmin müqaviləyə dair 21 sentyabr 2016-cı il tarixli maliyyə arayışında «Cavabdeh1 MTK-nın Sədri» qrafalarındakı imzalar - X13 tərəfindən yox, başqa şəxs tərəfindən imzalanmışdır. Beləliklə qeyd olunan ekspert rəylərindən görünür ki, ekspert rəylərində hər iki şəxslə bağlanmış «xxxx»xxxx«Cavabdeh1 MTK-nın Sədri» qrafalarındakı imzalar MTK-nın sədri X13 tərəfindən yox, başqa şəxs tərəfindən imzalandığı müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək hesab etmişdir ki, yalnız Cavabdeh2 21 sentyabr 2016-cı il tarixli maliyyə arayış ının arxa tərəfindəki «təmirə buraxılsın» yazıları - X13 tərəfindən icra olunması hələ iddiaçı ilə bağlanmış müqavilənin etibarsız olması, həmin mənzilə dair cavabdehin hüququnun müəyyən olunmasına əsas vermir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 MTK-nın direktoru X13 ilə X25 arasında bağlanmış 27.06.2007-ci il tarixli «xxxx» müqaviləyə əsasən satıcı MTK Bakı şəhəri, ****************** küçəsində yerləşən Cavabdeh1 MTK-ya aid binada İ giriş, 12-ci mərtəbədə yerləşən sahəsi 54 kvm olan 81 saylı mənzili 27825 manat əvəzində alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 12.10.2007-ci il tarixli maliyyə arayışına əsasən mənzilin pay dəyərindən 1275 manat, 27.06.2007-ci il tarixli maliyy ə arayışına əsasən 10320 manat, 05.03.2008-ci il tarixli arayışa görə 1260 manat, və 30.03.2018-ci il tarixli maliyyə arayışına əsasən X25 tərəfindən 4150 manat ödənilmişdir. X4 adından etibarnamə üzrə çıxış edən X15 05.06.2013-cü ildə ərizə ilə Cavabdeh1 MTK-nın sədri C6 ərizə ilə müraciət edərək X19 adına rəsmiləşdirilmiş 27.06.2007-ci il tarixli mənzil müqaviləsini ləğv edib X6 adına rəsmiləşdirilməsinə köməklik göstərilməsini xahiş etmiş, mənzilin dəyəri olan 27825 manat məbləği tam aldığını və sözügedən 81 saylı mənziliə dair heç bir iddiası olmadığını bildirmişdir. Bundan sonra X11 ilə Cavabdeh1 MTK sədri C6 arasında Bakı şəhəri, ***************** küçəsində yerləşən Cavabdeh1 MTK-ya aid binada İ giriş, 12-ci mərtəbədə yerləşən sahəsi 54 kvm olan 81 saylı mənzilə dair 05.06.2013-cü il tarixli ərizə, 27.06.2007-ci il tarixli mənzil müqaviləsi və maliyyə arayışları əsasında “xxxx» müqavilənin sonuncunun adına dəyişdirilməsi ilə bağlı 05.06.2013-cü il tarixli müqavilə imzalanmışdır. X11 07.09.2013-cü il tarixdə Cavabdeh1 MTK-nın sədri C.H.Alışova ərizə ilə müraciət edərək adına rəsmiləşdirilmiş 05 iyu 2013cü il tarixli müqaviləni ləğv edib İddiaçı adına rəsmiləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı ilə Cavabdeh1 MTK sədri C6 arasında Bakı şəhəri, *************** küçəsində yerləşən Cavabdeh1 MTK-ya aid binada İ giriş, 12-ci mərtəbədə yerləşən sahəsi 54 kvm olan 81 saylı mənzilə dair 05.06.2013-cü il tarixli müqavilə əsasında “xxxx» müqavilə 09.09.2013-cü il tarixdə İddiaçı adına dəyişdirilmişdir. Beləliklə apellyasiya instansiyası məhkə məsi müəyyən etmişdir ki, mübahisəli mənzilin ilkin alıcısı X25 olmuş, o sözügedən mənzilə olan hüququndan X6 xeyrinə, sonuncu isə hazırki İddiaçı xeyrinə imtina etmişdir. Göründüyü kimi mübahisəli mənzil ilk əvvəl 09 iyun 2013-cü il tarixdə İddiaçı satıldığı halda, həmin mənzildən Cavabdeh2 isə 21 sentyabr 2016-cı il tarixdə, yəni iddiaçıya satıldığı tarixdən 3 il sonra satılmışdır. Azərbaycan Respublikası MM-nin 109-3-cü maddəsinə əsasən kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir. Kitabçada göstərilən yazıların məzmunu kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 112.3-cü maddəsinə əsasən əgər kooperativin nizamnaməsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativin üzvü öz payını və ya onun bir hissəsini kooperativin digər üzvünə verə bilər. Payın (onun bir hissəsinin) kooperativ üzvü olmayan fiziki şəxsə verilməsinə yalnız kooperativin razılığı ilə yol verilir. Belə halda kooperativin digər üzvləri həmin payı (onun bir hissəsini) almaqda üstünlük hüququna malikdirlər. Əgər kooperativin üzvləri kooperativin nizamnaməsində nəzərdə tutulan müddət ərzində öz üstünlük hüququndan istifadə etməzlərsə, pay üçüncü şəxsə özgəninkiləşdirilə bilər. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş qeyd olunan hallarından görünür ki, mübahisəli mənzil kooperativin üzvləri öz üstünlük hüququndan istifadə etməmiş, nəticədə İddiaçı kooperativin razılığı ilə sözügedən mənzili kooperativ üzvü olan X3 almış, mənzilin dəyərini ona ödəmiş və 09 sentyabr 2013-cü il tarixdə bu barədə müqavilə addan-ada rəsmiləşdirilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin İddiaçı MTK-nın üzvülüyünə qəbul edilməməsi, pay haqqını özünün də göstərdiyi kimi MTK-nə ödəməməsi nəticədə həmin mənzilə qanunla müəyyən edilmiş qaydada hüquq əldə etməməsi mövqeyi ilə razılaşmamışdır. Birinci instansiya məhkəməsi həmçinin, iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, Cavabdeh2 və Cavabdeh1 MTK-nın adlarından olan 21 sentyabr 2016-cı il tarixli Bakı şəhəri, ***************** küçəsində yerləşən Cavabdeh1 MTK-ya aid binada İ giriş, 12-ci mərtəbədə yerləşən sahəsi 54 kv.m olan 81 saylı mənzilə dair «Yaşayış binasında mənzil tikintisi haqqında» müqavilədə və həmin müqaviləyə dair 21 senayabr 2016-cı il tarixli maliyyə arayışında «Cavabdeh1 MTK-nın Sədri» qrafalarındakı imzalar - X13 tərəfindən yox, başqa şəxs tərəfindən imzalansa da, həmin əqdi təsdiq etmək səlahiyyətinə malik olan C6 05.01.2017-ci il tarixdə həmin müqavilənin və maliyyə arayışının arxa hissəsinə mənzilin təmirinə icazə verilməsinə dair qeyd etməklə bu müqaviləni bəyənməsini bildirmişdir. Həmçinin istintaq təcridxanası vasitəsi ilə məhkəməyə göndərdiyi ərizəsində də mübahisəli mənzilə dair Cavabdeh2la müqavilə bağlanmasını təsdiq edərək, bu müqaviləni bəyəndiyini (təsdiq etdiyini) və Cavabdeh2 mənzilə görə pay haqqını tam ödədiyini bildirmişdir. Belə ki, Cavabdeh1 MTK-nın sədri X13 Bakı İsti ntaq Təcridxanası vasitəsi ilə məhkəməyə göndərdiyi ərizəsində Cavabdeh2 Cavabdeh1 MTK ilə 21 sentyabr 2016-cı il tarixdə müqavilə "bağlayaraq Bakı şəhəri, *************** ünvanda yerləşən «xxxx» MTK-ya aid yüksək mərtəbəli binanın İ giriş 12-ci mərtəbəsində yerləşən sahəsi 54 kv.m-olan 1 otaqlı 81 saylı mənzilin ümumi dəyərini tam ödəyərək almasını; həmin müqaviləyə MTK-nın səlahiyyətli nümayəndəsi tərəfindən imza edilməsini; 05.01.2017-ci il tarixdə Cavabdeh2 verilmiş müqavilənin arxa tərəfində mənzilin təmirə buraxılmasına razılıq verilməsinə dair qeydlər edib imzalamasını; İddiaçı verilmiş 09.09.2013-cü il tarixli 81 saylı mənzllə xxxx müqaviləyə imza etməməsini və belə bir şəxsin Cavabdeh1 MTK-nın payçısı olmasını xatırlamadığını bildirmişdir. İş üzrə toplanmış sübutları araşdırıb onl ara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi düzgün hesab etmişdir ki, MTK sədri C6 Cavabdeh2 ilə bağlanmış müqaviləni “bəyənməsi” özlüyündə həmin müqaviləni etibarlı etmir. Belə ki, iş materiallarından görünür ki, Bakı İstintaq Təcridxanasında saxlanılan X16 məhkəmə qətnaməsi qəbul edildikdən sonra məhkəməyə daxil olan 09.10.2018-ci il tarixli məktubunda bildirmişdir ki, bundan əvvəl məhkəməyə təqdim etdiyi hər iki ərizəni tam təkzib edir. Belə ki, həmin ərizələr işin halları ona məlum olmadan mənzil tikinti kooperativin əməkdaşları tərəfindən verilmiş şifahi məlumatlar əsasında yazılmış və onun tərəfindən bu iş üzrə hər hansı araşdırma aparılmamışdır. Daha sonra vəkil tərəfindən iş üzrə sənədlər ona tanış edilmiş və həmin vaxt ona məlum olmuşdur ki, Cavabdeh1 MTK-ya aid b inanın 1-ci giriş, 13-cü mərtəbəsində yerləşən 81 saylı mənzil İddiaçı məxsusdur. Belə ki, həmin mənzil 27 iyun 2007-ci ildə X5, dəyəri isə tam olaraq sonuncu tərəfindən ödənilmişdir. Daha sonra mənzil onun tərəfindən 05 iyun 2013-cü ildə X1, ona edilən müraciət əsasında isə mənzil sonuncunun adına (addan-ada dəyişməklə) daha sonra mənzil İddiaçı N8 İmanquliyteva tərəfindən satılmış, 09 sentyabr 2013-cü il tarixdə isə X13 tərəfindən (addan–ada dəyişilməklə) rəsmiləşdirilmişdir. Sonuncu müqavilədə olan imza X9 məxsus olmasa da, sənədləşmə onun göstərişi əsasında həyata keçilrilmişdir. Həmin 81 saylı mənzilin 2016-cı il tarixdə Cavabdeh2 satılması isə mənzil tikinti kooperativinin hüquqşünası F6 tərəfindən heç bir səlahiyyəti olmadan həyata keçilrilmişdir, bu məsələ hazırda istintaqı gedən cinayət işi üzrə də aydınlaşdırılmışdır. Odur ki, X2 iddia tələbini tam qəbul edir, o, mənzilin vicdanlı alıcısıdır. Bundan başqa yazdığı əvvəlki ərizələrdə mənzilin 81 deyil, 51 saylı olması ona şifahi olaraq bildirilmiş, bunun nəticəsində tərəfindən bilmədən yalnışlığa yol verilmiş və məlum ərizələr yazılmışdır. Məhkəmədən İddiaçı iddia tələbinin tam təmin eidlməsini xahiş etmişdir. Digər tərəfdən apellyaisya baxışı zamanı Bakı İstintaq Təcridxanasında saxlanılan X13 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Yasamal rayon Məhkəməsinə 07.09.2018-ci il tarixdə ünvanladığı ərizənin doğruluğunu təsdiq edərək bir daha göstərir ki, Bakı şəhəri, ************** ünvanda yerləşən Cavabdeh1 MTK-ya məxsus binanın 1-ci giriş 13-cü mərtəbəsində yerləşən sahəsi 54 kv.m olan 1 otaqlı 81 sayl ı mənzilin sahibi Cavabdeh2dur. Onun icazəsi ilə təmir etdirib hal-hazırda orada yaşayır. Cavabdeh1 MTK sədri X8 qeyd olunmuş ərizəsinə qiymət verərək apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası düzgün olaraq hesab etmişdir ki, mübafisəli mənzillə bağlı MTK-nın sədri C6 yuxarıda göstərilən ziddiyyətli mövqeyi hazırki mübahisəli mənzilin hüquqi müqəddəratını müəyyən etməyə əsas vermir. İşə əlavə edilmiş AR CM-nin 178.3.2, 29, 178.3.2, 308.2, 313, 320.1-ci maddələri və X12 AR CM-nin 178.3.2, 29, 178.3.2, 308.2, 313, 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair 18 dekabr 2018-ci il tarixli ittiham aktından görünür ki, 1 otaqlı, 52.5 kv.m sahəli 81 nömrəli mənzili 7 sentyabr 2013-cü il tarixli müqavilə ilə İddiaçı Rəçid qızına satdığı və mənzilin dəyəri tam ödənildiyi halda, 201 6-cı ilin sentyabr ayında həmin mənzilin əvvəldən heç kəsə satılmamasını Cavabdeh2 yalandan bildirib qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqəsdilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək həmin mənzilin tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək kooperativin möhürü ilə təsdiq etdiyi, MTK sədrinin adından H6 tərəfindən imzalanmış 21 sentyabr 2016-cı il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında Cavabdeh2 satılması adı ilə ondan həmin tarixdə.... vahid niyyətlə 30.000 manat məbləğində pulu alıb əlbir olduğu şəxslərlə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə..... cinayət əməlini müəyyən müddət gizlətmək məqsədilə mənzili Cavabdeh2 təhvil verib İddiaçı öz əmlakından istifadə ilə bağlı hüquqlarından məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə.... cinayətlərini törətmişlər. Göründüyü kimi Cavabdeh1 MTK-ya aid binanın 1-ci giriş, 13-cü mərtəbəsində yerləşən 81 saylı mənzilin 2013-cü ildə İddiaçı satıldığı halda, öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə, aldatma yolu ilə 2016-cı ildə Cavabdeh2 satılması faktı istintaqı gedən cinayət işi üzrə aydınlaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüquq u olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.10.2010-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -157.1-ci, 157.2-ci, 157.4-cü və 157.8-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, MM-də və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. -452.1-ci maddəsinə müvafiq olaraq fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. -337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digə r tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. -337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. - 339.1 -ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. -339.6-cı maddəsinə görə bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Beləliklə, işin hallarını araşdıran apellyasiya instnasiyası məhkəməsi hazırki mübahisəli mənzillə bağlı ilkin olaraq iddiaçının adına müqavilə imzalandığını (addan-ada dəyişdiril ərək), ilkin olaraq mənzil iddiaçıya satıldığı halda sonradan cavabdehin adına müqavilə bağlandığını, eləcə də mənzilin İddiaçı aid olduğu halda Cavabdeh2 satılması faktı ilə bağlı MTK rəhbərliyi barəsində cinayət işi başlandığını nəzərə alaraq hesab etmişdir ki, mübahisəli mənzil üzərində sahiblik və istifadə hüququ İddiaçı məxsusdur. Belə olan halda həmin mənzil barəsində Cavabdeh2la bağlanmış əqd özlüyündə etibarsız əqd olmaqla hüquqi nəticə yaratmır. Bu əsasdan Cavabdeh2la bağlanmış 21.09.2016-cı il tarixli müqavilə etibarsız hesab edilməli, həmin müqavilə əsasında ödənilmiş 30.000 manat məbləğində pul Cavabdeh1 MTK-dan tutularaq Cavabdeh2 qaytarılmalıdır. İş materiallarından görünür ki, mübahisəli mənzildə 2 idir ki, Cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşayır. Belə olan halda apellya siya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki,mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququ iddiaçıya məxsus olduğundan onun cavabdehin həmin mənzildən çıxarılmasını tələb etməkdə subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası MM-nin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsaslarla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz t ələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia tələbinin qismən təmin edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 18 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin olunmadan saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar