Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4858/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən “xxxx” ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(005)-3903/2019, hakim S.İ.Ədilova) “İddiaçı Bank” İKB ASC-nin X1 q arşı iddiası qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 17176,71 ABŞ dolları əsas borc, 7506,22 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1813,6 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 27496,53 ABŞ dolları məbləğində borcun ödəniş günü manata məzənnə ilə manatla, tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evinə yönəldilməsi, həmin daşınmaz əmlakin ilkin satış qiyməti 110000 manat müəyyən edilməklə açıq hərraca çıxarılması, bağ evinin satılması və ondan əldə ediləcək vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən s onra ipoteka predmetinin satışından qalan məbləğin cavabdehə qaytarılması, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, bağ evinin hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehin həmin evi tərk etməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-2660/2020, hakimlər Ş.A.Məmmədova, V.T.Həsənov, X.Ə.Sarıyev) “İddiaçı Bank” İKB ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə iddiaçıya münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin h alları: xx xxxxxx 2019-cu il tarixdə İddiaçı İKB ASC X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx xxxxxx 2014-ci il tarixli kredit müqaviləsi üzrə banka 17474.44 ABŞ dolları əsas, 7666.26 ABŞ dolları faiz, 6228.22 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1812.6 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 33182.52 ABŞ dolları borcun tutulması, tutmanın cavabdehə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evinə yönəldilməsi, həmin bağ evinin açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətna mənin qalan hissədə ümumi qaydada icra edilməsi, bağ evi satıldıqdan 1 ay sonra cavabdehin həmin bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və oradan çıxarılması, bağ evinin boşaldılmaqla banka təhvil verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə təqdim edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verilməmiş, borc məbləği düzgün müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. M əhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 24 % ödəmək şərti ilə 25.000 ABŞ dolları məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi cavabdehə məxsus bağ evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı bank xx xxxxxx 2019-cu il tarixdə cavabdehdən 17474.44 ABŞ dolları əsas, 7666.26 ABŞ dolları faiz, 6228.22 ABŞ dolları cərimə və müqavilədən sonrakı müddət üçün illik 5 faizlə hesablanmış 1812.6 ABŞ dolları məbləğində borcun tutulması və tutumanın ipoteka predmetinə yönəldilməsi barədə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilməmiş, iddiaçı tərəfindən əsas borc, faiz borcu və cərminənin tutulması hissəsində mübahisələndiri lmişdir. İş üzrə alınmış məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin banka xx.xx.2017-ci il tarixədək (müqavilə müddəti bitən tarixə) olan borcu əsas borc üzrə 17176,71 ABŞ dolları, faiz borcu üzrə 7506,22 ABŞ dolları təşkil edir. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448, 739cu maddələrinə istinad edərək belə nəticəyə gəlmişdir ki, iddia əsas borcunun və faiz borcunun tutulması hissəsində qismən əsaslıdır, iş üzrə ekspert rəyi əsas götürülməklə, cavabdehdən iddiaçının xeyrinə 17176,71 ABŞ dolları əsas borc, 7506,22 ABŞ dolları faiz borcu tutulmalıdır. Bununla bərabər, iddiaçı bank əsas və faiz borcu ilə bərabər cərimə tutulmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pu lu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz sur ətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Apellyasiya məhkəməsi sadalanan normaların tələbləri baxımından iddiaçı tərəfindən tələb edilən 6228.22 ABŞ dolları dəbbə pulunu tənasübsüz yüksək hesab edərək 1.000 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliy in tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4858/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4858/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver