Məhkəmə qərarları › İş №2(102)-4862/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4862/2020

21.08.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4862/2020 21.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin MəhkəməKollegiyası İddiaçı1 cavabdeh “xxxx” ASC-yə qarşı sağlamlığa vurulmuş zərərə görə aylıq ödəncin və ödənilməmiş məbləğin ödənilməsitələbinə dair iş üzrə QƏRAR Açar sözlər: mübahisənin mülki, yaxud kommersiya məhkəməsinə aidiyyəti, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kommersiya kollegiyasının hakimi X1, İnzibati kollegiyanın hakimi X5 oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı1 cavabdeh “xxxx” ASC-yə qarşı sağlamlığa vurulmuş zərərə görə aylıq ödəncin və ödənilməmiş məb ləğin ödənilməsi tələbinə dair iş üzrə Sabunçu rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qərardadından cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Sabunçu Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qərardadı ilə (hakim A.Rzayev) İddiaçı1 cavabdeh “xxxx” ASC-yə qarşı sağlamlığa vurulmuş zərərə görə aylıq ödəncin və ödənilməmiş məbləğin ödənilməsi tələbinə dair iddiası üzrə cavabdeh “xxxx” ASC-nin mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı İnzibatı Məhkəməsinə göndərilməsi vəsatəti təmin olunmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh “xxxx” ASC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyəti ilə bağl ı olduğundan hazırkı mübahisəyə inzibatı məhkəməsində baxılmalıdır. Ona görə də kassator Sabunçu rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Hüquqi məs1ələlər: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı sağlamlığa vurulmuş zərərə görə aylıq ödəncin və ödənilməmiş məbləğin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 məhkəməyə vəsatətlə müraciət edərək, mülki işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sabunçu rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qərardadı ilə cavabdehin məhkəmə aidiyyəti haqqında vəsatəti təmin olunmamışdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, məhkəmə, iddia tələbi əmək qanunvericiliyindən irəli gələn sağlamlığa vurulmuş zərərə görə ödənc tələbi ilə əlaqədar olması və cavabdeh “xxxx” ASC-nin hüquqi ünvanı ünvan 2 işə Sabunçu rayon Məhkəməsində baxılmalıdır. Cavabdehin həmin qərardaddan verdiyi şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərin in xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. İşin hallarından göründüyü kimi hazırkı iş üzrə verilən iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, işin aidiyyatı üzrə inzibati məhkəməsinə gındərilməsinə dair cavabdeh “xxxx” ASC-nin vəsatəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 403-1.8 və 403-1.8.1-ci maddəsinə görə kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənləri, birinci instansiya məhkəməsi tərəfindən qərardadın ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Mülki-Prosessual Məcəlləsinin 403-1.6, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. tarixli qərardadı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar