Məhkəmə qərarları › İş №2(102)-4862/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4862/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4862/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4862/21 (Açar sözlər: kreditin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(103)211/2021 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu v ə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə 15.618 ABŞ dolları əsas, 11.259,94 ABŞ dolları faiz borcunun, 18 aprel 2019-cu ildən 25 sentyabr 2019-cu il tarixədək illik 5 faiz dərəcəsi ilə əsas borca hesablanmış 340,54 ABŞ dolları faiz borcunun, ümumilikdə 27.218,48 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi 5 saylı evin 119 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin iddia tələblərinin təmin edilməsi üçün ödənilməsi, mənzilin satıldıqdan sonra 1 ay müddətində boşaldılması, mənzilin satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim N.Ə.Misirzadə) iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə 15.612,86 ABŞ dolları əsas, 1.1198,10 ABŞ dolları faiz borcunun, 18 a prel 2019-cu ildən 25 sentyabr 2019-cu il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 340,54 ABŞ dolları faiz borcunun, cəmi 27.151,5 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh4 məxsus Bakı şəhəri, Xətai rayonu Q.Nəbi küçəsi 5 saylı evin 119 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 75.000 manat olmaqla açıq hərracdan satılması, mənzilin satışından əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, mənzil satıldıqdan sonra 1 ay müddətində həmin mənzilin boşaldılması və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranıb. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəlikl ərini yerinə yetirməyib və onun iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcu yaranıb. İddianın qismən təmin edilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əsaslar əmələ gəlib. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zamin kimi borclu Cavabdeh1 ilə birgə mülki məsuliyyət daşıyırlar. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 425.1, 442, 448.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdehlər apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və E.C.Kazımov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qətnaməsi faiz borcunun, habelə müqavilə müddətinin bitdiyi gündən 25 sentyabr 2019-cu il tarixədək illik 5 faiz dərəcəsi ilə əsas borca hesablanmış faiz borcu və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilərək, faiz borcunun məbləği 1.1189,22 ABŞ dolları, müqavilə müddətinin bitdiyi gündən 25 sentyabr 2019-cu il tarixədək illik 5 faiz dərəcəsi ilə əsas borca hesablanmış faiz borcu 340,45 ABŞ dolları olmaqla, cəmi 27.142,53 ABŞ dolları və ipoteka predmetinin ilkin satış qiymətinin isə 95.000 manat müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdir ilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qimətinin müəyyən edilməsi hissəsində səhvə yol verib, ona görə də bu hissələrdə qətnaməyə dəyişdiklik edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 443.1, 472.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini belə əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Cavabdehlər kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və zaminlik müqavilələrinə xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş ediblər. Cavabdehlər kassasiya şikayətinin belə əsaslandırıblar ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən ipoteka və zaminlik münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələblərini pozub. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edil-mə-məsi, mallar da, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyən-ləş-di-ril-miş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 -ci bəndinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məşəllənin 445.1-ci maddəsinə əsasən icran ı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan büt ün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş material larında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətlərində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki müb ahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Tərəflər kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə düzgün olmayan qətnamə qəbul etməsini göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, 18 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 19.100 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 18 aprel 2014-cü il tarixli zami nlik müqaviləsinə əsasən digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3lə zaminlik müqavilələri bağlanıb. Həmçinin 18 aprel 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən digər Cavabdeh4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi 5 saylı evin 119 saylı mənzili iddiaçının xeyrinə ipoteka qoyulub. İşə əlavə edilmiş məhkəmə mühasibatlıq ekspertinin 30 noyabr 2020-ci il tarixli rəyinə əsasən kredit müqaviləsinin müddətinin başa çatdığı 18 aprel 2019-cu il tarixə borclu Ümbülbanu Hacıyevanın iddiaçıya 15.612,86 ABŞ dolları əsas, 1.1189,22 ABŞ dolları faiz borcu olmaqla, cəmi 26.802,08 ABŞ dolları kredit borcu vardır. Ekspertin həmin rəyinə əsasən, müqavilə müddətinin bitdiyi tarixdən 25 sentyabr 2019-cu il tarixədək illik 5 faiz dərəcəsi ilə əsas borca hesablanmış faiz borcu 340,45 ABŞ do lları təşkil edir. Apellyasiya instansiyası məhkəməsi, faiz borcunun düzgün hesablanmaması ilə bağlı iddiaçının arqumentlərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, borclu Cavabdeh1 sözügedən müqavilə üzrə 18 aprel 2019-cu il tarixə faiz borcunun 11.189,22 ABŞ dolları, müqavilə müddətinin bitdiyi tarixdən 25 sentyabr 2019-cu il tarixə illik 5 faiz dərəcəsi ilə əsas borca hesablanmış faiz borcunun isə 340,45 ABŞ dolları təşkil etməsi apellyasiya baxışı zamanı təyin edilmiş ekspertin rəyi ilə də müəyyən olunub. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC tərəfindən verilmiş 09 noyabr 2020-ci il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” hesabata əsaslanaraq müəyyən etmişdir ki, Cavabdeh4 məxsus ipoteka predmeti olan Bakı şəhəri Xətai rayonu, Q.Nəbi küçəsi 5 saylı evin 119 saylı mənzilin hazırda likvid dəyəri 95.000 manat təşkil edir. İddiaçı kassasiya şikayətində əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadığını, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 25 sentyabr 2019-cu il tarixə illik 5 faiz dərəcəsi ilə əsas borca hesablanmış faiz borcunun düzgün hesablanmadığını, ipoteka predmetinin likvit dəyərinin düzgün müəyyən edilmədiyini, cavabdehlər isə kasassiya şikayətində ipotekanın bağlanmamış hesab edilməsi və zaminlik müqavilələrinə xitam verilməsi üçün əsasların olmasını və sair göstərsələr də, tələb və etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyiblər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları a raşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün m üəyyən edilib. Əksinə, işə əlavə edilmiş sübutlardan, o cümlədən ekspertin rəyindən, qiymətləndiricinin hesabatından görünür ki, sözügedən kredit müqaviləsi üzrə faiz borcu ekspertin rəyinə və ipoteka predmetinin likvit dəyəri isə qiymətləndiricinin hesabatına əsasən müəyyən edilib və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işə əlavə edilmiş sübutlara tam uyğundur. Tərəflər arasında bağlanmış zaminlik və ipoteka müqavilələri Mülki Məcəllənin 472.1, 472.2-ci maddələrinin, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.5-ci maddəsinin tələblərinə cavab verir. Həmin maddələrin mənasına görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutu lmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd o lunanları nəzərə alıb hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri əsassızdır, ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(103)-211/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar