Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4866/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(039)956/2019, hakim R.Ə.Əlizadə) İddiaçı Cavabde h1 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, tərəflərin birgə nikah dövründə əldə etdikləri avtomobildə iddiaçının payı 2/3 hissədə müəyyən edilməklə, ona çatası payın dəyəri kimi 18000 manatın cavabdehdən alınaraq iddiaçya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-2058/2019, hakimlər Ə.T.Məcidov, İ.F.Quliyev, M.A.Əsədli) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(102)-7250/2019, hakimlər E.R.Vəliyeva, Q.A.Əsgərov, S.F.Hacıyev) Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-574/2020, hakimlər M.M.Hüseynov, E.Ş.Hüseynov, G.Q.Abbasov) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə dəyişdirilmiş, tərəflərin birgə nikahı dövründə əldə etdikləri avtomobilə iddiaçının payı ½ hissə müəyyən edilməklə, həmin payın dəyəri olan 12.500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iş üzrə yeni qərar qəbul edilməsini xahiş e tmişdir. İşin halları: xx xxxxxx 2019-cu il Paşazadə X1 İslam Akif oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mercedes-Benz E350 markalı **-VJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Cavabdeh2 mülkiyyətinə keçirilməsinə dair, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş əqdin, müqavilənin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş həmin avtomobilin Cavabdeh1 ilə onun arasında bölüşdürülməsi üçün hazırki bazar dəyərinin müəyyən edilərək həmin məbləğin 1/2 hissəsinin Cavabdeh1 alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək avtomobilin dəyərinin 2/3 hissəsinin ona ödəni lməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, əsassız olaraq mübahisəli əmlaka tərəflərin payları 1/2 hissə ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətləri təmin e dilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 xx xxxx 2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahlarından xx xxxxxxx 2015-ci il tarixdə İpək adlı qızları anadan olmuş, tərəflər arasındakı nikah xx xxxxxxxx 2018-ci il tarixdə məhkəmə qaydasında pozulmuş, həmin qətnamə ilə azya şlı uşağın anasının yanında qalması müəyyən edilmişdir. “Mercedes-Benz E350” markalı avtomobil xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış, xx xxxxxxx 2018-ci il tarixdə digər Cavabdeh2 adına sənədləşdirilmişdir. İddiaçı hazırda həmin avtomobilə dair 2/3 payının müəyyən edilməsini tələb edir. Cavabdeh apelyasiya şikayətində sözügedən avtomobilin dəyərini mübahisələndirdiyi üçün apelyasiya baxışı zamanı Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli rəyi ilə, avtomobilin ekspertiza tədqiqat ına təqdim edilmədiyini nəzərə alaraq, baxış keçirilmədən faktiki olaraq avtomobilin hazırda hansı vəziyyətdə olmasını müəyyən etmək mümkün deyildir. Ona görə də avtomobilin qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq təxminən 25000 manat müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh2 mülkiyyətinə keçən mübahisəli avtomobili ekspert tədqiqatına təqdim etməmişdir, halbuki, məhkəmə qərardadı ilə onun üzərinə belə bir öhdəlik qoyulmuşdur. Ona görə də ekspert avtomobilə baxış keçirmədən, nəzəri üsullardan istifadə etməklə onun dəyərini müəyyən etmişdir. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələbləri baxımından ekspertin gəldiyi nəticəni əsaslı hesab edərək göstərmişdir ki, cavabdeh bu nəticənin onun ziyanına olmasını mübahisələndirə bilməz. Beləliklə, Cavabdeh1 ilə iddiaçı aralarındakı nikah pozulandan az müddət sonra onların birgə mülkiyyətlərində olmuş “Mercedes Benz-350” markalı avtomobil formal əqd əsasında digər cavabdeh (Cavabdeh1 atası) Cavabdeh2 mülkiyyətinə keçmişdir. Hər iki cavabdehin yaşayış (qeydiyyat) ünvanı eynidir. Bu da onu təsdiqləyir ki, mübahisəli avtomobil yenə də Cavabdeh1 sahiblik və istifadəsindədir və onunla iddiaçının (keçmiş ər-arvadın) birgə mülkiyyəti olaraq qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. ko mmersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 37-ci maddəsinin tələblərinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı mübahisəli əmlakda (avtomobildə) onun payının 2/3 hissədə müəyyən olunmasını tələb etmiş, cavabdeh isə buna etiraz edərək mübahisəli avtomobildə payların bərabər müəyyən olunmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Ailə Məcəlləsinin 37.2-ci maddəsinə istinadən ər-arvadın birgə mülkiyyətinin bölünməsi zamanı payların bərabər müəyyən edilməməsi (götürülməməsi) müstəsna hallar üçün nəzərdə tutulmuşdur. Ümumi qayda isə ər-arvadın birgə mülkiyyətinin bölünməsi zamanı payların bərabər hesab (müəyyən) edilməsidir. Konkret tərəflər arasında birgə mülkiyyətin bölünməsi zamanı Ailə Məcəlləsinin 37.2-ci maddəsi artıq bir dəfə (“Toyota – Land Cruicer” markalı avtomobilin və 32,80 kv.m sahəsi olan qeyri-yaşayış binasını n bölünməsi zamanı) iddiaçının xeyrinə tətbiq olunmuşdur. Lakin belə bölgünün ərarvadın birgə mülkiyyətində olan bütün əmlaklara şamil edilməsi düzgün və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4866/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4866/2020
28.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver