Məhkəmə qərarları › İş №2(102)-487/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-487/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-487/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “Gənc Alim” Mənzil İstehlak Kooperativinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin müəyyən edilmiş prosessual müddətin keçməsindən sonra verilməsi) xx xxxxxx 2021-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, iddiaçı “Gənc Alim” MİK-in nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5374/2019 nömrə li iş üzrə x xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə x xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı “Gənc Alim” Mənzil İstehlak Kooperativi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri, Yasamal rayonu. Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.metr ərazisi olan qeyri-yaşayış sahəsi ilə bağlı "Gənc Alim” MİK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin və Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.metr ərazisi olan qeyri-yaşayış sahəsi ilə bağlı “Gənc Alim" MİK ilə C avabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “Gənc Alim” Mənzil İstehlak Kooperativinin çavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvanda yerləşən 90 kv.metr ərazisi olan qeyri-yaşayış sahəsi ilə bağlı “Gənc Alim” MİK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin və ünvanda yerləşən 90 kv.metr ərazisi olan qeyri-yaşayış sahəsi ilə bağlı "Gənc Alim" MİK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi barədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.

3. Qətnamədən narazı qalan iddiaçı “Gənc Alim” MİK tərəfindən apellyasiya şikayəti verilərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5374/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Həmin qətnamədən narazı qalan iddiaçı “Gənc Alim” MİK kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5374/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilm əsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ərizə təqdim edilərək, qətnamədən şikayət verilməsi üçün MPM-nin 405.0.1-ci maddəsi ilə müəyyən edilmiş 2 ay müddətin buraxılması səbəbinin üzrlü hesab edilib, buraxılmış prosessual müddətin bərpa edilməsi xahiş edilmişdir.

6. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)5374/2019 saylı x xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5374/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “Gənc Alim” MİK tərəfindən verilmiş kassasiya şikayəti üzrə buraxılmış müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi, kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

7. Həmin qərardaddan narazı qalan iddiaçı “Gənc Alim ” MİK və vəkili Vəkil kassasiya şikayəti verərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402, 403, 133.1, 417 və 418-ci maddələrinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının x xxxxxxxx 2020-ci il tarixli 2(103)-5374/2019 saylı qərardadının ləğv edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardadın surətini xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə almışlar və iddiaçı tərəfindən müddət ötürülməmişdir. Belə ki, qətnamədən kassasiya şikayəti verildiyi zaman prosessual müddətin ötürülmə səbəbi “Gənc Alim” MİK-in rəhbərinin müəyyən müddət ərzində Bakı şəhərində olmaması, eləcə də Azərbaycan Respublikas ında koronavirus (Covid-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə uzun müddət, yəni 2020-ci ilin mart ayının 20-dən may ayının 18-dək qeyri iş günləri olduğundan kassasiya şikayəti vaxtında verilməmiş, yəni kassasiya şikayətinin verilməsi müddəti üzrlü səbəbdən buraxılmışdır. Hesab edirlər ki, məhkəmənin çıxardığı qərardad prosessual hüquq normasının pozulması şəraitində çıxarıldığına görə ləğv edilməlidir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçı “Gənc Alim” MİK-in nümayəndəsi X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər tə rəflər məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

11. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

12. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

13. Maddə 405.0.2 Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

14. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.

15. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5374/2019 saylı xx xxxxx 2019- cu il tarixli qətnaməsi xx x xxxx 2019-cu il tarixdə iddiaçı “Gənc Alim” MİK-ə göndərilmiş, xx xxx 2019-cu il tarixdə qətnamə müvafiq ünvan üzrə “Gənc Alim” MİK tərəfindən qəbul edilmişdir (i.v.128). Apellyasiya kollegiyası hesab etmişdir ki, kassasiya şikayətinin vermə müddətinin üzürlü səbəbdən buraxılması iş materialları ilə öz təsdiqini tapmamış və hazırki iş üzrə çıxarılmış qətnamədən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi üçün hər hansı bir əsas yoxdur.

18. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qanunverici məhkəmə qətnaməsinə qarşı kassasiya şikayətinin verilməsi müddətini həmin qərarın rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilməsi imkanını nəzərdə tutmuşdur (§13). Kassasiya şikayətinin müəyyə n edilmiş prosessual müddət keçdikdən sonra verilməsi və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətin təmin olunmaması şikayətin qaytarılması üçün əsasdır (§14).

19. Məhkəmə kollegiyası kassasiya şikayətinin “Gənc Alim” MİK-in rəhbərinin müəyyən müddət ərzində Bakı şəhərində olmaması barədə dəlili ilə bağlı qeyd edir ki, hüquqi şəxs olan iddiaçı tərəfindən kassasiya şikayətinin vermə müddətinin üzrlü səbəbdən buraxılmasını sübut edən hər hansı sənəd apellyasiya instansiyası məhkəməsinə təqdim edilmədiyindən iş materialları ilə öz təsdiqini tapmır.

20. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə uzun müddət, yəni 2020-ci ilin mart ayının 20-d ən may ayının 18-dək qeyri iş günləri olması barədə dəlilini də əsaslı hesab etmir. Belə ki, hətta kassatorun qətnaməni xx xxx 2019-cu ildə deyil, sonradan əlavə müraciətinə əsasən xx xxxxxx 2020-ci ildə aldığının qəbul edildiyi halda belə, kassasiya şikayətinin verilməsi müddətinin təkrarən üzürsüz səbəbdən ötürülməsi qənaətinə gəlməyə əsas verir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5374/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti xx.xx.2020-ci il tarixdə, yəni qeyri iş günlərinin bitdiyi may ayının 18-dən iki ay on gün keçdikdən sonra Bakı Apellyasiya Məhkəməsinə verilmişdir (i.v.143).

21. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər kassasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə məhkəməyə təqdim etməlidirlər. Qanunun tələblərinə cavab verməyən şəkildə kassasiya şikayətinin verilməsinə yol verilmir.

22. Məhkəmə kollegiyası hesab edir ki, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir. Lakin hazırki işin halları baxımından iddiaçı hüqu qi şəxs olduğundan bu halların heç birinə istinad edə bilməz. Nəzərə almaq lazımdır ki, iddiaçı kassasiya şikayətini qanunla nəzərdə tutulmuş müddətlər daxilində vermək imkanına malik olmuşdur.

23. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§15).

24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

25. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “Gənc Alim” Mənzil İstehlak Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5374/2019 nömrəli iş üzrə x xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar