Məhkəmə qərarları › İş №2(102)-4873/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4873/2021

23.09.2021 · Müqavilələrin ləğv edilməsi - Sair öhdəliklər üzrə mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4873/2021 23.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4062/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06 dekabr 2012-ci il tarixli 104-LD/12 saylı dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilədən görünür ki, lizinq verən "xxxx" ASC 50 faiz güzəştdən sonrakı ümumi dəyəri 3622.80 manat olan Holştin-friz cinsindən olan 2 baş damazlıq heyvanı 3 il müddətinə Cavabdeh lizinqə vermişdir. Lizinq alan Cavabdeh damazlıq heyvanların güzəştli satış dəyərindən 1816.90 manatı əvvəlcədən lizinq verənə ödəməyi, qalan 1816.90 manatı isə müqavilənin 1.2-ci maddəsində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh arasında bağla nmış 28 mart 2013-cü il tarixli 50-LD/13 saylı dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilədən görünür ki, lizinq verən "xxxx" ASC ümumi dəyəri 87003.29 manat olan Holştin-friz cinsindən olan 50 baş damazlıq heyvanı 3 il müddətinə Cavabdeh lizinqə vermişdir. Lizinq alan Cavabdeh damazlıq heyvanların güzəştli satış dəyərindən 43501.65 manatı əvvəlcədən lizinq verənə ödəməyi, qalan 43501.64 manatı isə müqavilənin 1.2-ci maddəsində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Sığorta haqqının ödənilməsi haqqında 28 mart 2013-cü il tarixli müqavilədən görünür ki, lizinq alan Cavabdeh 10022,78 manat məbləğində sığorta haqqını lizinq verənə tam həcmdə ödəməlidi r. Müqavilənin 3-cü bəndinə əsasən sığorta haqqı heç bir halda lizinq alana qaytarılmır. Maliyyə arayışına əsasən Cavabdeh 06 dekabr 2012-ci il tarixli 104-LD/12 və 28 mart 2013-cü il tarixli 50-LD/13 saylı müqavilələrin şərtlərini pozmuş, lizinq ödənişlərini lazımınca yerinə yetirməmiş, nəticədə 04 fevral 2020-ci il tarixə "xxxx" ASC-yə 23965.92 manat əsas, 40189.63 manat cərimə borcu yaranmışdır. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 11 oktyabr 2019-cu il tarixli 31369 №-li ekspert rəyinə əsasən iş materiallarında olan sənədlər (maliyyə arayışı məlumatları) 06 noyabr 2012-ci il tarixli 104-LD/12 və 28 mart 2013-cü il tarixli 50-LD/13 saylı lizinq müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 20.06.2017-ci il tarixinə "xxxx" ASC-yə olan əsas borcu 23965,93 manat, cərimə borcu 17922,15 manat olmaqla, ümumi borcu 41888,08 manat müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 23965,92 manat əsas borc, 17922,15 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 41918,07 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması və müqavilənin ləğv edilərək, lizinq obyekti olan 52 baş Holştin-friz cinsli damazlıq heyvanların sağlam vəziyyətdə geri alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışında iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdi rilməsinə dair ərizə təqdim edərək, Cavabdeh 24829,92 manat əsas borc, 17922,15 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 42782,07 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması və müqavilənin ləğv edilərək, lizinq obyekti olan 52 baş Holştin-friz cinsli damazlıq heyvanların sağlam vəziyyətdə geri alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışında iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, 06 noyabr 2012-ci il tarixli 104-LD/12 və 28 mart 2013-cü il tarixli 50-LD/13 saylı müqavilələr üzrə yaranmış 23965,92 manat əsas borc, 40189,63 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilm əsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na müvafiq olaraq "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2012-ci il tarixli 104-LD/12 və 28 mart 2013-cü il tarixli 50-LD/13 saylı müqavilələrə əsasən cavabdeh güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 52 baş cins damazlıq heyvanı lizinqə götürmüşdür. Cavabdeh damazlıq heyvanların dəyərindən 45318,55 manat məbləğində ilkin ödəniş etmişdir. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin müqavilələr üzrə 04 fevral 2020-ci il tarixədək 23965,92 manat əsas borc, 40189,63 manat cərimə borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh "xxxx" ASC ilə bağladığı müqavilələrin həmin bəndləri ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.Hacıyev, iş № 2(008)-104/2020) iddia tələbi qismən təmin edilərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Cavabdeh 23965,92 manat əsas borc, 4000 manat dəbbə pulu, cəmi 27965.92 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 27995.92 (iyirmi yeddi min doqquz yüz doxsan beş manat doxsan iki qəpik) manat məbləğində pul vəsaitinin tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150 (bir yüz əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspe rtizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehə iddiaçı tərəfindən müqavilə üzrə yaranmış borcu barədə xəbərdarlıq olunmuş, lakin cavabdeh, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbir görməmişdir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı "xxxx" ASC-yə ödənilməmiş 23965,93 manat borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, müqavilə üzrə öhdəliklərin vaxtında icra olunmaması 40.189,63 manat məbləğində dəbbə pulunun hesablanması ilə nəticələnmişdir. Cavabdehdən 4000 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov, F.Babayev, iş № 2(103)-4062/2021) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-104/2020 saylı, 21 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən sa xlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və apellyatorun subyektiv mülahizələrinə əsaslanır. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1 03)4062/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməklə, işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəməyə təqdim edilən ekspert rəylərinə görə ödənişlərlə bağlı və cərimənin lizinq tərəfindən gecikmə tarixlərində hesablanmasına dair mühasibatlıq sənədləri tam təqdim edilməmişdir. Nəticə etibarı ilə cavabdeh 20 iyun 2017-ci il tarixədək iddiaçıya olan gecikdirilmiş ödəniləcək borcu aşağıdakı kimi müəyyən etmişdir; ödənilməli borc-45318,55 manat, ödənilən borc-21352,62 manat, qalıq borc23965,93 manat, cərimə-17922,15 manat. Ekspert tərəfindən göstərilmişdir ki, guya ödənilmiş sənədlər təqdim edilməmiş, halbuki ekspertizanın keçirilməsi ilə bağlı m əhkəməyə onlar tərəfindən təqdim edilmiş vəsatətə qoşma olaraq ödənilmiş kassa mədaxil orderləri əlavə olunmuşdur. Həmin qəbzlərə əsasən ümumilikdə iddiaçıya 79942 manat ödəniş edilmişdir. Lakin ekspert tərəfindən ödənilmiş məbləğ 21352.62 manat göstərilmişdir. Ekspert onlar tərəfindən təqdim olunmuş qəbzləri nəzərə almamışdır. Bundan başqa rəyə görə cərimənin lizinq tərəfindən gecikmə tarixlərində hesablanmasına dair mühasibatlıq sənədləri tam təqdim edilməmişdir. Sənədlər təqdim edilmədiyi halda hansı hesablama ilə cərimə borcu 17922,15 manat göstərilməsi absurddur. Göründüyü kimi ekspert onların vəsatəti əsasında məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallara səthi yanaşmış və heç bir araşdırma aparmamışdır. Bundan başqa 13 heyvan tələf olmuşdur. İddiaçı həmin heyvanlara görə sığorta şirkətindən kompensasiya almışdır. Həmin məbləğdə ödənişə hesablanmalıdır. Ekspert rəyi ilə razılaşmadığı üçün yenidən ekspertiza keçirilməsi üçün vəsatət vermiş, lakin məhkəmə vəsatəti təmin etməmişdir. Məhkəmə dəbbə pulunun hesablanmasında da yanlışlığa yol vermişdir. İşlə müəyyən olunur ki, iddiaçının cavabdehə göndərdiyi pretenziya 16.09.2014-cü ildə verilmiş, iddia tələbi ilə isə 3 il sonra müraciət olunmuşdur. Eyni zamanda məhkəmə aidiyyatı qaydaları pozulmuşdur. O, sahibkardır və həmin heyvanlar sahibkarlıq fəailiyyətinə görə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 sayı qərarı ilə təsdiq olunmuş «Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsə rrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları»dan görünür ki, həmin heyvanlar sahibkarlıqla məşğul olan sahibkarlara verilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. İddiaçının vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin olunmamasını xahiş etdi. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kass asiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasi ya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3.-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-10.2.-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-13.4.-cü madd əsinə əsasən lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə. lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır. 748-1.12.-ci maddəsindən görünür ki, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri a lmaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 1-ci maddənin qeydinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24.2-ci maddəsinə səasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahis ələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübu t etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya insta nsiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyar 2020-ci il tarixli qərarıın 3-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə gön dərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPM-in 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Cavabdeh tərəfin kassasiya şikayətinin dəlilləri: məhkəmə aidiyyətinin pozulması, borcun ödənilməsinə dair təqdim olunmuş mədaxil orderlərində olan məbləğlərin və sığorta ödənişinin ödənilmiş pul məbləğinə aid edilməli olmasına baxmayaraq aid edilməməsi, borcun qalıq hissəsini müəyyən edən ekspert rəyinin ziddiyyətli olması və təqdim olunmuş sübutların ekspert tədqiqatı zamanı nəzərə alınmamasından ibarət olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndinin tələbinə əsasən müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli 30 gün müddətində danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər lizinq verənin yerləşdiyi yer üzrə aid iyyəti məhkəməyə müraciət etməlidir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı hüquqi şəxs, cavabdeh isə ünvan 1 ünvanda qeydiyyatda olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan (lakin fəaliyyətinin qanuni əsaslarla həyata keçirməsi iş materialları ilə müəyyən edilmir, yəni eyniləşdirmə nişanı işdə mövcud deyil) şəxsdir. Cavabdeh kassasiya şikayətində göstərir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və vergi ödəyicisidir və apellyasiya instansiya məhkəməsi işin bu halını araşdırmamış və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlamaqla düzgün olmayan nəticəyə gəlmişdir. Cavabdehin dəlillərinin əsaslı olması halında iddianın Bakı şəhər Sabunçu rayon məhkəməsində icraata qəbul olunması və mahiyyəti üzrə baxılması düzgün olmamış, məhkəmə aidiyyəti pozulmuşdur. Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsi isə aidiyyət qaydalarının pozulmasının yol verilməməsini müəyyən edir. Qeyd edilməlidir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi ilkin olaraq işin məhkəmə aidiyyətini yoxlamalı, iddiaçının məhkəmə aidiyyəti üzrə düzgün məhkəmədə iddia tələbi irəli sürməsini, cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olması, bununla bağlı eyniləşdirmə nişanına malik olmasını müəyyən etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi məhkəmə aidiyyətinin düzgün müəyyən edilməsi ilə bağlı nəticəyə gəlmək üçün qanunvericinin ona aid etmiş olduğu araşdırmanın aparılmasını təmin etmədən işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin aidiyyəti üzrə müəyyən olunmasından sonra işə baxmaq səlahiyyətinə mali k olan məhkəmə kassasiya şikayətində istinad olunan dəlilləri işdə olan sübutlarla birlikdə qarşılıqlı olaraq qiymətləndirməli, qanuni və əsaslı məhkəmə aktının qəbul edilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir. Odur ki, kassasiya şikayəti təmin olunaraq, qətnamə ləğv olunmalı və baxılması üçün geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4062/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar