Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4879/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, "xxxx" MTK, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (Abşeron rayon 1 saylı Notariat Ofisi və X6 üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ İş № 2(102)-4879/2022 Açar sözlər: iş kommersiya məhkəməsinə aiddir Bakı şəhəri, 23 avqust 2022-ci il Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, "xxxx" MTK, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (Abşeron rayon 1 saylı Notariat Ofisi və X6 üçüncü şəxs qismində cəlb edilməklə) “mənzillərin alqı-satqı müqavilələrinin, maliyyə arayışlarının və MTK-nın üzvlərinin ümumi iclasının qərarlarının etibarsız hesab edilməsi və həmin mənzillərin dövlət reyestrində aparılmış qeydiyyat nömrələrinin və verilmiş çıxarışların ləğv olunması” tələbinə dair Abşeron Rayon Məhk əməsinin 2(012)-3362/2022 nömrəli iş üzrə 01 iyul 2022-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə 23 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia tələbi barədə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 44 saylı 1 girişli 19 mərtəbəli yaşayış binasında, 6 ədəd, hər birinin sahəsi 118,19 kv.m., ümumi sahəsi 709,14 kv.m. olan - 1; 43; 55; 61; 67 və 85 saylı mənzillərlə bağlı "xxxx" MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi X3 ilə X9 arasında bağlanmış alqı-satqı müqavilələrinin, maliyyə arayışlarının və MTK-nın üzvlərinin ümumi iclasının qərarlarının etibarsız hesab edilməsi, həmin mənzillərin dövlət reyestrində aparılmış qeydiyyat nömrələrinin və verilmiş çıxarışların ləğv olunması; "xxxx" MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi X3 və X9 tərəfindən qeyd olunan mənzillərin özgəninkiləşdirilməsi zamanı aparılan bütün hərəkətlərin və əməliyyatların, eləcə də tapşırıq müqaviləsi üzrə öhdəliyinin tam yerinə yetirilməməsi hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və öhdəliklərin tam yerinə yetirilməsi vəzifəsinin cavabdehlər- "xxxx" MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi X2 və X5 vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 üzərinə qoyulması; ona dəymiş 90000 manat maddi zərərin cavabdehlər - X5 vərəsələri olan Cava bdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulmaqla ona ödənilməsi; Gəlir faizi olaraq payına düşməli olan 41697 manat məbləğin tam olaraq cavabdehlər "xxxx" MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi X1 və X5 vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulmaqla ona ödənilməsi; Məhkəmə məsrəfləri olan 425 (390+31697x0,1%) manat dövlət rüsumunun və 1000 manat hüquqi xidmət haqqının cavabdehlər - X1 və X5 vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulmaqla ona ödənilməsi barədə qətnamə çıxarılması, cavabdehlərin hərəkətlərində cinayət əlamətinin olmasına əsaslı şübhələr yarandığından onlar barəsində xüsusi qərardadın çıxarılması və prokurora xəbər verilməsi barədə q ərardad çıxarılmasını xahiş etmişdir.
2. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 vəkili və nümayəndəsi Vəkil2 məhkəmə aidiyyətinə dair vəsatət verərək, İddiaçı cavabdehlər "xxxx" MTK, Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsinin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Vəsatətini onunla əsaslandırmışdır ki, iddiaçı fərdi sahibkardır, cavabdehlərdən biri hüquqi şəxsdir. İşin subyektiv tərkibindən görünür ki, tərəflər arasında yaranan hazırkı münasibət tərəflərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmuşdur.
4. Abşeron Rayon Məhkəməsinin 2(012)-3362/2022 nömrəli iş üzrə 1.7.2022-ci il tarixli qərardadı ilə (hakim X4) vəsatət təmin olunmamışdır.
5. Cavabdehlərin vəkili və nümayəndəsi Vəkil2 həmin qərard addan şikayət vermiş, şikayətini vəsatətdə qeyd olunan dəlillərlə əsaslandırmışdır.
6. Birinci instansiya məhkəməsinin 20.7.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Əsaslandırıcı hissə
7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26.1, 32-ci maddələrinə istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Elektron Məhkəmə sistemindən çıxarışlardan müəyyən edilir ki, İddiaçı vergi ödəyicisi kimi xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. Fəaliyyəti Çoxmənzilli binalar və digər yaşayış evlərinin istismara və kirayəyə verilməsi olmaqla fəaliyyət obyekti ofis icarə obyekti, kompüter satış və servis, ofis və icarə obyekti olmuşdur. Göründüyü kimi iddiaçının fiziki şəxs olaraq fəaliyyəti bilavasitə çoxmənzilli binanın tikintisi ilə əlaqədar deyildir.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəsi gedən Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 44 saylı 1 girişli 19 mərtəbəli yaşayış binasının tikintisini iddiaçı yox, cavabdeh "xxxx" MTK aparmışdır. İddiaçı ilə cavabdehlər arasında olan iddia ərizəsində qeyd edilən tapşırıq müqaviləsi üzrə razılaşma iddiaçının sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmamışdır. Tərəflər arasındakı hazırkı mübahisəsinin iddiaçının sahibkarlıq fəaliyyətinə aidiyyəti yoxdur.
9. Digər cavabdehlərə gəldikdə onlar X5 vərəsələridir. Hansı ki, X9 cavabdeh "xxxx" MTK–nin nə təsisçisi, nə də qanuni təmsilçisi olmamışdır. Cavabdeh4 isə binanın tikildiyi torpaq sahəsinin mülkiyyətçisi olmuşdur. Digər cavabdeh MTK il ə iddiaçı arasında olan mübahisə göründüyü kimi tərəflər arasında yaranan pay bölgüsü ilə bilavasitə əlaqəsi olmayıb, ondan törənən mübahisə ilə əlaqədar olmaqla həmin mübahisə də sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyildir.
10. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalı və mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.
11. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
12. Həmin Məcəllənin 25.1 və 26.1-ci maddələrinə əs asən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 13. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyə tinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasınd an asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).
14. Baxılan iş üzrə iddiaçının vergi ödəyicisi kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olması işin mübahisələndirilməyən halıdır. (VÖEN:**********) (VÖEN:
15. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı onunla cavabdeh "xxxx" MTKnın həm təsisçisi, həm də qanuni təmsilçisi X3 və X9 arasında tapşırıq müqaviləsinin bağlandığını bildirmiş və həmin müqaviləyə istinad edərək hazırki tələbini irəli sürmüşdür.
16. İddiaçı hesab edir ki, həmin tərəflər arasında bağlanmış tapşırıq müqaviləsinə əsasən o, daha çox gəlir əldə etməli olduğu halda, həmin gəlirdən məhrum olmuşdur. Ona verilməli gəlir natura şəklində və pul vəsaiti formasında olmalı idi, Mübahisə də natura şəklində və pul vəsaiti kimi iddiaçının iddia etdiyi gəlirin ona verilməməsindən ibarətdir.
17. İşin subyektiv tərkibindən görünür ki, iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs, yəni hazırki mübahisə üzrə - bina tikintisi barədə cavabdehlərlə razılaşan, maliyyə vəsaiti qoyan, qoyduğu maliyyə vəsaitini götürmək niyyətində olan, gəlir əldə edən, lakin, daha çox gəlirə iddia edən sahibkar, həmin sahibkarlıq fəaliyyətinin həyata keçirən cavabdeh "xxxx" MTK (əsas məqsədi gəlir əldə etməkdən ibarət olan Mənzil Tikinti Kooperativi olan hüquqi şəxs) - rəhbəri Mirismayıl Əliyev və iddiaçının göstərdiyinə görə onunla sahibkarlıq fəaliyyəti barədə razılaşan, bina tikintisinə torpaq sahəsi təqdim edən Elşən Əliyev (onun vərəsələri) və digər şəxslərdir.
18. Mübahisənin predmetindən görünür ki, iddiaçı bina tikintisinə 1.000.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 749.441 manat) pul vəsaitini kapital kimi qoyduğunu, həmin vəsaiti "xxxx" MTK-nın rəhbəri Mirismayıl Əliyev qəbul etdiyini, hətta 164.412 manat məbləğində gəlir əldə etdiyini bildirir.
19. Qeyd edilən hallara baxılan işin həm subyektiv tərkibinin, həm də hüquq mübahisəsinin xarakterinin işin kommersiya mübahisəsi olması qənaətinə gəlməyə əsas verir, yəni mübahisə sahibkarlıq fəaliyyətindən irəli gələn gəlirin tələb olunması ilə bağlıdır.
20. Apellyasiya instansiya məhkəməsi iddiaçının adına açılmış VÖEN-də onun bina tikintisi ilə bağlı fəaliyyətin qeyd edilmədiyinə istinad etmişdir.
21. Məhkəmə tərkibi apellyasiya instansiya məhkəməsinin bu qənaətini əsaslı hesab etmir.
22. Belə ki, iddiaçının adına açılmış VÖEN – də onun fəaliyyət istiqaməti kimi çoxmənzilli binalar və digər yaşayış evlərinin istismara və kirayəyə verilməsi olmaqla fəaliyyət obyekti ofis icarə obyekti, kompüter satış və servis, ofis və icarə obyekti - kimi olmuşdur. Bu hal isə onun iddia ərizəsində qeyd etdiyi fəaliyyətlə məşğul olması üçün vergi ödəyicisi kimi qeydiyyatdan keçmək üçün kifayər edir.
23. Məhkəmə tərkibi digər cavabdehlərin də sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkar statusuna aid olub-olmamaları və tələbin digər hissələri üzrə hüquq mübahisəsinin xarakterinin kommersiya məhkəməsinə aid olub-olmaması ilə bağlı qeyd edir ki, mübahisəli hüquq münasibəti üzrə əsas tələb sahibkarlıq subyektləri arasında mülki hüquqi əqddən irəli gələn iqtisadi məzmunlu müb ahisədir, iddiaçının digər tələbləri əsas tələbdən irəli gəlməklə, həmin tələb təmin olduğu halda onun hüquqi nəticələrinin təmin olunması ilə bağlıdır. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də hazırkı işə kommersiya məhkəməsində baxılmalıdır.
24. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəflərin subyekt tərkibini və mübahisəli hüquq münasibətinin xarakterini düzgün qiymətləndirməyərək, işin kommersiya məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin etməmişdir.
25. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kassasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər (403-1.8.2.)
26. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-3362/2022 nömrəli iş üzrə 01 iyul 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhk əməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Ələsgər Əliyev Rahib Nəbizadə Bəhman Qəribov