Məhkəmə qərarları › İş №2(102)-4881/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4881/2022

18.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Maddi zi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4881/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4881/2022 Açar sözlər: əmək mübahisələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, iş vaxtından artıq işləməyə görə pulun ödənilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3447/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsində n iddiaçının kassasiya şikayətinə 18 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 571/15 saylı əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-yə X5 Biskvit istehsal sexinin xəmir yoğurma sahəsinə xəmirkar vəzifəsinə işə qəbul edilmişdir. Aylıq əmək haqqı 190 manat təşkil etmişdir.

2. İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktorun adına yazılmış xx.xx.2017ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2017-ci il tarixdən etibarən yeni iş rejiminə keçirilməsinə icazə verməsini xahiş etmişdir. 1-ci növbə: 07.00- 15.00, nahar vaxtı 1,5 saat (12.00-13.30), 2-ci növbə: 23.00-07.00, yemək vaxtı 1,5 saat (00.0001.30). İş və istirahət günləri qrafikə əsasən – bazar günləri.

3. Tərəflər arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2017-ci il tarixli əlavənin təsdiq olunmuş surətinə əsasən əmək müqaviləsinə dəyişiklik edilmiş, əmək müqaviləsinin “paraqraf 4 – İş və istirahət vaxtı üzrə” hissəsində xx.xx.2017-ci il tarixdən “1-ci növbə - İş saatları 07.00-15.00, nahar fasiləsi 12.00-13.30, 2-ci növbə - iş saatları 23.00-07.00, yemək və istirahət fasiləsi 00.00-01.30, istirahət vaxtı: həftənin bazar günləri” dəyişiklik edilmiş, xx.xx.2017-ci il tarixdən etibarən işçinin əmək haqqı 525 manat müəyyən edilmişdir.

4. Cavabdehin iş və istirahət vaxtlarının xx.xx.2020-ci il tarixdən dəyişdirilməsi haqqında bildirişinə əsasən X4 Biskvit İstehsalat sexinin xəmirkar (vafli) vəzifəsində işləyən İddiaçı “2 növbəlik iş: 1-ci növbə: Bazar ertəsi – cümə - 08.00-17.00, nahar fasiləsi 12.00-14.00, şənbə - 08.00-15.00, nahar fasiləsi – 12.00-14.00; 2-ci növbə: 17.00-02.00, nahar fasiləsi 21.00-23.00, şənbə 17.00-00.00, nahar fasiləsi 21.00-23.00” qrafik ilə bağlı razılığını xx.xx.20200-ci il tarixdə öz imzası ilə təsdiq etmişdir.

5. İddiaçı tərəfindən Cavabdeh MMC-nin Biskvit sex rəisi X15 adına yazılmış izahatın təsdiq olunmuş surətindən görünür ki, onun beyin daxili qan dövranının yüngül pozğunluğu müşahidə olunur. Bu da burun daxili selikli qişasının şişginliyinə səbəb olur. Çoxsaylı müalicələr edir. Başına oksigen çatışmamazlığı halları müşahidə olunur. Maskadan istifadə etdikdə halsızlıq baş ağrıları çoxalır, beyninə hava normal çatmır. Bu hallardan əziyyət çəkdiyi üçün onu maskadan istifadəsindən azad edilmə sini xahiş etmişdir.

6. Cavabdeh MMC-nin X6 sex rəisi X16 tərəfindən XXXə ünvanlanmış xx.xx.2020-ci il tarixli təqdimatın təsdiq olunmuş surətinə əsasən X8 xəmirkar vəzifəsində çalışan İddiaçı xəbərdarlıq edilməsinə baxmayaraq xx.xx.2020-ci il tarixdə tibbi maskadan istifadə etməyib. Bu səbəbə görə işçidən izahat alındı və işçi izahatında səhhəti ilə əlaqədar maska taxmadığını bildirmişdir. Belə halların bir daha baş verməməsi üçün İddiaçı yazılı xəbərdarlıq verilməsinə rəy bildirməsini xahiş etmişdir.

7. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli yazılı xəbərdarlığın təsdiq edilmiş surətinə əsasən Cavabdeh MMC-nin X4 X8 xəmirkar vəzifəsində işləyən İddiaçı pandemiya dövründə şirkət ərazisində tibbi maskadan istifadə etməyərək müəssisədaxili nizam intizam qaydalarını pozduğuna görə, AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 3cü bəndinə əsasən xəbərdarlıq edilmişdir.

8. Cavabdeh MMC-nin X6 sex rəisi X16 tərəfindən həmin təşkilatın texniki işlər və istehsal sahələri üzrə direktoru müavini XXXə ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimata əsasən X8 xəmirkar vəzifəsində çalışan İddiaçı iyul ayında rəhbərliyin qərarı ilə Biskvit sexində vafli xətti dayandırıldığı üçün, Yeni vafli xətti 2 növbəli işləməyə başlamışdır. Sözü gedən işçi gecə növbəsi işləyə bilməyəcəyini ona bildirmişdir. O, da gündüz növbəsinə fəhlə vəzifəsinə ona işləməsini bildirmişdir. Yerinə Biskvit sexindən işçi ayrılmışdır. xx.xx.2021-ci il 11.00 radələrində İddiaçı ona yaxınlaşaraq onun İddiaçı işləməyə imkan vermədiyini deyərək şəxsi heyyətin qarşısınqda təhqir və işdən sonra onu ölüm ilə hədələyərək saat 11.3 0-da heç bir rəhbərin icazəsi olmadan iş yerini tərk edərək getmişdir. Bütün bu işləri əldə əsas tutaraq iş barəsində tədbir görülməsini xahiş etmişdir.

9. Cavabdeh MMC-nin direktoru X12 tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən Cavabdeh MMC-nin X2 1 nömrəli vafli xətti, təmir xərclərinin artması, normadan artıq enerji tələb etməsi və əl əməyindən istifadənin çox olması səbəbindən rentabelliyini itirmiş, həmin xətdə istehsal edilən məhsul çeşidlərinin istehsalı yeni 2 nömrəli vafli xəttinə transfer edilmiş və 1 nömrəli vafli xətti istismardan çıxarılmışdır. Bu səbəbdən İddiaçı işləyəcəyi sahə iş və istirahət vaxtı saxlanılmaqla növbəli qrafik olaraq 2 nömrəli vafli xətti ilə dəyişdiriləcəkdir.

10. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 391/K-1 nömrəli əmrin surətinə əsasən, Cəmiyyətin X2 Xəmir yoğuranı İddiaçı daxili nizam-intizam qaydalarını və vəzifə öhdəliklərini pozduğuna görə Azərbaycan Respublikası ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir.

11. Cavabdeh MMC-nin İnsan Resursları Departamentinin İR əməliyyatlar üzrə aparıcı mütəxəssisi XXX tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən onun əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndinə (72-ci maddəsinin “a” bəndinin tələblərinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əsasən xitam verilmişdir. Son haqq-hesabı və əmək kitabçasını təhvil alması üçün ofisinə gəlməsi xahiş olunur. Eyni zamanda bildirmək istəyirlər ki, rəsmi müraciət əsasında əmək kitabçasının istədiyi ünvana göndərilməsini tələb etmək hüququ var.

12. Əmək kitabçalarının işəgötürən tərəfindən işçiyə təhvil verilməsi jurnalından çıxarışa əsasən İddiaçı ******* nömrəli, xx.xx.2015-ci il tarixli əmək kitabçası xx.xx.2021-ci il tarixdə almışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli işdən çıxarma əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, iş vaxtından artıq işləməyə görə son bir il üçün 3150 manat, dəymiş maddi ziyana görə 2157,15 manat, mənəvi zərərə görə 3500 manat, cəmi 8807,15 manat pulun cavabdehdən tutula raq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 2021-ci ilin sentyabr ayının 1-də kompleksdə biskvit sexinin rəisi vəzifəsində işləyən Türkiyə vətəndaşı XXX adlı şəxs ona aydın olmayan səbəblərdən davamlı şəkildə onu incitməyə, gözümçıxdıya salmağa başlamışdır. Məsələ ilə bağlı bir neçə dəfə onunla problemi həll etməyə çalışsa da, heç bir nəticə əldə edə bilməmişdir. Problemin həlli məqsədilə “XXX” kompleksinin istehsalat direktoru XXXlə görüşmüş, problemi onun da diqqətinə çatdırmışdır. O, həmçinin ona problemin həlli məqsədilə kompeksdə iş yerinin qazanxanaya dəyişdirilməsini təklif etmişdir. XXX təklifi qəbul etmiş və tez bir zamanda iş yerinin dəyişdirəcəyinə dair o na söz vermişdir. Bundan sonra XXX onu məzəmmət edərək, “məndən icazəsiz niyə direktorla görüşmüsən” deyərək, onu kompleksdəki anbarda yükləmə sahəsinə keçirəcəyini bildirmişdir. O, buna etiraz etmiş, ancaq XXX ona əhəmiyyət verməyib, sözünü dinləmədən çıxıb getmişdir. Sentyabrın 3-ü kadrlar şöbəsinin rəisi XXX onu yanına çağırmış, yaranmış problemlə bağlı söhbət etmiş və daha sonra kompleksdə bununla bağlı iclas keçiriləcəyini bildirmişdir. Daha sonra ona illik məzuniyyət hesabından 11 günlük məzuniyyət vermişlər. xx.xx.2021-ci ildə məzuniyyətdə olmasına baxmayaraq onu iş yerinə dəvət etmişlər, yaranmış problemlə bağlı iclas keçirilmiş və iclasın sonunda məsələ ilə bağlı sonradan qərar veriləcəyi deyilmişdir. Məzuniyyət müddətinin başa çatması ilə bağlı iş yerinə gedərək, əmək funksiyalar ını icra etmək istəsə də, heç bir səbəb göstərilmədən müəssisəyə buraxılmamışdır. Müəssisəyə növbəti gedişi zamanı isə müəssisəyə giriş kartı əlindən qanunsuz olaraq alınmış və kadrlar şöbəsinin XXX adlı əməkdaşı ona işdən azad edilməsini bildirmişdir. O, bunun qanunsuz olduğunu, kompleksdə çalışdığı müddətdə hər hansı qanunsuz əmələ yol vermədiyini, daxili nizam-intizam və əmək qaydalarına dönmədən riayət edilməsini bildirmiş, həmçinin əgər işdən çıxarma əmri qəbul edilibsə, onun surətini tələb etmişdir. XXX ondan hansısa sənədlərə imza etməsini bildirmiş, o, isə bundan imtina etmişdir. Sonrakı günlərdə işini davam etdirmək üçün müəssisəyə daxil olmaq cəhdləri heç bir nəticə verməmişdir. xx.xx.2021-ci ildə yenidən kompleksə dəvət edilmiş və XXX da onu işdən azad olunmasını bildirmişdir. XXX onun işdən çıxmaqla bağlı könüllü ərizə yazmasını tələb etmiş, o, bundan imtina etdikdə isə “onda bizdən incimə, səni maddə ilə işdən qovacağıq, əmək kitabçanı korlayacağıq” deyə bildirmişdir. xx.xx.2021-ci ildə Cavabdeh MMC-nin direktoru X7 imzası ilə ona poçt vasitəsilə göndərilən məktubda deyilir ki, “Nəzərinizə çatdırırq ki, xx.xx.2021-ci il tarixdən üzrlü səbəb göstərmədən işə gəlmirsiniz. Sizdən xahiş edirik ki, işə gəlməmə səbəbiniz (əgər üzrlüdürsə) barəsində rəsmi sənədi 3 iş günü ərzində Cavabdeh MMC-nin İnsan Resursları Departamentinə təqdim edəsiniz. Əks halda sizinlə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinin tələblərinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzrlü səbəb olmadan bü tün iş günü işə gəlməməsi) xitam veriləcəkdir”. Bu məktub xx.xx.2021-ci ildə poçta verilib və o, həmin məktubu xx.xx.2021-ci ildə poçt vasitəsilə əldə etmişdir. xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə yazılı ərizə ilə müraciət edərək qanunsuz olaraq işə giriş kartının əlindən alınması və işə buraxılmaması və digər qanun pozuntuları ilə bağlı hüquqlarının bərpasına köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2021-ci ildə cavabdeh qurumun direktoruna məktubla müraciət edərək, şirkətə daxil olmasına icazə verilməsi və əmək vəzifələrini həyata keçirməyə ona icazə verilməsini rəsmi qaydada xahiş etmişdir. Ancaq bu məktubuna heç bir cavab verilməmişdir. xx.xx.2021-ci il tarixli məktubu xx.xx.2021-ci ildə aldıqdan dərhal sona (xx.xx.2021-ci ildə) iş yerinə getmiş və insan resursları departamentinin rəhbəri XXX və X9la görüşmüş və onlara demişdir ki, o, iş fəaliyyətini davam etmək istəmiş, lakin onun iş yerinə giriş kartı qanunsuz olaraq əlindən alınmışdır. XXX ona demişdir ki, “sənə töhmət vermişik, töhməti və xeyli sənədləri imzala və işə davam elə”. O, töhmət və digər sənədlərlə tanış olmaq istədiyini ona bildirəndə “nəyə baxacaqsan?” deyib bundan imtina etmişdir. O, isə məzmunu ilə tanış olmadığı heç bir sənədə imza etməyəcəyini bildirmiş, oranı tərk etmişdir. X9 o, otağı tərk edəndə “get hara istəyirsən şikayət elə” deyib, onun ardınca kobud şəkildə qışqırmışdır. Ona cavabdehdən daxil olan ikinci məktub xx.xx.2021-ci ildə yenə MMC-nin direktoru XXX tərəfindən göndərilmişdir. Həmin məktub xx.xx.2021-ci ildə yazılsa da, poçta verilmə tarixi xx.xx.2021-ci ildə olmuş və ertəsi gün – xx.xx.2021-ci ildə ona poçt vasitəsilə çatdırılmışdır. Xəbərdarlıq adlı həmin məktubda deyilir ki, “Nəzərinizə çatdırılır ki, xx.xx.2021-ci il tarixində "xxxx" MMC-nin X2 1 nömrəli vafli xətti, təmir xərclərinin artması, normadan artıq enerji tələb etməsi və əl əməyindən istifadənin çox olması səbəbindən rentabelliyini itirmişdir, həmin xəttdə istehsal edilən məhsul çeşidlərinin istehsalı 2 nömrəli vafli xəttinə transfer edilmiş və 1 nömrəli vafli xətti istismardan çıxarılmışdır. Bu səbəbdən İddiaçı işləyəcəyi sahə iş və istirahət vaxtı saxlanılmaqla növbəli qrafik olaraq 2 nömrəli vafli xətti ilə dəyişdiriləcəkdir”. xx.xx.2021-ci ildə ona göndərilən növbəti məktubda isə yazılmışdır ki, “Nəzərinizə çatdırırıq ki, siz ə tətbiq edilmiş xx.xx.2021-ci il tarixli Xəbərdarlığa əsasən xx.xx.2021-ci il tarixdən Cavabdeh MMC-nin X2 1 nömrəli vafli xətti təmir xərclərinin artması, normadan artıq enerji tələb etməsi və əl əməyindən istifadənin çox olması səbəbindən rentabelliyini itirmiş, həmin xəttdə istehsal edilən məhsul çeşidlərinin istehsalı yeni 2 nömrəli vafli xəttinə transfer edilmiş və 1 nömrəli vafli xətti istismardan çıxarılmışdır. Bu səbəbdən çalışdığınız sahə iş vaxtı və istirahət vaxtı saxlanılmaqla növbəli qrafik olaraq 2 nömrəli vafli xətti ilə dəyişdirilmişdir. Xahiş edirik ki, xx.xx.2021-ci il tarixdən işə davam edəsiniz. Əks halda sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinin tələblərinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xə stələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) xitam veriləcəkdir”. Həmin məktub da MMC-nin direktoru XXX tərəfindən imzalanmışdır. Məktub MMC tərəfindən poçta xx.xx.2021-ci ildə verilib, ona isə poçt vasitəsilə xx.xx.2021-ci ildə çatdırılmışdır. O, bu məktubu aldıqdan dərhal sonra yenə (xx.xx.2021-ci ildə) MMC-nin yerləşdiyi ünvana getmiş, ancaq binanın mühafizəsini həyata keçirən mühafizəçilər iş yerinə daxil olmasına və işini davam etdirməyə imkan verməmiş, onu iş yerinə buraxmamışlar. Ardıcıl bir neçə dəfə iş yerinə getsə də, eyni fakt təkrarlanmışdır. Nəhayət, xx.xx.2021-ci ildə o, yenidən MMC-nin yerləşdiyi ünvana getmiş, insan resursları departamentinin rəhbəri XXXla mobil telefon vasitəsilə əlaqə saxlamış, işə gəldiyini və işə giriş kartını ona vermələrini xahiş etmiş, sonuncu isə ona “qapıda gözlə, özləri gəlir” deyə bildirmişdir. Qapıya gələn XXX adlı departament əməkdaşı isə ona demişdir ki, “sən işdən azad olunmusan”. Sonuncu ona heç bir səbəb bildirmədən onun əmək kitabçasını təqdim etmiş və o, kitabça ilə tanış olduqda Əmək Məcəlləsinin 72 “a” bəndi ilə işdən azad edildiyini bilmişdir. X13 son haqqhesabı və işdən çıxarma əmrini də ona verməsini xahiş etsə də, o, heç nə demədən çıxıb getmişdir. xx.xx.2021-ci ildə ona poçt vasitəsilə göndərilən növbəti məktubda onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (72-ci maddəsinin “a” bəndinin tələblərinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməməsi) əsasən xitam verildiyi qeyd edilmişdir. Məktubda daha sonra deyilir ki, “son haqq-hesabınızı və əmək kitabçanızı təhvil almanız üçün ofisimizə gəlməyiniz xahiş olunur. Eyni zamanda bildirmək istərdik ki, rəsmi müraciət əsasında əmək kitabçanızın ünvana göndərilməsini tələb etmək hüququnuz var”. Məktub Cavabdeh MMC-nin İnsan Resursları Departamentinin İR əməliyyatlar üzrə aparıcı mütəxəssisi XXX tərəfindən imzalanmışdır. Həmin məktub xx.xx.2021-ci ildə cavabdeh tərəfindən poçta təqdim edilmişdir. Mübahisənin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq tənzimlənməsi üçün cəhdləri heç bir səmərə verməmişdir. Sumqayıt şəhər Mediasiya Mərkəzinin mediatoru X1 xx.xx.2021-ci il tarixli No-2021-MŞİH08727 s aylı İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda qeyd edilmişdir ki, ikinci tərəf Cavabdeh MMC ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Aşağıdakılara əsasən xx.xx.2021-ci il tarixli işdən çıxarma əmri qanunsuz və əsassızdır və məhkəmə qaydasında ləğv edilməli və onun digər iddia tələbləri təmin edilməlidir. O, 2015-ci ildən etibarən aylıq 525 manat əmək haqqı almışdır. Həmin məbləğ ona 8 saatlıq iş rejiminə görə verilmişdir. Halbuki, hər gün 8 saatlıq iş rejimindən 4 saat daha çox – 12 saat işləmişdir. Hesab edir ki, ona son bir il üçün iş vaxtından artıq işləməyə görə 3150 manat ödənməlidir. Bu məbləğ aylıq əmək haqqının saat hesabına bölünməklə ortaya çıxan məbləğin bir ilə vurulması yolu ilə hesablanıb (262,5 manat x 12 ay = 3150). Cavabdeh qurumun qanunsuz h ərəkətləri nəticəsində maddi və mənəvi zərərə məruz qalmışdır. Məruz qaldığı maddi zərər aşağılakı məbləğlərdən ibarətdir: işləmədiyi müddətin orta əmək haqqı: 4 ay (sentyabr-dekabr 2021) üçün 2100 manat (4x525=2100), 50 manat mediator xərci, 7,15 manat poçt və yazışma xərci, cəmi 2157,15 manat. Ona dəymiş mənəvi zərər isə 3500 manat məbləğində qiymətləndirmişdir.

9. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir, ərizədə qeyd edilənlər ümumi sözlərdən başqa bir şey deyildir və göstərilənlərin hüquqi əsası yoxdur. "xxxx" MMC-nin X2 1 nömrəli vafli xətti, təmir xərclərinin artması, normadan artıq enerji tələb etməsi və əl əməyinin çox olması səbəbindən rentabelliyini itirmiş, həmin xətdə istehsal edilən məhsul çeşidlərinin istehsalı yeni 2 nömrəli vafli xəttinə transfer edilmiş və 1 nömrəli vafli xətti istismardan çıxarılmışdır. Bu səbəbdən İddiaçı işləyəcəyi sahə iş və istirahət vaxtı saxlanılmaqla növbəli qrafik olaraq 2 nömrəli vafli xətti ilə dəyişdirilmişdir. Lakin iddiaçı gecə növbəsində işləməkdən imtina etmişdir və bu səbəbdən onun yerinə XXX sexindən başqa işçi ayrılmışdır. Daha sonra, İddiaçı xx.xx.2021-ci il tarixdə, saat 11.00 radələrində X6 Sex rəisi XXX şəxsi heyətin qarşısında təhqir etmiş və işdən sonra onu öldürəcəyi ilə hədələyərək saat 11.30 radələrində heç bir rəhbərin icazəsi olmadan iş yerini tərk edərək getmişdir. Bundan sonra, xx.xx.2021-ci il tarixli təqdimat əsasında İddiaçı xx.xx.2021-ci il tarixli, 391/K-1 nömrəli əmrlə Azərbaycan Respublikasının ƏM-nin 186-cı maddəsinin 2-ci hiss əsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir. Lakin iddiaçı qeyd edilən əmrlə tanış olub, əmrin qərarı ilə razı olduğu halda imzalamaqdan imtina etmişdir. İddiaçı Cavabdeh MMC-nin X2 1 nömrəli vafli xətti, təmir xərclərinin artması, normadan artıq enerji tələb etməsi və əl əməyinin çox olması səbəbindən rentabelliyini itirmiş, həmin xətdə istehsal edilən məhsul çeşidlərinin istehsalı yeni 2 nömrəli vafli xəttinə transfer edilmiş və 1 nömrəli vafli xətti istismardan çıxarılması və bu səbəbdən İddiaçı işləyəcəyi sahə iş və istirahət vaxtı saxlanılmaqla növbəli qrafik olaraq 2 nömrəli vafli xətti ilə dəyişdirilməsi barədə xx.xx.2021-ci il tarixli xəbərdarlıq təqdim edilmişdir. Lakin iddiaçı xəbərdarlıqla tanış olmaqdan və imzalamaqdan imtina etmişdir. İddiaçı işə gəlmədiyi üçün ona təci li işə gələrək, işə gəlməməsinin səbəbləri ilə bağlı məlumat verməyi barədə tərəflərdən rəsmi müraciətlər edilmişdir. Lakin iddiaçı bu müraciətlərini də cavabsız qoymuşdur. Yalnız bütün sadalananlardan sonra iddiaçı əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq tutduğu vəzifəsindən azad edilmişdir. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, məhkəməyə onlar tərəfindən iddiaçının 2021-ci ilin yanvar-oktyabr ayları üçün iş qrafiki təqdim olunmuşdur, orada həftəlik normativ saatlardan çox iddiaçı işləməmişdir. Yəni onun gündəlik artıq 4 saat işləməsi barədə ərizəsində göstərdikləri həqiqətə əks etdirmir. Həm əmək müqaviləsində, həm də əlavə xx.xx.2020-ci il tarixdə işə və istirahət vaxtlarının təşkili haqqında bildirişdə iş rejiminin həm gündüz, həm gecə olması nəzərdə tutulmuş, iddia çı öz imzası ilə buna razılıq vermişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən şahid XXX ifadəsində göstərmişdir ki, 17 ildir Cavabdeh MMC-də işləyir. 2021-ci ilin fevral ayından XXX sexinə sex müdiri vəzifəsinə keçirilmişdir, 1 nömrəli vafli xətti 2 nömrəli vafli xəttinə transfer edilərkən XXX bildirmişdir ki, o, gecə smenində işləmək istəmir, o, demişir ki, bir neçə vaxt gözləsin, bu işi rəhbərliyə məruzə edəcək. Sentyabr ayının 01-də XXX sexdə ona yaxınlaşaraq, nalayiq sözlərlə onu təhqir etmiş, onu öldürəcəyi ilə təhdid etmiş, sonra onun razılığı olmadan iş yerini tərk etmişdir. Onu təhqir etdiyi üçün Komissiya tərəfindən araşdırma aparılmış və qərar qəbul edilmişdir. XXX sonradan 9 gün məzuniyyətə çıxmış, l akin ondan sonra da onu işdə görməmişdir, XXX işə çıxmamışdır.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Z.Abdullayev) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-311/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi pozuntu - heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, onun tərəfindən əmək vəzifələrini kobud şəkildə pozulması hesab olduğundan cavabdehin iddiaçı barəsində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətbiq etməsi tam qanuni olduğundan işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, xx.xx.2021-ci il tarixli əmrin ləğv edilm əsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbinin işə bərpa edilməsi və məcburi buraxılmış iş günləri üçün 2100 manat əmək haqqı ödənilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir. Həmçinin iş vaxtından artıq işləməsinə görə son bir il üçün 3150 manat pulun tutulması hissəsi üzrə də tələb əsaslı hesab edilə bilməz.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən 8 saatlıq iş rejimindən daha 4 saat artıq işləməsinə dair sübutlar məhkəməyə təqdim olunmadığından və bu hal məhkəmə iclasında öz təsdiqini tapmadığından, əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan 2021-ci ilin yanvar-oktyabr ayları üçün tərtib edilmiş iş qrafikində göstə rilən məlumatlar da bu dəlilləri təkzib etdiyindən, iş vaxtından artıq işləməsinə görə son bir il üçün 3150 manat pulun tutulması hissəsində tələb əsaslı hesab edilə bilməz.

18. Məhkəmə həmçinin iddia tələbinin vurulmuş mənəvi ziyana görə 3500 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə də tələbi əsassız hesab etmiş, iddia tələbinin işə bərpa olunması hissəsində əsassız olduğundan, həmçinin iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin tam qanuni olması təsdiq olunduğundan, iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin edilməməli olduğunu hesab etmişdir.

19. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 9, 10, 68, 69, 70 maddəsinin ç bəndi, 71-ci maddəsinin 2-ci hissəsi, 80-ci maddəsinin 1-ci hissəsi, 102.1-ci, Mülki Məcəllənin 21.1, 21.2-ci, Mülk i Prosessual Məcəllənin 14.2, 77.1, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətinin məzmunu iddia tələbi ilə eynilik təşkil etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və V.N.Sadıqov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3447/2022 saylı mülki iş üzrə 24 may 2022ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, Cavabd eh MMC-nin xx.xx.2021-ci il tarixli, 456/K saylı əmri ləğv edilmiş, İddiaçı Cavabdeh MMC-nin X3 “xəmir yoğuran” vəzifəsinə bərpa edilməsi və qətnamənin icra olunan dövrə kimi məcburi işburaxma günlərinə görə əmək haqqının hesablanaraq ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissələrdə təmin edilməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd etmişdir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

24. Apellyasiya instansiyası onu da qeyd etmişdir ki, işəgötürən tərəfindən xx.xx.2021-ci il tarixli müvafiq əmrlə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə, yəni heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmə barədə müddəaya əsaslanaraq əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir.

25. Apellyasiya instansiyası baxışı zamanı işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutduğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə mühüm əsaslar mövcud olmamışdur. Cavabdehin iddiaçının məzuniyyətdən sonrakı dövr üçün (işdən çıxaralana kimi) müəssisəyə daxil olması üçün vasitə olan müəssisədaxili “giriş kartı”nın alınmasına dair etiraf xarakterli izahatında digər göstərilən hallar əmək müqaviləsinin şərtlərinə zidd olmaqla, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 456/K saylı əmrinin qanuni olmasını da təsdiq etmir.

26. Apellyasiya instansiyasının mövqeyinə görə məhkəmə kollegiyası tərəfindən işin araşdırılması zamanı tərəflərin izahatları ilə mübahisəsiz olaraq sübut olunmuşdur ki, iddiaçının əmək funksiyalarının yerinə yetirdiyi yerə, yəni müəssisəyə daxil olması üçün vasitə olan müəssisədaxili “giriş kartı” cavabdeh tərəfindən iddiaçıdan, o məzuniyyətə çıxarkən təhvil alınmışdır. Bu isə işçinin iş yerinə gəlməsi və əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələrinin, əmək funksiyalarını yer inə yetirilməsinin qəsdən məhdudlaşdırılması kimi qiymətləndirilir. Cavabdehin nümayəndəsi bu halı, məhdudlaşdırma kimi deyil, iddiaçının əmək məzuniyyətinə çıxması ilə, həmçinin bundan əvvəl işçinin sex rəisi XXXu hədələməsi ilə əlaqələndirmiş, işçilərdən əmək məzuniyyətinə buraxılarkən “giriş kartı”nın alınması barədə qaydanın hər işçiyə tətbiq olunmadığını da bildirmişdir. Əlavə olaraq da bildirmişdir ki, iddiaçının hədələmə ilə bağlı hərəkətləri barəsində XXX və ya müəssisə tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilməmişdir.

27. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hərəkətlərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin (72-ci maddəsinin “a” bəndi: heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) tərkibi olm amış və işəgötürən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməməklə onu faktiki olaraq işə buraxmamaqla və işçinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməklə onun qanunla qorunan hüquqları pozulmuşdur. Cavabdeh iddiaçının işə gəlməməsinə dair müvafiq aktlar tərtib etməmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsi kimi intizam tənbehi tətbiq edərkən bununla bağlı ondan izahat almamışdır.

28. Məhkəmə kollegiyası cavabdehin iddiaçıya işə gəlməli olmasına dair xəbərdarlıq məktubları ilə bağlı qeyd etmişdir ki, işəgötürən ilk növbədə müəssisəyə daxil olması üçün vasitə olan müəssisədaxili “giriş kartı”nı iddiaçıya qaytarmalı və yalnız bundan sonra onun işə gəlməsini və əmək müqaviləsi üzrə funksiyalarını yerinə yetirməli olmasını tələb edə bilərdi. Bu hal mövcud olmadığı üçün məhkəmə kollegiyası iddiaçıya göndərilən xəbərdarlıq məktublarını formal sənədlər kimi qiymətləndirir. İddiaçı barədə Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 456/K saylı əmri tərtib edilərkən də əmək qanunvericiliyinin tələblərinə riayət olunmamışdır. Mübahisələndirilən əmrin qəbul edilməsinə əsas olan xx.xx.2020-ci il tarixli işçinin işə gəlməməsi barədə ünvanına göndərilmiş məktub və xəbərnamə mövcud olmamışdır.

29. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən, cavabdeh qanunvericiliyin tələblərinə riayət edilmədiyi üçün, yəni əmrdə işdən çıxarılmanın əsasını təşkil edən sənədlər mövcud olmadığı üçün id diaçının tələbi bu hissədə əsaslı sayılmalı, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 456/K saylı əmri ləğv edilməlidir.

30. Apellyasiya məhkəməsi iddiaçının 3500 manat məbləğində mənəvi zərərin tutulması hissəsində isə qeyd etmişdir ki, mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması müəyyən edilsə də, ona mənəvi ziyanın vurulması halı müəyyən edilmir. Belə olan halda, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində hüquqi əsas olmadığından, təmin edilə bilməz. Məhkəmə kollegiyası digər iddia tələblərinə münasibətdə hesab etmişdir ki, həmin tələblərin əsasını təşkil edən sübutlar iş materialları ilə müəyyən edilmədiyindən iddia bu hissələrdə təmin edilə bilməz.

31. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 2.1, 68, 70 maddəsinin ç bəndi, 71-ci maddəsinin 2-ci hissəsi, 72-ci maddəsinin “a”bəndi, 84, 300, 186-cı madələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiya sı məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Şikayət onunla əsaslandırılmışdır ki, Apellyasiya instansiyası məhkəməsi hüquq normalarını ozünün mülahizəsinə görə yalnış olaraq şərh etmişdir. İddiaçının işə gəlməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığı üçün Azerbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (72-ci maddesinin "a" bəndi: heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əsasən iddiaçının işdən azad olunması əsaslı olmuşdur. İşçiyə müəssisəyə daxil olmaq üçün giriş kartının verilməməsi onun işə gəlməsini məhudlaşdıran hal kimi qiymətləndirilməməlidir. Çünki, iddiaçıya işə çıxması ilə bağlı rəsmi xərəbdalıqlar edilmiş və o, həmin məktbulara məhəl qoymaraq işə çıxmaqdan imtina etmişdir. Məhkəmə sübutlara düzgün qiymət verməmiş, sübutetmə yükü ilə bağlı qaydaları düzgün dəyərləndirməişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

28. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

29. Maddə 71.2 bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

30. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

32. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

32. Maddə 186.2

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox ol mamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı dır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiy ası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə razıl aşır.

43. İlk növbədə qeyd olunur ki, şikayətdə irəli sürülən dəlillər əsasən işin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə bağlıdır. O cümlədən, iddiaçının üzrsüz səbəbdən işə gəlməməsi, işçiyə müəssisəyə daxil olmaq üçün giriş kartının verilməməsi ilə bağlı halların düzgün müəyyən edilməməsi.

44. Kollegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, işəgötürən tərəfindən iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutduğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə mühüm əsaslar mövcud olmamışdur. İddiaçının əmək funksiyalarının yeri nə yetirdiyi iş yerinə, yəni müəssisəyə daxil olması üçün vasitə olan müəssisədaxili “giriş kartı” cavabdeh tərəfindən iddiaçıdan, o məzuniyyətə çıxarkən təhvil alınmışdır. Bu isə işçinin iş yerinə gəlməsi və əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələrinin, əmək funksiyalarını yerinə yetirilməsinin qəsdən məhdudlaşdırılması kimi qiymətləndirilir. Cavabdehin nümayəndəsi bu halı, məhdudlaşdırma kimi deyil, iddiaçının əmək məzuniyyətinə çıxması ilə, həmçinin bundan əvvəl işçinin sex rəisi XXXu hədələməsi ilə əlaqələndirmiş, işçilərdən əmək məzuniyyətinə buraxılarkən “giriş kartı”nın alınması barədə qaydanın hər işçiyə tətbiq olunmadığını da bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının hədələmə ilə bağlı hərəkətləri barəsində XXX və ya müəssisə tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilməmişdir.

27. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hərəkətlərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin (72-ci maddəsinin “a” bəndi: heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) tərkibi olmamış və işəgötürən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməməklə onu faktiki olaraq işə buraxmamaqla və işçinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməklə onun qanunla qorunan hüquqları pozulmuşdur. Cavabdeh iddiaçının işə gəlməməsinə dair müvafiq aktlar tərtib etməmiş (işdən çıxma əsasına dair üvafiq materialları əlavə etməmiş), Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsi k imi intizam tənbehi tətbiq edərkən bununla bağlı ondan izahat almamışdır.

28. Eyni zamanda apellyasiya məhkəməsi cavabdehin iddiaçını işə çağırması ilə bağlı xəbərdarlıq məktubları ilə əlaqədar olaraq qeyd etmişdir ki, işəgötürən ilk növbədə müəssisəyə daxil olması üçün vasitə olan müəssisədaxili “giriş kartı”nı iddiaçıya qaytarmalı və yalnız bundan sonra onun işə gəlməsini və əmək müqaviləsi üzrə funksiyalarını yerinə yetirməli olmasını tələb edə bilərdi. Bu hal mövcud olmadığı üçün məhkəmə kollegiyası iddiaçıya göndərilən xəbərdarlıq məktublarını formal sənədlər kimi qiymətləndirir. İddiaçı barədə Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 456/K saylı əmri tərtib edilərkən də əmək qanunvericiliyinin tələblərinə riayət olunmamışdır. Mübahisələndirilən əmrin qəbul edilməsinə əsas olan xx.x x.2020-ci il tarixli işçinin işə gəlməməsi barədə ünvanına göndərilmiş məktub və xəbərnamə mövcud olmamışdır.

46. Məhkəmə kollegiyası apelyasiya instansiyasının mövqeyi ilə razılaşır. Beləki, işin müəyyən edilən hallarına görə iddiaçı iş yerində baş verən insidentdən sonra (müəssisənin digər əməkdaşı XXXla bağlı hadisədən) əmək məzuniyyətinə çıxmalı olmuş, müəssisədaxili “giriş kartı” ondan geri alınmış, bundan sonra iddiaçı işə buraxılmamışdır. Həmin hadisədən sonra iddiaçının X10nə müraciət etməsinə dair məlumatlar öz təsdiqini tapır və həmin sənədlər işə əlavə edilmişdir. İddiaçı iddia ərizəsində, izahatlarında, etirazlarında dəfələrlə hadisənin baş vermə ardıcıllığı ilə bağlı məlumatlar vermiş, hadisəni məntiqi ardıcıllıqla izah etmiş, ona işə qayıtması ilə bağlı məktub göndərildiyini, lakin müəssisənin giriş qapısına yaxınlaşanda işə buraxılmadığını, sonuncu dəfə isə müəssisənin giriş qapısında işdən azad olunması barədə sənədlərin ona təqdim edildiyini bildirmişdir. Qarşı tərəf hadisənin fərqli şəraitdə baş verməsi, iddiaçının dəlillərinin təkzib edilməsinə dair sübutlar təqdim edə bilməmişdir. Ona görə apellyasiya məhkəməsi haqlı olaraq hadisənin iddiaçının izahatlarına uyğun olaraq baş verməsin ağlabatan hesab etmişdir.

47. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının işə gəlməməsi ilə bağlı ona intizam tədbiri görməmişdən əvvəl onun izahatı alınmalı idi. Beləki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.1. maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat ver məkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Hazırkı halda işəgötürənin işçidən izahat tələb etməsi, işçinin bundan imtina etməsinə dair heç bir sübut yoxdur.

48. Eyni zamanda, kolllegiya qeyd edir ki, apellyasiya məhkəməsinin mövqeyi həm də ona görə əsaslı hesab olunmalıdır ki, işəgötürən işçinin müəssisənin ərazisinə daxil olmasına yeganə vasitə olan müəssisədaxili “giriş kartı”nı ondan almasını etiraf edirsə, işçini həqiqətən işə dəvət etməsi, onun müəssisənin ərazisinə daxil olmasına şərait yaratması, işçinin bundan imtina etməsi, işçinin məhz hansı tarixlərdə işə gəlməməsi ilə bağlı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, qeyd olunan halların hansı sənədlərlə rəsmiləşdirilməsi ilə bağlı halları sübutetmə yükü iddiaçının deyil, cavabdehin üzərinə düşü r.

49. Apelyasiya Məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, işçinin işə dəvət olunmasına dair sonradan tərtib edilmiş formal məktublar işçinin lazımi qaydada işə dəvət olunması kimi dəyərləndirilə bilməz.

50. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olub-olma ması və s.) baxımından qiymət verir.

51. Cavabdeh işçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi ( özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) ilə işdən azad olunması əsaslarını sübuta yetirə bildiklərinə istinad etsə də, apellyasiya məhkəməsi haqlı olaraq bununla razılaşmamışdır.

52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzr ə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3447/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar