Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4883/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X, "xxxx" MMC-yə və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:Hərracın nəticələrinin etibarsız hesab edilməsi 19.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2022-ci il tarixli, 2(103)2708/2022 saylı qətnaməsindən Cavabdeh3 BOKT ASC-nin kassasiya şikayəti üzrə işə 19 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Cavabdeh3BOKS ASC ilə X1 və İddiaçı arasında bağlanmış 25 fevral 2016-ci il tarixli kredit müqaviləsinə əsasən X4 60 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 17.000 ABŞ dolları kredit verilib. Sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi Bankla İddiaçı arasında 25 fevral 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanıb və sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəsirov küçəsində yerləşən 09 saylı evin 13 saylı mənzili Bankın xeyrinə ipoteka qoyulub. Kredit müqaviləsi üzrə öhdəliklər X tərəfindən lazımi qaydada yerinə yetirilmədiyinə görə, Bank məhkəmədə 25 fevral 2016-cı il tarixli kredit müqaviləsinə xitam verilməsi, X xeyrinə 29 may 2018-ci il tarixə yaranmış əsas borc üzrə 14.156,2 ABŞ dolları, 840,13 dolla rı faiz borcunun və ödənişlərin gecikdirilməsi ilə bağlı hesablanmış 2.635 ABŞ dolları dəbbə pulunun, cəmi 1.763, 33 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəsirov küçəsində yerləşən 09 saylı evin 13 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin acıq hərracdan satılması və onun satışından əldə edilmiş vəsait hesabına X2 xeyrinə 17.631,33 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutulması, ipoteka predmeti acıq hərracdan satıldıqdan sonra İddiaçı 1 ay ərzində mənzildən istifadə hüququ itirilməklə əşyaları ilə birlikdə mənzildən çıxarılması barədə iddia qaldırıb. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, borclu X tələb kar Cavabdeh3 BOKT ASC arasında bağlanılmış 25 fevral 2016-cı il tarixli kredit müqaviləsinə xitam verilməsi, borclu Xödəniş günü milli manata məzənnədə Bankın xeyrinə 25 fevral 2016-cı il tarixli kredit müqaviləsi üzrə 29 may 2018-cı il tarixə yaranmış 14.156,20 ABŞ dolları əsas, 840,13 ABŞ dolları faiz borcu və 53,67 ABŞ dolları cərimənin, cəmi 15.050 ABŞ dolları kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəsirov küçəsində yerləşən 09 saylı evin 13 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi, ipoteka predmetinin ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, kredit borcunun mənzilin dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması, habelə ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində mənzilin boşaldılması və İddiaçı əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması qət edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019-cı il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ipoteka predmetini təşkil edən İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 09 saylı evin 13 saylı mənzilinin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilərək, mənzilin ilkin satış qiymətinin 150.000 manat müəyyən edilməsi və qalan mübahisələndirilən hissədə q ətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Bundan sonra, məkəmə prosessləri başa çatmadan, yəni məhkəmə aktları qanuni qüvvəsini almadan X tərəfindən mənzil 60.000 manata hərraca çıxarılıb və ilkin, təkrar hərracdan sonra mənzil 25 faiz aşağı qiymətlə, yəni 38.250 manata Banka təqdim edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı X cavabdeh X" MMC-nə və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 09 saylı evin 13 saylı mənzilinə dair cavabdeh "xxxx" MMC tərəfindən keçrilən 09 aprel 2021-ci il tarixli, 29/07 saylı “Hərracın yekunları haqqında” Protokolun, 09 aprel 2021-ci il tarixli, 29/07 saylı alqı-satqı müqaviləsini n etibarsız hesab edilməsi və həmin mənzilə dair Bankın adına verilmiş 06 may 2021-ci il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələblərini onunla əsaslandırıb ki, onun sözügedən qətnamədən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin icraatına 15 mart 2021-ci il tarixdən daxil olub və işə 02 avqust 2021-ci il tarixdə baxılaraq müvafiq qərar qəbul edilib. Yəni, sözügedən məhkəmə aktı qanuni qüvvəyə minmədiyi halda ipoteka predmetinə dair hərrac keçirilərək və mənzil 38.250 manata Banka təqdim edilib. Halbuki, sözügedən mənzil məhkəmənin qətnaməsinə əsasən 60.000 manat qiymətlə deyil, 150.000 manat qiymətlə hərraca çıxarılmalı idi. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova) iddia təmin ed ilərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 09 saylı evin 13 saylı mənzilinə dair cavabdeh "xxxx" MMC tərəfindən keçrilmiş 09 aprel 2021-ci il tarixli, 29/07 saylı “Hərracın yekunları haqqında” Protokolun, 09 aprel 2021-ci il tarixli, 29/07 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair Bankın adına verilmiş 06 may 2021-ci il tarixli Çıxarışın ləğv edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 09 saylı evin 13 saylı mənzilinə dair "xxxx" MMC tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla açıq hərrac keçirilib və mənzilə dair dair iddiaçı ilə 09 aprel 2021-ci il tarixli alqı-satqı müqavil əsi bağlanıb. Mülki iş materiallarından görünür ki, hərracın keçirilməsinə əsas olmuş məhkəmə qətnaməsi qanuni qüvvəsini almamış hərrac keçirilib. Bu halda belə nəticəyə gəlmək olur ki, hərrac həmin vaxt üçün qüvvədə olmayan məhkəmə qətnaməsi əsasında keçirilib. Bu isə mülki qanunvericiliyin tələblərinə ziddir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 415.1, 415.2, 416.1 və 416.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh3 BOKT ASC apellyasiya şikayəti verək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2022-ci il tarixli q ətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov sədrlik edən, məruzəçi, İ.Ə.Kərimli E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41.2, 41.3, 41.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, işdə işt irak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh3 BOKT ASC kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün q almış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsində göstərilir ki, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; 42.3-cü maddəsinə görə istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir; 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 46.1-ci maddəsinə görə, ipoteka predmetinin açıq bazar da və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək ) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini n və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 407.2-ci maddəsinə əsasən, kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir; 416.1-cı maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual normaların tələblərinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Cavabdeh "xxxx" BOKT ASC-nin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaiməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh "xxxx" BOKT ASC-nin kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən ma ddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, iddiaçının hazırki tələbi 09 aprel 2021-ci il tarixli, 29/07 saylı “Hərracın yekunları haqqında” Protokolun və “Alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 09 saylı evin 13 saylı mənzilinə dair Bankın adına verilmiş 06 may 2021-ci il tarixli Çıxarışın ləğv edilməsindən ibarətdir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə cavabdeh "xxxx" BOKT ASC-nin kassasiya şikayəti ilə eyni məz munlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə borcun ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 60.000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması, mənzilin açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması və İddiaçı əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması qət edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş və mənzilin ilkin satış qiyməti 150.000 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 noyabr 2019-cu il tarixli qərarı ilə X kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə X apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilmiş, faiz borcunun məbləği 787,42 ABŞ dolları, əsas, faiz və cərimə bor cunun cəmi isə 14.997,29 ABŞ dolları müəyyən edilmiş, qətnamə X apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, sözügedən qətnamə icraya yönəldilib və müvafiq icra tədbirləri həyata keçirilib və ipoteka predmeti olan mənzil hərraca çıxarılıb. Həmçinin, "xxxx" MMC-nin 09 aprel 2021- ci il tarixli “Hərracın yekunları haqqında” 29/07 saylı protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, sözügedən mənzilin ilkin satış qiyməti 60.000 manat qiymətə alınmadığından, 15 faiz aşağı qiymətə 51.000 manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə 38.250 manat olmaqla Cavabdeh3 BOKT ASC tərəfindən əldə edilmişdir. Buna dair 09 aprel 2021-ci il tarixdə “Hərracın ye kunları haqqında” alqı-satqı müqaviləsi imzalanmış, müvafiq çıxarış alınmışdır. Daha sonra, iddiaçı X ərizə ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3471/19 saylı icra işi üzrə icraatın dayandırılması barədə icra şöbəsinə müraciət etmiş, qətnamədən verilmiş kassasiya şikayətinin hazırda Ali Məhkəmənin hakimi X icraatında olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hərrac təşkilatı tərəfindən əmlak hərraca çıxarılarkən qanunvericiliyin tələbləri pozulmuş, əmlak qanuni qüvvəsini almamış məhkəmə qərarı əsasında hərraca çıxarılmışdır. Belə ki, iddiaçı tərəfindən Bakı şəhəri Cavabdeh2 icra məmuru xanım X ünvanlanmış və 06 mart 2021-ci il tarixdə qəbul edilmiş ərizədən görünür ki, icraatda olan 2(103)347l/2019 saylı icra üzrə iş hal-hazır da 2(102)-2992/2021 saylı mülki iş Ali Məhkəmənin hakimi X icraatındadır. Yuxarıda göstərilənlərlə əlaqədar icraatda olan 2(103)-3471/2019 saylı icra işinin müvəqqəti dayandırılmasını xahiş etmişdir. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; Həmin Qanun un 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinəən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müdd əti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən hərracın keçirilməsinə əsas olmuş məhkəmə qətnaməsi qanuni qüvvəsini almamış hərrac keçirilmişdir. Bu isə qanunvericiliyin tələblərinə birbaşa ziddir. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, sözügedən kredit borcunun tut ulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəmə qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılmasının nəticəsinin necə olmasından asılı olmayaraq hərrac hələ qüvvəyə minməmiş qətnamə əsasında keçirildiyindən qanuni və etibarlı sayıla bilməz. Belə ki, iddiaçı (ipoteka qoyan) qətnamənin hələ qanuni qüvvəyə minməməsinə və icranın dayandırılması barədə ərizə verməsinə güvənərək hərracın keçirilməsində iştirak etməmişdir. Hərracın keçirilməsində iştirak etmiş olsaydı, o, ipoteka qoyan kimi qanunla malik olduğu hüquqlardan istifadə edə, o cümlədən ipoteka predmetini ala bilərdi. Hərracın tələsik keçirilməsi nəticəsində o, bu hüquqlardan məhrum olmuşdur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanmaqla düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Cavabdeh "xxxx" BOKT ASC-nin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istina d etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdeh "xxxx" BOKT ASC-nin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh3 BOKT ASC kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2022-ci il tarixli, 2(103)-2708/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4883/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-4883/2022
19.10.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver