Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4890/2018 09.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-4890/2018 09 iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Allahverdiyev Qəhrəman Əli oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehə qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” barədə ilk; Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının 17.04.2018-ci il tarixli 2(105)1069/2018 nömrəli qətnaməsindən Cavabdehin nümayəndəsi Nümayəndə və vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 8.000 (səkkiz min) manat məbləğində kompensasiya verilməklə sonuncunun azyaşlı uşaqları - X7 və X6 ilə birlikdə ona məxsus Sumqayıt şəhəri 13-cü mikrorayon 21 nömrəli evin 03 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilərək, onların mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, ilk iddia üzrə iddiaçı məhkəməyə Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 10.000 (on min) manat məbləğində kompensasiya verilməklə sonuncunun azyaşlı uşaqları - X7 və X6 ilə birlikdə ona məxsus Sumqayıt şəhəri 13-cü mikrorayon 21 nömrəli evin 03 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilərək, onların mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ilk iddia üzrə iddiaçı məhkəməyə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 15.000 (on beş min) manat məbləğində kompensasiya verilməklə sonuncunun azyaşlı uşaqları - X7 və X6 ilə birlikdə ona məxsus Sumqayıt şəhəri 13-cü mikrorayon 21 nömrəli evin 03 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilər ək, onların mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı ilə 2006-cı ildə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanda yerləşən 3 nömrəli mənzilin bölünməsi və həmin mənzilə 1/2 payın müəyyən edilərək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim N.Abıyev) 08.12.2017-ci il tarixli 2(060)14262/2017 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh 15.000 (on beş min) manat məbləğində kompensasiya verilməklə, onun və yetkinlik yaşına çatmayan uşaqları 05.09.2003-cü il təvəllüdlü X3 və 23.02.2007-ci il təvəllüdlü X2 Sumqayıt şəhəri 13-cü mikrorayon 21 nömrəli evin 3 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh və azyaşlı uşaqları X7 və X2 həmin mənzildən çıxarılmaları, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi L.Məmmədova, hakimlər E.Rəhimov və S.Qafari) 17.04.2018-ci il tarixli 2(105)-1069/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08.12.2017-ci il tarixli 2(060)-14262/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh və vəkili X5 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2018-ci il tarixli 2(105)-1069/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassas iya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdırki, mübahisəli mənzilin 2006-cı ildə, yəni birgə nikah dövründə alınmasına baxmayaraq, işə baxan məhkəmələr işin qeyd olunan bu faktiki halına düzgün hüquqi qiymət verməmiş, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyası maddi və prosessual hüquq normalarını pozaraq, mülki işi tam, obyektiv və hərtərəfli araşdırmamış, sübutlara məcmu halında qiymət vermədən belə bir ədalətsiz, qanunsuz və əsassız qərar qəbul etmişdir. Göstərilənlərə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2018ci il tarixli 2(105)-1069/2018 nömrəli qətnaməsinin ləğv edilərək, İddiaçı ilə 2006-cı ildə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanda yerləşən 3 nömrəli mənzilin 1/2 payın müəyyən edilərək ona v erilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər: İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh 25.07.2003-cü ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, birgə nikahdan 05.09.2003-cü il təvəllüdlü İlkin və 23.02.2007-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 03.05.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında 25.07.2003-cü ildə bağlanmış nikah pozulmuş, uşaqlar anaları Cavabdeh yanında saxlanılmış və onların ye tkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı nikahdan öncə, 30.12.1999-cu il tarixdə aldığı Sumqayıt şəhəri 13-cü mikrorayon 21 nömrəli evin 34-cü mənzili mülkiyyətində olmuş, o, həmin mənzili 13.06.2006-cı il tarixdə 18.400 manata satmışdır. İddiaçı həmin mənzilin satışından əldə edilmiş pul vəsaiti ilə eyni tarixdə ünvan 1 ünvanda yerləşən 3 saylı mənzili 20.240 manata almışdır. Mənzil daşınmaz əmlakın dövlət reyestrində 17.07.2006-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. 27.10.2017-ci il tarixli 130 saylı arayışa əsasən ünvan 1 ünvanda 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 saylı mənzilin hazırkı orta bazar qiyməti, satış üçün 50.000-55.000 m anat, kirayə haqqı isə 130-150 manat məbləğində qiymətləndirilir. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə, həmin maddənin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında müəyyən edilmiş hüquqi göstərişlərə əsasən Sumqayıt şəhəri 13-cü mikrorayon 21 nömrəli evin 3 nömrəli mənzili İddiaçı mülkiyyətində olduğu, cavabdehin isə onun keçmiş arvadı olmaqla mübahisəli mənzildə 2006-cı ildən onunla birlikdə birgə təsərrüfat aparmaqla istifadə hüququ qazandığı və qazanılmış istifadə hüququna xitam verilməsi üçün təklif olunan 15.000 manat vəsaitin mübahisəli mənzilin yerləşdiyi ərazidə üç otaqlı mənzilin kirayə haqqı 130150 manat təşkil etdiyi və təklif edilən kompensasiya məbləğinin təx minən 8 il müddətində cavabdehin eyni şəraitli başqa mənzildə yaşamasına imkan verdiyinə görə ədalətli hesab edərək, ilkin iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Eyni zamanda, apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq müəyyən etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən bölünməsi tələb olunan mübahisəli mənzilin cavabdehlə birgə nikah dövründə birgə gəlirləri hesabına alınmasına dair məhkəməyə heç bir sübut təqdim olunmamışdır. İş materiallarından mübahisəli mənzilin ilkin iddia üzrə iddiaçı, qarşılılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlə birgə nikahlarından əvvəl, yəni 1999-cu ildən özünə məxsus olmuş digər mənzilin satışınd an əldə olunmuş pul vəsaiti hesabına alındığı müəyyən olunmuşdur. Buna görə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddia üzrə iddiaçının ikinci mənzilin alınmasına sərf olunmuş əlavə xərcin, o cümlədən mübahisəli mənzilin təmirinə və s. çəkilmiş xərclərin bölünməsini tələb etmək hüququ izah olunmuşdur. Kassator şikayətində ilkin iddia üzrə verilən kompensasiyanın məbləğini mübahisələndirməyərək, qarşılıqlı iddianın təmin edilməməsi ilə bağlı dəlillərini irəli sürmüş və bölünməsi tələb edilən mənzil əld edilərkən onlar birgə nikahda olduqlarından qarşılıqlı iddianın əlavə sübuta ehtiyacı olmadığını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri ə mlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ə r-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Qeyd olunan normaların tələblərinə görə əldə edilən əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunması üçün bölünməsi tələb olunan daşınmaz əmlak onların birgə ni kahları dövründə əldə edilməli, həmçinin onların birgə gəlirləri hesabına əldə olunmuş əmlak olmalı və yaxud nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulmalıdır. Mübahisə predmeti olan mənzil isə ərin nikahdan əvvəl əldə etdiyi özünə məxsus mənzilin 18.400 manata satılması və üzərinə cəmi 1840 manat əlavə edilməklə, eyni gündə 20.240 manata əldə edilmiş mənzildir. Kassator bölünməsi tələb olunan mübahisəli mənzilin birgə nikah dövründə ər arvadın birgə gəlirləri hesabına alınmasına və yaxud həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiy i nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişikl ik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin nümayəndəsi Nümayəndənin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2018-ci il tarixli 2(105)-1069/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.
Məhkəmə qərarları › İş №2(102)-4890/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-4890/2018
09.07.2018 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver