Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4908/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv e dilməsi, işə bərpa olunması və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2914/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh-nin 3 saylı Poçt Filialının 132 saylı Poçt Şöbəsinin müdiri vəzifəsində işləmişdir. Xidməti fəaliyyətində yol verilmiş nöqsanlara görə iddiaçıya Cavabdeh-nin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli əmrləri ilə intizam tənbehi kimi “töhmət” və “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir.
2. Cavabdeh-nin xx.xx.2021-ci il tarixli, 1978 nömrəli əmr i ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı tutduğu vəzifədən azad edərək, onunla olan əmək müqaviləsi ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, 1978 nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdeh-nin 3 saylı Poçt Filialının 132 saylı Poçt Şöbəsinin müdiri vəzifəsinə işə bərpa edilməsi və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə belə əsaslandırılıb ki, xx.xx.2021-ci il tarixli, 1978 nömrəli əmr əmək qanunvericiliyinə ziddir. Belə ki, Cavabdeh əmri onunla əsaslandırıb ki, guya 132 saylı Poçt Şöbəsinin müdiri İddiaçı özünün əmək funksiyanı və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Lakin verilmiş əmrdə iddiaçının konkret olaraq hansı əmək funksiyanı və əmək müqaviləsi üzrə hansı öhdəliyini yerinə yetirməməsi qeyd olunmur və bu aydın deyil. Əmr ümumi formal sözlərlə əsaslandırılmışdır. Əmrdə əmrin verilməsinə əsas kimi 3 saylı PF-nın Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli protokolu, aidiyyəti izahatlar və sənədlər qeyd olunmuşdur. Lakin pozuntunun nədən ibarət olması əmrdə göstərilməmişdir. İddiaçı vəzifəsinin icrası zamanı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirmişdir, iddiaçının hərəkətlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən azad edilmə ilə bağlı hüquq pozuntusu yoxdur. Cavabdeh təşkilat iddiaçıya qarşı qərəzli olub, qanunsuz hərəkət edib, ona münasibətdə əmək qanunvericiliyinin tələbini pozub, heç bir hüquqi əsas olmadan iddiaçı işdən azad etmişdir.
5. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək bildirmişdir ki, vətəndaş YYY onun adına xx.xx.2021-ci il tarixdə İran İslam Respublikasından daxil olmuş beynəlxalq bağlamanın 132 saylı Poçt Şöbəsi tərəfindən ona çatdırılmadığı barədə xx.xx.2021-ci il tarixdə cavabdehə rəsmi müraciət etmişdir. Müraciətlə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, həmin bağlama xx.xx.2021-ci il tarixdə poçt şöbəsinə daxil olmuş və alıcının poçt ünvanı kimi poçt şöbəsinin hüquqi ünvanı göstərildiyindən “Tələb olunanadək” kateqoriyasına daxil edilmişdir. “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarının 1.4.8-ci bəndinə əsasən “Tələb olunanadək” – ünvanı ünvançı tərəfindən tələb olunan anadək poçt göndərişinin müəyyən müddət ərzində (adətən 30 günədək) təyinat yerinin poçt şöbəsində saxlanılmasını nəzərdə tutan xüsusi poçt ünvanı formasıdır. Bir ay müddətinə bağlama çatdırılmadıqda ya geri qaytarılmalı, ya da alıcının ödənişli ərizəsi əsasında poçt şöbəsində 2 ay müddətində saxlanılmalıdır. İddiaçı isə qeyd olunan tələbləri pozaraq vətəndaşın yazılı ərizəsi olmadan xx.xx.2021-ci il tarixdə daxil olmuş bağlamanı avqust ayınadək vətəndaş cavabdehə müraciət edib, işin üstünü aç anadək poçt şöbəsində saxlamışdır. Üstəlik bağlamanı çatdırılmış kimi göstərməklə cavabdehi ona bağlamanın saxlanc müddətindən artıq saxlanılmasına görə ödənilməli olan rüsumdan da məhrum etmişdir. Bundan əlavə, məsələnin araşdırılması məqsədilə xx.xx.2021-ci il tarixdə cavabdehin nümayəndələri iddiaçının iş yerinə getdikdə iddiaçının heç bir üzrlü səbəb olmadan işdə olmadığı aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. İddiaçı tərəfindən yol verilən digər bir nöqsan ondan ibarətdir ki, 2021-ci ilin yarımilliyi üçün dövri mətbuatda abunə yazılışının aparılması məqsədilə fiziki və hüquqi şəxslər arasında təbliğat aparılması, qəzet abunə və satışının PDM-nin mətbuatyayımı şöbəsi ilə həyata keçirilməsi məqsədilə xx.xx.2021-ci il tarixdə saat 09.59-da cavabdeh tərəfindən bütün poçt şöbə lərinə teleqram göndərilmişdir. İddiaçının işlədiyi poçt şöbəsi teleqramı 11.16-da çatdırmaya vermişdir. “Teleqramlar haqqında müvəqqəti qaydalar”ın 1.5.4-cü bəndinə görə daxil olmuş teleqramlara PŞ-nin əməliyyatçısı tərəfindən hər 30 dəqiqədən gec olmayaraq, poçt şöbəsinin rəisi tərəfindən isə 1 saatdan gec olmayaraq baxış keçirilir və daxil olmuş teleqram dərhal çapa verilir. Buna baxmayaraq, bu prosedur iddiaçı tərəfindən vaxtında aparılmamış və xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən teleqramda göstərilən məlumatlara əsasən artıq buna səlahiyyətinin olmamasına baxmayaraq, “Kaspi” mətbuatyayımı şirkəti ilə 52,80 manat məbləğində qəzet abunəsi əməliyyatı aparılmışdır. Qeyd olunanlardan əlavə, iddiaçıya bundan öncə də vəzifələrinin icrası zamanı yol verdiyi nöqsanlara görə töhmət və s onuncu xəbərdarlıqlarla şiddətli töhmət verilmiş, lakin iddiaçı qeyd olunanlardan nəticə çıxarmamışdır. Beləliklə sadalanan və digər səbəblər nəticəsində iddiaçının işdə saxlanılması qeyri-mümkün bir hal almışdır.
6. İddiaçı birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında göstərmişdir ki, cavabdeh tərəfindən ona qərəzli münasibət göstərilmiş, iyul ayında əsassız töhmət verilmişdir. Hansı ki, həmin müddət ərzində 34-cü PŞ-də bu cür hal baş versə də, yalnız ona töhmət verilmişdir. O, 42 il qüsursuz işləmişdir, onun işdən azad olunması tam qərəzli olmuşdur.
7. Birinci instansiya məhkəməsində iddiaçının vəkili izahatında göstərmişdir ki, cavabdeh təşkilat işdən azad olunma əmrinin əsası kimi banderolun şəxsə verilmədiyini qeyd etdiyi halda, onu çatdırılmış kimi sistemə qeyd edildi yini göstərmişdir. Halbuki, poçt şöbəsinin müdiri kimi iddiaçının vəzifə səlahiyyətinə bağlamaların çatdırılması daxil deyil, bu əməliyyatçının vəzifəsidir. Digər tərəfdən, bağlama öz sahibinə çatdırılmışdır, bağlama sahibinə və Cavabdeh-yə hər hansı bir ziyan vurulmamışdır. Eyni zamanda həmin hal fevralın əvvəlində baş vermiş, altı aydan sonra isə iddiaçı həmin nöqsana görə işdən azad edilmişdir. Əmək qanunvericiliyin tələbinə əsasən intizam məsuliyyətinə cəlb etmə müddəti altı aydır. İddiaçı tərəfindən bağlama sahibinə dəfələrlə bağlamanı götürməsi barədə məlumat verilmişdir. Cavabdeh tam qərəzlidir və iddiaçıya qarşı qərəzli olduğu üçün əmri qəbul etmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-181/2022 nömrəli, 25 yanvar 2022ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev ) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə əsas onun əmək vəzifələrini pozması və işində ardıcıl olaraq nöqsanlara yol verməsi olmuşdur. Belə ki, Cavabdeh-nin 3 saylı Filialının və HİK-nin birgə iclasının xx.xx.2021-ci il tarixli, 28 nömrəli protokolundan görünür ki, vətəndaş Fərqanə Mustafayeva xx.xx.2021-ci il tarixdə Cavabdeh-yə müraciət edərək xx.xx.2021-ci il tarixli İran islam Respublikasından daxil olmuş CP421883251İR nömrəli beynəlxalq bağlamanın poçt rabitəsi qaydalarına uyğun verilmədiyini və poçt şöbəsinin müdiri tərəfindən mənimsənildiyini bildirmişdir. Belə ki, bir ay müddətində bağlama çatdırılmadıqda geri qaytarılmalıdır və yaxud da alıcının ödənişli ərizəsi əsasında PŞ-də 2 ay müddətində saxlanılmalıdır. Buna baxmayaraq, PŞ müdiri İddiaçı xx.xx.2021-ci il tarixdə sistemdə həmin bağlamanı vətəndaşa çatdırılmış kimi əməliyyat aparmışdır və bir mədaxil qəbzi ilə iki müxtəlif alıcıya bağlama çatdırılmaya verilmişdir. Bir mədaxil qəbzi ilə bir alıcıya və ya daha çox poçt göndərişi verilə bilər. Deməli, mədaxil qəbzinin alıcılara verilməməsi halı baş vermişdir. Bütün qeyd edilən hallara görə poçt rabitəsi qaydaları kobud şəkildə pozulmuş və haqlı şikayətə səbəb olmuşdur. xx.xx.2021-ci il tarixdə məsələni yerində araşdırmaq üçün Cavabdeh-nin mütəxəssisləri və PF rəhbəri 132 saylı PŞ-yə getsələr də, məsələni aydınlaşdırmaq mümkün olmamışdır. Belə ki, PŞ-nin müdiri İddiaçı daxili nizam-intizam qaydalarına əməl etməyərək üzr lü səbəb olmadan iş yerini tərk etmişdir və bu barədə akt tərtib edilmişdir. PŞ rəhbərinin tələbi ilə əməliyyatçı müdirinə zəng edərək nə vaxt işə gələcəyini soruşduqda İddiaçı ona sistem köçürüldüyünü, ertəsi gün işə gələcəyini bildirmişdir. Lakin xx.xx.2021-ci ildə verdiyi izahatında PŞ-nin planının yerinə yetirilməsi üçün iş adamları ilə görüşdə olduğunu bildirmişdir. Bundan əvvəl də 2021-ci ilin yarımilliyi üçün dövri mətbuata abunə yazılışının aparılması məqsədilə fiziki və hüquqi şəxslər arasında təbliğat aparılması, qəzet abunə və satışının PDM-in mətbuatyayımı şöbəsi ilə həyata keçirilməsi məqsədilə xx.xx.2021-ci il tarixdə saat 09.59-da onlardan bütün PŞ-lərə ********** nömrəli teleqram göndərilmişdir. 132 saylı PŞ-nin əməliyyatçısı teleqramı saat 11.16-da çatdırmaya vermişdir. Te leqramlar haqqında müvəqqəti qaydaların 1.5.4-cü bəndinə əsasən daxil olmuş teleqramlara PŞ-nin əməliyyatçısı tərəfindən hər 30 dəqiqədən gec olmayaraq, PŞ rəisi tərəfindən isə 1 saatdan gec olmayaraq baxış keçirilir və daxil olmuş teleqram dərhal çapa verir. Bu prosedur əməliyyatçı və PŞ müdiri tərəfindən vaxtında aparılmamışdır və xx.xx.2021-ci il tarixdə 132 saylı PŞ-nin müdiri İddiaçı tərəfindən “Kaspi” mətbuatyayım şirkəti ilə 52,80 manat məbləğində qəzet abunəsi əməliyyatı aparılmışdır. Bundan əlavə İddiaçı Cavabdeh-nin xx.xx.2021-ci il tarixli 1541 nömrəli əmri ilə normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsinə səhlənkar yanaşaraq mövcud poçt qaydalarını pozduğuna görə “töhmət” və xx.xx.2021-ci il tarixli 1612 nömrəli əmri ilə şəxsi marağı xatirinə müştəri dən sənədin kserosurətinin çıxarılmasına görə əlavə pul tələb etməklə “Etik davranış qaydaları”nın tələblərin pozduğuna görə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir.
10. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən aşkar edilmiş hallar qanun pozuntusu hesab edilir və bu səbəbdən cavabdeh həmin qanun pozuntusu ilə bağlı işəgötürən kimi iddiaçı barəsində intizam tənbehi tətbiq etməkdə tam haqlı olmuşdur.
11. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı həmkarlar təşkilatının qabaqcadan razılığı verilmiş və bununla bağlı hər hansı qanun pozuntusuna yol verilməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi səhvlər hüquq pozuntusu hesab olunduğu üçün və əvvəllər – 2020 və 2021-ci illərdə iddiaçı onun barəsində tətbiq edilmiş intizam tənbehindən sonra təkrarən hüquq pozuntusuna yol verdiyi üçün, cavabdehin iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini təsdiq etməsi tam qanunidir. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. İddiaçının işə bərpa edilməsi barədə tələbi əsassız hesab olunduğu üçün, iddia tələbi məcburi buraxılmış iş günləri üçün əmək haqqı ödənilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71. 2, 72, 76.1, 80.1-ci maddələrinə, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarının 1.4.8-ci bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir 14.1. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, iddiaçı əmək funksiyasına aid olmayan hüquq pozuntusuna görə işdən azad olunma intizam tənbeh tədbirinə məruz qalıb. Hüquq pozuntusundan 6 aydan artıq vaxt keçdikdən sonra intizam tənbehi verilə bilməz, sadalanan hüquq pozuntularında təkrarlıq yoxdur, işdən azad edilmə ilə bağlı hüquq pozuntusu töhmətlərin verilməsinə səbəb olmuş hüquq pozuntusundan 6 ay əvvəl baş vermişdir. X5 göndərilmiş bağlamanı qəbul edib sistemə işləmək, onu bir ay saxlamaq, bir aydan sonra geri qaytarmaq 132 saylı Poçt Şöbəsinin əməliyyatçısının funksiyasına daxildir, müdirin belə funksiyası yoxdur. İddiaçı funksiyasına aid olmayan pozuntuya görə işdən azad edilib. Həmin hüquq pozuntusu iddiaçı tərəfindən törədilməmişdir, yəni işdən azad edilməyə səbəb olan vətəndaşın bağlamasının vaxtında qaytarılmaması səlahiyyətinin məhkəmə iclası zamanı cavabdehin izahatı, həmçinin poçt şöbəsinin müdirinin vəzifə təlimatına əsasən poçt şöbə müdirinin deyil, poçtun əməliyyatçısının səlahiyyətinə aiddir. Pozuntu 2021-ci ilin fevral ayının 2-də baş verib, 02 yanvar 2021-ci il tarixdə daxil olmuş bağlama 1 ay poçtda saxl anılmalı, bir aydan sonra 02 fevral 2021-ci il tarixdə geri qaytarılmalı idi. Lakin poçt şöbəsi bağlamanı geri qaytarmamış və bununla da “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarının 1.4.8-ci bəndinin tələbi pozulmuşdur. Həmin pozuntudan 6 ay 24 gün sonra ona işdən azad edilmə ilə bağlı intizam tənbehi verilmişdir. 14.2. Bundan başqa, qanunvericiliyə görə mətbuatyayım azad olduğundan “Kaspi” mətbuat yayım şirkəti ilə əməliyyat aparmasına (xx.xx.2021) görə iddiaçıya xx.xx.2021-ci il tarixdə elan edilmiş töhmətin, eləcə də guya iddiaçının kserosurət çıxarılmasına görə vətəndaşlardan pul alması ilə bağlı təsdiqini tapmayan, həqiqi olmayan iddialara görə ona xx.xx.2021-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsinin də hüquqi əsası yoxdur. Belə ki, “Kaspi” mətbua t yayım şirkəti ilə əməliyyat xx.xx.2021-ci il tarixdə aparılmışdır. Cavabdeh bu hərəkətə görə xx.xx.2021-ci il tarixdə töhmət elan edir. İddiaçının guya kserosurət çıxarmasına görə vətəndaşlardan pul alması faktını isə daha öncə xx.xx.2021-ci il tarixdə “aşkar edirlər”. Daha öncə baş vermiş “əmələ” görə isə xx.xx.2021-ci il tarixdə sonucu xəbərdarlıqla şiddətli töhmət elan edir. Bir ay sonra isə 6 ay 24 gün əvvəl baş vermiş hadisəyə görə iddiaçı işdən azad edilir. Bu hallar onun barəsində cavabdehin intizam tənbehi seriyasını qərəzli aparmasını göstərən hərəkətlərdir ki, əslində 2021-ci ilin iyul ayında 3 gün fasilə ilə artıq aşkar olan hərəkətlərə görə fərqli intizam tənbehləri vermək ona qarşı qeyri-hüquqi mövqe idi. 14.3. Bundan başqa bağlama vətəndaşın öz təqsiri ucbatından vaxtında g ötürülməmişdir. Vətəndaş 2020-ci ilin son aylarında poçt şöbəsinə gələrək mobil nömrə təqdim edərək ona göndəriləcək bağlama poçta daxil olan zaman ona zəng edilməsini, bağlamanın saxlanmasını xahiş etmiş, gəlib götürəcəyini bildirmişdir. Lakin bağlama daxil olan gündən poçt əməkdaşları tərəfindən vətəndaşın telefon nömrəsinə zəng edilsə də, əlaqə yaratmaq mümkün olmamışdır. Nəticə etibarı ilə vətəndaş öz bağlamasını 2021-ci ilin avqust ayında götürmüşdür, onun hüquqları pozulmamış, ona ziyan dəyməmişdir.
15. Apellyasiya instansiya məhkəməsinin iclasında iddiaçı verilən suallara cavab olaraq bildirmişdir ki, poçt şöbəsi bağlamanı geri qaytarmamış və bununla bağlı rüsumu özü ödəmişdir. Kserosurət çıxarılmasına görə vətəndaşlardan pul alması ilə bağlı mövqeyini isə belə bildirmişdir ki, kser osurət aparatı başqa işçinin pulu ilə alınıb deyə yığılan pul onun borcuna ödənilirdi.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2914/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Babayev və R.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, iş materiallarında olan Cavabdeh-nin hüquq şöbəsinin müdiri Kamran Əliyev, Cavabdeh-nin Filiallarla İş şöbəsinin müdiri Azər Səmədov, Cavabdeh-nin PƏŞ-nin aparıcı mütəxəssisi Mahir Babayev, Cavabdeh-nin Filiallarla İş şöbəsini n mütəxəssisi Elnur İsazadə, Cavabdeh-nin 3 saylı Poçt Filialının 132 saylı poçt şöbəsinin müdiri Zenfira Baxşıyeva tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə CP421988325İR beynəlxalq bağlama İran İslam Respublikasından vətəndaş X1 adına 3 saylı PF-nin 132 saylı PŞ daxil olmuşdur. Həmin bağlama üzrə F-22 bildirişi tərtib edilmədən, xx.xx.2021-ci il tarixdə vətəndaşa təqdim olunmadan sistem üzrə çatdırmaya verilmişdir. Sistem üzərindən çatdırma zamanı saxlama günləri azaldılaraq ödəniş edilmişdir. Müəyyən olunmuşdur ki, saxlama günləri 31 gündür. Lakin iş materiallarının 61-ci vərəqindən görünür ki, Cavabdeh-nin Baş direktoruna X1 İran İslam Respublikasından xx.xx.2021-ci il tarixdə ona göndərilmiş CP421988325İR beynəlxalq bağl amanın çatdırılmaması ilə bağlı şikayət ərizəsinin tarixi xx.xx.2021-ci ildir. Həmçinin, həmin pozuntu ilə bağlı Cavabdeh-nin Baş direktoruna iddiaçının izahatının tarixi xx.xx.2021-ci il tarixidir. Beləliklə, X2 İran İslam Respublikasından xx.xx.2021-ci il tarixdə ona göndərilmiş CP421988325İR beynəlxalq bağlamanın çatdırılmaması ilə bağlı pozuntu xx.xx.2021-ci il tarixdə baş vermiş və aradan qaldırılmayaraq xx.xx.2021-ci il tarixədək davam etmişdir. Odur ki, iddiaçının hüquq pozuntusundan 6 aydan artıq vaxt keçdikdən sonra intizam tənbehi verilməsi barədə apellyasiya şikayətinin dəlili əsassızdır.
18. İddiaçının şikayətinin digər dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, həm iş materiallarından, həm də iddiaçının izahatından müəyyən olunur ki, 02 yanvar 2021-ci il tarixdə daxil olmuş ba ğlama 1 ay poçtda saxlanılmalı, bir aydan sonra 02 fevral 2021-ci il tarixdə geri qaytarılmalı idi. Lakin poçt şöbəsi bağlamanı geri qaytarmamış və bununla bağlı rüsumu iddiaçı özü ödəmişdir. Beləliklə, iddiaçı pozuntunun aradan qaldırılmasını təmin etmək əvəzinə, özü də “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarının 1.4.8ci bəndinin tələbinin pozulmasında iştirak etmişdir.
19. Qanunvericiliyə görə mətbuatyayım azad olduğundan “Kaspi” mətbuat yayım şirkəti ilə əməliyyat aparmasına (xx.xx.2021) görə İddiaçı xx.xx.2021-ci il tarixdə elan edilmiş töhmətin, eləcə də guya Z.Baxşıyevanın kserosurət çıxarılmasına görə vətəndaşlardan pul alması ilə bağlı təsdiqini tapmayan, həqiqi olmayan iddialara görə İddiaçı xx.xx.2021-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsini n də hüquqi əsası olmaması ilə bağlı iddiaçının şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçı kserosurət çıxarılmasına görə vətəndaşlardan pul alması ilə bağlı mövqeyini belə bildirmişdir ki, kserosurət aparatı başqa işçinin pulu ilə alınıb deyə yığılan pul onun borcuna ödənilirdi. Lakin iddiaçı bunu təsdiq edən sübutu təqdim etməmiş və bunun yol verilən olmasını əsaslandırmamışdır. “Kaspi” mətbuat yayım şirkəti ilə əməliyyatlar isə iş materiallarında olan iddiaçının iştirakı ilə təsdiq olunan aktla və etirafı ilə sübut olunmuşdur.
20. Daha öncə baş vermiş “əmələ” görə xx.xx.2021-ci il tarixdə sonucu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi ilə bağlı şikayətin dəlilini məhkəmə kollegiyası əsassız hesab edərək qeyd etmişdir ki, həmin töhmətlərin verilmə vaxtı törədilmiş əməlin mahiyyətini istisna etmir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə, 71.2, 72, 76.1, 80.1-ci maddələrinə, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarının 1.4.8-ci bəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən işdən azad olunm a və əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, 1978 nömrəli əmrdə İddiaçı konkret olaraq hansı əmək funksiyasını yerinə yetirmədiyi və əmək müqaviləsi üzrə hansı öhdəliyi yerinə yetirmədiyini aydınlaşdırmamışdır. İşəgötürən iddiaçının şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almadan, onu digər məsuliyyətə cəlb etmədən, ona ağır intizam tənbehini tətbiq edərək əmək müqaviləsinə xitam vermişdir. Halbuki, iddiaçı 1979-cu il tarixdən 42 il poçt sahəsində çalışmış, 1995-ci ildən Cavabdeh-nin 132 saylı Poçt şöbəsinin müdiri olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdehin vəkili kassasiya şikayətinə yazılı etiraz göndərərək, şikayətin təmin olunmamasını və apelyasiya instansiyası məhk əməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
25. Maddə
10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;...
26. Maddə
70. Bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.
27. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
28. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;...
29. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təş kilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir.
30. Maddə
300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəg ötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydaları
31. Bənd 1.4.8. “Tələb olunanadək” ünvanı ünvançı tərəfindən tələb olunan anadək poçt göndərişinin müəyyən müddət ərzində (adətən 30 günədək) təyinat yerinin poçt şöbəsində saxlanılmasını nəzərdə tutan xüsusi poçt ünvanı formasıdır. Bir ay müddətində bağlama çatdırılmadıqda və ya geri qaytarılmalı, ya da alıcının ödənişli ərizəsi əsasında poçt şöbəsində 2 ay müddətində saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyekt iv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəl illər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməmə si ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. İşə bərpa olunması barədə iddianın hüquqi əsası kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsi müəyyən edilmişdir.
45. İşə baxmış məhkəmələr tərəfindən də işin halları bu norma əsasında təhlil edilmiş və müəyyən edilmişdir ki, iş materiallarında olan 3 saylı PF-nın rəisi X4, 132 saylı PF-nin əməliyyatçıları X3, X7, X8, X13, poçtalyon Türkan Həsənova tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən PŞ-nin müdiri İddiaçı iş yerində olmadığı aşkarlanmışdır.
46. Bundan başqa, 02 yanvar 2021-ci il tarixdə daxil olmuş bağlama 1 ay poçtda saxlanılmalı, bir aydan sonra 02 fevral 2021-ci il tarixdə geri qaytarılmalı halda, poçt şöbəsi bağlamanı geri qaytarmamış və bununla bağlı rüsumu iddiaçı özü ödəmişdir. Beləliklə, iddiaçı pozuntunun aradan qaldırılmasını təmin etmək əvəzinə, özü də “Po çt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarının 1.4.8-ci bəndinin tələbinin pozulmasında iştirak etmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş iddiaçının yol verdiyi intizam xətaları onunla əmək müqaviləsinə xitam verilməsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində müəyyən olunmuş əsaslara uyğundur. İşə baxmış məhkəmələr də mübahisənin həllinə məhz bu normanı tətbiq etmiş, işin hallarını bu normanın dispozisiya şərtləri əsasında təhlil edərək o nəticəyə gəlmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir.
48. Kassatorun onunla əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olması barədə dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfində n müfəssəl araşdırılmış və hüquqi qiymət verilmişdir. Kassasiya kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə razılaşır.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
50. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2914/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.