Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4910/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ”İddiaçı” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5 və X2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc, məhkəmə-mühasibatlıq ekspertizası, sübutetmə, zamin) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 vəkili X7 oğlunun iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)238/2020 nömrəli qətnaməsindən iddiaçı “İddiaçıQSC-nin nümayəndəsi, vəkil XXX oğlu, habelə Cavabdeh3, Cavabdeh1 və vəkilləri X7 oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə - XXX saylı kredit razılaşması üzrə 23968,48 ABŞ dolları məbləğində kredit borcu, 8487,65 ABŞ dolları məbləğində faiz borcu və 11344,35 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 43500,48 ABŞ dolları məbləğində borcun, 014R********** saylı kredit razılaşması üzrə 25101,20 manat məbləğində kredit borcu, 4768,62 manat məbləğində faiz borcu və 7073,91 manat məbləğində cərimə borcu olmaqla, cəmi 36943,73 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus ünvan1 0,05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 206,1 kv.m. ümumi, 124,2 kv.m. yaşayış, 81,9 kv.m yardımçı, 11,6 kv.m. tikintialtı sahədən ibarət 6 otaqlı, 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına 43500,48 ABŞ dolları və 36943,73 manat məbləğində borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, Cavabdeh1 məxsus ünvan1 0,05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 206.1 kv.m. ümumi, 124,2 kv.m. yaşayış, 81,9 kv.m. yardımçı, 11,6 kv.m. tikintialtı sahədən ibarət 6 otaqlı, 4 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və İddiaçı QS C-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(034)-83/2018 nömrəli qətnaməsi ilə (hakim G.K.İmanova) iddia qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5 və X1 müştərək qaydada XXX saylı kredit razılaşması üzrə 20783,06 ABŞ dolları məbləğində əsas borc, 4993,99 ABŞ dolları məbləğində faiz borcu və 800 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 26577,05 ABŞ dollarının qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq və 014R********** saylı kredit razılaşması üzrə 25007,41 manat məbləğində əsas borc, 4691,58 manat məbləğində faiz borcu və 500 manat məbləğində cərimə borcu olmaqla, cəmi 30198,99 manat məbləğində pulun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qe ydiyyatına alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 20 manat məbləğində xidmət haqqının, cəmi 71 manat pulun tutularaq iddiaçı “xxxx” QSC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 10 manatının iddiaçıya aid edilməsi, tutma ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan1 yerləşən 0,05 kv.m. yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 6 otaqlı, 206,1 kv.m. ümumi sahəsi, 124,2 kv.m. yaşayış, 81,9 kv.m. yardımçı sahədən ibarət 4 nömrəli xüsusi mülkiyyətli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan1 yerləşən 0,05 kv.m. yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 6 otaqlı, 206,1 kv.m. ümumi sahəsi, 124,2 kv.m. yaşayış, 81.9 kv.m. yardımçı sahədən ibarət 4 nömrəli xüsusi m ülkiyyətli fərdi yaşayış evinin 140000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına cavabdehlərin iddiaçıya olan borcunun ödənilməsi, ünvan1 yerləşən 0,05 kv.m. yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 6 otaqlı, 206,1 kv.m. ümumi sahəsi, 124,2 kv.m. yaşayış, 81,9 kv.m. yardımçı sahədən ibarət 4 nömrəli xüsusi mülkiyyətli fərdi yaşayış evi açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh1 fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5 və X1 müştərək qaydada tutulması, ekspertiza tədqiqatının dəyəri olan 270 manat pulun Cavabdeh1 alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-238/2020 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və L.M.Məmmədovadan ibarət tərkibdə) iddiaçının və Cavabdeh3 apelyasiya şikayətləri təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(034)-83/2018 nömrəli qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmiş, qətnamə - “Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5 və X1 müştərək qaydada XXX saylı kredit razılaşması üzrə 800 ABŞ dolları və 014R********** saylı kredit razılaşması üzrə 500 manat məbləğində cərimə İddiaçı QSC-nin xeyrinə tutulsun” hissəsində dəyişdirilib, XXX saylı kredit razılaşması üzrə 100 ABŞ dolları və 014R********** saylı kredit razılaşması üzrə 100 manat məb ləğində müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçıdan alınıb ekspert təşkilatının hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən İddiaçı QSC-nin nümayəndəsi, vəkil XXX oğlu kasasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-238/2020 nömrəli qətnaməsini qismən - tələb olunan əsas və faiz borcunun təmin olunmamış, cərimə borcunun azaldılmış hissələrində dəyişdirilməsi və həmin hissələrdə də iddianın tam şəkildə təmin edilməsi, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin tərəflər arasında bərabər şəkildə bölüşdürülməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Həmçinin cavabdehlər Cavabdeh3, Cavabd eh1 və vəkilləri X7 oğlu kasasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-238/2020 qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin Cavabdeh3 münasibətdə rədd edilməsi və Cavabdeh1 münasibətdə isə - ləğv edilərək, yenidən araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)-4910/2020 nömrəli qərardadı Cavabdeh1 kasasiya şikayətinin icraata qəbul hissəsində ləğv edilmiş, Cavabdeh1 Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-238/2020 nömrəli qətnaməsindən verdiyi kasasiya şikayəti kasasiya baxışından çıxarılmış, İddiaçı QSC-nin və Cavabdeh3 Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-492/2020 nömrəli qətnaməsindən verdikləri kasasiya şikayətlərinə mahiyyəti üzrə baxılması qərara alınmışdır. KASASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tələb olunan əsas, faiz borcunun təmin olunmamış, cərimə borcunun isə azaldılmış hissələrində, habelə ekspertiza tədqiqatının tutulması hissəsində əsassızdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsassız olmuş, ödənişlər tərəflər arasında razılaşdırılmış ödəniş planından fərqli formada silinmiş və məhkəmə tərəfindən həmin rəy düzgün qiymə tləndirilməmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi cərimə məbləğini azaldarkən kreditorun əmlak mənafelərini nəzərə almamış və sonuncunun mənafelərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh3 kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, həmin cavabdehin kredit razılaşmalarından xəbəri olmamış, onlara zamin durmamışdır. Həmçinin Cavabdeh1 8000 manat məbləğində pulun ödənilməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə iclasında Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi, vəkil X7 oğlu iddiaçının kasasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, cavabdehin kasasiya şikayətini isə müdafiə edərək təmin edilməsini, apelyasiya instansiya məhkəməs inin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçının nümayəndəsi və digər cavabdehlər, habelə vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq kasasiya baxışının hədlərini müəyyən edərkən qeyd edir ki, apely asiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən əsas, faiz və cərimə borcu üzrə tələbin təmin olunmamış hissələrində, cavabdeh tərəfindən isə borcun düzgün hesablanmaması ilə yanaşı, həmin borcun ondan tutulması hissəsində mübahisələndirilmişdir. Həmçinin qətnamənin təmin olunmuş hissəsi digər cavabdehlər tərəfindən mübahisələndirilməmişdir (yuxarıda qeyd olunduğu kimi Cavabdeh1 kasasiya şikayəti kasasiya baxışından çıxarılmışdır). Bu səbəbdən hazırki kasasiya baxışının predmetini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin borcun müəyyən edilməsi hissəsi və borcun Cavabdeh3 tutulması hissəsi üzrə hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması təşkil edir. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarına əsasən, Cavabdeh1 və İddiaçı QSC arasında b ağlanılmış xx xxxxxx 2008-ci il tarixli XXX saylı kredit xətt müqaviləsinə və ona xx xxx 2011-ci il tarixli dəyişikliyə əsasən bank tərəfindən kredit alana 159 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixli XXX saylı kredit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 80000 ABŞ dolları məbləğində kredit götürmüş, xx xxxx 2015-cı il tarixli, XXXS saylı, xx xxxxxx 2016-cı il tarixli, XXXSB saylı və xx xxxx 2016-cı il tarixli, XXXSC saylı sazişlərlə həmin razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Bundan əlavə, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli 014R********** saylı kredit razılaşması əsasında 27 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində kredit götürmüş, xx xxxxxx 2016-cı il tarixli, 014R**********S saylı sazişlə həmin razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 ilə xx xxxxxx 2008-ci il tarixdə, Cavabdeh2 ilə xx xxxxxx 2008-ci il tarixdə, X4 ilə xx xxx 2011-ci il tarixdə və X5 ilə xx xxxxxx 2014-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Bundan əlavə, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə xx xxxxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi ilə mülkiyyətində olan ünvan1 yerləşən 0,05 kv.m. yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 6 otaqlı, 206,1 kv.m. ümumi sahəsi, 124,2 kv.m. yaşayış, 81,9 kv.m. yardımçı sahədən ibarət 4 nömrəli xüsusi mülkiyyətli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Nəhayət məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh1 yuxarıda qeyd olunan kreditləri qəbul etmiş, lakin müqavilə (razılaşmalar) üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmə kollegiyası ilk olaraq cavabdehlərdən tutulan borcun məbləği ilə bağlı həm iddiaçının, həm də cavabdehin kasasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri əsassız hesab edir. Belə ki, İddiaçı QSC Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixə xx xxxxxxxx 2014-cü il tarixli XXX say lı kredit razılaşması üzrə 23968,48 ABŞ dolları məbləğində kredit borcu, 8487,65 ABŞ dolları məbləğində faiz borcu və 11344,35 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 43500,48 ABŞ dolları məbləğində borcun, xx xxxxxx 2015-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə 25101,20 manat məbləğində kredit borcu, 4768,62 manat məbləğində faiz borcu və 7073,91 manat məbləğində cərimə borcu olmaqla, cəmi 36943,73 manat məbləğində borcun olduğunu iddia edərək, tələbinin sübutu qismində xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışlarını məhkəməyə təqdim etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, 14219 saylı rəyinə əsasən xx xxxxxx 2017-ci il tarixə Cavabdeh1 xx xxxxxxxx 20 14-cü il tarixli, 0XXX saylı kredit razılaşması üzrə 20783,06 ABŞ dolları məbləğində əsas, 4993,99 ABŞ dolları məbləğində faiz borcu; xx xxxxxx 2015-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə 25007,41 manat məbləğində əsas, 4691,58 manat məbləğində faiz borcu müəyyən olunur. İddiaçının apelyasiya şikayətinin dəlillərinə uyğun olaraq apelyasiya icraatı zamanı təyin edilərək keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxx 2020-ci il tarixli, XXX saylı rəyinə əsasən xx xxxxxx 2017-ci il tarixə Cavabdeh1 xx xxxxxxxx 2014cü il tarixli 0XXX saylı kredit razılaşması və ona sonrakı Sazişlərin şərtlərinə uyğun 20783,06 ABŞ dolları məbləğində əsas, 4993,99 ABŞ dolları məbləğində faiz borcunun; xx xxxxxx 2015-ci il tarixli 014R********** saylı kredit razılaşması və ona sonrakı Sazişin şərtlərinə uyğun üzrə 25007,41 manat məbləğində əsas, 4691,58 manat məbləğində faiz borcunun olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləs inin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası mə hkəməsi haqlı olaraq borcu müvafiq ekspertizanın nəticələrinə əsaslanaraq müəyyən etmişdir. Belə ki, iş materiallarında olan ekspert rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hal ların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçının mübahisələndirdiyi digər məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən səlahiyyətləri çərçivəsində dəbbə pulu borcunu azaltmışdır. Məhkəmənin müəyyən etdiyi cərimə məbləği həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Nəhayət məhkəmə kollegiyası təkrar məhkəmə mühasibatlıq ekspertizasının iddiaçının apelyasiya şikayətinin dəlillərinə uyğun təyin edildiyini və həmin şikayətin təmin olunmadığını nəzərə alaraq hesab edir ki, ekspertiza xərcinin tərəflər arasında bölünməli olmasına dair kasasiya şikayətin dəlili də əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh3 kasasiya şikayətinin dəlilləri ilə isə məhkəmə kollegiyası qismən razılaşır. Belə ki, cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, kredit razılaşmalarından məlumatsız olmuş, onlara zamin durmamışdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı QSC, Cavabdeh3 və Cavabdeh1 arasında zaminlik müqaviləsi xx xxxxxx 2008-ci il tarixdə imzalanmış, sonradan xx xxx 2011-ci il tarixdə həmin müqaviləyə dəyişiklik və əlavələr edilmişdir. Lakin borca lana konkret kredit məbləğləri xx xxxxxxxx 2014-cü il tarixli 0XXX saylı və xx xxxxxx 2015-ci il tarixli 014R********** saylı kredit razılaşmaları ilə verilmiş, habelə həmin razılaşmalara sonradan dəyişikliklər edilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi işin hallarına uyğun olaraq Cavabdeh3 Cavabdeh1 kredit borcu üzrə öhdəlik daşımalı olmasına dair apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmişdir. Halbuki, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətl i hesab edilə bilməz... Ərizəçinin arqumentinin apelyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” xx xxxx 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” xx xxxxxx 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında məhkəmələrə izah olunmuşdur ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Məhkəmə qətna məsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Həmçinin həmin Qərara əsasən kasasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 apelyasiya şikayəti üzrə maddi və prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayəti təmin edilməməli, Cavabdeh3 kasasiya şikayəti isə qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni kredit müqavilə ləri üzrə borc məbləğinin zamin olaraq Cavabdeh3 tutulması hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi isə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apelyasiya şikayətinin dəlillərinə Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadın ı tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC-nın nümayəndəsi, vəkil XXX oğlunun kasasiya şikayəti təmin edilməsin. Cavabdeh3 və vəkili X7 oğlunun kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-238/2020 nömrəli qətnaməsi qismən, yəni kredit borcunun Cavabdeh3 tutulması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün həmin apelyasiya məhkəməsinə göndərilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-238/2020 nömrəli qətnaməsi mübahis ələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-4910/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4910/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver