Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4922/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-492/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs ASC kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-492/2020 nömrəli iş üzrə x x xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin qismən təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti xx xxxxxx 2020-ci il tarixli qərardadla icraata qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə İddiaçı, Cavabdeh və qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs ASC-nin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyib hesab edir ki, kassasiya şikayəti MPM-in tələblərinə zidd olaraq icraata qəbul olunduğu üçün mülki iş kassasiya baxışından çıxarılmalı və apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-ə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır (408.1.5). Lakin iş üzrə verilmiş kassasiya şikayətində nəinki maddi və prosessual hüquq normalarının pozulması, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmiş, MPM-in kassasiya icraatına aid olan 418.1-ci madəsindən başqa ümumiyyətlə hər hansəı maddi və ya prosessual hüquq normalarına istinad edilməmişdir. MPM-ə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (408.2). Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (417.1.7). Qeyd olunanlara əsasən və MPM-in 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-492/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Maraqlı şəxs ASC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il t arixli qərardadı ləğv edilsin. 2(102)-4922/2020 saylı mülki iş kassasiya baxışından çıxarılsın və mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4922/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4922/2020
02.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver