Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4925/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Əbülfəz oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, X8, Cavabdeh5, Maraqlı şəxs1, Cavabdeh2 qarşı (Milli Depozit Mərkəzi, X12, Quba rayon xüsusi notariusu YYY, DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilələrin etibarsız hesab edilməsi və s. tələbinə dair” iddia ərizəsi və müstəqil tələb irəli sürən üçüncü şəxs Məmmədova Zəhrəxanım Ağali qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qarşı (Milli Depozut Mərkəzi üçüncü şəxs kimi göstərilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdlərin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkə məsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Əbülfəz oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, X11, Cavabdeh5, Maraqlı şəxs1, Cavabdeh2 qarşı ( Milli Depozit Mərkəzi, X12, Quba rayon Notariat Kontorunun xüsusi notariusu YYY, DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi üçüncü şəxslər qismində cəlb edilməklə) “vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsi, vurulmuş zərərin cavabdehlərin hesabına ödənilməsi, alğı-satqı müqavilələrinin, iclas protokollarının və reyestr çıxarışlarının etibarsız hesab edilməsi” və müstəqil tələb irəli sürən üçüncü şəxs Məmmədova Zəhrəxanım Ağali qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qarşı (Milli Depozit Mərk əzi üçüncü şəxs qismində cəlb edilməklə) “etibarnamənin və həmin etibarnamə əsasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, vurulmuş zərərin, əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-283/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh5 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Milli Depozit Mərkəzi tərəfindən verilmiş qiymətli kağızlara dair depo hesabından çıxarışlara əsasən "xxxx" ATSC-nin nizamnamə kapitalı 424.075,60 manat, qiymətli kağızların ümumi miqdarı 212.037 ədəd təşkil edir. İddiaçı1 həmin səhmlərin 41.806 ədəd hissəsi nin, İddiaçı2 isə 39.680 ədəd hissəsinin mülkiyyətçisidir. Milli Depozit Mərkəzinin xx.xx.2015-ci il tarixli məktubundan və ona əlavə edilmiş siyahıdan görünür ki, ATSC-nin cəmi 120 səhmdarı var. İddiaçı2 payı 18,7137%, Cavabdeh1 payı 19,9314%, Cavabdeh4 payı 30,1556% və İddiaçı1 payı usə 19,7164% təşkil edir. Qalan hissədə paylar digər səhmdarlara məxsusdur. 2. "xxxx" ATSC-nin səhmdarlarının xx.xx.2007-ci il tarixdə keçirilən ümumi yığıncağının protokolundan görünür ki, iclasda cəmiyyətin idarə heyətinin maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabat, maliyyə təftiş komissiyasının hesabatı, təşkilati məsələlər və digər məsələlər gündəliyə salınmş, cəmiyyətin İdarə Heyətinin aşağıdakı tərkibdə seçilməsi qərara alınmışdır: sədr Cavabdeh1; üzvlər - Şəbəddin Məmmədov, Azər Ələkbərov, İddiaçı1, Eldəniz Nəcəfov və Firudin Əliməmmədov.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 5xx/xx-2010/PA saylı səhmdar cəmiyyətinin səhmlərinin alğısatqı müqaviləsinə əsasən, ATSC-nin 30% səhmləri 63.621 manata Cavabdeh4 satılmışdır. 4. xx.xx.2010-cu il tarixdə keçirilmiş ümumi yığıncaqda səhmdar İddiaçı1 çıxış edərək, təklif etmişdir ki, uzun müddət istismar olmuş nəqliyyat vasitələri və istismara yararsız nəqliyyat vasitələrinin balansdan silinməsi və özəlləşdirmək üçün hərraca çıxarılması vaxtı çatmışdır. Ona görə də, bu məsələnin həyata keçirilməsi üçün lazımi komissiya yaradılıb bu işin icrasına başlanmalıdır. Həmin təklif səsə qoyulmuş və qərara alınmışdır ki, bu işin icrası üçün komissiya yaradılsın. 5. xx.xx.2010- cu il tarixdə keçirilmiş ümumi yığıncaqda qoyulmuş məsələlərlə bağlı aşağıdakı qərarlar qəbul edilmişdir:
1. ATSC-nin balansında olan inzibati bina bölünərək, istifadəsiz əsas vəsaitlər digər şəxslərə satılmaqla cəmiyyətin balansından silinsin;
2. Qeyd olunanlarla bağlı irəli gələn məsələlərin həlli ATSC-nin İdarə Heyətinin sədri Cavabdeh1 həvalə edilsin;
3. Cəmiyyətin baş mühasibinə tapşırılsın ki, satışdan əldə olunan pul vəsaitini kreditor və vergi borclarının, zərər çəkənlərin, idarə işçilərinin zəhmət haqlarının, işıq və qaz pulunun ödənilməsinə sərf etməklə, həmin vəsaitin qanuni xərclənməsinə lazımi qaydada əməl etsin.
6. DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş (seriya MA, № 0261877; seriya MA, № 0320512; seriya MA; № 0382570; seriya MA; № 0261743) çıxarışlara əsasən, ünv an 1 ünvanda yerləşən, ümumi sahəsi 2.962,9 kv.m. olan əmlak kompleksi kimi müəssisə (təmir sexi sahəsi 1.009,8 kv.m., inzibati bina 306,2 kv.m., mühafizəçi binası 21,7 kv.m., avtomobil təmir sexi 98,7 kv.m., “elektrik şit” 10,9 kv.m., anbar təmir sexi 507,9 kv.m., yamalı təmir sexi 710,4 kv.m., yeməkxana 297,3 kv.m.) xx.xx.2011-ci il tarixdə; Quba rayonu, Birinci Nügədi kəndində yerləşən, torpaq sahəsi 0,1005 ha olan və ümumi sahəsi 899,3 kv.m. (inzibati bina sahəsi 187,1 kv.m., inzibati bina sahəsi 168,2 kv.m., anbar sahəsi 80,1 kv.m., təmir sexi sahəsi 462,4 kv.m., sanitar qovşağı sahəsi 1,6 kv.m. olan) olan qeyri-yaşayış sahəsi əmlak kompleksi kimi müəssisə xx.xx.2011-ci il tarixdə; ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisə (təmir sexi sahə si 1011,4 kv.m, inzibati bina sahəsi 118,9 kv.m., ticarət obyekti sahəsi 21,7 kv.m., avtomobil təmir sexi sahəsi 98,7 kv.m., elektrik şiti sahəsi 10,9 kv.m., anbar, təmir sexi sahəsi 507,9 kv.m., yamalı təmir sexi sahəsi 710,4 kv.m., yeməkxana sahəsi 226,7 kv.m., hamam sahəsi 71,1 kv.m.) xx.xx.2011-ci il tarixdə və ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 2.590,7 kv.m. olan əmlak kompleksi kimi müəssisə (təmir sexi sahəsi 1011,4 kv.m., inzibati bina 24,7 kv.m., avtomobil təmir sexi 98,7 kv.m., elektrik şiti 10,9 kv.m., anbar, təmir sexi 507,9 kv.m., yamalı təmir sexi 710,4 kv.m., yeməkxana 226,7 kv.m.) xx.xx.2012-ci il tarixdə ATSCnin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. ATSC-nin adından (xx.xx.2007-ci il tarixli protokola əsasən) Cavabdeh1lə Cavabdeh5, Cavab deh2, Maraqlı şəxs1 və MMM arasında bağlanmış xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, 000 ünvanda yerləşən, ATSC-yə məxsus ümumi sahəsi 2962,9 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəsi 365,3 kv.m., ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 58 kv.m. sahəsi Maraqlı şəxs1 3.500 manata, 50 kv.m. sahəsi M.Rzayevə 3.500 manata, 47,1 kv.m. sahəsi Cavabdeh5 400 manata və 27,9 kv.m. sahəsi Cavabdeh2 360 manata satılmışdır. Həmin sahələr müvafiq olaraq xx.xx.2011-ci il tarixdə Maraqlı şəxs1, xx.xx.2011-ci il tarixdə isə MMMin, Cavabdeh5 və Cavabdeh2 adına qeydiyyata alınmışdır.
8. ATSC-nin adından (xx.xx.2007-ci il tarixli protokola əsasən) Cavabdeh1lə Cavabdeh4 (etibarnamə əsasında adından Əli Həsənov çıxış edir) arasında bağlanm ış xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən "xxxx" ASC-yə məxsus 0,1005 ha torpaq sahəsində yerləşən “A” tikili ümumi sahəsi 187,1 kv.m., tikintialtı sahəsi 228,1 kv.m., “B” tikili ümumi sahəsi 168,2 kv.m., tikintialtı sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış binaları 12.100 manata Cavabdeh4 satılmış və sahəsi 187,1 kv.m olan qeyri-yaşayış binası xx.xx.2012-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır.
9. ATSC-nin adından (xx.xx.2007-ci il tarixli protokola əsasən) Cavabdeh1lə Cavabdeh4 (etibarnamə əsasında onun adından Əli Həsənov) arasında bağlanmış xx.xx.2011-ci il tarixli alğısatqı müqaviləsinə əsasən, 000 ünvanda yerləşən, ASC-yə məxsus ümumi sahəsi 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəs i 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 50,1 kv.m. sahəsi; tikilialtı sahəsi 33,1 kv.m., ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binası; tikintialtı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyri-yaşayış binası 5.000 manata Cavabdeh4 satılmış və ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binası xx.xx.2012-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır.
10. Cavabdeh5la Cavabdeh3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, Quba şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən ümumi sahəsi 47,3 kv.m. olan qeyri-yaşayış sahəsindən 32,3 kv.m. sahə 5000 manata; ATSC-nin adından (xx.xx.2007-ci il tarixli protokola sasən) Cavabdeh1lə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2011-ci il tarixli alğı-satqı m üqaviləsinə əsasən isə, 000 ünvanda yerləşən, ATSC-yə məxsus ümumi sahəsi 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 44,1 kv.m. sahəsi 5.000 manata Cavabdeh3 satılmış və ümumilikdə sahəsi 76,8 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə xx.xx.2012ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. Cavabdeh5la Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, 000B ünvanda yerləşən ümumi sahəsi 15 kv.m. olan qeyri-yaşayış binası 4000 manata Cavabdeh3 satılmış və xx.xx.2012-cı il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır.
11. Cavabdeh4lə LLL arasında bağlanmış xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, 000A ünv anda yerləşən ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binası 4000 manata R.Əsədova satılmış və xx.xx.2012-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. Cavabdeh5la Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, 000D ünvanda yerləşən ümumi sahəsi 50,3 kv.m. olan qeyri-yaşayış binası 4000 manata Maraqlı şəxs1 satılmış və xx.xx.2012-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. ATSCnin adından (xx.xx.2010-cu il tarixli protokola əsasən) Cavabdeh1lə Maraqlı şəxs1 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən 000F ünvanda yerləşən, ATSCyə məxsus sahəsi 24,7 kv.m. olan bir mərtəbəli qeyri-yaşayış binası (inzibati bina) 1.500 manata Maraqlı şəxs1 satılmış və xx.xx.2014-cü il tarixdə sonuncunun adına qeydi yyata alınmışdır. X13 Qurbanov arasında bağlanmış xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, 000A ünvanda yerləşən istifadədə olan 0,01194 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 186,6 kv.m., tikinti sahəsi 107,1 kv.m. olan iki mərtəbəli qeyri-yaşayış binası 60.000 manata Maraqlı şəxs2 satılmış və xx.xx.2014-cü il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır.
12. Cavabdeh2lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, 000 ünvanda yerləşən ümumi sahəsi 27,8 kv.m. olan daşınmaz əmlakın 12,4 kv.m. sahəsini Cavabdeh3 satmış və xx.xx.2014-cü il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır.
13. DƏDRX-nin xx.xx.2015-ci il tarixli məktubundan və DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışlardan görünür ki, Quba rayonu, Bi rinci Nügədi kəndi, 0,1005 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə və ya onun ayrılmış hissələri, o cümlədən, ümumi sahəsi 187,1 kv.m., tikintialtı sahəsi 228,1 kv.m. olan qeyri-yaşayış binası və ümumi sahəsi 168,2 kv.m., tikintialtı sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış binası YYYya məxsus olmaqla, MA seriyalı ******* nömrəli və MA seriyal ******* nömrəli çıxarışlara əsasən xx.xx.2014-cü il tarixdə onun adına qeydiyyata alınmışdır. Ümumi sahəsi 80,1 kv.m., tikintialtı sahəsi 81,8 kv.m. olan qeyri- yaşayış binası; ümumi sahəsi 462,4 kv.m., tikintialtı sahəsi 504,0 kv.m. olan qeyri-yaşayış binası; ümumi sahəsi 1,6 kv.m., tikintialtı sahəsi 2,8 kv.m. olan qeyri-yaşayış binası "xxxx" ATSC-yə; Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında 0,3193 ha torpaq sahəsində yerləş ən, ümumi sahəsi 2777,7 kv.m., tikintialtı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının tikintialtı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyri-yaşayış binası YYYya məxsusdur.
14. MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Birinci Nügədi kəndində yerləşən, ümumi sahəsi 544,1 kv.m. olan əmlak kompleksi kimi müəssisə xx.xx.2012-ci il tarixdə ATSC-nin adına; MA seriyalı, ******* mömrəli çıxarışa əsasən ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2012-ci il tarixdə Cavabdeh4 adına; MA seriyalı ******* nömrəli çıxarışa əsasən isə həmin qeyri-yaşayış sahəsi xx.xx.2013-cü il tarixdə YYYnın adına qeydiyyata alınmışdır.
15. ATSC-nin 2007-2014-cü illərin və xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrün maliyyə təsərrüfa t fəaliyyətinin auditinə dair audit hesabatından görünür ki, auditlə əhatə olunan illər üzrə 199.218,32 manat məbləğində mənfəətdən bəyannamələr üzrə hesablanmış 12.378,64 manat məbləğində vergilər çıxıldıqdan sonra 186.839,68 manat məbləğində mənfəət səhmdarlar arasında bölüşdürülməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən "xxxx" ATSC-nin səhmdarlarına paylı mülkiyyət hüququ əsasında məxsus olan avtomobillərin təmiri üçün inşa edilmiş “Modul” adlanan, metaldan quraşdırılmış 30.000 manat dəyərində təmir sexinin, əlvan metaldan inşa edilmiş 20.000 manat dəyərində anbarların, 70.000 manat dəyərində 17 ə dəd "xxxx" markalı avtomaşınların, “Modul” təmir sexinə məxsus olmuş 2000 manat dəyərində beton panellərin, 5000 manat dəyərində avtomobillərin təmiri üçün 10 ton yük qaldırıcı kranın, 8000 manat dəyərində avtokar və 20.000 dəyərində yanacaq çənlərinin, cəmi 155.000 manat vurulmuş zərərin əvəzinin və ATSC-nin təsərrüfat fəaliyyətindən əldə edilmiş gəlirlərdən paylarına düşən əldən çıxmış fayda kimi 65.000 manatın ödənilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən ATSC-nin istifadəsində olan 0,1005 hektar torpaq sahəsində yerləşən “A” ümumi sahəsi 187,1 kv.m., tikinti altı sahəsi 228,1 kv.m., “B” ümumi sahəsi 168,2 kv.m., tikinti altı sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış binalarının, Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında ATSC-nin istifadəsində olan 0,3193 ha torpaq sahəsində yerl əşən ümumi sahəsi, 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikinti altı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının 44,1 kv.m. sahəsinin; 0,33983 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2962,9 kv.m. olan əmlak kompleksi kimi müəssisənin tikinti altı sahəsi 365,3 kv.m., ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının 58,0 kv.m., 50 kv.m, 47,1 kv.m. və 27,9 kv.m. sahələrinin, 0,3193 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikinti altı sahəsi 153,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan yaşayış binasının 50,1 kv.m. sahəsinin, tikinti altı sahəsi 33,1 kv.m., ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binasının, tikinti altı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyri-yaşayış binası nın, 0,29491 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2.590,7 kv.m. olan qeyri-yaşayış binasının, tikinti altı sahəsi 31,8 kv.m. olan, ümumi sahəsi 4,7 kv.m. olan bir mərtəbəli qeyri-yaşayış binasının satılmasına dair iclas protokolunun, alğı-satqı müqavilələrinin və reyestr çıxarışlarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını və cavabdehlərin əməllərində olan cinayət faktları ilə bağlı araşdırılma aparılması üçün barələrində xüsusi qərardad çıxarılaraq, Baş Prokurorluğa göndərilməsini xahiş etmişlər.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba şəhərində yerləşən, cavabdehlərin ucbatından müflis olmuş "xxxx" ASC-nin 20%-i, yəni 41806 ədəd səhm İddiaçı1, 18%-i, yəni 38110 ədəd səhmi isə payçı İddiaçı2 məxsusdur. Onlara məxsus səhmlərin ümumi dəyəri 159.912.000 manat təşkil edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ASC-nin 46% səhminin mülkiyyətçiləridir. Cavabdeh1 Cavabdeh4 atasıdır. Cavabdeh1 cinayət əməlləri barədə onlar Azərbaycan Respublikası Baş Prokuroruna yazaraq, bu talançılığın qarşısının alınmasını və Cavabdeh1 haqqında qanuni tədbirlərin görülməsini xahiş etmişlər. Onların şikayət ərizələri əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Cavabdeh1 haqqında Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə ibtidai araşdırma aparmış və cinayət işi üzrə Quba Rayon Məhkəməsində Cavabdeh1 barəsində hökm çıxarılmışdır. Cavabdeh1 məhkəmənin ona təyin etdiyi cərimə cəzasından həvəslənərək onlara məxsus əmlakı talamağı bu günə kimi davam edir. Cavabdehlər ASC-nin səhmdarlarına paylı mülkiyyət hüququ əsa sında məxsus olan avtomobillərin təmiri üçün inşa edilmiş “Modul” adlanan, metaldan quraşdırılmış 30000 manat dəyərində təmir sexini, 60000 manat dəyərində mağazaları, əlvan metaldan inşa edilmiş 20000 manat dəyərində anbarları, 20000 manat dəyərində iki mərtəbəli inzibati binanı, 70000 manat dəyərində 17 ədəd "xxxx" markalı sərnişin avtomaşınlarını, Quba rayonu, İ Nügədi kəndində yerləşən ASC-nin istifadəsində olan 0,1005 hektar torpaq sahəsində yerləşən “A” ümumi sahəsi 187,1 kv.m., tikinti altı sahəsi 228,1 kv.m., “B” ümumi sahəsi 168,2 kv.m., tikinti altı sahəsi 188,3 kv.m. olan bazar qiyməti 120.000 manat olduğu halda xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsində qiymətini 12.100 manat göstərməklə qeyri-yaşayış binalarını, Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında ATSC-nin is tifadəsində olan 0,3193 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi, 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikinti altı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının 44,1 kv.m. sahəsinin bazar qiyməti 150000 manat olduğu halda, xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 5000 manata satmaqla, Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında yerləşən və ATSC-nin istifadəsində olan 0,33983 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 2962,9 kv.m. olan əmlak kompleksi kimi müəssisənin tikinti altı sahəsi 365,3 kv.m., ümumi sahəsi 306,2 kv.m olan qeyri-yaşayış binasının 58,0 kv.m. sahəsini, 50 kv.m. sahəsini, 47,1 kv.m. sahəsini, 27,9 kv.m. sahəsini bazar qiymətləri hər birinin 60000 manat olduğu halda xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən guya 3500, 3500, 400, 360 manata satmış, Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında 0,3193 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 2777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikinti altı sahəsi 153,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan yaşayış binasının 50,1 kv.m. sahəsini, tikinti altı sahəsi 33,1 kv.m., ümumi sahəsi 21,7 kv.m. olan qeyriyaşayış binasını, tikinti altı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyriyaşayış binası Cavabdeh1 digər Cavabdeh4 qeyri-yaşayış sahələrinin bazar qiyməti 150000 manat olduğu halda qanunsuz olaraq xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən guya 5000 manata satmışlar. Bundan başqa Cavabdeh1 Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında yerləşən və ASC-nin istifadəsində olan 0,29491 hektar torp aq sahəsində yerləşən ümumi sahəsi 2590,7 kv.m. olan qeyri-yaşayış binasının, tikinti altı sahəsi 31,8 kv.m. olan, ümumi sahəsi 4,7 kv.m. olan bir mərtəbəli qeyri-yaşayış binasını xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən bazar qiyməti 40000 manat olduğu halda alğı-satqını 1.500 manata rəsmiləşdirərək qanunsuz olaraq satmış və əldə olunan pul vəsaitlərini mənimsəmişdir. ASC-nin əsas səhm paketinin sahibləri olduqlarına baxmayaraq, cavabdehlər onların razılıqlarını almamış, məlumat verməmiş və saxta protokollar tərtib edərək, saxta və qanunsuz alğı-satqı müqavilələri tərtib etməklə onlara məxsus mağazaları və yuxarıda sadalanan əmlakları sataraq əldə edilən pul vəsaitlərini mənimsəmiş, bununla da iddiaçılara külli miqdarda ziyan vurmuşlar. Cavabdeh1 bütün bu əmlakları əsas pay çılar iddiaçılar olduğu halda onların xəbəri olmadan ASC-nin xx.xx.2007-ci il tarixli cavabdehin sədr seçilməsi ilə əlaqədar protokoluna əsasən xüsusi notarius YYY ilə anlaşaraq qanunsuz satmışdır. Bütün bunlardan başqa Cavabdeh1 qanunsuz olaraq “Modul” təmir sexinə məxsus olmuş 2000 manat dəyərində beton panelləri, 5000 manat dəyərində avtomobillərin təmiri üçün 10 ton yük qaldırıcı kranı, ASC-yə məxsus 8.000 manat dəyərində olan avtokarı və 20000 manat dəyərində olan yanacaq çənlərini satmışdır. Yuxarıda adları sadalanan daşınar və daşınmaz əmlakların siyahısı ASC-nin idarə heyətinin sədrində saxlanılan balans dəyərlərini əks etdirən kitabda 1999-cu il üçün mövcud olan qiymətlər ilə öz əksini tapmışdır. ASC-nin əsas səhm paketinin sahibləri olduqlarına baxmayaraq, cavabdehlər onların raz ılıqları almamış, məlumat verməmiş və saxta protokollar tərtib edərək, saxta və qanunsuz alğı-satqı müqavilələri tərtib etməklə onlara məxsus mağazaları və yuxarıda sadalanan əmlakları sataraq əldə edilən pul vəsaitlərini mənimsəmiş, bununla da onlara 675000 manat ziyan vurmuşlar.
18. Müstəqil tələb irəli sürən üçüncü şəxs V.V.V da iddia ərizəsi ilə müraciət edərək, etibarnamənin və həmin etibarnamə əsasında bağlanmış xx.xx.2007-ci il tarixli alğı-satqı müqaviləsinin, vurulmuş zərərin, əldən çıxmış faydanın ödənilməsi, alğı-satqı müqavilələrinin, reyestrdən çıxarışların, iclas protokollarının etibarsız hesab edilməsi, vurulmuş zərərin cavabdehlərin səhmlərinə yönəldilməsi barədə qətnamə çıxarılmasını və cavabdehlər haqqında xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
19. V.V.Vnın iddi a tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC-nin 16,5% paket səhminə mülkiyyət hüququ əsasında sahib olmaqla müəssisənin payçısı olmuşdur. ASC-nin 20% səhm paketi onun əri İddiaçı1 məxsusdur. 2007-ci ilin avqust ayında İddiaçı1 ona məxsus 16,5% səhmlərini tanımadığı, hal-hazırda cavabdeh olan Cavabdeh4 etibarnamə ilə müvəqqəti olaraq atası olan digər Cavabdeh1 ASC-nin sədri seçmək üçün verməyini tələb etmişdir. O, ərinə tabe olduğundan onunla birlikdə notariat kontoruna getmiş və orada ona hansısa sənədi imzalatdırmışlar. Cavabdeh1 ASC-yə sədr seçildikdən sonra İddiaçı1 onunla əvvəlcədən mövcud olmuş razılığa əsasən onun nəvəsi X4 xx.xx.2008-ci il tarixli etibarnamə vermişdir. Bu hal təsdiq edir ki, o, Cavabdeh1 və onun oğluna səhm payını müvəqqəti vermişdir. Bundan əlavə olaraq Cavab deh1 nəvəsi Etibar Abbasova xx.xx.2008-ci il tarixli etibarnamə ilə bütün əmlakını istədiyi vaxt satmaq səlahiyyətlərini vermişdir. Sonradan həyat yoldaşı ona bildirmişdir ki, Arif və Cavabdeh4lər onu aldadıb, səhm payını öz adlarına rəsmiləşdiriblər və nəvəsi Etibarın adına keçirmək öhdəliklərini pozmuşlar. İddiaçı1 dələduzluq hərəkətləri barədə Baş Prokurora rəsmi müraciətlər ünvanlanmış və bundan sonra Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Cavabdeh1 barəsində cinayət işi başlanmışdır. 2011-ci ildə Cavabdeh1 haqqında CMnin 308.1-ci maddəsi ilə Quba Rayon Məhkəməsi tərəfindən hökm çıxarılmışdır. Cavabdeh1 haqqında çıxarılan hökm və saxta sənədlərlə ASC-nin səhmdar payçılarına vurduğu ziyan açıqaydın sübut edir ki, cavabdeh onu və İddiaçı1 aldatmışdır. Cavabdeh1 onda n etibarnaməni oğlu Cavabdeh4 adına almış və sonra həmin etibarnamə ilə onun səhm payını öz adına qanunsuz rəsmiləşdirərək götürdüyü öhdəliyini səhm payını özünün verdiyi etibarnaməyə uyğun nəvəsi Etibarın adına keçirmədən mənimsəmişdir. Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqi tərəfindən bu fakt qismən araşdırılmış, cavabdeh onun səhm payını öz adına qanunsuz rəsmiləşdirilməsini etiraf etdiyindən və iş mülki xarakterli olduğundan onun mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir.
20. Məhkəmə-mühasibatlıq ekspertizası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 4602 saylı rəydən görünür ki, ekspertiza tədqiqatına yoxlama dövrü üzrə ATSC-nin balansında olan əmlakın hərəkətinə dair (mədaxil-məxaric) rəsmi məlumatları və mühasibat uçotu sənədləri, həmin dövr üzrə yanacaq üçün sərf edilmiş pul vəsaitlərinə dair ilkin kassa sənədləri, sürücülərin avans hesabatları ilkin məxaric sənədləri ilə birgə, müəssisənin gəlirini və xərcini təsdiq edən sənədlər təqdim olunmadığından, ekspertin qarşısında qoyulmuş birinci-dördüncü sualları cavablandırmaq mümkün olmamışdır. Eyni zamanda, 17 ədəd "xxxx" markalı avtobus metaləritmə zavoduna verildiyinə, 10 tonluq yük qaldırıcı aqreqat kran balansdan silindiyinə, 1989-cu ildə istehsal olunmuş istismar müddəti çoxdan başa çatmış avtoyükləyici qalıq dəyəri ilə xx.xx.2011-cl il tarixdə 275 manata satıldığına, eləcə də, dörd kümbəzli bir ədəd istifadəsiz anqarın düralüminiumun çəkisi 2.285 kq olmaqla, 1 kq-ı 0,50 manat nəzərə alınmaqla 1425 manata satıldığına görə, həmin avadan lıqlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının Auditorlar Palatasının xx.xx.2018-ci il tarixli, 28 saylı rəyinə əsasən ATSC-nin aktiv və passivlərinin illər üzrə uçotu aparılmadığı və auditə təqdim olunmuş məhkəmə materiallarında da belə bir sənədlərin tam olmadığı üçün cəmiyyətin aktiv və passivlərini illər üzrə müəyyən etmək mümkün olmamış, lakin cəmiyyətin xx.xx.2007-ci il tarixə balansında olan aktivləri auditora təqdim olunmuş iş materiallarının 3-cü cildinin 175-181-ci səhifələrindəki inventarizasiya aktında göstərilmişdir. Auditə təqdim edilmiş iş materiallarının 3-cü cildinin 27, 57, 84 və 108-ci səhifələrində və 4-cü cildin 190-cı səhifəsindən sonrakı səhifələrində olan DƏDRX-nin Xaçmaz Əİ tərəfindən verilmiş çıxarışlara və ATSC-nin xx.xx.2007-ci il tarixə aparılmış inventarizasiya aktına əsasən əmlaklar ATSC-yə məxsusdur. Bu günə cəmiyyətin balansındakı əsas vəsaitlər və digər inventarlar auditor hesabına əlavə olunmuş 3 saylı cədvəldə göstərilmiş əşyalardır. ATSC-nin audit aparılan tarixə, yəni xx.xx.2015-ci il tarixə mövcud olan əşyalarının balans dəyərini göstərmək mümkündür, lakin bu əşyaların hazırkı bazar qiymətini xüsusi qiymətləndiricilər tərəfindən müəyyən etmək olar. Bu səbəbdən xx.xx.2018-ci il tarixli məktubla "xxxx" MMC-yə müraciət olunaraq ATSC-nin xx.xx.2007ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi olan dövrdə məxaric olunmuş və hazırda mövcud olan əmlaklarının qiymətləndirilməsi xahiş olunmuşdur. Qiymətləndiricidən daxil olmuş məktubda qeyd olunan əmlakların bazar qiymətləri qiymətləndirici tərəfindən müəyyən olu nmamışdır, qiymətləndirici şifahi olaraq bildirmişdir ki, təqdim olunmuş əmlakların real bazar qiymətlərini müəyyən etmək mümkün deyil. Ona görə də satılmış əmlakların çıxarışlarına əsasən onların bazar qiymətləri təyin olunmuşdur. Lakin tərtib edilmiş rəyin “aparılmış hesablamalar” və “uyğun satışların müqayisə üsulu” bölmələrində analoji obyektlərin bazar dəyəri barədə məlumatlardan və obyektin yerləşdiyi ərazinin əmlak bazarındakı uyğun satış məlumatlarından istifadə olunmaqla rəyin tərtib olunması göstərilmişdir. Qiymətləndirici 13 adda əmlaka 185.150 manat qiymət qoymuşdur ki, bu əmlaklardan 10 adda (152.000 manat bazar qiymətinə) olanları faktiki olaraq cəmiyyətdən satış yolu ilə məxaric olunan əmlaklardır. Məxaric olunmamış əmlakların bazar qiyməti qiymətləndiricinin rəyinə əsasən 3 adda olmaqla 33.150 manat göstərilmişdir. Həmin əmlaklar aşağıdakılardır: 1) Quba rayonunu birinci Nügədi kəndində yerləşən ümumi sahəsi 462,4 kv.m. olan qeyri-yaşayış sahəsinin 2015-ci il tarixə orta bazar qiyməti 25.000 manat; 2) Quba rayonunu birinci Nügədi kəndində yerləşən ümumi sahəsi 1,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 2015-ci il tarixə orta bazar qiyməti 150 manat; 3) Quba rayonunu birinci Nügədi kəndində yerləşən ümumi sahəsi 80,1 kv.m. olan qeyri-yaşayış sahəsinin 2015-ci il tarixə orta bazar qiyməti 8000 manat. Beləliklə, qiymətləndiricinin rəyi nəzərə alındıqda cəmiyyətin hazırkı vaxta 3 adda 33.150 manat dəyərində əmlakları qalmışdır. Əslində isə, 3 saylı cədvələ əsasən cəmiyyətin balans üzrə 23 adda 187.416 manat balans dəyəri ilə hal-hazıra əmlakları qalıq qalmışdır. x x.xx.2007-ci il tarixə cəmiyyətin balansında olan vəsaitlərdən audit olunan dövrdə cəmiyyətin balansından çıxarılmış əmlaklar qanunamüvafiq formada balansdan çıxarılmışdır. Bu əmlakların satışından əldə olunmuş vəsaitlərin cəmiyyətin hesabına mədaxil olunması qeyd olunan dövrlərdə aparılmış vergi yoxlamalarında da öz əksini tapmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, əmlaklar əsasən 2010-cu ildən etibarən cəmiyyətin balansından satış və silinmə yolu ilə çıxarılmışdır. Ümumiyyətlə, auditə təqdim olunmuş iş materiallarındakı ATSC-nin əsas vəsaitlərinin əksəriyyətinin istismar müddəti 25 ildən çox olan əmlaklardır. Bu əmlaklar uzun müddət istismarda olmaqla həm mənəvi, həm də fiziki köhnəlməyə məruz qalmış əmlaklardır. Məhkəmənin 2-ci sualında adları qeyd olunan (xx.xx.2007-ci il ildən etibarən “Modul” təmir sexinin, əlvan metaldan inşa edilmiş anbarların, 17 ədəd "xxxx" markalı avtobusların, 10 tonluq yük qaldırıcı kranın, avtokranın, yanacaq çənlərinin, habelə İ Nügədi kəndindəki qeyri-yaşayış binalarının və Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında yerləşən əmlak kompleksinin) əmlaklara köhnəlmə faizləri hesablandıqda bu günkü tarixə onların balans dəyərləri demək olar ki, qalmayacaqdır. ATSC-nin əmlakının satılması, metal əritmə məntəqəsinə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Beləliklə, tədqiq olunmuş sənədlərə əsasən yuxarıda qeyd olunan əmlakların balansdan silinməsi zamanı əmlakın mənimsənilməsi halı və cəmiyyətə hər hansı zərərin vurulmadığına görə iddiaçıların payına düşən ziyan müəyyən olunmamışdır. Audit olunan dövrlərdə cəmiyyə t, bütün pul vəsaitlərinin mədaxilini və məxaricini bank və daxili kassası vasitəsi ilə həyata keçirmişdir. ATSCnin bank və kassa hesabının hərəkəti cədvəllərindən görünür ki, cəmiyyətin audit olunan dövrdə 705.314,61 manat mədaxili olmuş və bu vəsaitlər də cəmiyyətin zəruri xərclərinə təyinatı üzrə məxaric olunmuşdur. Auditor rəyinə əlavə olunmuş 5 saylı cədvəldən göründüyü kimi, audit olunan dövrlərdə ATSC-nin kassasından 80.665,46 manat pul sürücülərə yanacaq pulu üçün məxaric olunması göstərilmişdir. Bu yanacaq pullarının ödənilməsinə dair sürücülərin adına cədvəllərin yazılması və sürücülər tərəfindən cədvəllərin imzalanması onu deməyə əsas verir ki, sürücülərə yanacaq pulunun verilməsində qanunvericiliyin tələbləri pozulmamışdır. ATSCnin ümumi gəlirləri və ümumi xərclərinə dair təqdi m olunmuş sənədlərə əsasən, auditor tərəfindən 4 saylı bankın hərəkətinə və 5 saylı kassanın hərəkətinə dair cədvəllər tərtib olunmuş cədvəllərdən də görünür ki, cəmiyyətin bank və kassa hesabına mədaxil olunmuş vəsaitlərin hamısı müvafiq sənədlər əsasında məxaric olunmuş, nəticədə cəmiyyətin divident hesablanması üçün sərbəst vəsaiti qalmamışdır. ATSC-nin bölüşdürülməmiş mənfəəti qalmadığı üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 divident də hesablanmamışdır. Müstəqil tələb irəli sürən V.V.Vnın isə ATSC-də hər hansı bir payı (səhmi) olmadığına görə ona divident hesablanmamalıdır. Əvvəlki auditor hesabatında göstərilən 186.839,68 manat bölüşdürülməyən mənfəətin hansı ilkin sənədlər əsasında hesablanmasına dair məlumat olmadığına görə qeyd olunan “bölüşdürülməmiş mənfəətin” istifadəsinin istiqa mətləri müəyyən etmək mümkün olmamışdır. ATSC-yə məxsus olan və Quba rayonunun İ Nügədi kəndindəki qeyri-yaşayış binalarının və Quba şəhəri, H.Əliyev prospekti 210 ünvanında yerləşən əmlak kompleksinin (ayrı-ayrı daşınmaz əmakların) satışından əldə olunan gəlirlər, onların maliyyə hərəkəti və nəticəsi araşdırılmaqla müəyyən olunmuşdur ki, cəmiyyətin mühasibatlığında əsas vəsaitlərin hərəkəti, amortizasiyaların hesablanması, əmlakların satışından əldə olunmuş vəsaitin uçotu, məxaric sənədlərinin tərtib olunması, ümumiyyətlə cəmiyyətdə aparılmış əməliyyatların uçotu xx.xx.2004-cü il tarixli Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanununa uyğun aparılmamışdır. Lakin göstərilən xidmətlərin, icarə haqlarının və satılmış vəsaitlərin dəyəri cəmiyyətin bank və kassa hesablarında öz əksini tapmışdır. ATSC tərəfindən satılmış əmlaklar tərəflər arasında razılaşdırılmış qiymətlərlə “alqı-satqı” müqavilələrinə əsasən satılmışdır. Əmlakların satılması müxtəlif tarixlərdə aparıldığı üçün onların satış tarixlərinə bazar qiymətlərini müəyyən etmək mümkün olmamış, lakin audit olunan dövrdə satılmış və silinmiş əsas vəsaitlər cəmiyyətin ümumi əmlakının (balans dəyəri ilə 294435 + 77 ədəd a/m 662199,20 = 956.634,20 manatlıq olub, bunlardan balans dəyəri ilə 105.019,00 + a/m 662.199,20 = 767.218,20 manatlığı məxaric olunub) 80,20%- ni təşkil edir.
21. ATSC tərəfindən satılmış əmlakların real bazar qiymətlərini auditə təqdim olunmuş “X9” MMC-nin xx.xx.2018-ci il tarixli rəyini nəzərə almaqla “müəyyən olunmuş” bazar qiymətləri ilə faktiki satış məbləğləri arasındakı fərq 152.000- 3 6.360 = 115.640 manat müəyyən olunmuş, həmin fərqdən iddiaçılar İddiaçı1 payına 115.640 x 19.7164% = 22.800,04 manat, İddiaçı2 payına isə 115.640 x 18,7137% = 21.640,52 manat nisbətində pay düşür. V.V.Vnın isə ATSC-də səhmləri olmadığına görə ona heç bir pay düşmür. -“X9” MMC-nin qiymətləndirmənin nəticəsi haqqında hesabata əsasən: 1) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 187,1 kv.m. ümumi sahədən ibarət, bir mərtəbəli qeyri-yaşayış binasının 2015-ci il tarixə olan orta bazar qiyməti 28.000 manat; 2) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 168,2 kv.m. ümumi sahədən ibarət, bir mərtəbəli qeyri-yaşayış binasının 2015-ci il tarixə olan orta bazar qiyməti 26.000 manat; 3) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 462,4 kv.m. ümumi sahədən ibarət, bir mərtəbəli qeyri-yaşayış binasının 2015-ci il tarixə olan orta bazar qiyməti 25.000 manat; 4) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 1,6 kv.m. ümumi sahədən ibarət, bir mərtəbəli qeyri-yaşayış binasının 2015-ci il tarixə olan orta bazar qiyməti 150 manat; 5) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 80,1 kv.m. ümumi sahədən ibarət, bir mərtəbəli qeyri-yaşayış binasının 2015-ci il tarixə olan orta bazar qiyməti 8.000 manat; 6) 000 ünvanında yerləşən ümumi sahəsi 118,9 kv.m. olan inzibati binanın 44,1 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 13.000 manat; 7) 000 ünvanında yerləşən ümumi sahəsi 118,9 kv.m. olan inzibati binanın 50,1 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 14.000 manat; 8) 000 ünvanında yerləşən ümumi sahəsi 118,9 kv.m. olan inzibati binanın 71,1 kv.m. sa həsinin (hamam) 2015-ci il tarixə olan orta bazar qiyməti 15.000 manat; 9) 000 ünvanında yerləşən ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 58 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 15.000 manat; 10) 000 ünvanında yerləşən ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 50 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 13.000 manat; 11) 000 ünvanında yerləşən ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 47,1 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 13.000 manat; 12) 000 ünvanında yerləşən ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 27,9 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 8.000 manat; 13) 000 ünvanında yerləşən ümumi sahəsi 2590,7 kv.m. olan əmlak kompleksi kimi müəssisə və ya onun ayrılmış hissəsi olan, ümumi sahəsi 24,7 kv.m. olan qeyri-yaşayış binasının 2015-ci il tarixə olan orta bazar qiyməti 7.000 manat təşkil edir.
22. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(009)-3/2019 saylı qətnaməsi ilə (hakim Şahin Abdullayev) hər iki iddia qismən təmin edilərək: - ATSC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 (onun adından etibarnamə əsasında çıxış edən Cavabdeh5) arasında Quba rayonu, Birinci Nügədi kəndində yerləşən ATSC-yə məxsus 0,1005 hektar torpaq sahəsində yerləşən A tikili ümumi sahəsi 187,1 kv.m., tikintialtı sahəsi 228,1 kv.m., B tikili ümumi sahəsi 168,2 kv.m., tikintialtı sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış binasının alqı-satqısına d air xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsinin; - ATSC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Maraqlı şəxs1 arasında 000 ünvanda istifadədə olan 0,29491 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2.590,7 kv.m. olan qeyri-yaşayış binasının, tikintialtı sahəsi 31,8 kv.m., ümum sahəsi 24,7 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasının (inzibati bina) alqı-satqısına dair xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsinin; - ATSC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh3 arasında 000 ünvanda istifadədə olan 0,3193 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəsi 55,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 44,1 kv.m. sahəsinin alqı-satqısına dair xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsinin; - ATSC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcılar qismində Cavabdeh5, Cavabdeh2, Maraqlı şəxs1 və MMM arasında 000 ünvanda yerləşən, ümumi sahəsi 2.962,9 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəsi 365,3 kv.m., ümumi sahəsi 306,2 kv.m. olan qeyriyaşayış binasının (inzibati binanın) sahəsi 58 kv.m. olan hissəsinin Maraqlı şəxs1, sahəsi 50 kv.m. olan hissəsinin MMMə, sahəsi 47,1 kv.m. olan hissəsinin Cavabdeh5 və sahəsi 27,9 kv.m. olan hissəsinin Cavabdeh2 alqı-satqısına dair xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsinin və sahəsi 47,1 kv.m. olan qeyri-yaşayış sahəsinin və sahəsi 27,9 kv.m. olan qeyri-yaşayış sahəsinin Cavabdeh3 satılmasına dair alğı-satqı müqavilələrin; - ATSC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 (onun adından etibarnamə əsasında çıxış edən Cavabdeh5) arasında 000 ünvanda yerləşən, ATSC-yə məxsus ümumi sahəsi 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 50,1 kv.m. sahəsinin, tikilialtı sahəsi 33,1 kv.m., ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binasının, tikintialtı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyri-yaşayış binasının (hamam) alqı-satqısına dair xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; - həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin və onlar əsasında verilmiş çıxarışların ləğv edilməsi; - həmin daşınmaz əşyalar üzərində ATSC-nin mülkiyyət hüquqlarının bərpa edilməsi; - V.V.Vya məxsus ATSC-nin 35618 ədəd səhmlərinin xx.xx.2007-ci il tarixdə Cavabdeh1 satılmasına dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; - həmin alğı-satqı müqaviləsi əsasında səhmlər üzərində Cavabdeh1 adına aparılmış qeydiyyatın ləğv edilməsi; həmin səhmlər üzərində V.V.Vnın mülkiyyət hüquqlarının bərpa edilməsi; iddiaların qalan hissədə təmin edilməməsi; - iş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının xərci qismində 150 manatın Cavabdeh1 tutularaq, dövlət nəfinə ödənilməsi qət edilmişdir.
23. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107.1, 152.1, 337.1, 337.4, 354-cü maddələrinə istinad edərək qətnaməsini onunla əsaslandırmışdır ki, həm qanunvericilik, həm də cəmiyyətin fəaliyyətini tənzimləyən Nizamnamə İdar ə heyətinin sədrinə müvafiq səlahiyyətlərin verilməsini səhmdarların ümumi yığıncağının qərarı ilə həyata keçirilməsini nəzərdə tutur. Alğı-satqı müqavilələrində istinad edilən səhmdarların ümumi yığıncaqları idarə heyətinin sədri olan Cavabdeh1 cəmiyyətin balansında olan daşınmaz əmlakların satılmasına xüsusi səlahiyyət verməmiş, həmin protokollarda yalnız onun idarə heyərinin sədri kimi seçilməsi və digər məsələlərlə bağlı qərarlar qəbul edilmişdir.
24. Yəni protokollara istinad edərək Cavabdeh1 alğı-satqı müqavilələrində satıcı olaraq səhmdar cəmiyyətinin adından səlahiyyətli şəxs kimi çıxış etməsi qanunsuz olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, alğı-satqı müqavilələrinin predmeti olmuş daşınmaz əmlaklar real bazar qiymətlərindən kifayət qədər aşağı qiymətə satılmış, həmin əmlakl ardan bir neçəsi Cavabdeh1 oğlu tərəfindən alınmış, Cavabdeh5 satılan 47,1 kv.m qeyri-yaşayış sahəsinin dəyəri kimi 400 manat alıcı tərəfindən deyil, satıcı qismində çıxış edən Cavabdeh1 tərəfindən ödənilmişdir (Cavabdeh1 bu halı məhkəmə iclasında etiraf etmişdir). Bütün bu hallar həmin alğı-satqı müqavilələrində bütün səhmdarların iradə ifadəsinin olmamasını və bağlanmış müqavilələrin etibarsızlığı ilə bağlı iddiaçılar tərəfindən gətirilən dəlillərin əsaslı olmasını sübut edir.
25. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, Məmmədova Zəhrəxanım Ağali qızına məxsus səhmlərin alğı-satqısı da formal xarakter daşımış, həmçinin həmin səhmlərə görə hər hansı pul məbləğinin ödənilməsi müəyyən edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
26. Cavabdehlər Ca vabdeh1 və Cavabdeh4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, hər iki iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə "xxxx" ASC-nin ümumi yığıncağının qanunvericiliklə təsbit olunmuş müstəsna səlahiyyətinin, yəni cəmiyyətin balansında olan daşınmaz əmlakların satılmasına xüsusi səlahiyyətin idarə heyətinin sədri olan Cavabdeh1 verilmədiyi, sonuncunun alğı-satqı müqavilələrində satıcı olaraq səhmdar cəmiyyətin adından səlahiyyətli şəxs kimi çıxış etməsinin qanunsuz olduğu qeyd olunmuş və xx.xx.2007-ci il tarixində və xx.xx.2010-cu il tarixində keçirilən iclaslarda qəbul olunmuş qərarlara əsaslanmışdır. Halbuki, həmin tarixlərdə keçirilən iclaslarda hər hansı əmlakın alğı-satqı məsəl əsi müzakirə olunmamış, mübahisəli daşınmaz əmlaklar xx.xx.2010-cu il tarixində 58 nəfərin, o cümlədən də İddiaçı1 iştirakı ilə keçirilən ümumi yığıncaqda qəbul olunmuş qərara əsasən özgəninkiləşdirilmişdir. Bu zaman qanunvericiliyin tələbinə uyğun olaraq ümumi yığıncaq müstəsna səlahiyyətini cəmiyyətin idarə heyətinin sədri olan Cavabdeh1 vermişdir. Bunu təsdiq edən sübutlar məhkəməyə təqdim olunsa da, nədənsə məhkəmə bu qərarı alğı-satqı müqavilələrinin qanuni bağlanmasının sübutu kimi qəbul etməkdən imtina etmişdir. İmtinanın əsası kimi həmin qərarın notariat orqanına təqdim olunmaması qeyd edilmişdir. Halbuki, alğı-satqı müqavilələrinin bağlanması zamanı qanunvericiliyin tələbinə uyğun olaraq təsdiq edilməsi üçün notariat orqanına müraciət edilmiş və notariusun tələb etdiyi bütün zərur i sənədlər təqdim olunmuşdur. İddiaçıların müraciətinə əsasən Ədliyyə Nazirliyi tərəfindən notariat idarəsində notarius YYYun iştirakı ilə araşdırma aparılmış və ASC-nin sədri ilə aparılmış alğı-satqı müqavilələrinin qanunauyğun olduğu müəyyən edilmiş və iddiaçılara bununla bağlı cavab verilmişdir. Məhkəmə mübahisələndirilən iclas protokolunun hansı əsasla etibarsız hesab etdiyini qeyd etməmiş, yalnız Mülki Məcəllənin 337-ci maddəsinə istinad etməklə kifayətlənmişdir. Digər bir tərəfdən, ASC-nin Nizamnaməsinə istinad edən məhkəmə nəzərə almalı idi ki, Nizamnamənin 6.3-cü bəndinin 10-cu abzasında qeyd olunur ki, sazişin həcmi və ya sazişin predmetini təşkil edən əmlakın dəyəri cəmiyyətin aktivlərinin 10 %-dən çox olan hallarda, onun daşınmaz və ya istənilən əmlakını girov qoymaq və ya digər formalarda özgəninkiləşdirmək haqqında qərarın qəbul edilməsi ümumi yığıncağın müstəsna səlahiyyətidir. Göründüyü kimi, qeyd olunan aktivlərin 10%-i limit kimi müəyyən olunmuşdur. Məhkəmə isə alğısatqı müqavilələrinin predmeti olmuş daşınmaz əmlakların nə bazar qiymətləri, nə də ki, əmlakların dəyərinin ASC-nin aktivlərinin 10%-dən çox olması barədə heç bir mötəbər sübut, tutarlı əsas, yazılı sənəd olmadan etibarsız olma faktını müəyyən etmişdir. Bundan başqa, üçüncü şəxs V.V.Vnın iddiası da təmin olunaraq onunla ilə Cavabdeh1 arasında razılığın formal olaraq bağlanması müəyyən edilmişdir. Lakin, bu dəfə də məhkəmə hansı faktlara və sübutlara əsasən belə qənaətə gəldiyini qətnamədə qeyd etməmiş, yalnız tərəfin verdiyi izahatlara əsaslanmışdır. Halbuki, iş üzrə V.V.V ilə Cavabdeh1 arasın da hər hansı alğı-satqı barədə razılıq mövcud olmamışdır. Bu faktı inkar edəcək hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Qətnamədə həmçinin qeyd olunur ki, Cavabdeh1 İddiaçı1 30000 ABŞ dolları pulun alınmasını etiraf etmişdir. Bu hal ümumiyyətlə olmamışdır. Cavabdeh1 səhmlərin alınması üçün heç vaxt İddiaçı1 30000 ABŞ dolları pul qəbul etməmişdir. Bunun ardınca qətnamədə qeyd olunur ki, həmin 30000 ABŞ dolların əvəzi olaraq maşın və 12000 ABŞ dolları verilmişdir. Əgər həqiqətən də, belə olsa idi niyə İddiaçı1 Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim etdiyi ərizədə yazır ki, onun Cavabdeh1 qarşı heç bir şikayəti və tələbi yoxdur. Çünki, həqiqətən də İddiaçı1 heç bir pul almamışdır. Əksinə, V.V.Vdan aldığı səhmlərin əvəzi olaraq onun tərəfindən V.V.Vnın adına “Hyundai Tucson” marka lı avtomaşın rəsmiləşdirilmişdir. Bunun üçün Cavabdeh1 xx.xx.2008-ci il tarixində V.V.Vnın nəvəsi FFFun adına bütün əmlakının idarə olunması barədə etibarnamə vermişdir. Bundan əlavə səhmlərin əvəzi olaraq V.V.Vnın həyat yoldaşı İddiaçı1 iki dəfə 6000 ABŞ dolları, bundan savayı Vəlvələ kəndində yaşayan nikahdankənar qızının toyu ilə bağlı əlavə olaraq 3.000 manat, həmçinin 2007-ci ilin oktyabr ayından etibarən 4 il müddətində səhmlərin əvəzi olaraq 300 manat pul verilmişdir. Həmin vəsait hər ay ASC-nin sədr müavini, həmçinin xəzinədar Cavabdeh5 vasitəsi ilə İddiaçı1 verilmişdir. Əgər həqiqətən də, səhmlərin geri alğı-satqı barədə razılıq olsa idi, onda həmin etibarnamə əsasında onu xəbəri olmadan belə bu əməliyyatı həyata keçirərdilər. Sual olunur etibarnamədə bütün səlahiyyətlər onların n əvəsi FFFa verildiyi və FFF ona verilmiş etibarnamə əsasında “Hyundai Tucson” avtomobilini nənəsi V.V.Vnın adına alğı-satqı etdiyi halda halda nəyə görə, səhmləri onun adına alğı-satqı etməmişdir. Çünki, həmin dövrdə artıq səhmlərin dəyəri onlara ödənilmişdir. Bu etibarnamə iki il qüvvədə olmuşdur. Əksinə, T.X6 üzrə Dövlət Komitəsinə təqdim etdiyi ərizədə qeyd etmişdir ki, V.V.Vya məxsus olan 35.618 ədəd səhmlərin satılmasına etiraz etmir. İddiaçı1 məhz satılma faktını qeyd edir. Yəni, tərəflər arasında səhmlərin həqiqi satılması faktı baş vermişdir. Uzun müddət keçməsindən sonra səhmlərə görə verilən pulu və əmlakı danaraq səhmlərin “formal” olaraq satılmasını iddia etmək tamamilə absurddur. Üstəlik “formallığı” sübut edəcək hər hansı mötəbər, obyektiv sübutlar təqdim edilməmişdir. Korrup siyaya Qarşı Mübarizə İdarəsinin müstəntiqi sübutların qiymətləndirilməsi haqqında qərarında da bu hissəyə belə qiymət vermişdir ki, ASC-nin sabiq sədri İddiaçı1 verdiyi ifadəsində arvadı V.V.Vnın adına keçirdiyi, əslində isə ona məxsus səhmlərin 16.5% səhmləri Cavabdeh1 həmin cəmiyyətin sədri seçilməsi üçün sonradan həmin səhmləri qaytarmaq şərti ilə 2007-ci ildə onun adına keçməsini, lakin sonuncunun həmin səhmləri qaytarmamasını, nə də dəyərini ödəməməsini bildirmişdir. İstintaq zamanı həmin xüsusatları araşdırarkən müəyyən olunmuşdur ki, V.V.Vnın adına olan 16,5 faiz səhmlər Qiymətli Kağızlar üzrə Milli Depozit Mərkəzi tərəfindən verilmiş arayış və həyat yoldaşı İddiaçı1 razılığı əsasında xx.xx.2007-ci il tarixdə Cavabdeh1 satılmışdır. Cavabdeh1 öz növbəsində bu faktları təsdiq etmiş, lakin bu səhmlərin onun sədr seçilməsi üçün olmadığını bildirmişdir. Çünki, səhmlər ona satılmamışdan əvvəl – yəni, xx.xx.2007-ci il tarixdə artıq ASC-nin sədri seçilmişdir. xx.xx.2007-ci il tarixdə razılıq ərizəsi əsasında notarial qaydasında rəsmiləşdirərək, həmin əməliyyat aparılmış, Cavabdeh1 Cavabdeh5 vasitəsilə bir neçə dəfə səhmlərin əvəzinə İddiaçı1 pul çatdırmışdır. Ona görə də. bu fakt üzrə heç bir ittiham irəli sürülməmişdir. Bundan başqa, Cavabdeh5 47,1 kv.m. sahəni formal olaraq alması da tamamilə həqiqətə ziddir. Alğı-satqı müqaviləsi tam olaraq qanuna uyğun keçirilmiş, notarial qaydada təsdiq olunmuşdur. ASC-nin həyətində açıq havada olan Xalidə adlı qadının işlətdiyi, balans qiyməti 300 manat olan çayxana 400 manata Cavabdeh5 satılmışdır. Həmin 400 manat pulu Cavabdeh5 şəxs ən özü ödəmiş, bu barədə ona müvafiq qəbz təqdim olunmuşdur ki, burada hər hansı formal prosedurdan söhbət gedə bilməz.
28. Qətnamədən Cavabdeh5 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddiaların rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Şikayətin dəlilləri ondan ibarətdir ki, ASC-nin istifadəsində olan 47,1 kv.m. sahə onun mülkiyətinə verilmiş, bu barədə alğı-satqı müqaviləsi bağlanmış, sahənin əvəzi olaraq cəmiyyətə 400 manat pul ödəmişdir. İddiaçılar tərəfindən eyni məzmunlu şikayətlər daha əvvəllər qaldırılmış, aparılan araşdırmalar onların tələblərinin əsassız olduğunu aşkara çıxarmışdır. Bu araşdırmalar zamanı, həmçinin rayon məhkəməsinə verdiyi izahatlar həmişə eyni məzmunlu olmuşdur. Yəni, ona aid sahənin alğı-satqı müqaviləsi qanuni o lmuş, notarial qaydada təsdiq olunmuşdur, heç bir formallıqdan söhbət gedə bilməz. Bundan başqa, iddiaçıların yarıtmaz fəaliyyəti nəticəsində ASC- də çox ağır vəziyyət yarandığından İddiaçı1 təşəbbüsü ilə ASC-nin sədr müavini işləyən səhmdar Cavabdeh1 sədr seçilməsi üçün xx.xx.2007-ci il tarixində çağırılmış ümumi yığıncaq tam qanunidir. Cəmiyyəti ağır vəziyyətdən çıxarmaq üçün dövlətə məxsus 30% payın Dövlət Əmlak Komitəsindən alınması məqsədilə 2007-ci ilin iyul ayının axırlarında İddiaçı1 müraciət edərək xahiş etmişdir ki, bu məqsədlə 64000 manat ödənməlidir. Bunun 30000 manatını ödəyir, yerdə qalan 34000 manatı isə Cavabdeh1 ödəsin ki, həmin 30% payı ala bilsinlər. O, Cavabdeh1 və baş mühasib ilə birlikdə Dövlət Əmlak Komitəsinə gəlmişlər. Komitə tərəfindən onlara bildirilmişdir ki, ASC-də ağır vəziyyət hökm sürür, Baş Prokurorluq yoxlama aparmaq üçün Komitəyə məktubla müraciət etmişdir. Ona görə də 30% payın hərraca çıxarılması hələlik mümkün deyil. Bu zaman İddiaçı1 verdiyi pul ona geri qaytarılmışdır. İddiaçı1 isə öz növbəsində bildirmişdir ki, Cavabdeh1 yerinə sədr seçilməsini və ASC-ni düşdüyü bu ağır durumdan qurtarmasını xahiş etməlidirlər. Bu məqsədlə o, özünün və arvadı V.V.Vnın adına olan 16,5% səhmi Cavabdeh1 satmağa hazırdır. Bundan sonra Cavabdeh1 xx.xx.2007-ci ildə sədr seçilmiş və V.V.Vnın adına olan 16,5% səhm onun adına rəsmiləşdirilmişdir. Həmin səhmlərin geriyə alğı-satqı olunması barədə İddiaçı1 və V.V.Vnın dedikləri həqiqətə uyğun deyil və bu barədə söhbət olmamışdır. Cavabdeh1 səhmlərin əvəzi olaraq İddiaçı1 ödədiyi vəsaitlərin hamısı onun iştira kı ilə baş vermiş və 2007-ci ilin oktyabr ayından etibarən 4 il müddətində də əlavə olaraq hər ay 300 manat vəsait də onun vasitəsi ilə İddiaçı1 çatdırılmışdır. xx.xx.2007-ci il tarixdə ASC-nin ümumi yığıncağında Cavabdeh1 sədr seçilməklə iddiaçılar İddiaçı1 və İddiaçı2 yarıtmaz fəaliyyətləri nəticəsində dövlətə olan 14500 manat vergiyə olan borc ödənilməklə Vergilər Nazirliyinin müəssisəyə qoyduğu həbs götürülmüş və ATSC normal fəaliyyətə başlamışdır. xx.xx.2010-cu il tarixdə ASC-nin ümumi yığıncağı iddiaçılar İddiaçı1, İddiaçı2 və Dövlət Əmlak Komitəsinin nümayəndəsi A.Cəfərovun iştirakı ilə keçirilmiş dövlətdə olan 30% səhmlərin auksionda Cavabdeh4 satıldığı elan edilmişdir. xx.xx.2010-cu il tarixdə şəxsən İddiaçı1 iştirakı ilə ASC-nin ümumi yığıncağı keçirilməklə cəmiyyətin balansında olan inzibati binanın bölünüb satılması və satışdan əldə olunan gəlirin borclara ödənilməsi barədə qərar qəbul edilməklə bu məsələlərin həlli üçün ASC-nin sədri Cavabdeh1 lazımi səlahiyyətlər verilmişdir. Göründüyü kimi, iddiaçıların irəli sürdüyü iddia ərizələri tamamilə absurd xarakter daşıyır.
30. Digər cavabdehlər Cavabdeh3, MMM, Maraqlı şəxs1, Cavabdeh2 və maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 da ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin hər iki iddianın qismən təmin olunduğu hissədə ləğv olunması, iddiaların həmin hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmin apellyasiya şikayətlərinin məzmunu bir-biri ilə eynilik təşkil etməklə dəlilləri ondan ibarətdir ki, məhkəmə müqavilələr bağlanan anda qüvvədə olmayan hüquq normasına istina d etməklə maddi hüquq normalarının tətbiqində açıq-aşkar pozuntulara yol vermiş, əmlakların satılması zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyinə diqqət etməmiş, hətta qanun pozuntusu olsa belə, onların vicdanlı əldə edən olduqlarını nəzərə almadan mübahisələndirilən müqavilələri etibarsız hesab etmiş və bununla da Mülki Məcəllənin 140-cı, 148.2-ci və 149.2-ci maddələrinin imperativ göstərişlərini, həmçinin mübahisəli əmlaklar üzərində onların mülkiyyət hüquqlarını pozmuşdur. Hətta iddianın əsaslı olduğu qəbul olunsa belə, iddiaçılar 354-cü maddəsində nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşlər.
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8122/2019 nömrəli, 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov, Şeyda Məhərrəmova, Elşad Şamayev) Cav abdeh1, Cavabdeh4 və qeyrilərinin apellyasiya şikayəti qismən təmin edilərək, qətnamənin apellyasiya baxışının predmeti olan hissədə, yəni iddia tələblərinin təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələblərinin digər hissələrdə də təmin edilməməsi qət edilmişdir.
32. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların etibarsız hesab edilməsini tələb etdikləri alğı-satqı müqavilələri lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmışdır. Birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 107.1.6-cı maddəsinə istinadla səhmdarların xx.xx.2007-ci il tarixli və xx.xx.2010-cu il tarixli ümumi yığıncaqlarında Cavabdeh1 yalnız idarə heyətinin sədri kimi seçilməsi, ona cəmiyyətin balansında olan daşınmaz əmlakların satılm asına xüsusi səlahiyyət verilməməsi və buna görə də onun alğı-satqı müqavilələrində satıcı olaraq səhmdar cəmiyyətin adından səlahiyyətli şəxs kimi çıxış etməsinin qanunsuz olması barədə gəldiyi qənaət düzgün deyildir. Mülki Məcəllənin 107.1.6-cı maddəsi xx.xx.2015-ci il tarixdə əlavə edilmişdir. İddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin mübahisələndirdikləri alğı-satqı müqavilələri isə bundan çox daha əvvəl yəni, 2011- 2013-cü illərdə bağlanmışdır. Digər tərəfdən, işin materiallarından görünür ki, ASC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2010-cu il tarixdə keçirilmiş iclasında ASC-nin balansında olan inzibati binanın bölünərək, istifadəsiz əsas vəsaitlərin digər şəxslərə satılmaqla ASC-nin balansından silinməsi, bundan irəli gələn məsələlərin İdarə heyətinin sədri Cavabdeh1 həvalə olunması, əldə ediləcək pul vəsaitlərinin ASC-nin borclarının qarşılanmasına sərf olunması qərara alınmışdır. Sözügedən qərarların hər hansı məhkəmə aktı ilə ləğv və ya etibarsız hesab edilməsi müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, mübahisələndirilən alğı-satqı müqavilələrinin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı ümumiyyətlə irəli sürülməmiş, müqavilələri bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir. Eyni zamanda cavabdehlər tərəfindən müddətin tətbiqi barədə ərizə verilmiş və apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçıların iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etməsi qəbul edilməlidir.
33. Qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı2 Əbülfəz oğlu və üçüncü şəxs Məmmədova Zəhrəxanım Ağali qızı kassasiya şikayəti vermişlər. b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-698/202012 nömrəli, 12 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər Gündüz Quliyev, Qəhrəman Allahverdiyev, İlqar Xələfov) kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, alğı-satqı müqavilələrində notariat orqanı tərəfindən istinad edilən ASC-nin ümumi yığıncağının nə 30 sentyabr 2007-ci il tarixli iclasında, nə də 27 oktyabr 2010-cu il tarixli p rotokollarında cəmiyyətə məxsus daşınmaz əmlakların alqı-satqısına dair hər hansı məsələnin həll olunması və bununla bağlı idarə heyətinin sədrinə hər hansı səlahiyyət verilməsi müəyyən edilmir. Cavabdeh1 tərəfindən təqdim edilən və birinci instansiya məhkəməsinin mötəbər sübut kimi qiymətləndirməyən ASC-nin ümumi yığıncağının 27 dekabr 2010-cu il tarixli protokolu apellyasiya məhkəməsi tərəfindən Cavabdeh1 mübahisələndirilən müqavilələri bağlamaq səlahiyyətini təsdiq edən sənəd kimi qiymətləndirilmişdir. Halbuki, həmin protokoldan görünür ki, ümumi yığıncaq tərəfindən yalnız inzibati binanın və istifadəsiz vəsaitlərin satılmaqla cəmiyyətin hesabından silinməsi və bundan irəli gələn məsələlərin Cavabdeh1 həvalə edilməsi qərara alınmışdır. Mübahisələndirilən alğı-satqı müqavilələrinin bir q isminin predmetini isə cəmiyyətin inzibati binasından kənarda yerləşən əmlak kompleksinin hissələri təşkil etmişdir. Digər tərəfdən, Cavabdeh1 həmin müqavilələrdə ASC-nin adından çıxış etmək və həmin əmlakları satmaq səlahiyyətinin olması təsdiq edildiyi təqdirdə belə, bu, sonuncunun cəmiyyətin adından ona verilmiş nümayəndəlik səlahiyyətlərini aşmaqla istənilən məzmunda müqavilə bağlamaq səlahiyyəti kimi qiymətləndirilə bilməz.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydad a və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Deməli, hüquqi şəxsin adından çıxış edən şəxs ona verilmiş səlahiyyətlər həddində, təmsilçisi olduğu hüquqi şəxsin üstün mənafeyi prinsipinə əməl etməklə hərəkət etməlidir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi ASC-nin ümumi yığıncağının 29 iyul 2011-ci il tarixli digər iclas protokolundan görünür ki, icarədarların istifadə etdikləri otaqların balans dəyərindən aşağı qiymətə satılmaması şərtləndirilmişdir. Müqavilənin qiyməti anlayışını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398-ci maddəsinin tələblərinə görə, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 598-ci maddəsi ilə alğı-satqı müqaviləsi üzrə satılan əşyaların qiymətinin əsasları müəyyən edilmişdir. Sadalanan normaların məzmunundan göründüyü kimi, “qiymət” alğı-satqı müqaviləsinin mühüm şərti kimi müəyyən edilməklə, tərəflərin razılaşması əsasında müəyyən edilir.
37. Kollegiya qeyd etmişdir ki, satılan daşınmaz əmlakların qiymətlərinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən müstəqil qiymətləndiricinin rəyi alınmışdır. Həmin rəyə əsasən, cəmiyyətin mülkiyyətindən çıxmış daşınmaz əmlakların orta bazar qiymətləri alğısatqı müqavilərində göstərilmiş qiymətlərd ən qat-qat yüksəkdir. Quba rayonu, Birinci Nügədi kəndində yerləşən qeyri-yaşayış binasının 400 manata satılmış 47,1 kv.m hissəsi 13.000 manat, 360 manata satılmış 27,9 kv.m hissəsinin 8.000 manat (digər əmlakların da qiymətləri eyni qaydada müəyyən edilmişdir) məbləğində qiymətləndirilmişdir. Həmin əmlakların Cavabdeh1 xüsusi mülkiyyəti deyil, hüquqi şəxsin mülkiyyəti olması, eyni zamanda sonuncunun həmin əmlaklara dair səlahiyyətinin yalnız hüquqi şəxsin mənafeyi əsas götürülməklə onun adından sərəncam verməklə məhdudlaşdığı nəzərə alınaraq, əşyanın bazar dəyərindən kəskin şəkildə fərqlənən, on dəfədən də aşağı göstərilmiş qiymət, həmin müqavilələrin etibarlılığını şübhə altına alır. Həmçinin, həmin alğı-satqı müqavilələri üzrə alıcı qismində Cavabdeh1 oğlu Cavabdeh4 çıxış etmişdir. Di gər tərəfdən, birinci instansiya məhkəməsinin iclasında 01 sentyabr 2011-ci il tarixli müqavilə üzrə alıcı Cavabdeh5 alğı-satqı müqaviləsinin görünüş üçün bağlandığını, həmin əmlakın onun adına formal olaraq keçdiyini, müqavilənin dəyəri olan 400 manatın satıcı qismində çıxış edən Cavabdeh1 özü tərəfindən ödənildiyi və əmlakı faktiki olaraq sonuncunun aldığı və sonradan başqa şəxsə satdığını bildirmişdir. Həmin müqavilə üzrə 400 manatın onun tərəfindən ödənilməsi barədə xüsusat Cavabdeh1 özü tərəfindən də etiraf edilmişdir.
38. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi işin sadalanan hallarına əqdlərin etibarsızlığı əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından ümumiyyətlə düzgün hüquqi qiymət verməmiş, mübahisələndirilən alğı-satqı müqavilələrinin, bu nö v əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olduğu, müqavilələri bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğunun isə sübuta yetirilmədiyi barədə əsassız nəticəyə gəlmişdir. Bununla bərabər, apellyasiya məhkəməsinin iddiaçılar tərəfindən iddia müddətinin ötürülməsi barədə gəldiyi nəticə də qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya məhkəməsi tərəfindən də müəyyən edildiyi kimi, mübahisələndirilən alqısatqı müqavilələri 2011-2013-cü illərdə bağlanmışdır. İddiaçılar isə hazırki iddia ərizəsi ilə 04 aprel 2013-cü il tarixdə məhkəməyə müraciət etmişlər.
39. Məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354-cü maddəsi ilə etibarsız əqdlər üzrə müddətlərin əsasları müəyyən edilmişdir. İddiaçılar tərəfindən iddia müddətinin ötürülməs i müəyyən edilmədiyi halda, apellyasiya məhkəməsi onların mübahisələndirilən alğı-satqı müqavilələrinin bağlanmasından illər sonra, iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiyi barədə nəticəyə gəlməklə əqdlərin etibarsızlığı üzrə müddətlərin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərini pozmuşdur. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
40. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2020-ci il tarixli, 2(103)5700/2020 saylı qətnaməsi ilə (hakimlər Ziya Şirinov, Fuad Talışinski, Rafael Eyvazov) cavabdehlər Cavabdeh1 və Cavabdeh4 birgə, Cavabdeh3, X5, Cavabdeh5, Maraqlı şəxs1 və Cavabdeh2 ayrıayrılıqda və maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 apellyasiya şikayətləri təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3/2019 saylı iş üzrə 15 mart 2019-cu il tarixli qətnaməsinin “daşınmaz əmlakın alğı-satqı müqavilələrin və səhmlərin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Əbülfəz oğlunun “Quba rayonu, İ Nügədi kəndində yerləşən ATSC-nin istifadəsində olan 0,1005 hektar torpaq sahəsində yerləşən “A” ümumi sahəsi 187,1 kv.m., tikinti altı sahəsi 228,1 kv.m., “B” ümumi sahəsi 168,2 kv.m., tikinti altı sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış binalarının, Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında ATSC-nin istifadəsində olan 0,3193 ha torpaq sahəsində yerləşən ümumi sahəsi, 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikinti altı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyr iyaşayış binasının 44,1 kv.m. sahəsinin; 0,33983 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2962,9 kv.m. olan əmlak kompleksi kimi müəssisənin tikinti altı sahəsi 365,3 kv.m., ümumi sahəsi 306,2 kv.m. olan qeyriyaşayış binasının 58,0 kv.m., 50 kv.m, 47,1 kv.m. və 27,9 kv.m. sahələrinin, 0,3193 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikinti altı sahəsi 153,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan yaşayış binasının 50,1 kv.m. sahəsinin, tikinti altı sahəsi 33,1 kv.m., ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binasının, tikinti altı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyriyaşayış binasının, 0,29491 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2.590,7 kv.m. olan qeyri-yaşayış binasının, tikinti altı sahəsi 31,8 kv.m. olan, ümumi sahəsi 4,7 kv.m. olan bir mərtəbəli qeyri-yaşayış binasının satılmasına dair alğı-satqı müqavilələrinin və reyestr çıxarışlarının etibarsız hesab edilməsi” barədə iddia tələblərinin təmin edilməməsi və müstəqil tələb irəli sürən üçüncü şəxs Məmmədova Zəhrəxanım Ağali qızının “ona məxsus ATSC-nin 35618 ədəd səhmlərinin xx.xx.2007-ci il tarixdə Cavabdeh1 satılmasına dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
41. Məhkəmə kollegiyası bildirmişdir ki, Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtə rəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci və 337.4-cü maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-in 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Qanunverici, tərəfindən etibarsız əqdlər subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif edilməklə müvafiq maddələrdə qruplaşdırılmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamanı ehtiva edir. Bu baxımdan, məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətl i və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. MM-in 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Kollegiya, hazırkı işin hallarını məhz bu kontekstdə qiymətləndirərək hesab edir ki, mübahisənin düzgün həlli üçün ilk növbədə Cavabdeh1 ASC-nin adından mübahisələndirilən alğı-satqı müqavilələrini bağlamaq səlahiyyətinin olub-olmadığı aydınlaşdırılmalıdır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 107.1.6-cı maddəsinə istinadla səhmdarların xx.xx.2007-ci il tarixli v ə xx.xx.2010-cu il tarixli ümumi yığıncaqlarında Cavabdeh1 yalnız İdarə Heyətinin sədri kimi seçilməsi, ona cəmiyyətin balansında olan daşınmaz əmlakların satılmasına xüsusi səlahiyyət verilməməsi və buna görə də onun alğı-satqı müqavilələrində satıcı olaraq səhmdar cəmiyyətin adından səlahiyyətli şəxs kimi çıxış etməsinin qanunsuz olması qənaətinə gəlmişdir. Kollegiya, bu qənaətlə razılaşmır, ona görə ki, əvvəla, Mülki Məcəllənin 107.1.6-cı maddəsi qanuna xx.xx.2015-ci il tarixdə əlavə edilmişdir. Mübahisələndirilən alğı-satqı müqavilələri isə bundan çox daha əvvəl yəni, 2011-2013-cü illərdə bağlanmışdır. Digər tərəfdən, iş materiallarından görünür ki, ATSC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2010-cu il tarixdə keçirilmiş iclasında ASC-nin balansında olan inzibati binanın bölünərə k, istifadəsiz əsas vəsaitlərin digər şəxslərə satılmaqla cəmiyyətin balansından silinməsi, bundan irəli gələn məsələlərin İdarə Heyətinin sədri Cavabdeh1 həvalə olunması, əldə ediləcək pul vəsaitlərinin ASC-nin borclarının qarşılanmasına sərf olunması qərara alınmışdır. Görünüyü kimi, cəmiyyətin balansında olan inzibati bina ilə yanaşı, ümumi formada digər istifadəsiz əsas vəsaitlərin satılması səlahiyyəti də İdarə Heyətinin sədrinə həvalə olunmuş və hazırkı məqamda sözügedən qərarların hər hansı məhkəmə aktı ilə ləğv və ya etibarsız hesab edilməsi müəyyən edilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların mübahisələndirdikləri alğı-satqı müqavilələri ASCnin səhmdarlarının xx.xx.2010-cu il tarixli ümumi yığıncağının qərarı əsasında bağlandığından, alğı-satqı müqavi lələri lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış hesab edilir. Çünki ümumi yığıncağın qərarı ASC-nin iradəsini ifadə etdiyindən həmin qərar qüvvədə olduğu müddətdə sözügedən müqavilələrin səlahiyyətli olmayan şəxs tərəfindən bağlanması əsası ilə etibarsız hesab olunması hüquqi baxımdan mümkün deyildir. Bu qənaətə gələrkən Kollegiya onu da vurğulayır ki, alğı-satqı müqavilələrində sözügedən qərara istinad olunmaması da fərqli nəticəyə gəlmək üçün əsas deyildir. Kollegiya, eyni zamanda birinci instansiya məhkəməsinin mübahisəli alğı-satqı müqavilələrinin etibarsızlığı əsası kimi, həm də cəmiyyətin balansında olan sözügedən daşınmaz əşyaların bazar dəyərindən xeyli aşağı qiymətə satılmasına istinad etməsini əsaslı hesab etmir.
42. Kollegiya qeyd etmişdir ki, qanunverici, hüquq qaydalarını müəyyən edərkən hər kəs üçün, xüsusi şəraitləri nəzərə almadan, ədalətə ən yaxın olan normalar müəyyən etmişdir. Bununla belə, müqavilə azadlığı ilə mülki hüquq subyektlərinə həmin qaydalardan daha çox sərfəli olan başqa qaydaları razılaşdırmaq imkanı yaradılır ki, subyektlər öz mənfəətini ən yaxşı şəkildə təmin edəcək müqavilələr bağlaya bilsinlər. Yəni, bu cür ixtiyari (dispozitiv) qaydalar ona görə müəyyən edilmişdir ki, subyektlərin mənafeləri daha səmərəli şəkildə təmin edilsin. Qanunvericilikdə mülki hüquq subyektlərinə belə bir azadlıq verilməsinin səbəbi bir tərəfin digər tərəfi istismar edə bilməsinə şərait yaratmaq deyil, əksinə tərəflərin qarşılıqlı mənafelərinə ən yaxşı şəkildə cavab verən qaydaların müəyyən edilməsinə hüquqi baxımdan imkan yaratmaqdır. Bu mə qsədlə MM-in 390-cı maddəsində “fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər” müddəası təsbit olunmuşdur. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətlərimüəyyən etmək azadlığını qeyd etmək olar. Kollegiya vurğulayır ki, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin əmələ gətirmək istədikləri hüquqi nəticəyə dair mühüm şərtləri özündə əks etdirən iradə bəyanları mövcud olmalıdır. Məhz belə iradə ifadələri ilə müqavilə bağlanmış sayılır, tərəflər üçün tələb hüququ və öhdəlik yaradır. Əks təqdirdə isə mülki hüquqi baxımdan müqavilənin bağlanmasından söhbət gedə bilməz. Təsadüfi deyil ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Ali Məhkəmə də, hazırkı iş üzrə qərarında vurğulamışdır ki, “qiymət” alğı-satqı müqaviləsinin mühüm şərti hesab edilməklə, tərəflərin razılaşması əsasında müəyyən edilir. Göründüyü kimi, alğı-satqı müqaviləsinin predmeti olan əşyanın satış qiymətinin bazar qiymətinə uyğun müəyyənləşdirilməsi ilə bağlı qanunvericilikdə məcburi bir qayda nəzərdə tutulmamış və bu tərəflərin razılaşmasına bağlı hesab edilmişdir. Yalnızca tərəflər arasında razılaşdırılmış qiymətin müqavilədə əks olunması ilə bağlı məcburilik müəyyən olunmuşdur.
43. Kollegiya hesab etmişdir ki, baxılan iş üzrə mübahisələndirilən bütün alğı-satqı müqavilələrində müqavilənin mühüm şərti kimi “qiymət” yazılı şəkildə bütün müqavilələrin mətnində göstərilməklə, tərəflərin qarşılıqlı razılaşması ilə müəyyən olunmuşdur. Ona görə də, sözügedən daşınmaz əşyaların iddia edildiyi kimi bazar qiymətindən aşağı (və ya yuxarı) qiymətə satılması onun etibarsızlığına səbəb olmaz. Birinci instansiya məhkəməsi, həmçinin, qeyd etmişdir ki, Cavabdeh5 və Cavabdeh4lə ATSC arasında bağlanmış alğı-satqı müqavilələrin sadəcə görünüş etibarilə formal olaraq bağlandığından, həmin müqavilələr və ondan doğan nətcələr etibarsızdır. Kollegiya bu faktın kifayət qədər mötəbər sübutlarla təsdiqini tapmadığını qeyd etməklə yanaşı, vurğulayır ki, sözügedən daşınmaz əşyaların dövlət reyetrindəki hazırkı qeydiyyatı digər şəxslərin adınadır (Cavabdeh3 və YYY). Həmin şəxslər isə əşyanı reyestr məlumatları əsasında əldə etdikləri üçün vicdanlı sayılırlar. Vicdanlılıq dedikdə, vəziyyətin tələb etdiyi bütün diqqətin göstərildiyi halda, bir haqqın qazanılmasına və ya başqa bir hüquqi nəticənin gerçəkləşməsinə dair hansısa əngəlin (maneənin) varlığının fərqində olmamaq başa düşülür. Başqa sözlə, əşya hüququ əldə edən üçüncü şəxs həmin hüququ qazanmasına maneə olan halı bilmirsə v ə ya vəziyyətin şərtlərinə görə bilməli də deyilsə, vicdanlı sayılır. Vicdanlılığın hüququn qazanıldığı anda mövcud olması kifayətdir. Hüquqi nəticə (mülkiyyət hüququnun yaranması) gerçəkləşdikdən sonra üçüncü şəxsin sözügedən maneəni öyrənməsi onun əldə etdiyi hüquqa təsir etmir. Vicdanlılığın qorunması qaydasından yararlanan şəxs özünün vicdanlı olduğunu sübut etmək vəzifəsi daşımır. Onun vicdanlı olmadığını sübuta yetirmək, bundan fayda əldə edəcək tərəfin, yəni üçüncü şəxsin vicdanlı olmadığını iddia edənin üzərinə düşür. Mülki Məcəllənin 140-cı, 148.2-ci və 149.2-ci maddələrində reyestr məlumatlarının həqiqiliyi, onlara güvənməklə əşya hüquqlarını vicdanlı əldə edən şəxsin qorunduğu açıqca təsbit olunmuşdur. Həmin maddələrə görə, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyin cə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nə ticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göründüyü kimi, mübahisəli daşınmaz əşyalar üzərində vicdanlı şəxslərin mülkiyyət hüququ qazanması, ondan öncəki şəxs(lər)in hüququnu itirməsi deməkdir. Bu qayda, qanunla nəzərdə tutulmaqla, reyestr məlumatlarına güvənərək əşya hüququ qazanan şəxslərin hüquqlarının müdafiəsinə yönəlmişdir. Kollegiya, mütəqil tələb irəli sürən şəxs V.V.Vnın iddiası üzrə ASC-nin 35.681 ədəd səhminin Cavabdeh1 satılmasına dair xx.xx.2007-ci il tarxili müqavilənin etibarsız hesab olunması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işdə olan sənədlərdən görünür ki, V.V.V ilə Cavabdeh 1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, V.V.V ASC-nin ona məxsus 35.681 ədəd səhmi Cavabdeh1 satmış və əri İddiaçı1 da yazılı ərizə ilə buna razılıq vermişdir. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2015-ci il tarixli məktubun qeyd olunmuşdur ki, “Hyundai Tucson” markalı, **-UA-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2007-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına, xx.xx.2009-cu il tarixdə isə alğı-satqı müqaviləsi əsasında V.V.Vnın adına qeydiyyata alınmışdır. Rayon məhkəməsi sözügedən müqaviləni uydurma əqd hesab etməklə, onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1lə İddiaçı1 (V.V.Vnın əri) arasında etibarlı münasibətlər mövcud olmuş və Cavabdeh1 cəmiyyətin sədri seçilməsi, eyni zamanda dövlət mül kiyyətində olan 30% səhmlərin alqı-satqısının həyata keçirilməsi mqəsədilə V.V.Vnın səhmlərinin formal alqı-satqısına dair razılıq əldə olunmuşdur. Həmin səhmlərin alqısatqısının formal xarakter daşıması onunla müəyyən olunur ki, Cavabdeh1 tərəfindən V.V.V və İddiaçı1 təklifi ilə onların nəvələri Etibar Abbasova bütün əmlakın idarə edilməsi, V.V.Vdan alınacaq səhmlərin ona etibar edilməsi və s. səlahiyyətlərin verilməsinə dair etibarnamə verilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı1 tərəfindən səhmlərin alınmasına yardım məqsədilə Cavabdeh1 30.000 ABŞ dolları borc verilmiş, sonradan həmin borcun əvəzi kimi dəyəri 18.000 ABŞ dolları olan “Hyundai Tucson” markalı, **-UA-*** dövlət nömrə nişanlı avtomobil V.V.Vnın adına keçirilmiş, qalan 12.000 ABŞ dolları isə ik i dəfə 6000 ABŞ dolları olmaqla qaytarılmışdır. Lakin səhmlərin alqı-satqısı formal həyata keçirilsə də, sonradan geri alqı-satqısı edilməmişdir. Göründüyü kimi, məhkəmə müqavilənin etibarsız hesab olunması barədə qənaətini yalnız iddia tərəfinin qeyd etdikləri ilə əsaslandırmaqla, əqdin etibarsızlığına dəlalət edəcək hər hansı bir mötəbər sübuta istinad etməmişdir. Üstəlik Cavabdeh1 alğı-satqı müqaviləsinin həqiqi olduğunu müdafiə edərək, V.V.Vya əvəzində dəyəri 18.000 ABŞ dolları olan “Hyundai Tucson” markalı, **UA-*** dövlət nömrə nişanlı avtomobil verdiyini, qalan məbləği isə hər ay davamlı olaraq Cavabdeh5 vasitəsilə ödədiyini bildirmiş və Cavabdeh5 da bu faktı təsdiq etmişdir. Digər tərəfdən, sübutetmə yükü baxımından bu halı sübuta yetirmək vəzifəsi iddia edən tərəfin, yəni V.V.Vnın üzərinə düşür. Çünki Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən ed ilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bil ər. Buna baxmayaraq, V.V.V, məhkəməyə iddia tələbinin əası kimi istinad etdiyi hallara (Cavabdeh1lə arasında səhmlərin alğı-satqı müqaviləsinin formal olaraq bağlanması) dair mötəbər və kifayətedici sübutlar təqdim edə bilməmişdir. Cavabdeh1 tərfindən onun nəvəsi FFFa etibarnamə verilməsi isə, bu faktın təsdiqi üçün kifayətedici dəlil sayıla bilməz. Odur ki, mütəqil tələb irəli sürən şəxs V.V.Vnın iddiası həmin hissədə də əsassızdır və təmin olunmamalıdır.
44. Kollegiya, cavabdehlərin əqdin etibarsızlığı ilə bağlı MM-in 354-cü maddəsində nəzərdə tutulmuş iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə qeyd etmişdir ki, baxılan iş üzrə Ali Məhkəmə xx.xx.2020-ci il tarixli qərarında vurğulamışdır ki, iddiaçılar tərərfindən iddia müddətini ötürülməsi müəyyən edilmədiyi halda, apelly asiya məhkəməsi onların mübahisələndirilən alğı-satqı müqavilələrinin bağlanmasından illər sonra, iddia müddətini ötürməklə məhkəməyə müraciət etdikləri bərədə nəticəyə gəlməklə əqdlərin etibarsızlığı üzrə müddətlərin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərini pozmuşdur. Ali Məhkəmənin bu mövqeyini nəzərə alaraq Kollegiya, bu xüsusat üzrə əlavə araşdırma aparılmasına zərurət görümür. Çünki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Qeyd olunanlara əsasən, məhkmə kollegiyası, bu qənaətə gəlmişdir ki, iş üzrə verilmiş apellyasiya şikayətləri təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni “daşınmaz əmlakın alğısatqı müqavilələrin və səhmlərin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində ləğv olunmalı və həmin hissələrdə hər iki iddia rədd olunmalıdır. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1449/20221 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi, Əhməd Əhmədov, Vüqar Həsənov) iddiaçılar İddiaçı1, İddiaçı2 Əbülfəz oğlunun, üçüncü şəxs Məmmədova Zəhrəxanım Ağali qızının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2020-ci il tarixli, 2(103)- 5700/2020 saylı qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır.
46. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışd ır ki, 25 aprel 2016-cı il tarixdə "xxxx" ASCnin sədri Cavabdeh1 tərəfindən birinci instansiya məhkəməsinə 27 dekabr 2010-cu il tarixli "xxxx" ASC-nin ümumi yığıncağının protokolunun işə əlavə edilməsinə dair ərizə ilə müraciət olunmuşdur. Həmin ərizəyə həmçinin xx.xx.2010-cu il tarixdə "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağında iştirak edən səhmdarların imzaları ilə təsdiq edilməklə 4 vərəqdən ibarət siyahısı əlavə olunmuşdur (5-ci cild, i/v 12-18). Lakin həmin siyahıya diqqət etdikdə siyahının birinci 2 vərəqinin ayında “səliqə” ilə pozuntu aparılmaqla “Dekabr” göstərilmişdir, digər 2 vərəqdə isə tarix göstərilməmişdir. Bununla bağlı işə yenidən apellyasiya qaydasında baxılarkən qeyd olunan iclas protokolunun saxtalaşdırılıb-saxtalaşdırılmamasına hüquqi qiymət verilməlidir. Bundan əlavə, vicdanlı alıcıların mülkiyyət hüquqlarının müdafiə edilməli olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlilə işə apellyasiya qaydasında yenidən baxılarkən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından və Mülki Məcəllənin 49.3-cü maddəsinə əsasən hüquqi qiymət verilməli, işə yenidən apellyasiya qaydasında baxılarkən işin 4-cü cildinin 190-cı vərəqində DƏDRX-nin 18 may 2015-ci il tarixli birinci instansiya məhkəməsinə ünvanlanmış məktubuna əsasən ünvan 9 yerləşən əmlak kompleksinin bir hissəsinin X1 məxsus olması qeyd olunduğundan, həmin şəxsin maraqlarına toxunan şəxs kimi işə cəlb olunması məsələsini müzakirə etməlidir. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
47. Apellyasiya instansiya məhkəməsi tərəfindən Ali Məhkəməsinin göst ərişlərinə əməl edilərək maraqlarına toxunan şəxs X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
48. Məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin göstərişi əsasında məhkəmə tərəfindən iş üzrə məhkəmə texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı mülki işin materiallarında olan (5-ci cild, iş vərəqə 12-18) xx.xx.2010-cu il tarixdə "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağında iştirak edən səhmdarların imzaları ilə təsdiq edilmiş siyahının birinci 2 vərəqinin ayında “Dekabr” sözünün pozuntu aparılmaqla icra edilib-edilmədiyi sualı qoyulmuşdur.
49. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzininn xx.xx.2022-ci il tarixli rəyində tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, mülki işin 5-ci cildinin materiallarının 15 və 1 6-cı vərəqələrindəki Quba-Nəqliyyat ASC-nin səhmdarlarının ümumi yığıncağında iştirak edən səhmdarların siyahısının birinci və ikinci vərəqələrinin yuxarı sağ küncündə olan “27 Dekabr 2010cu il” əlyazısındakı “Dekabr” sözünün yerində mexaniki üsulla pozma aparılaraq və əlavə cizgilər artırılaraq indiki söz yazılmışdır, həmin düzəlişlər yerli və intensiv olduğu üçün ilkin yazını müəyyən etmək mümkün olmamışdır.
50. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-283/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Xəyal Sarıyev) apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(009)-3/2019 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 Əbülfəz oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qarşı iddia tələbi qismən təmin olunmuş, "xxxx" ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 arasında (onun adından etibarnamə əsasında çıxış edən X12) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən "xxxx" ASC-yə məxsus 0,1005 hektar torpaq sahəsində yerləşən “A” tikili ümumi sahəsi 187,1 kv.m., tikintialtı sahəsi 228,1 kv.m., “B” tikili ümumi sahəsi 168,2 kv.m., tikintialtı sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış binasına dair xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsi, "xxxx" ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh5 arasında 000 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus qeyri-yaşayış binasının sahəsi 47,1 kv.m. olan hissəsinə dair xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsi, "xxxx" ASCnin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 arasında (onun adından etibarnamə əsasında çıxış edən X12) 000 ünvanda yerləşən, "xxxx" ASC-yə məxsus ümumi sahəsi 2777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin tikintialtı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 50,1 kv.m. sahəsinin, tikintialtı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyri-yaşayış binasının (hamam) alqı-satqısına dair xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin alğı-satqı müqavilələri əsasında qeyd edilən daşınmaz əmlaklara dair ("xxxx" ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh5 arasında xx.xx.2011-ci il tarixli alğı-satqı müqavilə si bağlanmış 000 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus qeyri-yaşayış binasının sahəsi 47,1 kv.m. olan hissəsi və "xxxx" ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 arasında xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmış 000 ünvanda yerləşən "xxxx" ASCyə məxsus ümumi sahəsi 2777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin qeyri-yaşayış binasının (inzibati binanın) 50,1 kv.m. sahəsi istisna olmaqla) dövlət reyestrində aparılmış qeydlər ləğv olunmuş, həmin əmlaklar üzərində ("xxxx" ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh5 arasında xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmış 000 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus qeyri-yaşayış binasının sahəsi 47,1 kv.m. olan hissəsi və Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 a rasında xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmış 000 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus ümumi sahəsi 2777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin qeyri-yaşayış binasının (inzibati binanın) 50,1 kv.m. sahəsi istisna olmaqla) "xxxx" ASC-nin mülkiyyət hüququ bərpa edilmişdir. Həmin qətnamə ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Əbülfəz oğlunun iddia tələbi qalan hissədə təmin olunmamış, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Məmmədova Zəhrəxanım Ağali qızının iddia ərizəsi qismən təmin olunaraq Məmmədova Zəhrəxanım Ağali qızına məxsus "xxxx" ASC-nin 35618 ədəd səhmlərinin xx.xx.2007-ci il tarixdə Cavabdeh1 satılmasına dair alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin alğı-satqı müqaviləsi əsasında səhmlər üzərində Cavabdeh1 adına aparı lmış qeydiyyat ləğv edilmiş və həmin səhmlər üzərində Məmmədova Zəhrəxanım Ağali qızının mülkiyyət hüququ bərpa edilmiş, Məmmədova Zəhrəxanım Ağali qızının iddia ərizəsi qalan hissədə təmin olunmamışdır.
51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi mövqe ilə qismən razılaşaraq qeyd etmişdir ki, iddiaçıların mübahisələndirdikləri müqavilələr qanunvericiliyin tələbləri pozulmaqla bağlandığı üçün etibarsız hesab edilməli, həmin alğı-satqı müqavilələri əsasında qeyd edilən daşınmaz əmlaklara dair ("xxxx" ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh5 arasında xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmış 000 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus qeyri-yaşayış binasının sahəsi 47,1 kv.m. olan hissəsi və Cavabdeh1 ilə alıcı qismində C avabdeh4 arasında xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmış 000 ünvanda yerləşən “ünvan 12sı istisna olmaqla) dövlət reyestrində aparılmış qeydlər ləğv olunmalı, həmin əmlaklar üzərində (000 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus olmuş qeyri-yaşayış binasının sahəsi 47,1 kv.m. olan hissəsi və ümumi sahəsi 21,7 kv.m. olan qeyriyaşayış binası istisna olmaqla) "xxxx" ASC-nin mülkiyyət hüququ bərpa edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin ümumi yığıncağının 30 sentyabr 2007-ci il tarixli protokolunun surətindən görünür ki, həmin iclasda cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabat, maliyyə-təftiş komissiyasının təşkilati məsələləri və digər məsələlər gündəmə salınmış, Cavabdeh1 ASC-nin idarə heyətinin sədri seçilməsi qərara alınmışdır. Lakin 30 sent yabr 2007-ci il tarixli ümumi yığıncağında idarə heyətinin sədri olan Cavabdeh1 cəmiyyətin balansında olan daşınmaz əmlakların satılmasına xüsusi səlahiyyət verilməmiş, həmin protokollarda yalnız onun idarə heyətinin sədri kimi seçilməsi və digər məsələlərlə bağlı qərarlar qəbul edilmişdir. Yəni həmin protokollara istinad edərək Cavabdeh1 alğı-satqı müqavilələrində satıcı olaraq cəmiyyətin adından səlahiyyətli şəxs kimi çıxış etməsi qanunsuz olmuşdur. Həmçinin, "xxxx" ASC-nin Nizamnaməsinin 6.3-cü bəndinin 4-cü hissəsinə əsasən balansın təsdiq olunması səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Buna görə səhmdar cəmiyyətə məxsus daşınmaz əşyaların alğısatqı yolu ilə balansdan silinməsi də səhmdarların mühüm mənafelərinə toxunduğundan səhmdarların ümumi yığıncağının müst əsna səlahiyyətinə aiddir.
52. Məhkəmə qeyd etmişdir ki, həmin alğı-satqı müqavilələri bağlanarkən notariat kontorunda satıcı qismində çıxış edən Cavabdeh1 səlahiyyətli olması ASC-nin ümumi yığıncağının 30 sentyabr 2007-ci il tarixli və 27 noyabr 2010-cu il tarixli protokolları ilə təsdiq edilmişdir. ASC-nin ümumi yığıncağının 30 sentyabr 2007-ci il tarixli protokolundan görünür ki, həmin iclasda cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabat, maliyyə-təftiş komissiyasının təşkilati məsələləri və digər məsələlər gündəmə salınmış, Cavabdeh1 ASC-nin idarə heyətinin sədri seçilməsi qərara alınmışdır. ASC-nin ümumi yığıncağının 27 oktyabr 2010-cu il tarixli protokolundan görünür ki, həmin iclasda uzun müddət istismar olunmuş nəqliyyat vasitələri və istismara yararsız vasitələrin bal ansdan silinməsi və özəlləşdirilməsi üçün komissiyanın yaradılması və icarədarlarla bağlanmış müqavilələrə yenidən baxılması qərara alınmışdır. Göründüyü kimi, alğı-satqı müqavilələrində notariat orqanı tərəfindən istinad edilən ASC-nin ümumi yığıncağının nə 30 sentyabr 2007-ci il tarixli iclasında, nə də 27 oktyabr 2010-cu il tarixli protokollarında cəmiyyətə məxsus daşınmaz əmlakların alqı-satqısına dair hər hansı məsələnin həll olunması və bununla bağlı idarə heyətinin sədrinə hər hansı səlahiyyət verilməsi müəyyən edilmir. Digər tərəfdən, ASC-nin ümumi yığıncağının 29 iyul 2011-ci il tarixli digər iclas protokolundan görünür ki, icarədarların istifadə etdikləri otaqların balans dəyərindən aşağı qiymətə satılmaması şərtləndirilmişdir. İş üzrə keçirilmiş “X9” MMC-nin qiymətləndirmənin nə ticəsi haqqında hesabata əsasən 000 ünvanında yerləşən ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 47,1 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 13.000 manat; 000 ünvanında yerləşən ümumi sahəsi 306,2 kv.m. olan qeyri-yaşayış binasının (inzibati binanın) 27,9 kv.m. sahəsinin 2015-ci il tarixə olan orta bazar qiyməti 8000 manat təşkil edir. Kollegiya cəmiyyətin mülkiyyətində olan yuxarıda sadalanan əmlakların bazar dəyərindən kəskin şəkildə fərqlənən, on dəfədən də aşağı göstərilmiş qiymətdə satılmasına şübhə ilə yanaşır və hesab edir ki, bu hal "xxxx" ASC-nin adından idarə heyətinin sədri Cavabdeh1 ASC-nin idarə heyətinin sədr müavini Cavabdeh5 ilə bağladığı xx.xx.2011-ci il tarixli və övladı Cavabdeh4 ilə bağladığı xx.xx.2011-ci il və xx.xx.20 11-ci il tarixli alğı-satqı müqavilələrinin etibarlılığını şübhə altına alır. Ona görə də həmin müqavilələr etibarsız hesab edilməlidir.
53. Məhkəmə kollegiyası iş üzrə Məhkəmə Ekspertiza Mərkəzininn xx.xx.2022-ci il tarixli rəyinə əsaslanaraq hesab etmişdir ki, ASC-nin ümumi yığıncağının 27 dekabr 2010-cu il tarixli protokolu Cavabdeh1 mübahisələndirilən müqavilələri bağlamaq səlahiyyətini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. İşdə olan DƏDRX-nin xx.xx.2015-ci il tarixli məktubundan və DƏDRXnin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışlardan görünür ki, Quba rayonu, Birinci Nügədi kəndi, 0,1005 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə və ya onun ayrılmış hissələri, o cümlədən, ümumi sahəsi 187,1 kv.m., tikintialtı sahəsi 228,1 kv.m. olan qeyri-yaş ayış binası və ümumi sahəsi 168,2 kv.m., tikintialtı sahəsi 188,3 kv.m. olan qeyriyaşayış binası YYYya məxsus olmaqla, seriya MA; № ******* və seriya MA; № ******* çıxarışlara əsasən xx.xx.2014-cü il tarixdə onun adına qeydiyyata alınmışdır. Quba şəhəri, H.Əliyev prospekti, 210 ünvanında 0,3193 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2777,7 kv.m., tikintialtı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının tikintialtı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyri-yaşayış binası YYYnın adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X3 arasında nikah xx.xx.1976-cı ildə bağlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan daşınmaz əmlaklara dair alqı-satqı müqavi lələrində alıcı qismində Cavabdeh1 oğlu Cavabdeh4 qeyd olunması, bundan sonra həmin əmlakların öz arvadı YYYnın adına rəsmiləşdirilməsi ondan xəbər verir ki, qeyd edilən əmlaklar Cavabdeh1 öz mənafeyi üçün əldə etmək məqsədi ilə özgəninkiləşdirilmişdir.
54. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, mübahisəli daşınmaz əmlakların Cavabdeh1 arvadı YYYnın adına özgəninkiləşdirilməsi barədə əqdlər əhəmiyyətsiz olmaqla etibarsız hesab edildiyindən sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməli və həmin əmlaklara "xxxx" ASC-nin mülkiyyət hüququ bərpa edilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, "xxxx" ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh5 arasında xx.xx.2011-ci il tarixli alğı -satqı müqaviləsi bağlanmış 000 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus qeyri-yaşayış binasının sahəsi 47,1 kv.m. olan hissəsi hazırda X2, "xxxx" ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 arasında xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmış 000 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus ümumi sahəsi 2777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin qeyriyaşayış binasının (inzibati binanın) 50,1 kv.m. sahəsi hazırda Maraqlı şəxs1 və "xxxx" ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 arasında xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmış 000 ünvanda yerləşən “ünvan 12sı iş üzrə Maraqlı şəxs2 mülkiyyətində olduğundan və qeyd edilən əmlakların həmin şəxslərə özgəninkiləşdirilməsi mübahisələndirilmədiyindən həmin əmlaklar a dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilə bilməz.
55. Məhkəmə kollegiyası vicdanlı alıcıların mülkiyyət hüquqlarının müdafiə edilməli olması ilə bağlı qeyd etmişdir ki, Cavabdeh5la Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli alğısatqı müqaviləsinə əsasən 000B ünvanda yerləşən ümumi sahəsi 15 kv.m. olan qeyri-yaşayış binası 4000 manata Cavabdeh3 satılmış və xx.xx.2012-cı il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. Cavabdeh4lə LLL arasında bağlanmış xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 000A ünvanda yerləşən ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binası 4000 manata R.Əsədova satılmış və xx.xx.2012-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. Cavabdeh5la Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 000D ünvanda yerləşən ümumi sahəsi 50,3 kv.m. olan qeyri-yaşayış binası 4000 manata Maraqlı şəxs1 satılmış və xx.xx.2012-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. ASC-nin adından (xx.xx.2010-cu il tarixli protokola əsasən) Cavabdeh1lə Maraqlı şəxs1 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən 000F ünvanda yerləşən, ASC-yə məxsus sahəsi 24,7 kv.m. olan bir mərtəbəli qeyri-yaşayış binası (inzibati bina) 1500 manata Maraqlı şəxs1 satılmış və xx.xx.2014-cü il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. X13 Qurbanov arasında bağlanmış xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən 000A ünvanda yerləşən istifadədə olan 0,01194 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 186,6 kv.m., tikinti sahəsi 107,1 kv.m. o lan iki mərtəbəli qeyri-yaşayış binası 60000 manata Maraqlı şəxs2 satılmış və xx.xx.2014-cü il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. Cavabdeh2lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, 000 ünvanda yerləşən ümumi sahəsi 27,8 kv.m. olan daşınmaz əmlakın 12,4 kv.m. sahəsi Cavabdeh3 satılmış və xx.xx.2014-cü il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası qeyd edilən şəxslərin "xxxx" ASC-nin idarə heyətinin sədri Cavabdeh1 ilə həmin daşınmaz əmlaklara dair alğı-satqı müqavilələrini bağlayan zaman Cavabdeh1 buna səlahiyyəti olmadığına münasibətdə vicdanlı olduqlarını nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh2, Maraqlı şəxs1, MMM, Cavabdeh3 ilə yuxarıda qeyd edilən əmlaklara dair bağlanmış alğı-satqı müqavilələri etib arsız hesab edilə bilməz, bu əmlaklar üzərində vicdanlı alıcıların mülkiyyət hüquqları saxlanılmalıdır.
56. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əqdin etibarsızlığı üçün onun etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və ya bilməli olmalı, buna baxmayaraq əqdi bağlamalıdırlar. Hazırkı halda cavabdehlər Cavabdeh2, Maraqlı şəxs1, MMM, Cavabdeh3 bağladıqları əqdlərə münasibətdə vicdanlı olduğunu, müqavilə bağlayarkən əqdin legitimsizliyi barədə onlarda hər hansı şübhə olmadığını, daşınmaz əmlakları əvəzli şəkildə əldə edərək hüquqlarını qeydə aldırdıqlarını və onlara faktiki sahibləndiyini göstərmişlər.
57. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs V.V.Vya məxsus ASC-nin 3 5618 ədəd səhmlərinin xx.xx.2007-ci il tarixdə Cavabdeh1 satılmasına dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alğı-satqı müqaviləsi əsasında səhmlər üzərində Cavabdeh1 adına aparılmış qeydiyyatın ləğv edilməsi, həmin səhmlər üzərində V.V.Vnın mülkiyyət hüquqlarının bərpa edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan (2 cild. iş vər.5055) Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin istintaq şöbəsinin 99562 saylı cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsinə dair 27 dekabr 2010-cu il tarixli qərarının surətindən görünür ki, istintaq zamanı müəyyən edilmişdir ki, V.V.Vnın adına olan 16,5 faiz səhmlər V.V.Vnın Cavabdeh4 adına vermiş olduğu xx.xx.2007-ci il tarixli etibarnamə əsasında son uncu tərəfindən 22 oktyabr 2007-ci il tarixdə atası Cavabdeh1 satılmışdır. İş materiallarından görünür ki, (2 cild iş vər. 56--58) Cavabdeh1 tərəfindən xx.xx.2008ci il tarixdə X4 əmlakın idarə edilməsi və onun üzərində sərəncam verilməsi barədə Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiq edilmiş etibarnamə verilmişdir. Bununla yanaşı Cavabdeh1 09 iyul 2008-ci il tarixdə "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmiş yazılı etibarnamədə ona məxsus olan 35618 adlı səhmi X4 etibar etdiyini göstərmişdir. İş üzrə tədqiq edilmiş sübutlarla V.V.Vnın ona məxsus olan 16,5 faiz səhmlərə dair etibarnamənin Cavabdeh4 satmaq məqsədi ilə deyil, sonuncunun atası Cavabdeh1 "xxxx" ASC-nin sədri seçilmək üçün müvəqqəti olaraq verilməsi müəyyən olunur. Bu hal Cavabdeh1 ASC-nin idarə heyətinin sədri seçildikdən sonra V.V.Vnın əri İddiaçı1la əvvəlcədən mövcud olmuş razılığa əsasən onun nəvəsi X4 xx.xx.2008-ci il tarixdə etibarnamə verməsi ilə də təsdiq olunur. Cavabdeh1 apellyasiya şikayətində V.V.Vdan aldığı səhmlərin əvəzi olaraq onun tərəfindən V.V.Vnın adına “Hyundai Tucson” markalı avtomaşın rəsmiləşdirildiyini, bunun üçün xx.xx.2008-ci il tarixində V.V.Vnın nəvəsi FFFun adına bütün əmlakının idarə olunması barədə etibarnamə verdiyini, səhmlərin əvəzi olaraq V.V.Vnın həyat yoldaşı İddiaçı1 iki dəfə 6000 ABŞ dolları, Vəlvələ kəndində yaşayan nikahdankənar qızının toyu ilə bağlı əlavə olaraq 3000 manat, həmçinin 2007-ci ilin oktyabr ayından etibarən 4 il müddətində səhmlərin əvəzi olaraq 300 manat pul verdiyini bildirsə də, bu halları sübut edəcək mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir.
58. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs V.V.Vnın "xxxx" ASC-də olan 35618 ədəd səhmlərini satmaq niyyəti olmadığından onun adından Cavabdeh4lə atası Cavabdeh1 arasında həmin səhmlərin özgəninkiləşdirilməsinə dair xx.xx.2007-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin alğı-satqı müqaviləsi əsasında səhmlər üzərində Cavabdeh1 adına aparılmış qeydiyyat ləğv olunmalı və qeyd edilən səhmlər üzərində V.V.Vnın mülkiyyət hüquqları bərpa edilməlidir.
59. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə predmeti barəsinə müstəqil tələb irəli sürən üçüncü şəxs V.V.Vnın iddiasının alğı-satqı müqavilələrinin, reyestrlərdən çıxarışların, protokolların etibarsız hesa b edilməsi hissələrinə hazırki qətnamə ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Əbülfəz oğlunun iddialarına qiymət verilərkən münasibət bildirilmişdir. V.V.V iddiasının vurulmuş ziyanın, əldən çıxmış faydanın ödənilməsi, vurulmuş zərərin cavabdehlərin səhmlərinə yönəldilməsi hissələrini konkret hallarla əsaslandırmadığı və buna dair sübutlar təqdim edə bilmədiyi üçün iddia tələbi həmin hissələrdə təmin edilməməlidir.
60. Həmçinin məhkəmə kollegiyası iş üzrə digər cavabdehlər Cavabdeh3, MMMin, Maraqlı şəxs1, Cavabdeh2 və maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 iddiaçılar tərəfindən 1 illik müddətin ötürülməsi barədə apellyasiya şikayətlərinin dəlili ilə razılaşmamış və hesab etmişdir ki, mübahisənin obyekti olan müqavilələr 2011-2013-cü illərdə bağlanmış, məhkəməyə iddia ərizəsi xx.xx.2013-cü i l tarixdə verilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarına əsasən, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri - əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Mülki Məcəllənin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən e dilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.
61. İş üzrə digər Cavabdeh5 apellyasiya şikayətində "xxxx" ASC-nin istifadəsində olan 47,1 kv.m. sahə onun mülkiyyətinə verildiyi, bu barədə alğı-satqı müqaviləsi bağlandığını, sahənin əvəzi olaraq cəmiyyətə 400 manat pul ödədiyi bildirsə də, iş materialları ilə bu hallar sübuta yetirilmir. Əksinə, müəyyən edilir ki, Cavabdeh5 birinci instansiya məhkəməsində müqavilənin görünüş üçün bağlandığını, həmin əmlakın onun adına formal olaraq keçdiyini, müqavilənin dəyəri olan 400 manatın satıcı qismində çıxış edən şəxs Cavabdeh1 özü tərəfindən ödənildiyini, əmlakı faktiki olaraq sonuncunun aldığını, sonradan başqa şəxsə satdığını bildirmişdir. Cavabdeh5 satılan 47,1 kv.m qeyriyaşayış sahəsinin dəyəri kimi 400 manatın alıcı tərəfindən deyil, satıcı tərəfindən ödənilməsi Cavabdeh1 tərəfindən məhkəmə iclasında etiraf edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh5 apellyasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
62. Cavabdeh5 (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
63. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən göründüyü kimi, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs V.V.Vnın məhkəməyə verdiyi, heç bir hüquqi əsası olmayan ifadəsi, məhkəmə tərəfi ndən araşdırılmadan və ona düzgün hüquqi qiymət verilmədən nəticə üçün əsas kimi qəbul edilmişdir. Ali təhsilli, pensiya yaşı həddinə qədər Quba şəhər 1 saylı tam orta məktəbində müəllim işləmiş, XXİ əsrin Azərbaycanın ziyalı qadını V.V.Vnın ərinin tələbi ilə, Cavabdeh1 sədr seçilməsi məqsədi ilə, lakin faktiki olaraq "xxxx" ASC-nin 35,618 ədəd adi səhmlərə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi və s. hərəkətləri etməyi tanımadığı Cavabdeh4 etibar etmək məqsədli etibarnamə verməsi kimi fikir ifadəsi ağlabatan mühakimə deyil. Digər tərəfdən, Azərbaycan Respublikasının heç bir notariat kontoru, nəinki V.V.Vnın, ümumiyyətlə heç bir etibar edənin hərəkətlərinin kənar təsir altında həyata keçirilməsi şəraitində etibarnamə rəsmiləşdirmir. Cavabdeh4 verdiyi xx.xx.2007-ci il tarixli, ƏN -İ seriyalı, №071766 nömrəli etibarnamənin Cavabdeh1 cəmiyyətə sədr seçilməsi ilə heç bir əlaqəsi yoxdur. Həmin etibarnamədən göründüyü kimi etibar edən V.V.V özünə məxsus səhmlər üzərində hüquqları Cavabdeh4 etibar edib. İş materiallarında olan 28 oktyabr 2007-ci il tarixli “Qiymətli kağızların alqı-satqı müqaviləsi”ndən göründüyü kimi xx.xx.2007-ci il tarixli, ƏN-İ seriyalı, № 071766 nömrəli etiibarnamə üzrə etibar edən V.V.Vnın səlahiyyətli nümayəndəsi Cavabdeh4, xx.xx.2007-ci il tarixli, ƏN-İ seriyalı, №071766 nömrəli etiibarnamədə ifadə olunan etibar edənin niyyətini həyata keçirərək satıcı V.V.Vya məxsus "xxxx" ASC-nin 35,618 ədəd adi səhmlərini alıcı Cavabdeh1 satmışdır. Məhkəmə "xxxx" ASC-nin 27 dekabr 2010-cu il tarixli ümumi yığıncaq protokolunu etibarsız hesab edərkən Azərbayc an Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsaslanmaqda haqlı deyildir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin 12 mart 2022-ci il tarixli ümumi yığıncaq protokolundan göründüyü kimi cəmiyyətin iclasında qoyulan məsələlərdən biri "xxxx" ASC-nin 27 dekabr 2010-cu il tarixli ümumi yığıncağının iclas ptorokoluna və həmin protokola əlavə edilmiş "xxxx" ASC-nin 27 dekabr 2010-cu il tarixli ümumi yığıncağında iştirak edən səhmdarların siyahısına münasibət olmuşdur. Həmin məsələyə münasibətini bildirən iclas qərara almışdır ki: 1. "xxxx" ASC-nin 27 dekabr 2010-cu il tarixli ümumi yığıncağının keçirildiyi təsdiq edilsin; 2. "xxxx" ASC-nin 27 dekabr 2010-cu il tarixli ümumi yığıncağının protokolu "xxxx" ASC-nin 27 dekabr 2010-cu il tarixli ümumi yığıncağında qəbul edildiyi təsdiq edilsin;
3. «"xxxx" ASC-nin 27 dekabr 2010-cu il tarixli ümumi yığıncağında iştirak edən səhmdarların siyahısı»-nın "xxxx" ASC-nin 27 dekabr 2010-cu il tarixli ümumi yığıncağının iştirakçılarına uyğun həmin iclasda tərtib edildiyi təsdiq edilsin.
64. Şikayətə görə "xxxx" ASC-nin səhmdarı Vaqif Əkbərovun, cəmiyyətin 27 dekabr 2017-ci il tarixli iclas protokolunun qanuniliyinə dair həmin cəmiyyətin 12 mart 2022-ci il tarixdə keçirilmiş iclasında təsdiq olunmasına və həmin faktla bağlı cəmiyyətin səhmdarlarının məhkəmə baxışında iştirakının təmin edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin sədrinə ünvanladığı və iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizəsinə məhkəmə hüquqi qiymət verməmiş, şahidlərin dindirilərək ifadələri nin sübutlar məcmusuna daxil edilməsini təmin etməmişdir. Məhkəmə, "xxxx" ASC-nin səhmdarı Vaqif Əkbərovun, cəmiyyətin 27 dekabr 2017-ci il tarixli iclas protokolu ilə bağlı gəldiyi nəticəni Azərbaycan Respublikasının Ədliyyə Nazirliyiinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsaslanmaqda haqlı deyildir. Həmin ekspert rəyi, məhkəməyə təqdim edilmiş Quba Nəqliyyat” ASC-nin 27 dekabr 2017-ci il tarixli iclas protokolunun qanuniliyinə dair həmin cəmiyyətin 12 mart 2022-ci il tarixli iclas protokolu ilə yanaşı qiymətləndirilməli idi. V.V.Vdan əmlakı əldə edən vicdanlı alıcı Cavabdeh1, həmin alğı-satqı ilə bağlı əqdlərin legitimsizliyi barədə şübhələr olmadığı halda məhkəmə V.V.Vnın ifadələri əsasında həmin əqdlərin etibarsızlığını qət etmişdir.
65. Cavabdeh1 (Vəkil3) k assasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
66. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ATSC-nin xx.xx.2010-cu il tarixli və xx.xx.2010-cu il tarixli ümumi yığıncaq protokollarından göründüyü kimi, cəmiyyətin müflisləşməkdən xilas edilməsi məqsədilə, mübahisəli əmlakların alqı-satqısı iddiaçıların təşəbbüsü əsasında cəmiyyətin iclas qərarları ilə həyata keçirilmişdir. Həmin əsaslarla əmlak alıcıları həmin hüquqi münasibətlərin vicdanlı alıcılarıdır. Vicdanlı alıcıların hüquqlarının pozulmasına yol verilməli deyildir. Qətnamədən göründüyü kimi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs V.V.Vnın məhkəməyə verdiyi, heç bir hüquqi əsası olmay an ifadəsinə düzgün hüquqi qiymət verilmədən əsas kimi qəbul edilmişdir. Ali təhsilli, pensiya yaş həddinə qədər Quba şəhər 1 saylı tam orta məktəbində müəllim işləmiş, XXİ əsrin Azərbaycanın ziyalı qadını V.V.Vnın həyat yoldaşının tələbi ilə, Cavabdeh1 sədr seçilməsi məqsədi ilə, lakin faktiki olaraq "xxxx" ATSC-nin 35,618 ədəd adi səhmlərə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi və s. hərəkətləri etməyi tanımadığı Cavabdeh4 etibar etmək məqsədli etibarnamə verməsi kimi fikir ifadəsi ağlabatan mühakimə deyildir. Notariat Kontorunda Cavabdeh4 verdiyi xx.xx.2007-ci il tarixli, ƏN-İ seriyalı, №071766 nömrəli etiibarnamənin Cavabdeh1 cəmiyyətə sədr seçilməsi ilə heç bir əlaqəsi yoxdur. Həmin etibarnamədən göründüyü kimi etibar edən V.V.V özünə məxsus səhmlər üzərində hüquqları Cavab deh4 etibar edib. İş materiallarında olan 28 oktyabr 2007-ci il tarixli “Qiymətli kağızların alğı-satqı müqaviləsi”-dən göründüyü kimi xx.xx.2007-ci il tarixli, ƏN-İ seriyalı, №071766 nömrəli etiibarnamə üzrə etibar edən V.V.Vnın səlahiyyətli nümayəndəsi Cavabdeh4, xx.xx.2007- ci il tarixli, ƏN-İ seriyalı, №071766 nömrəli etiibarnamədə ifadə olunan etibar edənin niyyətini həyata keçirərək V.V.Vya məxsus "xxxx" ATSC-nin 35,618 ədəd adi səhmlərini həyat yoldaşı İddiaçı1 razılıq ərizəsi olmaqla alıcıCavabdeh1 30 sentyabr 2007-ci ildə, ATSC-yə sədr seçildikdən 1 ay sonra satmışdır. Məhkəmə "xxxx" ATSC-nin 27 dekabr 2010-cu il tarixli ümumi yığıncaq protokolunu etibarsız hesab edərkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə ə saslanmaqda haqlı deyildir. Belə ki, iş materiallarında olan "xxxx" ATSC-nin 12 mart 2022-ci il tarixli ümumi yığıncaq protokolundan göründüyü kimi cəmiyyətin iclasında qoyulan məsələlərdən biri "xxxx" ATSC-nin 27 dekabr 2010-cu il tarixli ümumi yığıncağının iclas ptorokoluna və həmin protokola əlavə edilmiş "xxxx" ATSC-nin 27 dekabr 2010- cu il tarixli ümumi yığıncağında iştirak edən səhmdarların siyahısına münasibət olmuşdur. Həmin məsələyə münasibətini bildirən iclas qərara almışdır ki: 1. "xxxx" ATSC-nin 27 dekabr 2010-cu il tarixli ümumi yığıncağının keçirildiyi təsdiq edilsin; 2. "xxxx" ATSC-nin 27 dekabr 2010-cu il tarixli ümumi yığıncağının protokolu "xxxx" ATSC-nin 27 dekabr 2010-cu il tarixli ümumi yığıncağında qəbul edildiyi təsdiq edilsin;
3. «"xxxx" ATSC-nin 27 dekabr 2010-c u il tarixli ümumi yığıncağında iştirak edən səhmdarların siyahısı»-nın "xxxx" ATSC-nin 27 dekabr 2010-cu il tarixli ümumi yığıncağının iştirakçılarına uyğun həmin iclasda tərtib edildiyi təsdiq edilsin. Məhkəmə, Quba Nəqliyyat” ATSC-nin səhmdarı Vaqif Əkbərovun, cəmiyyətin 27 dekabr 2017-ci il tarixli iclas protokolu ilə bağlı gəldiyi nəticəni Azərbaycan Respublikasının Ədliyyə Nazirliyiinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsaslanmaqda haqlı deyildir. Həmin ekspert rəyi, məhkəməyə təqdim edilmiş Quba Nəqliyyat” ATSC-nin 27 dekabr 2017-ci il tarixli iclas protokolunun qanuniliyinə dair həmin cəmiyyətin 12 mart 2022-ci il tarixli iclas protokolu ilə yanaşı qiymətləndirilməli idi. "xxxx" ATSC-nin səhmdarı Vaqif Əkbərovun, cəmiyyətin 27 dekabr 2017-ci il tarixli iclas protokolunun qanuniliyinə dair həmin cəmiyyətin 12 mart 2022-ci il tarixdə keçirilmiş iclasında təsdiq olunmasına və həmin faktla bağlı cəmiyyətin səhmdarlarının məhkəmə baxışında iştirakının təmin edilməsinə dair BakıApellyasiya Məhkəməsinin sədrinə ünvanladığı və iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizəsinə məhkəmə hüquqi qiymət verməmiş, şahidlərin dindirilərək ifadələrinin sübutlar məcmusuna daxil edilməsini təmin etməmişdir. Bundan başqa, xx.xx.2010-cu il tarixli qərarın qanunsuz olmasını bildirirlərsə, bu zaman sual olunur ki, həmin qərar mübahisələndirilməmiş və bu barədə apellyasiya şikayəti verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
67. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasını n Mülki Məcəlləsi
68. Maddə 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.
69. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
70. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
71. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
72. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
73. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.
74. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
75. Maddə 337.2. Əq d barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
76. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
77. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.
78. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
79. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarı” 80. “...hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci i l tarixli qərarı: 81. “İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsində n asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. "S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunlugunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarı 82. “...Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanu niliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
83. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
84. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
85. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
86. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
87. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
88. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
89. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
90. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
91. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
92. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
93. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər Cavabdeh5 və Cavabdeh1 tərəfindən iddia tələbinin təmin edilən hissələrində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
94. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
95. Apelyasiya instansiyası məhkəməsi tərəfindən proses iştirakçılarının təqdim etdiyi sübutlar təqdqiq edilmiş, dəlilləri araşdırılmış, MPM-nin 420-ci maddəsinə əməml olunaraq baxılan iş maraqlarına toxunan şəxs X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, xx.xx.2010-cu il tarixdə "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağında iştirak edən səhmdarların imzaları ilə təsdiq edilmiş siyahının birinci 2 vərəqinin ayında “Dekabr” sözünün pozuntu aparılmaqla icra edilib-edilmədiyinin müəyyən olunması üçün ekspert iza təyin edilmişdir.
96. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi iddia tələbinin maddi hüquqi əsasları üzrə işin hallarını araşdırmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
97. Kassasiya şikayətlərinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğ v edilməsi üçün əsas təşkil etmir.
98. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdehlər Cavabdeh5 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-283/2022 nömrəli, 12 aprel 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.