Məhkəmə qərarları › İş №2(102)-4931/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4931/2020

02.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4931/2020 02.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı cavabdeh XXX oğluna qarşı iş üzrə Açar sözlər: birgə nikahda hədiyyə edilmiş qızıl-zinət əşyaları, sübutetmə yükü, əmlakın qanunsuz sahiblikdən tələb edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı, onun vəkili X5, cavabdeh XXX oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1096/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmə nin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra - iddiaçı) ilə XXX oğlu (bundan sonra - cavabdeh) xx.xx.2018ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan uşaqları olmamışdır. Tərəflər arasındakı nikah Ağdam Rayon Məhkəməsinin 2(013)-1016/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək adını və dəyərini iddia ərizəsində qeyd etdiyi, nişan və toy zamanı iddiaçıya cavabdeh və ailəsi tərəfindən hədiyyə edilmiş əşyaların, həmçinin ərə gedərkən apardığı cehiz əşyalarının, habelə nikah dövründə alınmış özünə aid əşyaların və ya onların dəyərinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə qısa müddət ailə münasibətlərində olmuş, toydan bir müddət sonra münaqişə zəminində birgə yaşadıqları evdən çıxmış və özü ilə heç nə götürməmişdir. 2019-cu ilin sentyabr ayında cavabdehlə əvvəl yaşadığı evə gedərək, cehiz və bəzi geyim əşyalarını götürmüş, lakin iddia ərizəsində sadaladığı əşyaları cavabdeh ona verməmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı özünə məxsus əşyalarını 2019-cu ildə onun yaşadığı evdən götürmüşdür. İddiaçıya məxsus nişan üzüyü, tufli, pencək onun yaşadığı evdə qalmışdır. Tələb olunan əmlakların qiyməti iddia ərizəsində artıq yazılmışdır. İddiaçının tələb etdiyi zəncir, üzük, sırğa, bilərzik, k lon dəstini birgə nikah dövründə iddiaçının razılığı ilə satmışdır. Qiyməti 300 manat qeyd olunan üzük, eləcə də mücrünün içində qaldığı qeyd edilən 100 ABŞ dolları, qiyməti 50 manat olan sabun, qiyməti 30 manat olan can ətiri, qiyməti 15 manat olan SS kremi, qiyməti 80 manat olan ətir mövcud olmamışdır. Mətbəx mebelini iddiaçı gətirsə də mebelə onun tərəfindən əlavələr edilmiş və mebel evin mətbəxinə quraşdırılmışdır. Toy, xına kasetləri, toy albomu, bir ədəd kompüter diski onun özünə aiddir. İddiaçı tərəfindən ona hədiyyə edilmiş qızıl nişan üzüyünü, qiyməti 500 manat göstərilən tək qaşlı üzüyü, zənciri, eləcə də iddia ərizəsində tələb olunan digər əşyaları iddiaçı özü ilə aparmışdır. Ağdam Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(013)1798/2019 nömrəli iş üzrə x x xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia qismən təmin edilmiş, cavabdehdən əyarı 750, çəkisi 32 qram, qiyməti 6.500 manat olan zəncir, üzük, sırğa, bilərzik, klon dəsti, əyarı 750, çəkisi 6 qram, qiyməti 1.000 manat olan nişan üzüyü, əyarı 583, çəkisi 3 qram, qiyməti 500 manat olan tək qaşlı üzük, əyarı 583, çəkisi 4 qram, qiyməti 200 manat olan zəncir, qiyməti 80 manat olan tufli, qiyməti 50 manat olan tufli, qiyməti 170 manat olan uzunboğaz qış ayaq geyimi, qiyməti 60 manat olan idman ayaqqabısı, qiyməti 50 manat olan ayaqqabı, qiyməti 60 manat olan boz pencək, qiyməti 50 manat olan köynək, qiyməti 150 manat olan əl çantası, qiyməti 60 manat olan əl çantası, qiyməti 30 manat olan mücrü, qiyməti 20 manat olan mücrü, qiyməti 40 manat olan saç feni, qiyməti 100 m anat olan qara don, qiyməti 25 manat olan şərf, qiyməti 5 manat olan şərf, qiyməti 100 manat olan kostyum, qiyməti 10 manat olan içi dolu sap qabı, qiyməti 960 manat olan mətbəx mebeli, qiyməti 25 manat olan kasa dəsti, qiyməti 8 manat olan dəsmal dəsti, qiyməti 15 manat olan kapron qablar, qiyməti 10 manat olan bakal dəsti, qiyməti 10 manat olan çay süzən dəsti, qiyməti 180 manat olan blenderin bıçaq dəsti, qiyməti 50 manat olan iki ədəd tonalnı krem, qiyməti 40 manat olan klinik nəmləndirici krem, qiyməti 80 manat olan klinik ətir, qiyməti 90 manat olan iki ədəd versace ətir dəsti, qiyməti 30 manat olan pudra, qiyməti 20 manat olan şampun, qiyməti 150 manat olan ətir, qiyməti 60 manat olan göz tenləri, qiyməti 25 manat olan dırnaq dəsti, qiyməti 40 manat olan saç feni, qiyməti 80 manat o lan ten dəsti, qiyməti 30 manat olan göz kremi, qiyməti 60 manat olan beş ədəd sulu pomada, qiyməti 30 manat olan iki ədəd dodaq balzamı, qiyməti 10 manat olan əl kremi, qiyməti 10 manat olan saç yağı, qiyməti 60 manat olan 5 ədəd adi pomadanın, həmin əmlaklar olmadıqda onların dəyərinin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamə ilə iddianın qalan - əyarı 583, çəkisi 6 qram, qiyməti 300 manat olan üzük, qiyməti 50 manat olan sabun, qiyməti 30 manat olan can ətiri, qiyməti 15 manat olan SS kremi, qiyməti 80 manat olan ətir və ya onların dəyərinin, toy və xına kasetləri, toy albomu, bir ədəd kompüter diski, həmçinin mücrünün içində qalmış 100 ABŞ dolları tələbinə dair hissəsi rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh apelyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1096/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Süleymanov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və A.Hüseynzadə) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - cavabdehdən əyarı 583, çəkisi 4 qram, qiyməti 200 manat olan zəncirin və ya onun dəyərinin alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin edilməmiş, qətnamə cavabdehdən əyarı 750, çəkisi 32 qram, qiyməti 6.500 manat olan zəncir, üzük, sırğa, bilərzik, klon dəsti, əyarı 750, çəkisi 6 qram, qiyməti 1.000 manat olan nişan üzüyü, əyarı 583, çəki si 3 qram, qiyməti 500 manat olan tək qaşlı üzüyün və ya onların dəyərinin alınaraq iddiaçıya verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi ilk olaraq qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, məhkəmə iclasında verdiyi izahatında qətnamədən narazılığının qızıllarla bağlı olduğunu qeyd etməklə, iddianın qızıl-zinət əşyalarının təmin edilmiş hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində yoxlamışdır. Məhkəmə kollegiyası təqdim edilmiş fotoşəkilləri, Ağdam RİC-in tərtib etdiyi mütəxəssis rəyini, “xxxxxxxxxxxxxxxxxxxxxx xxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, QR 127/E saylı qiymətləndirmə rəyini, Laçın Univermağına məxsus 1 ədəd birkanı, Ağdam RİHB Qasımbəyli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi X1 ifadəsini sübut kimi tədqiq etmiş və qiymətləndirmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərini qismən əsaslı saymış, müəyyən etmişdir ki, əyarı 750, çəkisi 32 qram olan zəncir, üzük, sırğa, bilərzik, klondan ibarət brilyant dəstinin, əyarı 750, çəkisi 6 qram olan nişan üzüyünün, əyarı 583, çəkisi 3 qram olan tək qaşlı üzüyün mövcudluğu, cavabdeh və ailəsi tərəfindən iddiaçıya hədiyyə edilməsi işin mübahisələndirilməyən hallarıdır. Həmçinin, cavabdehin özünün izahatı ilə iddiaçının cavabdeh tərəfindən əyarı 750, çəkisi 32 qram olan zəncir, üzük, sırğa, bilərzik, klondan ibarət brilyant dəsti və əyarı 750, çəkisi 6 qram olan nişan üzüyündən ibarət qızıl-zinət əşyalarından məhrum edilməsi sübut olunur. Belə ki, cavabdeh iddiaçının nişan üzüyünün hazırda onda olduğunu, brilyant dəstin isə birgə nikah dövründə iddiaçının razılığı ilə satıldığını göstərmişdir. İddiaçı isə həmin qızılların onunla birgə nikah dövründə satılmadığını, onun cavabdehlə birgə cəmi 40 gün yaşadığını göstərmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, toydan sonra 40 gün müddətində cavabdehin iddiaçıya alınmış brilyant dəsti satması və buna iddiaçının razılığının olması inandırıcı olmamaqla yanaşı, həm də bu barədə cavabdeh heç bir sübut təqdim etməmişdir. Bundan başqa, cavabdeh qiyməti 500 manat olan tək qaşlı üzüyü iddiaçının gedərkən özü ilə aparmasını göstərsə də, işi n müəyyən olunmuş hallarından görünür ki, iddiaçı münaqişə ilə evdən çıxdığı üçün özü ilə heç nə götürməmiş, təxminən 5-6 ay sonra cavabdehin evinə gedərək, cehiz və bəzi geyim əşyalarını götürmüş, lakin bu zaman ona nişan və toy zamanı alınmış qızılları cavabdeh verməmiş, öz xətti ilə yazdığı kağız parçasında toydakı qızılları ödəyə bilmədiyi üçün ehtiyacdan satdığını qeyd etmişdir. İddiaçıya məxsus əmlaklar cavabdehin evindən çıxarılarkən Ağdam RİHB Qasımbəyli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi X2 da onlarla birlikdə bu prosesdə iştirak etmiş və öz xətti ilə yazdığı və imzaladığı izahatında həmin vaxt əşyaların çoxunun götürüldüyünü, azının qaldığını, qıza alınan qızılların verilmədiyini, qalan əşya və qızılların sonradan verilməsi barədə tərəflərin razılaşdıqlarını göstərm işdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, əyarı 750, çəkisi 32 qram olan zəncir, üzük, sırğa, bilərzik, klondan ibarət brilyant dəstinin, əyarı 750, çəkisi 6 qram olan nişan üzüyünün, əyarı 583, çəkisi 3 qram olan tək qaşlı üzüyün cavabdeh və ailəsi tərəfindən iddiaçıya hədiyyə edilməsi, iddiaçının həmin qızıl-zinət əşyalarından məhrum olması işin müəyyən olunmuş halları və tərəflərin izahatları ilə sübuta yetirilir. Bundan başqa, cavabdeh qızıl-zinət əşyalarından yalnız zəncir, üzük, sırğa, bilərzik, klondan ibarət brilyant dəstin qiymətini mübahisələndirərək, həmin dəsti 6.000 manata aldıqlarını göstərmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, işdə olan Ağdam RİC-nin sədri Təyyar Qədimovun tərtib etdiyi mütəxəssis rəyində həmin brilyant dəst 6.500 manat məbləğində qi ymətləndirilmiş və birinci instansiya məhkəməsi həmin rəydəki məbləği əsas götürməklə qeyd olunan dəstin qiymətini 6.500 manat məbləğində müəyyən etmişdir. İşə apelyasiya məhkəməsində baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, QR 127/E saylı qiymətləndirmə rəyində isə 6.000 manat məbləğində qiymətləndirilmişdir. Lakin bununla yanaşı, iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş Laçın Univermağına məxsus 1 ədəd birkada isə 29,96 qram çəkidə olan 750 əyarlı brilyant dəstin qiymətinin 6.500 manat yazılması görünür. Ona görə də, məhkəmə kollegiyası qızılzinət əşyalarının satış qiymətinin birkalarda düzgün göstərilməsini nəzərə alaraq, zəncir, üzük, sırğa, bilərzik, klondan ibarət brilyant dəst alınan zaman onun qiy mətinin Laçin Univermağında birkada göstərilmiş 6.500 manat məbləğində alındığını hesab etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, əyarı 750, çəkisi 32 qram, qiyməti 6.500 manat olan zəncir, üzük, sırğa, bilərzik, klon dəsti, əyarı 750, çəkisi 6 qram, qiyməti 1.000 manat olan nişan üzüyü, əyarı 583, çəkisi 3 qram, qiyməti 500 manat olan tək qaşlı üzüyün və ya onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iddiaçı toydan 3 gün sonra qaynanasının özünəməxsus olan əyarı 583, çəkisi 4 qram, qiyməti 200 manat olan zənciri ona hədiyyə etdiyini göstərsə də, həmin qızılın onun üzərində və ya istifadəsində olmasına dair şək linin olmadığını bildirməklə yanaşı, həmin qızılın mövcudluğuna, həqiqətən də cavabdehin anası tərəfindən ona hədiyyə edilməsinə dair digər mötəbər sübut təqdim etməmişdir. Cavabdeh isə həmin halı təkzib edərək, iddia ərizəsində göstərilən sep və üzüyün ümumiyyətlə olmadığını göstərmişdir. Ona görə Məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamə qismən - əyarı 583, çəkisi 4 qram, qiyməti 200 manat olan zəncirin və ya onun dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilməli və iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2, 666.1-ci maddələrinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhk əmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X6) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz vəəsassız hesab edilməklə göstərilir ki, məhkəmə qətnamə qəbul edərkən iddia ərizəsində qeyd edilən əşyaların mövcudluğunun, həmin vaxt mövcud olmasının və həmin əşyaların cavabdehdə olmasının iddiaçı tərəfindən sübut edilməməsinəəhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdilər. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiym ət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edil ərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi qızıl-zinət əşyaları tələbinin təmin olunmuş hissəsində yoxlanıldığından və iş üzrə yalnız cavabdeh kassasiya şikayəti verdiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qızıl zinət əşyaları tələbinin təmin olunmuş hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını g eri tələb edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, qızıl-zinət əşyaları tələbinin təmin edilmiş hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətin in digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Nəzərə alınmalıdır ki, kassasiya baxışı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qızıl-zinət əşyaları tələbinin təmin olunmuş hissəsi ilə məhdudlaşdığından hazırkı icraat çərçivəsində cavabdehin cehiz əşyaları tələbinə dair dəlilərinə hüquqi qiymət verilməsi mümkün deyildir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qızıl-zinət əşyaları tələbinin təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXX oğlunun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1096/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - qızıl-zinət əşyaları tələbinin təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar