Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4939/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar x qızının, x qızının, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: payın müəyyən edilməsi və ayrılması tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçılar x qızı, x qızı, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar bacı-qardaşdırlar, cavabdehlər isə onların valideynləridirlər. İddiaçılar, mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən mebel mağazası üzərində paylarının tanınmnaqla ayrılmasını tələb edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar x qızı, x qızı, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən onların payının müəyyən edilməsi və cavabdehlərdən həmin payın ayrılaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İddiaçılar tələbi belə əsaslandırmışlar ki, 1990-cı illərdə Daşkəsən rayonu Qaraqovla r kəndində onların ailə təsərrüfütları olmuş, həmin təsərrüfatda onlar 800 baş qoyun, 150 baş iribuynuzlu mal-qara saxlamışlar və həmin heyvanların yay aylarında yem tədarükünün toplanmasında, otarılmasında, altının təmizlənməsində və sağılmasında iştirak etmişlər. Onun atası onların hər birinin payını verməsinə söz vermiş və bu barədə aralarında akt bağlamışlar. Onun atası 2001-ci ildə şəkər xəstəliyinə tutulmuş, ağrıdığı üçün heyvanların yanına gedə bilməmiş, təxminən 2008ci il tarixdə qərara gəlmişlər ki, heyvanları satsınlar və həmin pula ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış obyekti alsınlar, bunun üçün onlar bütün heyvanları sataraq, əldə edilmiş pula həmin obyekti almışlar. Sənədləşmə işlərinin asan olması üçün həmin obyekti atasının adına rəsmişləşdirmişlər. Obyekt alınandan sonra icarəyə verilmiş və ilk illərdə atası həmişə onların paylarını vermişdir. Lakin son vaxtlar yəni valideynləri ayrıldıqdan sonra onlara heç nə verməmişlər. Onlar paylarını tələb edəndə isə onlar hər dəfə bir bəhanə gətirmişlər.
4. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
5. Gəncə Rayon Məhkəməsinin (hakim G.Şirinov) 15 oktyabr 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-N.Quliyev (sədrlik edən və məruzəçi), R.Mamedov və Ə.Məmmədov) 30 mart 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçılar kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onların verdikləri apellyasiya şikayətində əsas dəlilləri ondan ibarət olmuşdu ki, birinci instansiya məhkəməsi onların irəli sürmüş dəlilləri araşdırmamış, həmin tələblərə heç bir hüquqi qiymət verməmiş və heç bir əsaslı səbəb göstərmədən iddianı rədd etmişdi. Halbuki, işə əlavə edilən 24.01.2020-ci il tarixli, 26 saylı arayışdan görünür ki, Cavabdeh2 həqiqətən 1990-cı ildən 2008-ci ilə kimi Daşkəsən rayon Qaraqollar kəndində ailəsi ilə birlikdə (yəni övladları X2, X1. İddiaçı3, İddiaçı4) təsərrüfatlarında olan 800 baş xırda və 150 baş iri buynuzlu mal-qara saxlamışlar. Həmin heyvanların saxlanmasında və yem tədarük olunmasında ailəsi və övladları ilə birgə çalışmışlar. Həmçinin birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh2 izahatında göstərmişdi ki, o iddia tələbi ilə razıdır. İddiaçılar onun övladlarıdır. Odur ki, iddianın həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Göründüyü kimi cavabdeh özü də iddianı etiraf etmiş, lakin məhkəmə işin bu halına da heç bir qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələbl ərin təmin olunması barədə qətnamə çıxarır. Lakin məhkəmə cavabdehin etirafını hansı səbəbə qəbul etməməsini qətnamədə göstərməmiş, bununla da adı çəkilən prosessual normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üç ün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
14. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
15. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur
16. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
17. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
18. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yox lamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
25. Kirovabad şəhər Gəncə rayon VVAQ şöbəsi tərəfindən verilmiş 27.04.1987-ci il tarixli 990535 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1987-ci ildə Gəncə şəhərində doğulmuş, atası Cavabdeh2, anası Cavabdeh1dır.
26. Gəncə şəhər Gəncə rayon VVAQ şöbəsi tərəfindən verilmiş 18.03.1990-cı il tarixli 461413 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.1990-cı ildə Gəncə şəhərində doğulmuş, atası Cavabdeh2, anası Cavabdeh1dır.
27. Gəncə şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş 14.07.1991-ci il tarixli 311819 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.1991-ci ildə Gəncə şəhərində doğulmuş, atası Cavabdeh2, anası Cavabdeh1dır.
28. Gəncə şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş 23.07.1993-cü il tarixli 318544 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı4 xx.xx.1993-cü ildə Gəncə şəhərində doğulmuş, atası Cavabdeh2, anası Cavabdeh1dır. 29. 24.01.2020-ci il tarixli 26 saylı arayışdan görünür ki, Cavabdeh2 həqiqətən 1990-cı ildən 2008-ci ilə kimi Daşkəsən rayon Qaraqollar kəndində ailəsi ilə birlikdə (yəni övladları X2, X1, İddiaçı3, İddiaçı4) təsərrüfatlarında olan 800 baş xırda və 150 baş iri buynuzlu mal-qara saxlamışlar. Həmin heyvanların saxlanmasında və yem tədarük olunmasında ailəsi və övladları ilə birgə çalışmışlar.
30. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı G əncə Ərazi İdarəsinin 18.02.2021-ci il tarixli **********20 nömrəli məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş «Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair» 04.07.2007-ci il tarixli, 001937 qeydiyyat nömrəli şəhadətnamə əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, 22.01.2010-cu il tarixli, **********6105101-083001 reyestr nömrəli çıxarış verilmişdir. Həmçinin Daşkəsən rayonu Qaraqollar kəndində 0,15 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası (tövlə) da Cavabdeh2 adına qeydiyyata alınaraq 16.05.2003-cü il tarixli, 78 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
31. Azərbaycan Resp ublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 22.10.2010-cu il tarixli MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır.
32. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair 04.07.2007-ci il tarixli, 001937 qeydiyyat nömrəli Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, ünvan 5 ünvanında y erləşən mebel mağazası Cavabdeh2 tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada satın alınmışdır.
33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar mübahisəli qeyri-yaşayış sahəsinin ümumi birgə mülkiyyətçiləri olduqlarını bildirərək həmin qeyri-yaşayış sahəsindən paylarının müəyyən edilməsini və naturada ayrılmasını xahiş edirlərsə, yəni özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək istəyirlərsə, bu zaman, onlar bu tələbi irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmalarını sübuta yetirməlidirlər. 34. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdaf iə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
35. Hazırkı halda iddiaçılar ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi birgə və yaxud paylı mülkiyyətçiləri olmalarını əsaslandıra və sübut edə bilməmiş bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişlər. Əksinə iş materialları ilə müəyyən olunur ki, mübahisəli qeyri yaşayış sahəsi yalnız Cavabdeh2 tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada satın alınmış, sonuncunun xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq müvafiq çıxarış verilmiş və həmin çıxarış hal-hazırda da qüvvədədir. Buna görə də, iddiaçılar hazırkı tələb üzrə subyektiv hüquqa malik olmadıqlarından iddianın təmin edilməməsi əsaslı olmuşdur.
36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
37. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdı rılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
38. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.