Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4951/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 Dostumalı oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4951/21 (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli, 2(104)-1696/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti üzrə işə 26 oktyabr 2 021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, onların və digər şəxslərin (çobanların) ona məxsus olan “Haçayal” adlı 160 ha yaylaq sahəsindən çıxarılmaları, alaçıqların sökülməsi, xırda və iri buynuzlu heyavanların çıxarılması, yaylaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması, qanunsuz və özbaşına hərəkətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Gədəbəy Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim M.S.Kazımov) iddia təmin edilərək, cavabdehlərin 24 oktyabr 2017-ci il tarixli Çıxarışa əsasən iddiaçıya məxsus 160 ha torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsində yerləşən cavabdehlərə məxsus olan alaçıqların və xırda-iri buynuzlu heyvanların cavabdehlərin hesabına həmin torpaq sahəsindən götürülməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 24 iyul 2017-ci il tarixli, 01 saylı icarə müqaviləsinə əsasən, Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən yay otlaq sahəsindən “Haçayal” adlanan 18 saylı sahədən 160 ha otlaq sahəsi 15 il müddətinə iddiaçıya icarəyə verilib və Gədəbəy rayon İHB-nın 24 iyul 2017-ci il tarixli, 99 saylı sərəncamı ilə sözügedən icarə müqaviləsi təsdiq edilib. 24 oktyabr 2017-ci il tarixli çıxarışa əsasən icarə hüququ iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Eyn i zamanda, Gədəbəy rayon İHB-nın 23 iyul 2014-cü il tarixli, 197 saylı sərəncamı ilə dövlət yay otlaq fondunda yerləşən 18-h saylı hissədən 154 ha torpaq sahəsi 10 il müddətinə Cavabdeh1 icarəsinə verilməklə icarə müqaviləsi təsdiq edilib. Reyestr Xidmətinin 28 noyabr 2019-cu il tarixli mütəxəssis rəyinə görə, Cavabdeh1 icarəsinə verilmiş 154 ha torpaq sahəsinin sxem və koordinatları olmadığı üçün, iddiaçının icarəsində olan 160 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyil. Əksinə iddiaçının icarəsində olan 160 ha torpaq sahəsinin 92,64 ha hissəsinin koordinatları Cavabdeh1 istifadəsi kimi təqdim olunan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Göründüyü kimi cavabdehlər iddiaçının qanuni icarəsində olan torpaq sahəsini heç bir hüquqi əsas olmadan zəb t ediblər. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 157.8-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdehlər apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov sədrlik edən, məruzəçi, Ş.Q.Rzaquliyev və L.S.Süleymanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gə ldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.4, 158.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdehlər kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasi ya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və onların vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 24.2 -ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Kassasiya şik ayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehlərin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məh kəməsi işə baxarkən prosessual normaların tələblərini pozub. Belə ki, işin mübahisə olunmayan hallarına görə, sözügedən 160 ha otlaq sahəsi qanuni əsaslarla iddiaçının, 154 ha torpaq sahəsi isə qanuni əsaslarla Cavabdeh1 icarəsindədir və tərəflər vergi ödəyicisi olmaqla fərdi sahibkardırlar. İşin bu halı vergi uçotuna alınmış vergi ödəyiciləri olan tərəflər barədə elektron məlumat bazası ilə də təsdiq olunur. Belə ki, işdən görünür ki, iddiaçının adına ********** nömrəli VÖEN var və hazırda o, verdi ödəyicisi kimi 14 saylı Ərazi Vergilər İdarəsində, Cavabdeh1 adına isə ********** nömrəli VÖEN var və hazırda o, vergi ödəyicisi kimi 14 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınıblar. Göründüyü kimi sahibkarlıq məqsədi ilə verilmiş torpaq sahələri ilə bağlı tərəflər arasında mübahisə yaranıb və iddiaçı onun icarəsində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunduğunu iddia edir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya m əhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Belə ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. Məhkəmə aidiyyəti dedikdə- mülki hüquqi münasibətlərindən irəli gələn mübahis ənin və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid olması başa düşülür. İşlərin kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlıdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt ümumi məhkəmənin yurisdiksi yasına aid edilə bilər ki, mübahisə şəxsin bilavasitə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmamış olsun. Eyni hüquqi mövqe “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında da təsbit edilib göstərilib. Həmin Qərarın 11-ci bəndinə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar hesab edilir. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin Qərarın 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur. Kassasiya instansiyası məhkəməs i, işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən sadalanan prosessual normaların tələblərini pozub və tərəflərin vergi ödəyiciləri olmaqla icarələrində olan torpaq sahələrindən məhz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarını nəzərə almayıb. Göründüyü kimi birinci instansiya məhkəməsi hazırki mübahisənin məhkəmə aidiyyətini yoxlamadan iddia ərizəsini icraata qəbul edib, apellyasiya instansiyası məhkəməsi isə bu prosessual pozuntuya əhəmiyyət verməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehlərin kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli, 2(104)-1696/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4951/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4951/2021
26.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver