Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4960/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli 2(103)-1252/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 18 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Ə.Misirzadə, iş 2(011)-1422/2018) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASCnin ləğvedicisi Əmanət lərin Sığortalanması Fonduna qarşı 10.02.2015-ci il tarixli kredit müqaviləsi və 10.02.2015-ci il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 18 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 10.02.2015-ci il tarixdə “xxxx” ASC ilə İddiaçı1 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən İddiaçı1 24 ay müddətinə 225.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclu İddiaçı1 öhdəliklərinin təminatı kimi “xxxx” ASC-nin Pr oqress filialı ilə borcalan İddiaçı1 və İddiaçı2 arasında 10.02.2015-ci il tarixli ipoteka müqavilələrinə əsasən ünvan 1 ünvanda yerləşən 3, 4 və 7 saylı mənzillər sonrakı ipoteka ilə yüklü edilmişdir. Nəsimi rayon Məhkəməsinin 30.05.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı1 iddiaçı Cavabdeh ASC-nin xeyrinə 145.256,17 ABŞ dolları əsas, 28.323,79 ABŞ dolları faiz, 1000 ABŞ cərimə borcunun tutulması, tutmanın yuxarıda qeyd olunan ipoteka predmeti olan mənzillərə yönəldilməsi qərara alınmışdır. 2017-ci ilin oktyabr ayında iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun onlara qarşı 10.02.2015-ci il tarixli müqavilə üzrə b orcun tutulması və s. tələbinə dair iddia qaldırmasını bildirərək, iddia ilə əlaqədar müqavilədə göstərilmiş 225.000 ABŞ dollarının İddiaçı1 verilməməsini, həmin müqavilələrin dollarla bağlanmasının qanunvericiliyə zidd olmasını, kredit müqaviləsinin təminatı kimi ünvan 1 ünvanda yerləşən 3 və 7 saylı mənzillərin ipoteka qoyulması ilə əlaqədar müqavilələrə imza atmamalarını əsas göstərməklə 10.02.2015-ci il tarixli kredit müqaviləsinin və 10.02.2015-ci il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçılar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2019cu il tarixli qətnaməsindən kassasiya şikayət i verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. İddiaçılar işin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən sax lanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı1 ilə bank arasında bağlanmış 10.02.2015-ci il tarixli, 009 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən iddiaçıya 225.000 ABŞ dolları məbləğində kredit verilmiş, eyni tarixli ipoteka müqavilələri ilə Bakı şəhəri, Nəsimi rayonu, Q. Quliyev küçəsi, ev 11/13-də yerləşən, iddiaçılara məxsus 3, 4 və 7 saylı mənzillər kredit müqaviləsinin təminatı olaraq sonrakı ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30.05.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh İddi açı1 iddiaçı Cavabdeh ASC-nin xeyrinə 145.256,17 ABŞ dolları əsas, 28.323,79 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə borcunun tutulması, tutmanın yuxarıda qeyd olunan ipoteka predmeti olan mənzillərə yönəldilməsi qərara alınmışdır. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.12.2018-ci il tarixli rəyinə əsasən, 20.02.2015-ci il tarixli, 009-1 və 009-3 saylı ipoteka müqavilələrinin “ipoteka qoyan” qrafalarındakı imzaların İddiaçı2, eyni tarixli, 009-2 saylı ipoteka müqaviləsinin “ipoteka qoyan” qrafasındakı imzanın isə İddiaçı1 tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Kollegiya işin yuxarıda göstərilən hallarına əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisə iş üzrə müəyyən olunmuş sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun həll edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu m addələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4960/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4960/2019
17.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver