Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4963/2019 19.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Gündüz Ağababa oğlu Quliyev və Vəfaddin Ələm oğlu İbayevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu və Cavabdeh vəkili Nurəliyev Səyyad Əlimirzə oğlunun iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və cavabdeh Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1294/2019 nömrəli iş üzrə 16 yanvar 2019- cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Nərimanov Rayon Məhkəməsinin (K.F.Əmirxanova) 2(005)-176/2018 nömrəli, 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 14.08.2013-cü il tarixli, 165/13 nömrəli kredit müqaviləsi üzrə 24160,38 manatın iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat Cavabdeh tutulub X1 hesabına köçürülməsi, tutma Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 167 kv.metr olan mənzil ilkin satış qiyməti 480000 manat müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunan vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, mənzilin satışdan əldə edilmiş vəsait hesabına borc öhdəlikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh qaytarılması, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 167 kv.metr olan mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində mənzildə pasport qeydiyyatında olan şəxslər mənzili tərk etmələrini, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov) 2(103)-1294/2019 nömrəli, 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-176/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qətnaməsi qismən dəyişdirilməsi, Cavabdeh iddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 20 660,38 (iyirmi min altı yüz altmış manat, otuz səkkiz qəpik) manat tutulması, qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Cavabdeh qarşı “kredit müqaviləs üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 60283,44 manat əsas, 7771,22 manat faiz borcu olmaqla, cəmi 68054,66 manatın tutulması, tutmanın ünvan 1-ə yönəldilməsi, mənzildə yaşayan şəxslərin istifadə hüququna xitam verilərək açıq hərrac yolu ilə satılması, satıldıqdan sonra 1 ay ərzində boşaldılması, qeydiyyatda olan şəxsərin pasport qeydiyyatından çıxarılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnam ə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1294/2019 nömrəli iş üzrə 16 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edib, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)1294/2019 nömrəli iş üzrə 16 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edib, işin əsas borcun dəqiqləşdirilməsi həssəsinə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya ş ikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, cavabdehin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Nurəliyev Səyyad Əlimirzə oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına cavabdeh Cavabdeh iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-1294/2019 nömrəli iş üzrə 16 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına t əsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlə arasında bağlanmış 14.08.2013-cü il tarixli, xxxxxx saylı kredit müqaviləsinə əsasən ona 24% olmaqla, 24 ay müddətinə 100000 manat kredit vermiş, həmin kreditin təminatı kimi cavabdeh bankla bağladığı ipoteka müqaviləsinə əsasən özünə məxsus 6 otaqlı, ümumi sahəsi 167,6 kv.m, o cümlədən yardımçı sahəsi 69,1 kv.m olan, xxxxxxx küçəsi, ev 18-də yerləşən 65 saylı mənzili bankın xeyrinə ipoteka ilə yüklü etmiş, cavabdeh tərəfindən öhdəliyi lazımi qaydada icra edilmədiyindən onun iddiaçıya borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.07.2018-ci il tarixli rəyindən görünür ki, cavabdehin iddiaçıya 14.08.2015-ci il tarixə olan borcu əsas borc üzrə 60283,44, faiz borcu üzrə 10620,94, cəmi 70904,38 manat məbləğində müəyyən edilmiş, kredit müqaviləsinin bitmə tarixindən sonra cavabdeh tərəfindən 46744 manat məbləğində pul vəsaiti banka ödənilmiş, nəticədə cavabdehin iddiaçıya cəmi 24160,38 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi ad landırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 269.1-ci maddəsinəəsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Qedy olunan Məcəllənin 269.4-cü maddəsinəəsasən, ipoteka daşınmaz əşyalara, habel ə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Sözügedən Məcəllənin 295-ci maddəsinəəsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Adıçəkilən Məcəllənin 296.1-ci maddəsinəəsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyan ın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi meddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predtmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş “hesabdan çıxarış” sənədindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən banka müxtəlif tarixlərdə 3500 manat ödəniş həyata keçirilmişdir. Azərbaycan Resp ublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsa slandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1294/2019 nömrəli iş üzrə 16 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun v ə cavabdeh Cavabdeh ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1294/2019 nömrəli iş üzrə 16 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4963/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4963/2019
19.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver