Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-497/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X5, X3 və X4) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması), mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X5, X3 və X 4) qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinə yenidən cavabdehin daxil olmasına qadağa qoyulması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-300/2024 nömrəli, 8 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 07 mart 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Göyçay rayonu Şahsoltanlı kəndində yerləşən 1.669 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Göyçay rayonu Şahsoltanlı kəndində yerləşən 0,6991 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X2, X5, X3 və X1 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci inst ansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışlara əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətdə və Göyçay rayonu Şahsoltanlı kəndində yerləşən 1.669 ha və 0.6991 ha torpaq sahəsində cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, torpaq sahəsindən istifadə edə bilmir. Belə ki, Cavabdeh mülkiyyətində olan torpağı zəbt edərək qanunazidd qaydada istifadə etməklə, mülkiyyət hüququnu pozmuşdur. Ona həmin torpaq sahəsini boşaltması barədə dəfələrlə müraciət etmiş, lakin nəticəsiz qalmışdır.
4. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay rayon Şahsoltanlı kəndində yerləşən iddiaçıya məxsus 1.669 ha və 0.6991 ha torpaq sahələrini iddiaçının atasında pul müqabilində almış, lakin alqı-satqı müqaviləsini rəsmiləşdirməmişdir. Həmin torpaq sahəsində aqrar işlər aparmış, ağaclar əkmiş, torpaq sahəsini su ilə təmin etmək məqsədi ilə su bərəsi hazırlamışdır. Hesab edir ki, alqı-satqıya əsasən torpaq sahəsi onun mülkiyyətindədir.
5. Göyçay Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(046)-816/2023 nömrəli qətnaməsi ilə (hakim İ.Fəttahov), iddianın təmin edilməsi, Göyçay rayonu Şahsoltanlı kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışlara əsasən İddiaçı mülkiyyətində olan 1.669 ha və 0.6991 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, dövlət rüsumu kimi ödənilmiş 100 manatın Cavabdeh alınaraq İddiaçı verilməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022- ci il tarixli çıxarışlara əsasən iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 1.669 ha və 0.6991 ha torpaq sahəsi Cavabdeh qanunsuz istifadəsindədir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı iddiası təmin edilməli, Göyçay rayonu Şahsoltanlı kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışlara əsasən iddiaçının mülkiyy ətində olan 1.669 ha və 0.6991 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 152.1, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarına və Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işə bахаn birinci instаnsiyа məhkəməsi istinad оlunаn nоrmаtiv hüquqi аktl апn tələblərini pоzmuş, işin faktiki hallarını düzgün müəyyən etməmiş, nəticədə onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Bеlə ki, məhkəmə tərəfindən işə tam, hərtərəfli və obyektiv baxılmasının təmin edilməsi üçün müvafiq ekspertiza təyin etməmiş, istifadə etdiyi ərazinin həqiqətən iddiaçıya məxsus ərazi olması müəyyən edilməmiş, nəticə etibarı ilə ədalətli məhkəmə araşdırması hüququ təmin edilməmişdir. Digər tərəfdən, mübahisəli torpaq sаhəsini 2019cu il tаriхdə 2.000 mаnаt pul ödəməklə Əliyev Məzаhir Qаryаğdı оğlundаn və sоnuncunun оğlu, hazırki iş üzrə iddiaçı Əliyev Хəyаl Məzаhir оğlundаn fаktiki оlаrаq аlmışdır. Аrаlarındа alğı-satqı müqаviləsi bаğlаnmаsа dа, fаktiki оlаrаq tоrpаq оnlаr tərəfindən ona sаtılmışdır. Tоrpаğın rаzılаşdıпlmış dəyəri оlаn 2.000 mа nаt pulu əlbəəl iddiaçı Əliyev Хəyаl Məzаhir оğlunа vеrmişdir. Tоrpаq sаhəsini iddiaçıdan və sоnuncunun аtаsındаn dəyərini ödəməklə fаktiki оlаrаq аldığını qоhum-qоnşulаr, еləcə də Bələdiyyə sədri bilir. Torpaq sаhəsini fаktiki оlаrаq аldığı 2019-cu ildən cаri dövrədək tоrpаq sаhəsini аdınа rəsmiləşdirmək üçün dəfələrlə iddaçıya və аtаsınа mürаciət еtsə də, оnlаr müхtəlif bəhanələrlə tоrpаq sаhəsinin аlğı-sаtqısını nоtаriаl qаydаdа rəsmiləşdirməkdən imtinа еdirlər. Göyçаy RPŞ TB-niгtəhqiqаtçısı, pоlis bаş lеytеnаntı Хəlilоv Rüstəm Еlşаd оğlunun 13 iyun 2023-cü il tarixli HK- 1/896 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından göründüyü kimi, İddiaçı məxsus Göyçay rayonu Şahsoltanlı kəndində yerləşən 2.37 ha torpaq sahəsi olmuş, sonuncu həmin torpaq sahəsi ni 2019-cu ildə ona şifahi şəkildə razılaşmaqla satmış, o, bunun müqabilində İddiaçı 2.000 manat pul ödəmişdir. Lakin İddiaçı sözü gedən torpaq sahəsini ona iki il müddətinə icarəyə verdiyini iddia edərək ondan torpaq sahəsini tərk etməyini tələb etmişdir. Torpaq sahəsi ona satıldığından оrаnı tərk etməmiş nəticədə İddiaçı torpaq sаhəsindən çıхапlmа tələbinə dаir iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda həmin mübahisəyə məhkəmə qaydasında bахılır. Dövlət aktının əsli də ondadır. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı hüquqdan sui-istifadə edir. Bildirir ki, 2019-cu ildə torpaq sаhəsini fаktiki оlаrаq alğı-satqı еdəndən sоnrа, həmin torpaq sаhəsindən təyinаtı üzrə istifadə еtməyə, həmin tоrpаq sаhəsinə sаhiblik еtməyə başlamışdır. 2,37 hа torpaq sаhəsində оrаnı fаktiki оlаrаq аldığı 2019-cu ildən cаri ilədək tахıl əkmişdir. Həmin tоrpаq sаhəsində ərazini dаhа dа münbitləşdirən, məhsuldаrlığı аrtırаn bütün zəruri işləri görmüşdür. Torpaq sаhəsinin münbitliyini аrtırmаq və əkinə yаrаrlı vəziyyətə gətirmək üçün ərazini хüsusi tехniki vаsitə gətirməklə dаş-kəsəkdən təmizləmişdir, ərаziyə pеyin və digər gübrələr tokmüş, tоrpаqdа dərin şumlama аpаrmışdır, zərərvericilərə qarşı mübarizə aparmışdır, torpaq sahəsinin keyfiyyətini aşağı salacaq heç bir iş görməmiş, əksinə torpaq sahəsini göz bəbəyi kimi qorumuşdur. Həmin torpaq sahəsi faktiki olaraq aldığı dövrdəki torpaq sahəsindən xeyli fərqlənir, oranı ərsəyə gətirmək üçün 2019-cu ildən indiyə qədər çox zəhmət çəkmişdir. Bundan başqa, yuxarıda qeyd etdiyi bütün işlərin görülməsi üçün kifayət qədər madd i vəsait sərf etmişdir. İşin bu hallarını işə baxan birinci instansiya məhkəməsi araşdırmamış, iddiaçı ilə aralarında yaranmış mübahisəyə düzgün hüquqi qiymət verməmişdir. Qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Çünki, qətnamə mübahisəli hüquq münasibətini nizama salan maddi hüquq normalarına uyğun çıxarılmamış, işə baxan məhkəmə işin həqiqi və faktiki hallarını düzgün müəyyən etməmiş, eləcə də tətbiq etdiyi maddi hüquq normalarının tələblərini səhv təfsir etmişdir. Bu isə nəticədə prosessual hüquq normalarının tələblərini pozmuşdur.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2024-cü il tarixli, 10/4605 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisi Müşfiq Qasımovun tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-2424/2024 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, **********27 nömrəli çıxarışla (********** qeydiyyat nömrəli) İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,69 ha torpaq sahəsinin və **********28 nömrəli çıxarışla (********** qeydiyyat nömrəli) İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,669 ha torpaq sahəsinin koordinatları və naturada ölçüləri müəyyən edilmişdir. Baxış zamanı iddiaçının naturada göstərdiyi və cavabdehin faktiki istifadə etdiyini bildirdiyi 2,10 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin **********27 nömrəli (********** qeydiyyat nömrəli) çıxarışla ümumi birgə mülkiyy ətində olan 0,69 ha və **********28 nömrəli çıxarışla (********** qeydiyyat nömrəli) 1,669 ha torpaq sahələri ilə üstüstə düşmür. Belə ki, iddiaçının naturada göstərdiyi və cavabdehin faktiki istifadə etdiyini bildirdiyi 2,10 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,69 ha və 1,669 ha torpaq sahələrindən şimalda yerləşir. (sxemdə göstərilmişdir). Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem mütəxəssis rəyinə əlavə olunmuşdur.
12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-300/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər E.M.Mehdiyev (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov, Ə.V.Kərimov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rə dd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməli olmasına dair apellyasiya şikayətində irəli sürülmüş tələblə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.
14. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin məhkəmə tərəfindən işə tam, hərtərəfli və obyektiv baxılmasının təmin edilməsi üçün müvafiq ekspertiza təyin etməməsi, istifadə etdiyi ərazinin həqiqətən iddiaçıya məxsus ərazi olmasının müəyyən edilməməsinə dair dəlilləri ilə razı laşaraq hesab etmişdir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi yalnız tərəflərin izahatlarına istinad etməklə iddianın təmin edilməli olması qənaətinə gəlmiş, lakin cavabdehin istifadə etdiyi ərazinin həqiqətən iddiaçının ailə üzvləri ilə birgə mülkiyyətində olan ərazilər olubolmamasının dəqiqləşdirilməsi üçün müvafiq ekspertizanın keçirilməsi məsələsini müzakirə etməmiş, nəticədə iş üzrə düzgün və hərtərəfli məhkəmə araşdırılmasını təmin etməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi xüsusi bilik tələb olunan məsələnin aydınlaşdırılmasında sübut qismində əlavə tədqiqatın aparılmasını təmin etmədən yalnız tərəflərin izahatlarına istinad etməkdə səhvə yol vermişdir.
16. Apellyasiya instansiya sı məhkəməsi qeyd etmişdir ki, aparılmış ekspertiza tədqiqatı ilə cavabdehin torpaq sahələrini zəbt etməsi müəyyən edilmədiyi halda, cavabdehin zəbt etmədiyi bir torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə yenidən daxil olmasına qadağa qoyulması əsaslı hesab edilə bilməz.
17. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin mübahisəli torpaq sаhəsini 2019-cu il tаriхdə 2.000 mаnаt pul ödəməklə Əliyev Məzаhir Qаryаğdı оğlundаn və sоnuncunun оğlu, hazırkı iş üzrə iddiaçı Əliyev Хəyаl Məzаhir оğlundаn fаktiki оlаrаq аlması, həmin tоrpаq sаhəsində ərazini dаhа dа münbitləşdirən, məhsuldаrlığı аrtırаn bütün zəruri işləri görməsi, torpaq sаhəsinin münbitliyini аrtırmаq və əkinə yаrаrlı vəziyyətə gətirmək üçün ərazini хüsusi tехniki vаsitə gətirməklə dаş-kəsəkdən təmizləməsi, ə rаziyə pеyin və digər gübrələr tökməsi, tоrpаqdа dərin şumlama аpаrması, qeyd etdiyi bütün işlərin görülməsi üçün kifayət qədər maddi vəsait sərf etməsinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının ümumibirgə mülkiyyətində olan torpaq sahələrini zəbt etməsi halı müəyyən edilmədiyindən həmin dəlillərin müzakirəsinə zərurət müəyyən edilməmişdir.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Torpaq Məcəlləsinin 82, 84, 111-ci, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 213.6-cı, MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88, 97.1, 101.3, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 372 və 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin də lilləri
19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Torpaq Məcəlləsinin 82, 84, 111-ci, Mülki Məcəllənin 152.2, 152.3, 152.4, 152.5, 157.2 213.6-cı, MPM-in 88, 217.1 və 217.3-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Məhkəmə öz qətnaməsini işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6 sentyabr 2024-cü il tarixli, 10/4605 nömrəli ekspert rəyinə əsaslandırmışdır. Ekspert mütəxəssis rəyinə əsasən rəy verib. Həmin rəy də əsassızdır. Belə ki, apellyasiya şikayətindən görünmüşdür ki, cavabdeh şikayətində qeyd edib ki, mübahisəli torpaq sаhəsini 2019-cu il tаriхdə 2.000 mаnаt pul ödəməklə Əliyev Məzаhir Qаryаğdı оğlundаnvə sоnuncunun оğlu, hazırki iş üzrə iddiaçı Əliyev Хəyаl Məzаhir оğlundаn fаktiki оlаrаq аlmışdır. Аrаlarındа alğı-satqı müqаviləsi bаğlаnmаsа dа, fаktiki оlаrаq tоrpаq оnlаr tərəfindən ona sаtılmışdır. Tоrpаğın rаzılаşdırılmış dəyəri оlаn 2.000 mаnаt pulu əlbəəl iddiaçı Əliyev Хəyаl Məzаhir оğlunа vеrmişdir. Tоrpаq sаhəsini iddiaçıdan və sоnuncunun аtаsındаn dəyərini ödəməklə fаktiki оlаrаq аldığını qоhumqоnşulаr, еləcə də Bələdiyyə sədri bilir. Torpaq sаhəsini fаktiki оlаrаq аldığı 2019-cu ildən cаri dövrədək tоrpаq sаhəsini аdınа rəsmiləşdirmək üçün dəfələrlə iddaçı ya və аtаsınа mürаdət еtsə də, оnlаr müхtəlif bəhanələrlə tоrpаq sаhəsinin аlğısаtqısını nоtаriаl qаydаdа rəsmiləşdirməkdən imtinа еdirlər. Yəni cavabdeh həmin mübahisəli torpaq sahəsinin iddiaçıdan aldığını və iddiaçıya aid olduğunu və ondan aldığını etiraf edir. Ekspert rəyində isə həmin torpaq sahələrinin üst-üstə düşməməsi müəyyən olunur. Hazırkı vəziyyətdə bu ziddiyyət məhkəmə tərəfindən araşdırılmamışdır. Ekspert rəyindən görünür ki, mərkəzdə torpaq sahələrinə dair baza məlumatları yoxdur. Ekspert rəy verərkən 16 saylı Ucar Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndislərinin tərtib etdikləri müvafiq mütəxəssis rəyinə, mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planından və iş materillarından istifadə edilmişdir. Hazırkı vəziyyətdə mütəxəssis rəyi və onun əsasında verilmiş ekspert rəyi tamamilə qanunsuz olmuş və mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki mərkəzdə torpaq sahələrinə dair baza məlumatları mövcud deyil və belə olan halda əsaslı və qanuni rəyin verilməsi mümkün deyil. **********27 nömrəli çıxarışla (********** qeydiyyat nömrəli) İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,69 ha torpaq sahəsinin və **********28 nömrəli çıxarışla (********** qeydiyyat nömrəli) İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,669 ha torpaq sahəsinin koordinatları və naturada ölçüləri dəqiq müəyyən olunubsa, iddiaçının naturada göstərdiyi və cavabdehin faktiki istifadə etdiyini bildirdiyi 2,10 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin **********27 nömrəli (********** qeydiyyat nömrəli) çıxarışla ümumi birgə mülkiyyətində olan 0,69 ha və **********28 nömrəli çıxarışl a (********** qeydiyyat nömrəli) 1,669 ha torpaq sahələri ilə üst-üstə düşmürsə, iddiaçının naturada göstərdiyi və cavabdehin faktiki istifadə etdiyini bildirdiyi 2,10 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,69 ha və 1,669 ha torpaq sahələrində şimalda yerləşirsə, bəs o zaman cavabdeh kimin torpaq sahəsini zəbt edib? Məhkəmə bu məsələni də aydınlaşdırmalı olduğu halda bunu etməmişdir. Çünki iddiaçının torpaq sahəsi cavabdeh tərəfində zəbt olunub. Lakin əsassız rəylərlə məhkəmə qanunsuz qətnamə qəbul edib. Cavabdeh həmin torpaq sahəsini iddiaçıdan aldığını qeyd etsə də, rəylərdə həmin torpaq sahələrinin üst-üstə düşməməsi qeyd olunur. Bu isə ziddiyyətlidir. Məhkəmə isə bütün bunlar göz yumaraq iddiaçının mülkiyyət hüququnu pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Maddə
29. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
24. Maddə
82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.
25. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
26. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanu nla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
33. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
43. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol vermə mişdir.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-300/2024 nömrəli, 8 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.