Məhkəmə qərarları › İş №2(102)-4972/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4972/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4972/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi, apellyasiya instansiyası məhkəməsində iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsi, iddia müddəti ötürüldüyünə görə iddianın təmin edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı BOKT QSC-nin vəkili Məmmədzadə Ayaz Eyvaz oğlunun və Cavabdeh iştirakları ilə, Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(103)3135/2021 saylı qətnaməsindən İddiaçı BOKT QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Kreditor "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 30.04.2013-cü il tarixli, 167 №-li kredit müqaviləsində tərəflər borcalana illik 20 faiz əlavəsi ilə 36 ay müddətinə qaytarmaq şərti ilə 8900 manat kredit verilməsi barədə razılığa gəlmişlər. Kredit müqaviləsinin təminatı olaraq borclu Cavabdeh kreditorla 30.04.2013-cü il tarixli ipoteka müqaviləsi bağlayaraq, "VAZ-21214” markalı, qara rəngli, buraxılış ili 2013-cü il olan, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobili bank qar şısında ipoteka ilə yüklü etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı BOKT QSC Cavabdeh qarşı kredit borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə 2020-ci ilin may ayında məhkəməyə müraciət edərək, cavabdehdən 2.743 manat əsas borc, 506,30 manat faiz borcu olmaqla, cəmi 3.249,30 manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Aqrarkredit QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-VO-*** dövlət qeydiyyat nişanlı, “VAZ21214” markalı minik (buraxlış ili 2013-cü il, ban - XTA212140D2124184, rəngi-ağ) avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışd an əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə qalan borc məbləğinin cavabdehdən tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, “Tələb hüququnun güzəşt edilməsinə dair” 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Aqrark redit QSC-yə keçmişdir. Cavabdeh "xxxx" ASC ilə 30.04.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və borcu yaranmışdır.

4. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etməmiş, iddia tələbinə yazılı münasibət bildirməmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2175/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) iddia tələbləri təmin edilmişdir.

6. Məhkəmə 30.04.2013-cü il tarixli, 167 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu maliyyə arayışı ilə birgə nəzərdən keçirib, hesab etmişdir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın tələbin girov predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia tələbi bu hissədə əsaslıdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 427, 442, 443,448,269,279,295-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinə iddia müddəti tətbiq edilməklə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2020-ci il tarixli, 2(103)3135/2021 saylı qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qətnaməsi lə ğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilməmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi əsaslı olsa da, onun tərəfindən iddia müddətinin ötürüldüyünə dair apellyasiya şikayətinin dəlili Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və hazırki işdə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi 30 aprel 2016-cı il tarixdən hesablanmalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünki mü ddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, hazırkı iddia üzrə iddia müddəti 30 aprel 2019-cu il tarixdə bitmişdir, iddiaçı isə ərizə ilə məhkəməyə 01 iyun 2020-ci il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir.

11. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2 və 375-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı BOKT QSC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri ilə yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdeh onun birinci instansiya məhkəməsində işə baxılarkən xəbərdar edilmədiyini bildirsə də, bunu təsdiq edən s übutları təqdim etməmişdir. Məhkəmə cavabdehin rəsmi qeydiyyatda olan ünvanına bildiriş göndərmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi bu hala qiymət verməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin keçməsini əsas götürərkən kredit müqaviləsində cavabdehin üzərinə götürdüyü öhdəlikləri nəzərə almamışdır. Halbuki, həmin kredit müqaviləsində öhdəliyin icra müddəti ilə bağlı şərtlər nəzərdə tutulmuşdur. Həmçinin cavabdehlə bağlanmış kredit müqaviləsində müqavilənin qüvvədə olma müddəti və xitamı öz əksini tapmışdır. Orada göstərilir ki, bu müqavilə aşağıdakı hallarda xitam olunur: bu müqavilə üzrə borcalanın öz üzərinə götürdüyü öhdəliklər borcalan və ya üçüncü şəxs tərəfindən vaxtında və tam həcmdə yerinə yetirildikdə. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarını araşdırıb həmin hallara və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, mübahisəli hüquq münasibətlərinə maddi hüquq normalarını düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinin qaydalarını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında İddiaçı BOKT QSC-nin vəkili Məmmədzadə Ayaz Eyvaz oğlu kassasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

16. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə

373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə

375. İddia müddətinin tətbiqi 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəməni n iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edi lməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 18. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipot eka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

134. Rəsmi qaydada verilən sənədlər 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə s ənədlərini rəsmi qaydada verməlidir: 134.1.4. məhkəmə bildirişini. Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. … Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə

138. Məhkəmə bildirişləri 138.1. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı proses sual hərəkətlər haqqında xəbərdar etməlidir. 138.2. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar. Maddə

154. İddia ərizəsinə etiraz etmə və ya mülahizə təqdim etmə 154.1. İşdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, kommersiya mübahisələri üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassas iya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətl əndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 372.2-ci maddəsinin tələbinin pozulması barədə kassasiya şikayətinin d əlili ilə bağlı qeyd edir ki, həmin dəlil əsassızdır. Çünki apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.

26. İddia müddətinin tətbiqi ilə bağlı bu hüquqi mövqe Konstitusiya Məhkəməsinin “D.Bunnətovanın şikayəti üzr ə” 08 may 2008-ci il tarixli qərarında ifadə olunmuşdur. 27.İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində olan icraat zamanı cavabdehə (xəbərnaməsiz) göndərilən bildirişlərin ona MPM-nin 135.2-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılması barədə sübut yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin xəbərnamə ilə göndərilməsi barədə zərf isə ünvan düz deyil qeydi ilə geri qaytarılmışdır. İşin bu halı onu ehtiva edir ki, cavabdeh birinci instansiya məhkəməsində iddia tələbinə müddət tətbiq edilməsi barədə vəsatət vermək imkanına malik olmadığına görə, bu hüququnu apellyasiya instansiyası məhkəməsində gerçəkləşdirmək hüququ qalmışdır.

28. Apellyasiya instansiyası məhkəməsinin iddia müddətinin ötürülməsi barədə düzgün nəticəyə gəlmədiyi barədə kassatorun dəlili də əsassızdır. Çünki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.

29. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

30. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləs inin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarında hesab etmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

31. Yəni kredit müqaviləsi üzrə iddia müddəti kassatorun əsaslandırdığı kimi müqavilə öhdəlikləri icra edilənədək davam etmir, müqavilədə nəzərdə tutulmuş icra müddəti bitdikdə başlanır və qanunla müəyyən edilmiş müddətdə bitir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddia müddətinin 30 aprel 2016-cı il tarixdən başlanmasını və 30 aprel 2019-cu il tarixdə bitməsini düzgün müəyyən etmiş və iddiaçının iddia ərizəsi ilə məhkəməyə 01 iyun 2020-ci il tarixdə müraciət etdiyinə görə iddia müddətini ötürülmüş hesab etməkdə haqlı olmuşdur.

32. Kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır.

33. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrin i rəhbər tutaraq, Qərara aldı: İddiaçı BOKT QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(103)3135/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar